35
həqiqətdə isə “təqib etdiyimiz məqsəd vahid cahan iqtisadiyyatı daxilində
fəhlələrin birləşməsidir. Federasyon isə bu vəhdətə doğru gedən yolun ancaq bir
mərhələsidir” - deyə əlavə eyləmişdir.
VII
DAXİLDƏ MƏRKƏZİYYƏT, XARİСDƏ İMPERİALİZM
Həqiqi məqsədi Rusiyada şiddətli bir kommunist mərkəziyyətini təsis
ikən, “millətlər istərlərsə Rusiyadan ayrıla da bilərlər” şüarı ilə meydana atılaraq
saxta federasyon pərdəsi altında əski məqsədinə nail olan sentralist kommunizm
sovetlər hüdudu xaricində tətbiq etdiyi milliyyət siyasəti ilə də qızıl imperializm
rolunu oynamaqdan başqa bir şey yapmayır.
Sovet hökuməti özünəməxsus ikiüzlülüklə burada da qarşımıza çıxır. Bir
tərəfdən Sovet xariciyyəsi Avropa imperializminə qarşı mücadilə vəziyyətində
bulunan Şərq millətləri ilə dostluq təsisinə çalışırkən, digər tərəfdən də Üçüncü
İnternasional ajanları bu məmləkətlər daxilində kommunist firqələri təsis etmək
üzərindən bir an üçün olsun qəflət etməyirlər. Çünki bolşeviklərcə bu gün özləri ilə
səylərə şərik olunan Şərqdəki milli inqilab hərəkatları yalnız müvəqqəti bir zaman
üçün özlərinə arxadaş ola bilərlər. Yoxsa onlar dəxi Avropadakı işləri kimi, birər
xain burjua olub, bu günün dostu olsalar da sabahın düşmənləridir. Buna görə də
Rusiya daxilindəki millətlərə qarşı Sovet federalizmi şəklində ələ keçirilmiş olan
kommunizm mərkəziyyətçilik, xaricdəki “müstəmləkə və yarımmüstəmləkə”
millətlərinə qarşı da kapitalizm ilə mücadilə pərdəsi altında gəlib çatmaq istəyən
Qızıl İmperializmdir!..
*
*
Bu xüsusda təfsilat üçün bundan sonra gələn məqaləyə müraciət oluna.
36
BOLŞEVİKLƏRİN ŞƏRQ SİYASƏTİ
I
GÖSTƏRİŞLİ ŞÜARLARDAN BİRİ
Bolşeviklərin “çox həvəslə istifadə etdikləri göstərişli şüarlar”dan birisi də
iştə bu “Şərq siyasəti”dir. Bu siyasətə onlar əksəriyyən koloni siyasəti dəxi
deyirlər. Kolonilərdə “Milli qurtuluş” və yaxud “Milli istiqlal” mücadiləsini
kommunistlər necə qiymətləndirirlər?
Milli istiqlal uğrundakı mücadiləsində Rusiyadakı hadisələrdən çox böyük
surətdə istifadə etmiş bir məmləkətdə belə bir sual verməyi mümkün hesab
edənlərin olacağını təxmin edə bilərik. Fəqət bir sıra obyektiv hadisələr nəticəsində
təsir edən məlum bir qənaətə rəğmən, kəmali-cəsarətlə tələb edirik ki, “Sovetlər
İttifaqı” daxilində tətbiq olunan “milliyyət siyasəti”ndə olduğu kimi, bolşevizm
“Şərq siyasəti”ndə dəxi hiylədən ari deyildir.
Leninin və onunla bərabər bugünkü Rusiya diktatoru Stalinin imzaları ilə
vaxtilə bütün islam dünyasına, ümumiyyətlə bütün Şərq millətlərinə xitabən nəşr
olunan bəyannamələri xatırlayırıq. Bu bəyanatlardan nəşət edərək Türkiyə,
Əfqanıstan, İran və sairə kimi Şərq millət və dövlətləri ilə bağlanan müqavilələri
də unutmayırıq. Bu müqavilələrdə Qızıl rus hökuməti cömərd davranmış, elan
etdiyi yüksək prinsiplərə həqiqətdə sadiq qalmış kimi bir vəziyyət almışdır. Çar
dövründən qalma, Rusiyanın bu məmləkətlər üzərindəki nüfuzu bütün hüquq və
imtiyazlardan sərf-nəzər eyləmiş, hətta Rusiyanın bu məmləkətlərdən alacağı bütün
borcları ləğv etməklə bərabər, buralarda mövcud bütün imtiyazlarla Rusiyaya aid
maliyyə və hüquqi ləyaqətdən belə vaz keçilmişdir. Bu bir faktdır. Faktları inkarə
qalxacaq qədər inadkar tənqidçilərdən deyilik. Fəqət lüzumunda işimizə gələn bir
faktdan kifayət dərəcədə istifadə etmək məqsədilə onu bir dərəcəyə qədər idealizə
etmək əməli siyasət nöqteyi-nəzərindən faydalı olsa da, bu metodik faktları olduğu
kimi görmək xassəsini pozacaq qədər irəlilətmək dəxi zərərlidir.
Rus “Lafonten”i məşhur Krılovun “İstifadə edə bilmədiyimizi hədiyyə
edirik” - deyə bir misrası vardır. Bolşeviklərin Şərq məmləkətləri haqqındakı
cömərdlikləri də bu növdəndir. Əlləri çatmadıqlarını hədiyyə edirlər. İrəlidə
deyilmiş məmləkətlərlə bağlanan dostluq müqavilələrində cömərdcə tərk olunan
“haqları” başqa cürə “müdafiə” zatən mümkün deyildir. Sovet Rusiya bir zərb-
misala görə “Tökülmüş bəhməzi hədiyyə edirdi”. Bundan başqa Şərqdəki bu
“səxavət”, Qərbdəki “qarət”lə də həmahəng idi. Rusiyanın milyardlara yetişib
avropalılara hədiyyə etmək məcburiyyətində olduğu borclarını və yenə milyardlara
dəyər əcnəbi imtiyazlarını ləğv ilə əcnəbi sərmayə və maliyyə məsələlərini zəbt
edən bir hökumət bir neçə yüz milyonu belə olmayan Şərqdəki mənafeyindən,
araya atdığı davanın məntiqi qüvvətini təmin üçün əlbəttə sərf-nəzər etməliydi. Bu,
37
maddətən qazanclı, tətbiqatca əməli, siyasətən şərəfli olduğu kimi, propaqanda
nöqteyi-nəzərindən də parlaq bir manevrə idi.
Manevrə idi - deyirik, çünki manevra olmayıb da Sovet hökumətinin
Şərqdəki qonşuları ilə dostluğu həqiqi və hər cürə istismar iştihasından ari
həqiqətpərvəranə bir əsasə istinad etmiş olsaydı, o zaman biz aradakı siyasi razılıq
və uyğunluğa baxmayaraq Şərq millətləri ilə sovet arasında sənələrcə davam edən
və hələ də bir cürə həll edilməyən iqtisadi ixtilaflarla ticarət mübarizələrinə şahid
olmazdıq. Bu mücadilə Türkiyədə o qədər çox duyulmaz. Çünki burası o vaxtdan
bəri beynəlmiləl mübadilə nöqteyi-nəzərindən, ya idxalat və ya ixracatda olsun
Rusiyaya möhtac deyildir. Öylə ikən dəxi Şərq millətlərimdən siyasətən ən çox
anlaşmış olunduğu bu məmləkətdə belə Moskva hökuməti iqtisadi və ticari
münasibətini ancaq keçən sənə tənzim edə bildi, halbuki İran belə deyildir. İran
iqtisadiyyatı Rusiya bazarına bağlıdır. Hərdən o İran idxalat və ixracatının həmən
yarısından artığı Rusiya hesabına icra olunurdu. Coğrafi mövqe etibarilə İran
üzərindəki müstəsna vəziyyətdən istifadə ilə Sovet xarici ticarəti İranı adətən kölə
halına gətirmiş, bu “dost məmləkəti”, heç bir düşmənin edə bilməyəcəyi bir şəkildə
istismar eyləmişdir. Xarici ticarətdə tətbiq etdiyi dövlət inhisar sistemi üzündən
Şimali İranın yeganə müştərisi olan Qızıl Rusiya rəqibsiz alıcının təsviri qabil olan
hər cürə ehtikar və müamilə kötülüyünü icradan zərrə qədər fərq olmamışdır. İş o
yerə gəlmişdir ki, vaxtilə bolşevik inqilabını idealizə edən tərəqqipərvər İran ticarət
burjuaziyası başda olmaq üzrə Şimali İranın ən mühüm ticarət mərkəzləri Rusiyaya
qarşı aylarla davam edən boykotaj hərəkətini təşkil etmişlərdir. İran ictimaiyyəti
sadə, təyin etdikləri sabit qiymətlərlə İran qurtuluşunun ən ağır şərtlərlə istismar
edən müxtəlif ad və ünvandakı sovet şirkətləri və hər cürə iqtisad müəssisələri
tərəfindən icra olunan təzyiqlərdən deyil, İran ilə Sovet Rusiya arasında o yüksək
dayaqları əhatə edərək bağlı olunan siyasi müxadinət müqavilələrindəki
maddələrində açıq surətdə (bir-birinə) zidd edildiyindən çox acı bir dillə şikayət
etməkdədir. Yarımrəsmi “İran” qəzetəsindən başlayaraq ən kiçik vilayət
qəzetələrinə varıncaya qədər bütün İran mətbuatını sənələrcə tutan mübahisə
haqqında müxtəsər də olsa bir fikir verə bilmək üçün Gilan nümayəndəsi
Kəyastovanın bu barədə nəşə etdiyi dəlili risaləsindən 26 fevral 1926-cı ildə
bağlanmış Moskva dostluq müqavilənaməsinin ruslar tərəfindən pozulan
maddələrini buraya nəql edirik: “Yuxarıda söylənmiş müqavilənamənin 3-cü
maddəsinə baxmayaraq, Kəyastovan anladır - iranlılar Ətrək çayının suyundan
istifadə edə bilmədikləri kimi, Firuzə kəndi (ki burada məşhur Firuzə daşı istehsal
olunur) də İrana verilməmişdir. 10-cu maddəyə əsasən Pəhləvi (sabiq Ənzəli)
limanı İrana təslim olunmalıydı. (Bu liman çarlıq Rusiyası tərəfindən inşa
olunmuşdur. İmtiyazı şah hökumətindən alınmışdı.) Halbuki bu günə qədər təslim
edilməmşddir. 11-ci maddəyə göpə İran sularında Rusiya hərb gəmiləri dura
bilməz. Halbuki imperatorluq dövrünə aid hərb gəmiləri indi də yalnız adlarını
dəyişməklə Pəhləvi limanında dolaşır və kiçik İran gəmilərinə nəzarət edirlər. İran