13
basmaçılarıyla, Azərbaycan millətçiləri ilə, hətta Türkiyə və İran zümrələri ilə
təmasa girən və bütün bu millətlərdəki siyasi qüvvətlərlə gizli münasibət təsis edən
Sultan Əliyev yalnız əski xidmətlərinə hörmətən edam edilmədi. Ancaq özünün
firqədən ixracı ilə kifayətlənildi.
Gürcüstandakı “Mötəzilə”nin Moskva ilə mücadilələri də məşhurdur.
Çakayanın Moskvaya göndərdiyi protesto raportu vaxtilə ifşa edilmişdi.
Azərbaycanda dəxi “Budaqovçuluq” adı ilə məşhur bir cərəyan zühur eyləmişdi ki,
buna birləşən partizanlar kommunist olduqları halda, firqənin milli proqrama aid
ümdə və qərarlarının səmimiyyətlə tətbiqini istəyir və bu xüsusda israr edirdilər.
Mərkəziyyətçi kommunistlər öz aralarından zühur edən bu kimi
“mötəzilə”yə qarşı amansız davranır, “milliyyət xəstəliyinə” tutulan bu
“arxadaşları” dərhal ya Moskvaya cəlb edir və yaxud Sibiryanın uzaq bir guşəsinə
göndərərək onlara eskimoslar arasında təbliğatçı vəzisfəsi tapşırırlar.
Fəqət bütün bu tədbirlərə rəğmən milliyyət davası hər cür maniə və
müşkilata baxmayaraq, özünə sadiq mücahidlər toplayır və çox böyüməklə sərf
etmək surətilə olsa da, tərəqqi və inkişaf edir.
Ümumi məktəblərlə dövlət idarələrinin milliləşməsi xüsusunda mütəmadi
surətdə baş verən mücadiləni təsbit etməklə bərabər milli ədəbiyat və milli tarix
əsərlərini nəşr xüsusunda göstərilən təşəbbüslərin çox tərifəlayiq bir səy olduğunu
da burada qeyd edə bilərik. Bu təşəbbüslərin nə kimi bir məqsədlə icra edildiyinə
bir misal olmaq üzrə Azərbaycan ədəbiyyat cəmiyyətinin böyük şairimiz Füzulinin
400 illiyini bayram etmək məqsədilə nəşr eylədiyi risaləyə yazdığı müqəddiməni
buraya nəql edirik. Risalənin müqəddiməsində deyilir ki: “Azərbaycan ədəbiyyat
cəmiyyətinin ən başlısa işlərindən biri də türk ədəbiyyatının qiymətli abidələrini
tapıb yaşatmaq, onları meydana gətirən dahiləri unutqanlıq pərdələri içindən
çıxararaq xalqa və xüsusilə türklərdə kültür və mədəniyyət oladığı iddiasını gizli-
gizli məqsədlərlə ortaya ataraq öz riyakar tarixlərinə şərəf qeyd etmək istəyən Qərb
sənət simsarlarına göstərərək bu kirli böhtanı üzərimizdən atmağa çalışmaqdır.
Azərbaycan ədəbiyyat cəmiyyəti qiymətli şairi Füzulinin 400-cü ili şərəfinə tarixi
bir gecə hazırlarkən tarixi bir vəzifə də yapmış və eyni zamanda o geniş türk
xalqları kütləsinə də tarixdəki qiymətləri, dühaları tapıb çıxarmaq, hörmət və təqdir
etmək xüslarında da ilk doğru yol göstərmə borcunu ifadə etmiş olur”.
Milli müxalifət cərəyanının qeyri-rus kommunist zümrələri arasındakı
məfkurəvi qüvvəni təqdir edə bilmək üçün yenə Ukrayna həyatına qayıdaq:
Yuxarıda qeyd olunan təfsilatdan göründüyü kimi, Ukrayna milliyyətpərvərliyi
kommunist internasionalizminin hər şeyi bərabərləşdirən mənfi təsirinə rəğmən,
nasionalizm nöqteyi-nəzərindən çox mühüm nəticələrə gəlmişdir.
Ukraynadakı bu hərəkatın nə kimi bir ruhla hissiyyatlanıb hankı əməllərlə
mütəhərrik olduğunu öyrənmək üçun sovet mətbuatında görünən bəzi nəşrləri
gözdən keçirmək lazımdır. Bu nəşrlər bizə “ukraynalaşdırma” siyasətinin “Sovetlər
İttifaqı” ayamasını daşıyan “Böyük Rusiya” ideyası nöqteyi-nəzərindən nə kimi
14
təhlükələrin içərisində olduğunu göstərir. Bu tədqiqat eyni zamanda bizə Avropa
qəzetlərinə əks edən Ukrayna separatçılığı haqqındakı şayiələrin də əsl və fəslsiz
olmadığını isbat edir.
Ukrayna Mərkəzi İcraiyyə heyətinin üçüncü ümumi yığıncağındakı
Kommunist fraksionuna qarşı baş verən bayanatında firqə katibi Kaqanoviç
Ukraynada milli şovinizmin hökmran olduğunu gizlətməyirdi. Kaqanoviçin
etirafına görə, Ukraynada həm Ukrayna, həm yəhudi, həm də velikorus şovinistliyi
varmış. Bu şovinistlik xüsusilə ukraynalılar tərəfindən hərarətli bir surətdə davam
etdirilməkdədir. Kommunizm məfkurəçiləri “siniflər xaricində və fövqündə milli
mədəniyyət yoxdur və ola bilməz” deyə hər kəsi başa salmaqda ikən milli Ukrayna
məfkurəçiləri bunun ziddinə rəvac verərək “milli azadlıq və milli kültürün bu
hürriyyəti istehsal yolundakı əhəmiyyəti məsələsini pərdələyərək” Kaqanoviçin
firqə konqresində söylədiyi kimi “kommunist mühitindəki daha zəif təbəqələrin
fikirlərini zəhərləyirlər”. Digər firqə rəislərindən Kotnevşinin söyləməsinə görə,
Ukrayna firqəsinin içində elələri varmış ki, “sənayeyi-nəfisə ilə ədəbiyyata
bağlanan iqtisadi, siyasi və istehsal işlərinə aid xüsusiyyətlərdən ayırmaq tərəfdarı”
imişlər. Bu kommunistlər milləti öz mahiyyətində bütöv bir təsisat kimi qəbul
edərək milliyyət məsələsinə də mütləq bir qiymət verirlərmiş.
Göründüyu kimi, milli şüur, tətbiq olunan şiddətli kommunizm
məngənəsinin əzici qısqaclarından sıyrılaraq bolşevik firqəsini sarsıdır. Yuxarıda
qeyd olunan Kotnevşinin dediyinə görə, fəhlə sindikatları konqreslərindən birində
kommunistlərdən birinin çıxıb da rəhbər olaraq çalışdığı vahid fəhlə sindikatının
milli cümhuriyyət sindikatlarına ayrılmasının faydalı olduğundan bəhs eyləmişdir.
Ukrayna kommunist firqəsinin son konqresində Xivyelov adında bir
kommunistin Ukrayna ədəbiyyatı haqqındakı milliyyətpərvəranə nitqi qeylu-qala
səbəb olmuşdur. Ukrayna ədəbiyyat və mədəniyyətinin özünəməxsus bir qiymətə
malik olduğundan bəhs edən bu natiq ukraynalılar üçün mədəni xüsusatda
Avropaya baxmaq lazım gəldiyini söyləmişdir. “Avropaya üz çevirmək” məsələsi
Ukraynada ən çox münaqişəyə səbəb olan bir məsələdir. Bura ziyalıları arasında
“iki mədəniyyət” haqqındakı münaqişə qədər fikirləri məşğul edən başqa bir
ictimai mövzu yoxdur. Bu iki mədəniyyətdən birisi rus, digəri də Avropa
mədəniyyətidir. Bu mövzu üzərində cərəyan edən münaqişə əsnasında ukraynalı
kommunistlərdən birisi “rus kültürü ilə Ukrayna kültürünün mücadilə halında
olduğundan” bəhs eyləmişdir.
Məlum olduğu üzrə bolşeviklərdə bütün günahları “burjuaziya”nın üstünə
yıxmaq adəti vardır Ukraynadakı bu əhvali-ruhiyədən bəhs edən sovet mühərrirləri
bu klassik metoda sadiq qalaraq yazırdılar ki: “sərhəd boyundakı burjuaziya
vəziyyətə görə istiqamət alır. O, əyalətlərin sovetlər İttifaqından çıxmasına rəvac
verir. Burjualar bu separatçılıq hərəkatı ilə əyalətlərdəki fəhlələri sovetlər
mərkəzindən ayırmaqla zəif düşürmək və sonra istədikləri kimi istismar edərək
kapitalist Qərb dövlətlərinin ağuşuna atmaq istərlər. həqiqi məqsədləri isə hurriyyət