Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   ...   14   15   16   17   18   19   20   21   22

27 

 

qazıntıdan  tapılan  mis  sırğanın  muncuqdan  ibarət  asmaları  vardır.  Bu  da  həmin  növ  sırğaların  Bakıda  geniş 



çeşiddə hazırlandığını göstərir. 

Gümüşlə birlikdə tapılan qızıl sırğa orijinal quruluşa malikdir. Şəkli verildiyi üçün onun forması, naxışları 

və  hazırlanma  texnikası  haqqında  müəyyən  fikir  söyləmək  mümkündür.  Bu  qızıl  sırğanın  qulağa  keçirilən 

hissəsi qarmaq və ya sual işarəsi formasında olub, üzərinə zərb üsulu ilə nöqtələr vurulmuşdur. Sırğanın başdan-

başa nöqtələr və kiçik xətlərlə bəzədilmiş asma hissəsi isə ayparanı xatırladır. Ayparanın üstündə onun uclarını 

birləşdirən  yarımdairə  formasında  zəncirvarı  naxışlar  vardır.  Qulağa  taxılan  hissə  asmanın  ortasına  bənd 

edilmişdir (XIV tablo, 8). Qızıl sırğa XII—XIII əsrlərə aid edilir

155


Qeyd  etməliyik  ki,  orta  əsr  şəhərlərindən  arxeoloji  qazıntılar  nəticəsində  buna  oxşar  mis  sırğalar 

tapılmışdır

156


.  Lakin  onların  qulağa  keçirilən  asma  hissəsi  Bakının  qızıl  sırğasındakı  kimi,  şar  formalıdır. 

Sırğanın qulağa keçirilən hissəsi qızıl məftildən düzəldilmişdir. Onun asması isə təbəqə qızıldan döymə üsulu 

ilə hazırlanmışdır. 

XIII  əsrə  aid  bir  cüt  belə  sırğa  Mingəçevirin  III  yaşayış  yerindən  1949-cu  ildə  aşkar  edilmişdir

157



Mingəçevir  sırğasının  da  yalnız  qızıl  məftildən  düzəldilmiş  qulaqdan  asılan  sual  işarəsi  formalı  hissəsi 



tapılmışdır.  Bütün  bunlar  bu  növ  sırğaların  orta  əsrlərdə  geniş  yayılmasını  göstərməklə  bərabər,  həm  də 

Azərbaycan zərgərlərinin qarşılıqlı mədəni əlaqələrini nümayiş etdirir. 



Asmalar.  Bakıdan  tapılan  qadın  bəzəkləri  içərisində  asmalar—medalyonlar  xüsusi  qrup  təşkil  edir. 

Asmalar  boyunbağı  ilə  birlikdə,  bəzən  isə  ayrı  taxılır.  Misdən  və  tuncdan  ibarət  olan  bu  bəzəklər  döymə  və 

tökmə  texnikası  ilə  hazırlanmışdır.  İçərişəhərdən  əldə  olunanların  bir  hissəsi  mis  təbəqədən  döymə  üsulu  ilə 

düzəldilən  medalyon  şəkillidir  (XIV  tablo,  9—13).  Nazik  təbəqədən  ibarət  olan  bu  bəzəklərin  bəzisinin  uc 

tərəfləri qırılmışdır. Onlardan iki ədədinin orta hissəsində kiçik deşik vardır. Birində deşiyin ətrafına batıq dairə 

çəkilmişdir.  Təbəqə  şəklində  olan  belə  asmalardan  birinin  ortası  0,5  sm  diametrdə  deşikdir.  Dairəvi  formada 

olan bəzəklərdən digəri isə tökmə üsulu ilə hazırlanmışdır (XIV tablo, 12). Onun bir üzü bəzəklidir. Çox hissəsi 

isə qırılmışdır. 

Bu cür bəzəklərdən biri də dairəvi şəkildə olan kiçik asmadır. Onun bir üzü naxışlı, digəri isə hamardır. 

Asmalardan  ikisi  formasına  görə  fərqlənir.  Onlar  əsasən  konusvarı  şəkildə  hazırlanmışdır.  Məftildən  olan  bir 

asma  ürək  formasındadır  (XIV  tablo,  14).  Təbəqə  misdən  düzəldilmiş,  en  kəsiyi  lentvarı  olan  kiçik  asma  isə 

badamvarı  formadadır.  Onun  bir  üzü  zəngin  naxışlanmışdır  (XIV  tablo,  15).  Asmanın  orta  hissəsində  iki 

ayparanın  bir  tərəfinin  birləşməsindən  əmələ  gələn  naxış  vardır.  Onun  hər  iki  tərəfindəki  iri  nöqtələr  günəşi 

xatırladır. Ayparaların birləşən hissəsinin üstündə dördyarpaqlı gül rəsmi çəkilmişdir. Təsvir etdiyimiz naxışlar 

zərb üsulu ilə vurulmuşdur. Bu bəzəyin arxa tərəfində asılmaq üçün ilgəyi vardır. 

Qeyd  etməliyik  ki,  qazıntılardan  şarvarı  gövdəli  kiçik  zınqırova  oxşar  bəzəklər  də  tapılmışdır.  Bunlar, 

şübhəsiz, asma tipli bəzəklərin bir qrupunu təşkil edir. Onlardan paltar üstünə tikmək üçün də istifadə olunur. 

Bakıda qədim qadın qəbrində aşkar edilən çoxlu müxtəlif, zəngin bəzəklərin içərisində kiçik şarvarı zınqırova 

bənzər  bəzək  də  vardır

158


.  Bundan  yəqin  ki,  ya  asma  və  ya  da  paltar  üstünə  tikilən  bəzək  kimi  istifadə 

olunmuşdur. Etnoqrafik məlumatlara görə belə tip bəzəklərdən son zamanlara qədər qadın paltar bəzəyi və asma 

kimi istifadə olunmuşdur.

159


 

Zınqırov formalı bəzəklər həm Azərbaycanın orta əsr abidələrindən və həm də qonşu respublikaların orta 

əsr şəhərlərindən tapılmışdır.

160


 

Bu bəzəklərin vəzifəsini aydınlaşdırmağa kömək edən tapıntılardan biri də Astara rayonunun Şavqo kəndi 

yaxınlığından  əldə  olunan  gümüş  boyunbağıdır.

161


  Sünbül  formalı  bu  boyunbağıdan  8  ədəd  gümüş  şarlar 

asılmışdır.  Şarların  hər  biri  ona  qaynaq  edilmiş  qulp  vasitəsilə  boyunbağıya  bənd  olunmuşdur.  Boyunbağı 

onunla birlikdə tapılan gümüş pullara əsasən XI — XII əsrlərə aid edilir.

162


 

Sancaqlar. Azərbaycan orta əsr şəhərlərindən müxtəlif formalı metal sancaqlar aşkar olunmuşdur.

163


 

Bakıda  1946-cı  ilin  yazında  Şirvanşahlar  sarayının  məqbərəsində  aparılan  qazıntılar  zamanı  qəbirdən 

tapılan  bir  ədəd  qızıl  sancaq  maraqlıdır.

164


  Sancağın  başı    altıləçəkli    gül  formasındadır.  Onun  ləçəklərinə 

qırmızı rəngdə cilalanmış qiymətli daşlar qoyulmuşdur. Ortaya isə nisbətən iri dairəvi firuzəyi qaş salınmışdır. 

                                                           

155


 Yenə orada, s. 118—119. 

 

156



 İsmizadə Ö. Ş. 1960-cı ildə Qəbələnin qala hissəsində aparılan arxeoloji qazıntılar haqqında. AMM, V cild, 1964, s. 106, XV tablo, 3, XVI tablo, 7. 

157


 Aslanov Q. M., Qolubkina T. İ., Sadıqzadə Ş. Q. Göstərilən əsər, s. 23, IV tablo, 1. 

158


 Bartold V. V. Göstərilən əsəri, s. 119. 

159


 Кильчевская 3. А. Азербайджанская женский костюм XIX века из селения Оджек Халданского района, МКА, т. II, Баку, 1951, с. 192 — 195. 

160


 Osmanov F. L. Göstərilən əsəri, s. 43; s. 140, 113-cü şəkil «b»; İbrahimov F. Ə. Göstərilən əsəri, s. 187; Ataqarrıyev Y. Göstərilən əsəri, s.  72—73. 

23-cü şəkil,   16—18 

161

 Aslanov Q. M. Qolubkina T. İ., Sadıqzadə Ş. Q. Göstərilən əsər, s.26, VIII tablo, 1. 



162

 Yenə orada. 

163

 İbrahimov F. Ə. Göstərilən əsəri, s. 189—192. 



164

  Минкевич-Мустафаева  Н.  В.  Гробницы  в  усыпальнице  Ширваншахов.  Доклад  АН  Азерб.  ССР  1947,  №1;  Асланов  Г.  М.,  Голубкина  Т.  И., 

Sadıqzadə Ş.Q. Göstərilən əsər, s.30. IV tablo, 7. 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə