Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   2   3   4   5   6   7   8   9   10   ...   30

16 

 

Səh.—212. Dilican şəhəri, onu altı lyölük əhatə edən bütün ərazi (şimaldan, 



cənubdan Dilicanı əhatə edən və şərqdən, qərbdən çox irəli çıxan ölkə) Qamçı xana 

aid  olub,  Qazax  ölkəsi  adlanır.  O  da  Gürcüstan  kimi  Səfəvilərdən  asılıdır,  ona 

tabedir.  Gürcüstanda  olduğu  kimi,  burada  da  hakimiyyət  yerli  şahzadələr 

tərəfindən irsi olaraq, atadan oğula keçmək şərtilə idarə olunur. Birinci Şah Abbas 

bütün bu ölkəni Gürcüstanla eyni vaxtda fəth etmişdir. Qazağın əhalisi məğrur və 

sərt  təbiətli  dağlılardan  ibarətdir.  Mənşə  etibarı  ilə  onlar  Xəzər  dənizinin  şimal-

şərqindəki dağlarda yaşayan kazak tayfalarından törəmişlər... 

Səh.—215.  «Ermənistan»  sözünü  yəhudi  mənşəli  «Aram»  sözü  ilə  izah 

etmək istəyənlər daha çox haqlıdırlar. Bu söz «uca», «hündür» mənasını verir. Mən 

belə bir etimoloji izahla razıyam. 

Səh.—216. Mən buna Ermənistan tarixi ilə bağlı bir hadisə də əlavə etmək 

istərdim.  Bilmək  gərəkdir  ki,  Fələstinin  fəthi  zamanı  Salamansar  (III  Salamansar, 

e.ə. 860—825, assur çarı—V. A.) yəhudilərin çoxunu bu əyalətdə yerləşdirmişdi. 

Səh.—218.  (7  mart)...  Çoxlu  şəhər  və  qəsəbələrdən  keçib,  Şər  qovuşanda 

İrivana  çatdıq... Tiflisdən  İrivana  48  lyödür.  İrivan  böyük  şəhərdir,  lakin  eybəcər 

və çirkin şəhərdir; onun çox böyük hissəsi bağlardan və üzümlüklərdən 

Səh.—219.  ibarətdir.  Heç  bir  gözəl  binası  yoxdur.  O  hər  tərəfdən  dağlarla 

əhatə  edilmiş  düzənlikdə  yerləşir.  Şimal-qərb  tərəfindən  Zəngi,  cənub-qərb 

tərəfindən  isə  Qırxbulaq  (Zengi  o  nor-uest,  ...Görkbulak  o  Süd-est)  çayları  axır. 

Deyirlər ki, bu çaya ona tökülən bulaqların sayına görə ad vermişlər. 

...Qala  (İrivan  qalası—V.  A.)  kiçik  bir  şəhərdən  böyükdür.  O,  oval 

formadadır,  dairəsi  dörd  min  addım  olub,  təxminən  səkkiz  yüz  evdən  ibarətdir. 

Orada  ancaq  təmizqanlı  səfəvilər  yaşayırlar»  (...Qalanın  müdafiəsi  üçün  iki  min 

əsgər ayrılmışdır. Hakimin sarayı — 



Səh.—220.  qalanın  içərisindədir...  Qalanın  şimal  tərəfində  yerləşən  təpədə 

kiçik bir qala da vardır. Aralarındakı məsafə min addım olar. O, ikiqat divarla və 

artilleriya  ilə  möhkəmləndirilmişdir.  Orada  iki  yüz  adam  yerləşə  bilər.  Onun  adı 

keçi qaladır. 

Şəhər qaladan bir top gülləsi məsafəsi qədər uzaqdır... Şəhərdə İrku-yerizə, 

yəni  iki  yüz  (iki  sifət)  və  Katovike  adlı  iki  kilsə  vardır.  Hər  iki  kilsə  əsas  kilsə 

olmaq etibarilə son erməni çarları dövründən qalmadır. 

...Kilsələrin yaxınlığında qədim bir qüllə də vardır... Mən heç kəsdən onun 

nə vaxt tikildiyini öyrənə bilmədim... 

Səh.—221. Qarşıda bazar yerləşir: onun lap yaxınlığında kərpicdən tikilmiş 

və  hal-hazırda  uçub-dağılmış  qədim  bir  məscid  vardır.  Bu  məscid  onun  əsasını 

qoyan  şəxsin  şərəfinə  Div  Sultan  məscidi  adlanır.  Oradan  üç  yüz  addım  kənarda 

böyük bir meydan vardır... Şəhərdə və qalada çoxlu hamam və karvansara vardır... 



Səh.—222. İrivan gölü şəhərin şimal-qərbində, üç günlük məsafədə yerləşir. 

Müsəlmanlar  ona  Dərya  şirin,  ermənilər  isə  Kyaqar-kuni-su  deyirlər.  Hər  iki  söz 




17 

 

eyni mənada işlənir... Zəngi çayı mənbəyini bu göldən alır (Səh. 223), Araz çayı ilə 



Xəzər yaxınlığında qovuşur. 

Səh.—224.  1582-ci  ildə  İrivana  sahib  oldular.  Orda  qala  tikdilər.  Qala  indi 

də  durur.  1604-cü  ildə  Səfəvilər  oranı  aldılar,  orda  top  saxlamaqla  daha  da 

möhkəmləndilər. 1615-ci ildə 4 ay mühasirə oldu. Türklər qalanı ala bilməyib geri 

çəkildilər. I Abbasın ölümündən sonra qayıtdılar, qalanı tutdular, lakin çox qoruya 

bilmədilər.  1635-ci  ildə  Səfi  onu  yenidən  tutdu,  bundan  sonra  qala  mühasirədə 

olmayıb... 



Səh—226.  Birinci  Şah  Abbas  (bu  məlumatı  ona  Eçmədzin  monastrının 

keşişləri  veriblər—V.A.)  Eçmədzindəki  xəzinədən  həqiqi  nizə  və  tikişsiz  xirqəni 

(qədimdə  keşiş  paltarı—V.A.)  aparıb  İsfahandakı  xəzinəsini  zənginləşdirmişdir. 

Kilsənin ortasında dördkünc, üç pye diametrində, beş pye qalınlığında olan daş var.

 

Səh.—227.  Ermənilər  inam  nöqtəsi  kimi  ona  istinad  edirlər,  müqəddəs 

Qrequar İsanı məhz burada görmüşdür. 

İsa  işıq  şüası  kimi  müqəddəs  Qrequarın  ətrafına  dolanmış,  burda  kilsə 

tikməyi əmr etmişdir. Bu vaxt yer açılmış, şeytanları... peyğəmbər ora atmışdır. Bu 

quyunun  ağzını  Qrequar  mərmərlə  örtmüşdü.  Əlavə  etdilər  (Eçmədzin  keşişləri—

V. A.) ki, həmin mərməri I Şah Abbas xəzinəyə aparmışdır...  



Səh.—240.  Bu  hakim  bəylərbəyi  (söhbət  İrivan  hakimindən  gedir—V.  A.) 

adlanır: ...Ona hələ də sərdar deyirlər... Onun adı Səfi Qulu xandır.  



Səh.—241. Ən varlı və ən çox gəlirli olan əyalətdir. Onun ildə otuz iki min 

tümən  (500  min  ekü)  gəliri  olur.  Alçaltma,  hədiyyə,  qadağan  olunmuş  yollarla 

varlanmaq məqsədilə istifadə edib bu gəliri iki yüz min tümənə çatdırırlar. 

...Bu  hakimi  şah  sevir,  sarayda  hörmət  edirlər,  hər  iki  oğlu  şahın 

himayəsindədir... O, incəsənəti və elmi sevir. 

11  mart  1673.  Qulam  şah  İsfahandan  Yerevana  on  üç  günə  gəlmişdi... 

Qulam şah  «şahın qulu» Səh.—242 deməkdir. Bu adı götürmək ondan irəli gəlmir 

ki,  onlar  başqaları  kimi  azad  yaşayırlar.  Bu  adı  ona  görə  götürürlər  ki,  hökmdara 

həqiqətən  sadiq  olduqlarını  nümayiş  etdirsinlər.  Onlar  kiçik  yaşlarından  şahın 

sarayında yaşayırlar. Bu cür şah qullarının hamısı Səfəvi sarayında demək olar ki, 

Fransada  olduğu  kimi  əyan  vəzifəsini  icra  edirlər.  Bunların  hamısı  çox  kiçik 

yaşlarından  qulluğa  verilən  qabiliyyətli  uşaqlardır.  Gah  onlara  verilən  məvacib 

xatirinə,  gah  da  onları  kiçik  yaşlarından  saraya  daxil  etmək  xatirinə  belə  edirlər. 

Elə əyanlar var ki, ora öz oğlanlarını beş yaşından qoyurlar. Şah onlara ya ailəsinin 

vəziyyətinə görə, ya da göstərdikləri xidmətə görə məvacib verir; valideynlərinə də 

hədiyyə  nəzərdə  tutulur.  Adətən  onların  məvacibi  yeməklə  bərabər  ildə  20 

tüməndir. İyirmi tümən 900 frank edir. Qulam şahın illik yeməyi gümüş pulla 500 

franka  qədər  edir.  Adətən,  onlar  böyüdükcə  və  yaxşı  qulluq  etdikcə,  ya  da  şahın 

iltifatı sayəsində məvacibləri artırılır. Onlar daim sarayda olurlar, ən vacib qərarları 

yerinə  yetirmək  üçün  onlardan  istifadə  edirlər.  Onları  şahın  hədiyyələrini 

hakimlərə təqdim etmək üçün göndərirlər, ya da tapşırıqlar verirlər. 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə