Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   20   21   22   23   24   25   26   27   28

56 

 

çürüklüyü,  alim  görünənlərin  boşboğazlığı  və  qara  cəhalətin  mövhumat  və 



təəssüblə bağdaş olması canlı surətdə təsvir və amansızca tənqid olunur. Mirzənin 

bütün  tənqidləri  XVIII  yüzilin  aydınladıcı  fikirlərilə  canlanmaqdadır.  Mirzənin 

komediyaları  Avropanın  üç  böyük  dilinə  tərcümə  edildiyi  kimi,  rusca  ilə 

fransızcaya daha çevrilmişdir. 

Mirzə  Fətəli  eyni  zamanda  bayük  bir  reformatordur.  Ərəb  əlifbasının 

dəyişdirilməsi  fikrini  ilk  dəfə  o,  meydana  atmışdır.  Bu  məqsədlə  o,  İstanbula 

səyahət etmiş, İrana da müraciətdə bulunmuşdur. 

Mirzə Fətəlinin talantlı varisləri onun başladığı böyük işi müvəfəqiyyətlə 

yürütmüşlərdir.  Özündən  sonra  Azərbaycanın  ikinci  dram  yazarı  Nəcəf  bəy 

Vəzirlidir.  Onun  “Msibəti-Fəxrəddin”  adındakı  dramı  məşhurdur.  Bu  dramda 

Nəcəf  bəy  Avropa  mədəniyyətinə  təmas  etmiş  Azərbaycanlı  bir  ziyalının  özü  öz 

yurdundakı  ortaçağ  şərtlər  içində  düşdüyü  təzadın  faciəsi  anladılır.  Fəqət 

Azərbaycan dramının ən yetişmiş əsərlərini bizə Əbdülrəhim bəy Haqverdili verir. 

Nöqsansız ədəbi bir azəricə yazılan “Dağılan tifaq” pyesi qüvvətli, orjinal və əxlaqi 

bir  əsərdir.  Məişəqi  təsvir  edən  bir  çox  əsərlərdən  başqa  Əbdülrəhim  bəyin  tarixi 

dramları da vardır. 

Mirzə  Fətəli  məktəbinin  bu  iki  böyük  nümayəndələrindən  başqa  bir  sıra 

dramaturqlar  daha  vardır  ki,  bunların  ayr-  ayrı  xarakteristikalarını  verməyə  vaxt 

müsaid  deyildir.  Fəqət  bu  qədər  qeyd  edim  ki,  1905-ə  qədər  sürən  bu  dövrdə 

Azərbaycan  ədəbiyyatının  inkişafı  yalnız  Mirzə  Fətəli  məktəbinin  təsiri  altında 

irəliləyir.  Teatronun,  şerin,  hekayənin  və  qəzetçiliyin  bu  dövrdə  yeganə  məqsədi 

xalqa  ümuminsan  fikrinin  irəliləməsinə  ayaq  uydurmaq  gərəkliyini  anlatmaq 

olmuşdur. Məqsədə  çatmaq  yollarını  göstərməkdə  çox da  aydın olmayan bu dövr 

ədəbiyyatı mövcud durumu tənqid etmək hissində qüvvətli, kəskin və parlaqdı. Bu 

tənqid 

“Molla  Nəsrəddin”  yumor  məcmuəsinin  talantlı  müdiri  Cəlil 



Məmmədquluzadənin vaxtilə ortalığı vəlvələyə vermiş “Ölülər” pyesi Azərbaycan 

tənqidçi  ədəbiyyatının  şah  əsəridir.  Burada  yazıçı  özünəməxsus  sərt  bir  ifadə  ilə 

ortaçağ dövrünün  bütün  yalan, cəhalət,  riya  və  əksliyini açıb ortaya  tökür.  Avam 

xalqın  cəhalətindən  öz  xəsis  mənfəətləri,  tamah  və  şəhvətləri  üçün  istifadə  edən 

geri qalmış mollalarla, şeyx adını daşıyan şarlatanların fırıldaqlarını ifşa və biabır 

edir. 


Azərbaycan  qəzetçiliyinin  binası  da  bu  dövrdə  atılmışdır.  Hələ  1875-də 

Mirzə  Fətəlinin  izi  ilə  gedənlərdən  Zərdablı  Həsən  bəy  tərəfindən  Rusiya 

müsəlmanları  arasında  ilk  dəfə  olaraq  Bakıda  “Əkinçi”  adında  bir  qəzetə  təsis 

olunmuşdur. Bu qəzetə senzor şərtləri üzündən çox qısa ömürlü olmuşsa da, milli 

hərəkat  tarixində  silinməz  izlər  buraxmışdır.  Bu  qəzetədə  indi  adını  çəkdiyimiz 

Nəcəf  bəylə  bərabər  şair  Seyid  Əzim  Şirvani  şəkil  etibarilə  hər  nə  qədər  klassik 

Füzuli  məktəbini  izləyirdisə  də,  məzmun  baxımından  çox  kərə  çağdaş  fikirlər 

bəyan edirdi. “Əkinçi” müdirinin “yaşamaq qovğasında məğlub olmaq istəmirlərsə, 




57 

 

qonşulardan və  mədəni millətlərdən geri qalmamalıdırlar”  - deyə “müsəlmanlara” 



yapdığı tövsiyyəni şair oğluna yazdığı vəsiyyət şəklində ifadə edirdi. 

1905  inqilabı  dövrü  Azərbaycan  üçün  yeni  şərtlər  yaradırdı.  Bu  şərtlər 

sayəsində  Azərbaycan  cəmiyyətçiliyi  yeni  gəlişmələrə  imkan  bulurdu.  İnqilab 

nəticəsində  əldə  edilən  nisbi  hürriyyət  sayəsində  məmləkətdəki  milli-ictimai 

qüvvətlər  surətilə  irəliləyirlərdi.  Burjuaziyanın  öndə  gedən  qismi  mədəni-istimai 

işlərlə  ilgilənir,  maarif  və  xeyirsevənlər  dərnəkləri  qurulurdu.  Bu  dərnəklərin 

əlində mühümcə sərmayələr vardı. Bunlar başda Hacı Zeynalabdin Tağıyev, Musa 

Nağıyev  və  Murtuza  Muxtarov  kimi  tüccar  və  sənaye  adamları  olmaq  üzrə 

azərbaycanlı  zənginlər  tərəfindən  verilən  paralardan  ibarətdi.  Bakıda  xüsusi 

şəxslərin  parasilə  tapılmış  ümumi  binalar  vardı.  Tağıyev  Dram  Teatrosu,  Birinci 

Müsəlman  qadın  seminarının  binası,  Müsəlman  Cəmiyyəti-Xeyriyyəsinə  məxsus 

“İsmailiyyə” sarayı, Müsəlman erkək çocuqlarına məxsus “səadət” məktəbi binası 

bu  qəbildəndir.  Bunlardan  başqa  bir  çox  camilər,  məscidlər  və  xeyir  müəssisələri 

daha bina edilmişdi. Bakıda Cəmiyyəti-Xeyriyyə, Nəşri-Maarif Cəmiyyəti və digər 

maarif  və  dram  cəmiyyətləri,  Gəncədə  də  Mədrəseyi-Ruhaniyyə  ilə  Dram 

Cəmiyyəti  fəaliyyətdə  idilər.  Xüsusi  şəxslər  və  istimai  müəssisələr  tərəfindən 

verilən  ianələrlə  Rusiyaya  və  Avropanın  yüksək  məktəblərinə  tələbə  göndərilirdi. 

Ümumi  konqreslər  toplanır,  bu  konqreslərdə  mədəniyyət,  milli  tərbiyə  və  milli 

birlik  məsələləri  görüşülürdü.  Bunlardan  birində  hələ  vaxtilə  Nadir  şahın  ortaya 

qoyub  müvəffəq  olmadığı  şiə-sünnü  ixtilafının  meydandan  qaldırılması  müzakirə 

edilmiş və müsbət bir nəticəyə varılmışdır. 

Bu  dövrdə  ədəbiyyat,  teatro,  musiqi,  mətbuat  və  ümumxalq  təlim-

tərbiyəsi  sahəsində  böyük  irəliləmələr  qeyd  olunur.  Hərəkat  artıq  müəyyən  əməli 

bir  yola  girir.  Millətin  siyasi  oyanışı  hiss  olunur.  Müxtəlif  siyasi  qruplar  və  bir 

dərəcəyə  qədər  siyasi  konspirasion  həyatı  vücuda  gəlir.  1905-də  təsis  olunan 

“Həyat”,  “İrşad”  kimi  gündəlik  qəzetələr  və  digər  mövcud  dərgilər  yeni  dövrün 

ələmdarlığını  yapırlar.  Bu  dövrün  ən  ötgün  qəzetəçisi  mərhum  Ağaoğlu  Əhməd 

bəydir. 


Talantlı  şair  və  mühərrirlər  arasında  biraz  əvvəl  qeyd  etdiyimiz  “Molla 

Nəsrəddin”  məcmuəsində  “Hop-hop”  uydurma  adilə  yazan  yumorist  Sabirin 

ulduzu parlayır. Bu şairin “Hop-hopnamə” ünvanı altında nəşr olunan şerləri qısa 

bir  zaman  içində  hər  Azərbaycanlının  sevə-sevə  oxuduğu  bir  kitab  halına  gəlir. 

Onu sadə şerlərdə, burjuaziyanın zəngin evlərində kiçik əsnaf və alış-verişçilərinin 

ailələrində  və  işçi  məskənlərində  deyil,  kəndlərdə,  mədəniyyət  həyatından  uzaqda 

qalan  daxmalarda  belə  oxuyurlar.  Füzulidən  sonra  sabir  Azərbaycanın  ümum 

tərəfindən  mənimsənmiş  ikinci  şairidir.  Sadə  bir  dil,  oynaq  bir  üslub  və  dərin  bir 

mənaya  malik  olan  Sabirin  yumoru  çağındakı  bütün  nöqsanları  barışmaz  surətdə 

xırpalayır.  Gənc  Azərbaycan  nəslinin  irəliləyən  yüyrüşünə  yol  vermək  istəməyən 

zamanı keçmiş feodal qalıntılarının heç biri onun ölümcül istehzalarından qurtula 

bilmir.  Fəqət  Sabirin  bu  gülüşündə  yurdunu  sandan  sevən  yurddaş  şairin  göz 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə