Azərbaycan əDƏBİyyati tariXİNİN



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü0,77 Mb.
#58403


Poetika, izm

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, 

Nizami Gəncəvi adma Ədəbiyyat İnstitutunun direktoru,  akademik 

isa.habibbevli@ Science, az



AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNİN 

DÖVRLƏŞDİRİLMƏSİNİN ELMİ TƏSNİFATI

Açar  sözlər:  Azərbaycan  ədəbiyyatı,  dövrləşdirmə,  mərhələlər,  milli  özünüdərk, 

sivilizasiya faktoru, Azərbaycançılıq məfkurəsi, keçid dövrü, ədəbi cərəyanlar



Key words:  Azerbaijani  literature,  periodization,  stages,  national  identity,  factor 

of civilization, Azerbaijanism ideology, transition period, literary movements



Ключевые  слова:  азербайджанская  литература,  периодизация,  этапы, 

национальное  самосознание,  фактор  цивилизации,  идеология  азербайджанизма, 

переходный период, литературные течения

Azərbaycan  ədəbiyyatının  keçdiyi  çoxəsrlik  inkişaf  yolunun  elmi- 

nəzəri cəhətdən yenidən və əsaslı  şəkildə dövrləşdirilməsi zərurəti konkret 

olaraq yalnız Azərbaycanın bir ölkə kimi  dövlət müstəqilliyi qazanmasın­

dan  sonra  meydana  çıxmışdır.  Müstəqillik  dövrünün  başlanğıc  mərhələ­

sində ilk növbədə elmi-ədəbi  mühitdə ədəbiyyatın  sovet dövründən  qalma 

pərakəndə  prinsiplər  əsasında  dövrlər  üzrə  tədqiq  olunması  və  təhlil 

edilməsi  tənqidə  məruz  qalmışdır.  İdeoloji  meyarlara  üstünlük  verilməsi 

əsasında  hazırlandığı  üçün  haqlı  olaraq  məlum  «dövrləşmə»  təşəbbüs­

lərinin qəbuledilməzliyi diqqət mərkəzinə çəkilmişdir.

Bununla  belə,  Azərbaycan  ədəbiyyatı  tarixinin  dövrləşdırilməsində 

klassik  format  hələ  də  əsasən  elmi  dövriyyədən  tam  çıxmamışdır.  Azər­

baycan  Milli  Elmlər  Akademiyasının  Nizami  Gəncəvi  adma  Ədəbiyyat 

İnstitutu tərəfindən hazırlanmış  7  cilddə  (əvvəlcə  6  cilddə -   İ.H.)  nəzərdə 

tutulan  “Azərbaycan  ədəbiyyatı  tarixi”  çoxcildliyinin  artıq  2004-2011-ci 

illərdə  çapdan  çıxmış  4  cildindəki  icmallarda  və  portret-oçerklərdə  azər- 

baycançılıq  məfkurəsinə  əsaslanmaq  və  bəşəri  dəyərlərə  istinad  etmək 

əsas  prinsip  kimi  qəbul  edilmişdir.  Elmi  cəhətdən  əhəmiyyətli  olan  bu  4 

cilddə  xüsusi  bir  dövrləşdirmə  aparılmasa  da,  çoxəsrlik  Azərbaycan 

ədəbiyyatı  tarixi  əsrlər  üzrə  mərhələlərə  ayrılaraq  müəyyən  elmi-nəzəri 

təhlil  əsasında təqdim  olunmuşdur  [1].  Çoxcildlikdə  şifahi  xalq  ədəbiyya­

tından xalqımızın  qədim və zəngin  söz  sənəti  abidələri  kimi  ayrıca  cilddə 

bəhs  olunur.  «Azərbaycan  ədəbiyyatı  ən  qədim  dövrlərdə»  adlanan  II 

cilddə  yazılı  ədəbiyyatın  ümumtürk  ortaq  başlanğıcı  əsas  götürülməklə 

Orxon-Yenisey  abidələrindən  və  ərəbdilli  Azərbaycan  ədəbiyyatından

3



Poetika, izm

bəhs  olunmuş,  XIII  əsrə  qədərki  ədəbiyyat  tədqiq  edilib  ümumiləşdiril­

mişdir.  Məntiqi  mənada  ən  qədim  dövrlərdən,  yəni  yazılı  ədəbiyyatın 

yaranmasından (təxminən VII əsrdən) İzzəddin Həsənoğluyaqədərki tarixi 

mərhələ  qədim  dövr  Azərbaycan  ədəbiyyatı  kimi  təqdim  olunmuşdur. 

Orta  əsrlər  ədəbiyyatı  ifadələri  işlədilməsə  də  «Azərbaycan  ictimai-bədii 

fikrinin  XIII-XVIII  əsrlərdəki  ədəbi  təcrübəsi...  tarixi-xronoloji  səpkidə, 

vahid  məntiqi  bir  proses  kimi»  [2,  s.5]  çoxcildliyin  xüsusi  bir  cildində 

özünə yer  almışdır.  Akademik  nəşrin  dördüncü  cildi  yeni  dövr  ədəbiyyatı 

kimi  XIX  əsr  Azərbaycan  ədəbiyyatına  həsr  olunmuşdur.  Bu  yanaşma 

XX  əsrin  yetmişinci  illərində  səslənməyə  başlamış  “yeni  dövr”  və  “ən 

yeni  dövr”  anlayışlarının  meydana  çıxması  ilə  müəyyən  olunmuşdur. 

Beləliklə,  1957-1960-cı illərdə nəşr edilmiş 3  cildlik «Azərbaycan ədəbiy­

yatı  tarixi»ndən  sonra  meydana  çıxan  yeddicildlik  «Azərbaycan  ədəbiy­

yatı  tarixi»  müstəqillik  dövründə  yaranan,  bəşəri  dəyərləri  də  nəzərə 

almaqla  milli  ədəbiyyatın  real  inkişaf proseslərinin  əsasında  yazılan  aka­

demik  ədəbiyyat  tarixidir.  Çoxcildliyin  çapa  hazırlanmaqda  olan  sonrakı 

cildlərində  Azərbaycan  ədəbiyyatı  tarixinin  müasir dövrləşməsi konsepsi­

yası  nəzərə alınmışdır.

Nizami  adına  Ədəbiyyat  İnstitutunda  Yaşar  Qarayevin  [3]  (1936- 

2002)  və  Bədirxan  Əhmədovun  [4]  ədəbiyyat  tarixi  istiqamətində  yazıl­

mış  kitablarında  dövrləşmə  məsələsi  xüsusi  məqsəd  olmasa  da,  bu 

nəşrlərdə  haqqında  söz  açılan  XIX  əsr və  XX  əsrin  əvvəlləri  Azərbaycan 

ədəbiyyatı  tarixi  mərhələlərinin  geniş  və  obyektiv  elmi  qiyməti  verilmiş­

dir.  Azərbaycan  ədəbiyyatı  tarixinin  XIX  əsr və  XX  əsrin  əvvəlləri  mər­

hələlərinin  müəyyənləşdirilməsində  və  həmin  dövrlərin  ədəbi-tarixi 

proseslərinin obyektiv izahında bu nəşrlər əhəmiyyətli mənbələrdir.

Son  illərdə Nizami  Gəncəvi  adma Ədəbiyyat  İnstitutunun  əməkdaş­

ları  Baloğlan  Şəfızadənin  və  Elməddin  Əlibəyzadənin  çap  etdirdikləri 

“Azərbaycan  ədəbiyyatı  tarixi”  kitablan  ədəbiyyat  tarixinin  qədim  dövr­

lərinə  işıq  salan,  nisbətən  az  öyrənilmiş  bu  ən  böyük  tarixi  mərhələni 

dərin  və  əsaslı  tədqiqatlarla  zənginləşdirən  əsərlərdir.  Baloğlan  Şəfızadə 

Azərbaycan  ədəbiyyatının  qədim  dövrünü  iki  mərhələdə -  mifologiyadan- 

Avestaya,  Orxon-Yenisey  abidələrindən  -   “Kitabi-Dədə  Qorqud”un  ya­

ranmasına  qədərki  dövrə  qədər,  bir  də  islamın  meydana  gəlməsi  dövrün­

dən XIII  əsrədək olan mərhələdə  araşdırıb  öyrənmişdir  [5,  s.302].  Eiməd- 

din  Əlibəyzadə  Azərbaycan  ədəbiyyatının  qədim  dövrünü  tarixin  ilkin 

çağlarına doğru  aparmış,  Midiya  dövrü  ədəbiyyatı,  Orxon-Yenisey  abidə­

ləri  və  “Kitabi-Dədə  Qorqud”  dastanlarına tam  yeni  baxışları  əks  etdirən 

tədqiqatlarla  bu  mərhələni  tamamlamışdır  [6,  s.831].  Bu  tədqiqatlar 

Azərbaycan  ədəbiyyatı  tarixinin  qədim  dövrünün  hüdudlarını  müəyyən

4



Poetika, izm

etmək  və  mahiyyətini  açmaq  baxımından  özünəməxsus  mühüm  əhəmiy­

yətə malikdir.

Müstəqillik  illərində  Bakı  Dövlət  Universitetində  ali  məktəblər 

üçün  dərslik  kimi  yaranmış  2  cildlik  “Müasir  Azərbaycan  ədəbiyyatı” 

kitabında  da  əvvəlki  mərhələ  ilə  müqayisədə  milli  ədəbiyyatın  dövrlər 

üzrə verilməsində obyektiv meyarlardan,  ədəbi-tarixi proseslərin reallıqla­

rından  çıxış etməyə meyil qüvvətlənmişdir.  Azərbaycan sovet ədəbiyyatı­

nın ilk dəfə olaraq “sovet dövrü  ədəbiyyatı”  formasında təqdim  olunması, 

[7,  s.29]  yəni  ədəbiyyatın  tam  olaraq  ideologiyaya  tabe  etdirmədən 

dəyərləndirilməsi  müstəqillik  dövrü  Azərbaycan  ədəbiyyatşünaslıq  elmi­

nin  obyektiv elmi-nəzəri  baxışlarından  doğan  real  qiymətləndirmə hesab 

oluna  bilər.  Həmçinin  dərsliyə  “Cənubi  Azərbaycan  ədəbiyyatı”  və 

“Azərbaycan  mühacir ədəbiyyatı”  adlanan  fəsillərin də daxil edilməsi  [7, 

s.561]  Azərbaycan  ədəbiyyatı  tarixinin müasir mərhələsinə tam və əhatəli 

elmi baxışları  ifadə edir.

Elmi  dövriyyəyə  son  illərdə  daxil  olmuş  akademik  nəşrlərdə  və  ali 

məktəb  dərsliklərində  daha  çox  müstəqillik  dövrünün  ədəbi  hərəkatının 

ayrıca təqdim  olunması  üstünlük təşkil  edir.  Bu  cəhətdən Nizami  Gəncə­

vi  adına  Ədəbiyyat  İnstitutunun  hazırladığı  “Müstəqillik  dövrü  Azərbay­

can  ədəbiyyatı”  ikicildliyi  həm  nəzərdə  tutulan  tarixi  mərhələni  bütün 

yönləri  ilə  əhatə  etmək  baxımından,  həm  də  ədəbiyyat  tarixinin  bu 

mərhələsinin  dövrləşmədə  malik  olduğu  mahiyyəti  dəqiq  ifadə  etmək 

cəhətdən  mühüm  əhəmiyyətə  malikdir.  Böyük  zəhmətin  və  ciddi  elmi 

axtarışların  nəticəsində  meydana  çıxmış  “Müstəqillik  dövrü  Azərbaycan 

ədəbiyyatı”  ikicildliyində yeni  epoxanın  iki  mərhələdə:  -  “sovet  hakimiy­

yətinin  son  illərindən  müstəqillik  dövrünə  “keçid  əlamətləri”  ilə  səciyyə­

lənən”  [8,  s. 11]  1990-cı  illərin  axırlannadək  olan  ədəbiyyat  və  Azərbay­

can  ədəbiyyatının  “XXI  əsrdən  başlayaraq  tədricən  tam  müstəqillik 

şəraitinin  yaratdığı  relslər  üzərində  inkişaf  edərək...  ölkənin  müstəqil 

ədəbiyyatı  kimi  özünü təsdiq  etdiyi”  [8,  s.22]  bizim  günlərə  qədər davam 

etdiyi  ədəbiyyat  mərhələləri  üzrə  geniş  və  sistemli  şəkildə  tədqiq 

olunmuşdur.  Azərbaycançılıq,  ümummilli  oyanışa  xidmət,  milli  qurtuluş 

ideyalarının bədii  ifadəsi, yeni  insanın  obrazının yaradılması,  ədəbiyyatda 

ölkənin qayğılarının və gələcəyinin təsvir və tərənnümü müstəqillik dövrü 

ədəbiyyatının  ideya  əsasını  təşkil  edir.  Xarakterinə  görə  isə  müstəqillik 

dövrü  Azərbaycan  ədəbiyyatı  haqlı  olaraq  çoxmetodlu  ədəbiyyat  kimi 

səciyyələndirilir:  “Müstəqillik  dövrü  ədəbiyyatı  ənənəvi  realizm  və 

romantizm  cərəyanları  ilə  birlikdə  dünya  ədəbi-ictimai  fikrində  gedən 

proseslərlə  əlaqədar  olaraq  bu  tarixi  mərhələnin  özünün  meydana  çıxar­

dığı  yeni  ədəbi  cərəyanlan  da  diqtə  etmişdir:  postmodernizm,  dekaden- 

tizm  və  magik  realizm.  Ədəbi  cərəyanlann  və  bədii  metodların  qovşa­

5



Poetika, izm

ğında  da  maraqlı  bədii  əsrlər  meydana  çıxmaqdadır”  [8,  s.26].  Müasir 

ədəbiyyatşünaslığın  mühüm  elmi  nailiyyətlərindən  biri  sayılmağa  layiq 

olan “Müstəqillik dövrü  Azərbaycan  ədəbiyyatı”  ikicildliyi  çoxəsrlik ədə­

biyyat tariximizin ən yeni  dövrünün böyük  ədəbiyyatını tam  mahiyyəti ilə 

birlikdə əks etdirən qiymətli tədqiqat əsəridir.

Təyyar  Salamoğlunun  Xalq  Cümhuriyyəti  dövründən  XX  əsrin 

axırlarına  qədərki  ədəbiyyatı  əhatə  edən  “Müasir Azərbaycan  ədəbiyyatı” 

adlı  dərs vəsaiti  müəllifin  özünün də  doğru olaraq qeyd etdiyi  kimi  “sovet 

dövrü  ədəbiyyatına yeni  metodoloji  dəyərlər prizmasından  baxış  cəhdinin 

ifadəsi  kimi”  [9,  s. 17]  yenidən  dövrləşmədə  həmin  mərhələnin  obyektiv 

meyarlarla  qiymətləndirilməsinə  xidmət  göstərə  bilər.  Mərziyə  Ağayeva­

nın  “Müasir  Azərbaycan  ədəbiyyatı”  dərsliyində  XX  əsrin  60-80-ci  illəri 

və  müstəqillik  dövründən  bəhs  olunur ki,  bu  da  milli  özünüdərkə  qayıdış 

mərhələsi  və  keçid  dövrünün  xarakterik  xüsusiyyətlərinin  aydınlaşdırıl- 

masına  xidmət  edir  [10].  Alxan  Bayramoğlunun  “Müxtəsər  Azərbaycan 

ədəbiyyatı  tarixi  oçerki”  kitabı  milli  ədəbiyyatın  əsrdən-əsrə  keçdiyi 

təkamül  proseslərini  xronoloji  qaydada  izləməyə  imkan  yaradan  əhəmiy­

yətli elmi mənbədir [ 11, s. 199].

Azərbaycan  ədəbiyyatının  dövrləşdirilməsi  baxımından  xüsusi 

əhəmiyyətə  malik  olan  Vəli  Osmanlının  Türkiyədə  nəşr  olunmuş  “Türk 

xalqları  ədəbiyyatlarının  ortaq  başlanğıcı  (VI-X  əsrlər)”  kitabında  Azər­

baycan  yazılı  ədəbiyyatının  tarixinə  ortaq  ümumtürk  abidələrindən  baş­

lanmasının  zəruriliyi  ilk  dəfə  olaraq  elmi  cəhətdən  əsaslandırılmışdır. 

Müəllifin  Orxon-Yenisey  abidələrini  nəzərdə  tutaraq  gəldiyi  qənaətlər 

milli  ədəbiyyat  tarixinin mənşəyinə  müstəqillik dövrü  işığında  dərin  elmi 

yanaşmanın  obyektiv  məntiqi  ifadəsidir:  “Bu  ədəbi  bəlgələr,  bədii  nümu­

nələr  türk  xalqlarının  ortaq  qədim  ədəbi-mədəni  sərvəti  olması  etibarilə, 

onlann  (bütün  türk  xalqlarının  -   İ.H.)  ədəbiyyat  tarixinin  erkən  çağları­

nın,  VI-X  əsrlərin məhsuludur.  Türk xalqlarının  hər biri  öz  ədəbiyyatının 

başlanğıcını  Vl-X əsrlərin bu ortaq ədəbiyyatında aramalıdır”  [12,  s. 105].

Qeyd  etmək  lazımdır  ki,  XX  əsrin  əvvəllərində  Əmin  Abidin 

“Azərbaycan türklərinin ədəbiyyat tarixi” kitabında Orxon-Yenisey abidə­

lərindən həm də Azərbaycan yazılı  ədəbiyyatının  qədim  dövrünün ədəbiy­

yatı  kimi  söz  açılmışdır.  XXI  əsrdə  Azərbaycan  alimlərindən  Baloğlan 

Şəfızadənin “Azərbaycan  ədəbiyyatı tarixi  (ən qədim  dövrlər)” -  2003) və 

Elməddin  Əlibəyzadənin  “Azərbaycan  ədəbiyyatı  tarixi  (ən  qədim  dövr­

lər)” -  2009)  kitablannda milli  ədəbiyyat tarixinə  Orxon-Yenisey  ədəbiy­

yatından  başlanılmışdır.  Nizami  Gəncəvi  adma  Ədəbiyyat  İnstitutunun 

hazırladığı  7  cildlik “Azərbaycan ədəbiyyatı tarixi”ndə ədəbiyyat tarixinin 

ortaq  ümumtürk  abidələrindən  başlanması  nəzəri  prinsip  kimi  qəbul 

edilmiş  və  ikinci  cilddə  həmin  abidələrin  geniş  elmi  təhlili  verilmişdir.

6



Poetika, izm

Ədəbiyyat  tarixinin  ortaq  ümumtürk  Orxon-Yenisey  abidələrindən  baş­

lanması  qənaəti  müstəqillik  dövrü  Azərbaycan  ədəbiyyatşünaslığının  gəl­

diyi ümumi yekun nəticədir.

Göründüyü  kimi,  uzun  dövr  ərzində  Azərbaycan  ədəbiyyatı  tari­

xinin  dövrləşdirilməsi  üzrə  müəyyən  elmi  təşəbbüslər  və  çağırışlar  mey­

dana  çıxmış,  dövrləşmənin  ayrı-ayrı  mərhələlərinin  öyrənilməsinə  dair 

addımlar  atılmışdır.  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  müxbir 

üzvü  Yaşar  Qarayevin  XXI  əsrin  başlanğıcında  irəli  sürdüyü  aşağıdakı 

fikirlər  Azərbaycan  ədəbiyyatı  tarixinin  yenidən  dövrləşdirilməsi  proble­

minin  aktuallığını  ifadə edən  obyektiv çağırışlar idi:  «Əlbəttə,  gerçəkliyin 

öz  təsnifatını  elmə və  tarixə  olduğu  kimi  gətirmək  lazımdır:  necə var  elə. 

Bu  mərhələlərdən  birini,  yaxud  digərini  tarixin  arxivinə  vermək  yolu  ilə 

yox, bəlkə hər birini  olmuş,  baş vermiş real  keçmişimizin özü kimi,  bütün 

təzadlan,  faciəsi,  səhvləri  və  uğurlan  ilə  birlikdə,  bədii  idrakımızın  və 

ictimai  əxlaqımızın  təcrübəsi  və  dərsləri  kimi  öyrənmək  yeganə  doğru 

yoldur.  Lakin  təəssüf ki,  bütöv-biitöv  dövrləri,  yüzilləri,  hətta  eraları  təd­

qiqatda  əhatə  olunan  tarixlərdən  çıxdaş  eləmək  bizim  mövcud  humanitar 

-  filoloji ənənələrin ən sürəkli əyintilərindən biri  olub»  [13,  s.30].

Azərbaycan  ədəbiyyatı  tarixçiliyinə  sistemli  elmi  münasibət  məsə­

ləsi  Müstəqillik  dövründə,  XX  əsrin  doxsanıncı  illərindən  başlayaraq 

aktivləşmişdir.  Belə  ki,  XXI  əsrin  ərəfəsində  milli  bədii  təfəkkürü  həm 

növbəti  epoxaya  aparmaq,  həm  də  müstəqillik  mərhələsinin  məsuliyyətli 

vəzifələrini  həyata  keçirmək  üçün  səfərbər  etməli  olan  ədəbiyyatşünaslıq 

elmi  mümkün  olan  bütün  resurslardan  istifadə  etmək  mənasında  mövcud 

dayanıqlı  ənənələrin  enerjisini  də  prosesə  cəlb  etmək  üçün  «dövrləşmə» 

məsələsinə  yenidən  və  bu  dəfə  əsaslı  şəkildə  qayıtmalı  olmuşdur.  XX  əs­

rin  əvvəllərində  başlanan  milli  ədəbiyyat  tarixçiliyi  ənənəsi  uzun  sürən 

sovet dövrü  aralıq  mərhələsindən sonra nəinki bərpa edilmiş,  həm də yeni 

tarixi Zamanın ədəbı-elmi  mühitdəki əsas çağırışlarından birinə çevrilmiş­

dir.  XX  əsrin yetmiş-səksəninci illərində Azərbaycanda aparılan dövlət si­

yasətinin  ölkə maraqlan  və milli mənafelər üstündə köklənməsi  ədəbiyyat 

haqqında  elmin  də  ideoloji  maneələri  aşaraq,  davamlı  ənənələrinin  yaşa­

dılmasına,  problemin  ümumdünya  ədəbi-mədəni  prosesləri  səviyyəsində 

qiymətləndirilməsinə  və  milli  maraqların  ön  mövqeyə  çəkilməsinə  geniş 

zəmin  hazırlamışdır.  Müstəqillik  dövründə  başlanan  yeni  cəmiyyət  quru­

culuğunun  bütün  sahələr üzrə  möhkəm  təməlləri  həmin  mərhələdə  qoyul­

muşdur.  Azərbaycan  ədəbiyyatı  tarixinin  dövrləşdirilməsi  məsələsinə  ye­

nidən qayıdış da o illərin mədəni-mənəvi  intibahının hazırladığı prosesdir. 

Bu  mənada  XX  əsrin  doxsanıncı  illərini  Azərbaycan  ədəbiyyatı  tarixini 

yenidən formalaşdırmaq  üçün  konsepsiya  axtarışları  dövrü  adlandırmaq 

olar.  Filologiya  elmləri  doktoru,  professor  Nazif  Qəhrəmanlının  (1949-

7



Poetika, izm

2012)  «Milli  ədəbiyyat  tarixçiliyi:  genezis,  inkişaf  və  dövrləşdirmə 

problemləri»  monoqrafiyası  Azərbaycan  ədəbiyyatşünaslığında  milli  ədə­

biyyat  tarixçiliyi  ənənələrinə  və  müstəqillik  dövrünün  bu  istiqamətdəki 

vəzifələrinə konseptual  elmi-nəzəri  baxışları  əks  etdirən  ilk ümumiləşmiş 

tədqiqat  əsəri  kimi  mühüm  əhəmiyyət kəsb  edir.  Bu,  ümumiyyətlə,  Azər­

baycan  ədəbiyyatşünaslıq  elmində  milli  ədəbiyyat  tarixçiliyi  probleminə 

həsr olunmuş birinci  monoqrafik tədqiqatdır.  Ona görə də professor Nazif 

Qəhrəmanlının  həmin  illərdə  haqlı  olaraq  yazdığı  kimi,  «sistemli  ədə­

biyyat  tarixinin  yaradılması  yalnız  ədəbiyyatşünaslığın  deyil,  bütövlükdə 

mənəviyyatşünaslığın,  mədəniyyətşünaslığın  və  əslində  milli  ideologiya­

nın  baş  problemlərindən  biri  kimi  ortaya  çıxmışdır»  [14,  s.3].  Nazif 

Qəhrəmanlı  ilk  dəfə  olaraq  milli  ədəbiyyat  tarixçiliyi  məsələsinə  dünən, 

bu gün və  sabah müstəvisində elmi  cəhətdən masştablı  səviyyədə baxmış, 

geniş və  əsaslı  təhlillər aparmaqla bu  sahədə qarşıda duran  əsas vəzifələri 

müəyyən  etmişdir:  «Mövcud  ədəbiyyat  tarixinin,  eləcə  də  nəşrlərin  kon­

sepsiyası  şərti  olaraq  sırf tarixi  konsepsiyadır.  Çünki  burada  tarixşünas- 

lığın  meyar  və  ölçülərindən  çıxış  edilir.  Ədəbiyyat  tarixinə  dair  ədəbi- 

tarixi və  ideya-estetik özüllər üzərində müstəqil  konsepsiya qurulmalıdır» 

[14, s.l 14].

Nazif Qəhrəmanlı  dünya  təcrübəsi  əsasında və  müstəqillik  işığında 

Azərbaycan  ədəbiyyatı  tarixinin  dövrləşdirilməsi  məsələsinə  dair  bir- 

birinə  yaxın  olan  7  variantda  ayn-ayrı  modellər  təklif etmişdir.  O,  Azər­

baycan ədəbiyyatı tarixinin Zaman ölçülərinə,  dövlət müstəqilliyinə,  ortaq 

türk  təfəkkürünə,  ədəbi  şəxsiyyətlərə,  mərhələlərə,  minilliklərə  və  nəzəri 

baxışlara  görə  formalaşdırılması  imkanlannı  diqqətə  çatdırmışdır.  Onun 

ən  ümdə  xüsusiyyətlərini  yığcam  şəkildə  şərh  etdiyi  istiqamətlər  üzrə 

variantlar aşağıdakılardır:



“Variant  1.  Azərbaycan  ədəbiyyatı  tarixi:  klassik  (XIX əsrədək)  və 

müasir (XIX-XX əsrlər) zaman ölçülərində öyrənilir.

Variant 2.  Azərbaycan ədəbiyyatı dövlət müstəqilliyinədək və ondan

sonra

Variant  3.  Azərbaycan  ədəbiyyatı  tarixi,  a)  ərəb,  fars  və  digər 

dillərdə;  b) türkdilli Azərbaycan ədəbiyyatı tarixi

Variant 4. Azərbaycan ədəbiyyatı tarixi /  şəxsiyyətlər üzrə

Variant 5. Azərbaycan ədəbiyyatı tarixi /  mərhələlər üzrə

Variant 6. Azərbaycan ədəbiyyatı tarixi /  minilliklər üzrə

Variant  7. Azərbaycan ədəbiyyatı tarixinin nəzəri tarixi ” [14,  s.108-

109].

Fikrimizcə,  Nazif Qəhrəmanlının  Azərbaycan  ədəbiyyatı  tarixçiliyi 

haqqındakı  araşdırmaları  bu  problemə  dair  elmi-nəzəri  bünövrə  funksiya­

sını  yerinə  yetirən  əhəmiyyətli  tədqiqatdır.  «Milli  ədəbiyyat  tarixçiliyi:

8



Poetika.izm

genezis,  inkişaf və  dövrləşdirmə  problemləri»  monoqrafiyasında  proble­

mə  daha  çox  Qərb  mövqeyindən  yanaşılmış,  imkan  daxilində Ümumşərq 

poetikası  ilə  əlaqədar  məsələlərə  də  müəyyən  diqqət  yetirilmişdir.  Ədə­

biyyat tarixçiliyi  istiqamətində  təklif edilən  formatlar  içərisində  müəyyən 

üstünlük  verildiyi  hiss  olunan,  “məqbul  varianf’lardan  biri  [14,  s. 109] 

hesab  etdiyi  birinci  variantın  şərhində  də müəllif klassik və müasir zaman 

ölçülərində  dəyərləndirmədən  bəhs  edərkən  burada  meyarların  «Qərb  və 

Şərq  təfəkkür  tipinə  görə»  müəyyənləşdirilməsi  imkanlarının  genişliyini 

xüsusi  olaraq  diqqətə  çatdırmışdır.  Doğrudur,  Azərbaycan  ədəbiyyatının 

tarixi taleyində və  müasir inkişafında  Qərb və  Şərq  amilləri  özünəməxsus 

yer  tutur.  Lakin  əslində  «milli  ədəbiyyat  tarixçiliyi»  konsepsiyasında 

ümumdünya  meyarları  ilə  müqayisədə  milli  maraqlar  və  ədəbi-tarixi 

reallıqlar  daha  üstün  mövqedə  olmalıdır.  Lakin  Nazif  Qəhrəmanlmın 

ədəbiyyat  tarixçiliyi  baxışlarında  ədəbi-tarixi  proseslərin  reallıqlarına 

millilik  anlayışı  mövqeyindən  yanaşma meyilləri  olsa  da,  həmin baxış  ilk 

sırada  dayanmır.  Nazif  Qəhrəmanlı  özü  də  ədəbiyyat  tarixinin  dövr- 

ləşdiriıməsinə  dair  irəli  sürdüyü  təkliflərdən  birində  «Ədəbiyyat  tarixinin 

etnogenez,  dil  və  yazı  problemləri  ilə  sıx  əlaqədə»  öyrənilməsini  «köl­

gədə  qalan  cəhətlərdən  biri»  [14,  s. 113]  hesab  etmişdir.  Buna  baxma­

yaraq, Nazif Qəhrəmanlı Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi 

məsələlərində  daha  çox  ümumi  metodoloji  prinsiplərə  və  tarixilik 

aspektinə  istinad  etmişdir.  Lakin  N azif  Qəhrəmanlmın  təqdimatında  hə­

min  prinsiplər  pərakəndə  olduğuna  görə  müasir  reallıqları  ifadə  edə  bil­

mir.  Bundan  başqa,  təəssüf ki,  Nazif  Qəhrəmanlı  təklif etdiyi  variantlar 

əsasında  ədəbiyyat  tarixçiliyi  baxımından  özünün yekun  qənaəti  ola  bilə­

cək hər hansı bir modelin konkret olaraq üzərində dayanmamışdır.

Bütün  bunlarla  bərabər,  ümumiyyətlə,  Nazif Qəhrəmanlmın  «Milli 

ədəbiyyat  tarixçiliyi:  genezis,  inkişaf və  dövrləşdirmə  problemləri»  mo­

noqrafiyası  ədəbiyyat  tarixi  anlayışının  nəzəriyyəsinə,  bu  sahədə  Azər­

baycan  təcrübəsinin  şərhinə  və  perspektivlərinə,  dövrləşmə  konsepsi­

yasının zəruriliyinə həsr olunmuş qiymətli elmi mənbədir.

Müstəqillik  illərində  Azərbaycan  ədəbiyyatı  tarixinin  dövrləşdiril­

məsi  istiqamətində  akademik  Nizami  Cəfərovun  irəli  sürdüyü  elmi  kon­

sepsiya  bu  mühüm  işin  nəzəri  əsaslarını  müəyyənləşdirmək  baxımından 

əhəmiyyətlidir.  Ə w əla,  Nizami  Cəfərov  Azərbaycan  ədəbiyyatı  tarixini 

dövrləşdirmək  üçün  nəzərə  alınması  zəruri  olan 

meyarları  müəyyən­

ləşdirmişdir:  Ədəbi-estetik  proses,  etnik-kulturoloji  proses  və  ictimai- 

siyasi  proseslərə  əsaslanmaq.  İkincisi,  Nizami  Cəfərov  konkret  olaraq 

Azərbaycan  ədəbiyyatı  tarixinə  dair  özünün  dövrləşmə  modelini  də 

təqdim  etmişdir:

9



Poetika, izm

1.  V-XII  əsrlər  Azərbaycan  ədəbiyyatı,  yaxud  Azərbaycan  ədəbiy­

yatının qədim dövrü;

2.  X llI-X Vl əsrlər Azərbaycan  ədəbiyyatı,  yaxud Azərbaycan  ədəbiy­

yatının orta dövrü;

3.  XV II  əsrdən  X X  əsrin  əvvəllərinə  qədərki  Azərbaycan  ədəbiyyatı, 

yaxud Azərbaycan ədəbiyyatının yeni dövrü;

4.  X X   əsrin  əvvəllərindən  sonrakı  Azərbaycan  ədəbiyyatı  tarixinin 

müasir dövrü [15,  s.  8].

Qeyd  etmək  lazımdır  ki,  təqdim  olunan  dövrləşmə  ana  xətləri  eti­

barilə  Azərbaycan  ədəbiyyatının  keçdiyi  keşməkeşli  yolun  əsas  inkişaf 

mərhələlərini  özündə  əhatə  edir.  Və  ən  yaxşı  cəhətlərdən  biri  də  ondan 

ibarətdir  ki,  Nizami  Cəfərovun  dövrləşdirməsində  ideoloji  baxışlar  deyil, 

ədəbi-estetik  meyarlar  və  nəticə  etibarilə  azərbaycançılıq  dəyərləri  əsas 

yer tutur.  Azərbaycan ədəbiyyatı  tarixinin dövrləşdirilməsinin  elmi-nəzəri 

təsnifatının  bünövrəsi  kimi  bu  format  əhəmiyyətlidir.  Xüsusən,  Nizami 

Cəfərovun  orta  əsrlər  Azərbaycan  ədəbiyyatının  sərhədlərini  müəyyən 

edərkən  ilk  dəfə  olaraq  tarix  etibarilə  XIII-XVI  əsrlər  konturunu  cızması 

onun  konkret  bir dövrünün  başlanğıc  və  yekun  məqamlarını  ədəbi-tarixi 

proseslərin  reallıqları  əsasında təsbit  etdiyini  aydın  surətdə  göstərir.  Bun­

dan  başqa,  müstəqil  mərhələ  kimi  qeyd  etməsə  də,  XVII-XVIII  əsrlərin 

Azərbaycan  ədəbiyyatının  və  ictimai  fikrinin  inkişafı  tarixindəki  fərqli 

yerini  və  xüsusi  əhəmiyyətini  müəyyən  etmək  baxımından  Nizami  Cəfə­

rovun  aşağıdakı  nəzəri  qənaətləri  mühüm  əhəmiyyət  kəsb  edir:  “Həmin 

dövrdə  xalq  ədəbiyyatı  «oyanaraq»  yazılı  ədəbiyyatın  yenidən  quruiması 

üçün  güclü  etnokulturoloji  enerji  verir;  realizm  bədii-estetik  idrakın  əsas 

metodologiyası kimi qərarlaşmağa başlayır;  Azərbaycan ədəbiyyatı,  Azər­

baycan həyatı, Azərbaycan coğrafiyası  olur”  [15,  s.9-10].

Əslində  Nizami  Cəfərovun  yuxarıda  ifadə  olunan  dəqiq  elmi 

təyinatı  XVII-XVIII  əsrlərdən Azərbaycan  ədəbiyyatı  tarixinin xüsusi  bir 

mərhələsi  kimi  danışmağa  tam  əsas  verir.  Ümumiyyətlə,  təqdim  olunan 

dövrləşdirmə və  şərhlər Azərbaycan  ədəbiyyatı  tarixinin  yenidən dövrləş- 

dirilməsi  üçün fərqli yanaşmalara,  ədəbi-tarixi proseslər arasındakı  özünə­

məxsusluqlara  təkcə  «davam»  nəzəriyyəsindən  yox,  həm  də  yeniləşmə 

bucağından baxmağa doğru real üfüqlər açır.

Bu mənada nəticə  olaraq  deyə bilərik ki,  müstəqillik  illərində Nazif 

Qəhrəmanlı  ilk  dəfə  Azərbaycan  ədəbiyyatı  tarixinin  yenidən  dövrləşdi- 

rilməsi  zərurətini  elmi  ideya  olaraq  irəli  sürmüş,  elmi-nəzəri  cəhətdən 

əsaslandırmışdır.  Onun  təklif  etdiyi  çoxvariantlı  fərziyyələr  Azərbaycan 

ədəbiyyatı  tarixinin  dövrləşməsi  məsələsinə  geniş  masştabda  baxmaq, 

daha  əsaslı  şəkildə  yanaşmaq  haqqında  düşünmək  üçün  zəmin  yaradır. 

Nizami  Cəfərov  isə  Azərbaycan  ədəbiyyatı  tarixinin  dövrləşdirilməsinin

10



Poetika, izm

özünəməxsus konkret versiyasını  formalaşdırmışdır.  Bu,  Azərbaycan  ədə­

biyyatı  tarixinin  çoxəsrlik  inkişaf  yolunun  maksimum  dərəcədə  geniş 

ümumiləşdirilməsinə əsaslanan bir dövriəşdirmə təsnifatıdır.

XX  əsrin  doxsanıncı  illərində  və  XXI  əsrin  əvvəllərində  meydana 

çıxan  təşəbbüslər Azərbaycan  ədəbiyyatı  tarixinin  dövrləşdirilməsi  sahə­

sində  konsepsiya  axtarışlarının  inkişaf  etməkdə  olduğunu  nümayiş 

etdirir.  Bu  isə  öz  növbəsində  milli  ədəbiyyat  tarixinin  nəzəri-konseptual 

şəkildə dövrləşdirilməsi üçün yeni mərhələni  hazırlamışdır.

Azərbaycan  ədəbiyyatının  çoxəsrlik  tarixi  inkişaf  yolunun  tədqiqi 

proseslərində  Zaman və  ədəbiyyat məsələsi həmişə  əsas  faktorlardan biri 

olmuşdur.  Hansı  bucaqdan baxılmasından  asılı  olmayaraq,  Zaman faktoru 

yazıçı  və  şairlərin  dünyabaxışında,  ədəbi  prosesin  inkişaf etməsində  mü­

hüm  rol  oynamışdır.  Böyük  ədəbiyyat  sadəcə  zamanın  arxasınca  gedərək 

onu  təsvir  və  ya  tərənnüm  etməklə  qalmamışdır.  Azərbaycan  ədəbiyyatı 

həmişə  bütün  inkişaf  mərhələlərində  həm  də  Zamanın  ən  aparıcı  ideal­

larını  formalaşdırmış,  proseslərin  inkişafında  əsas  hərəkətverici  qüvvə 

funksiyasını  yerinə  yetirmiş,  xalqı  və  ictimai  fikri  ümummilli  ideallar 

uğrunaa  mübarizəyə  doğru  aparmışdır.  Zamanın  ictimai-siyasi  xarakteri 

və  ayrı-ayrı  epoxalarda  baş  vermiş  böyük  tarixi-mədəni  hadisələr  ədəbi 

cərəyanları,  mövzuları,  janrları,  üslubları,  hətta  qəhrəmanları  meydana 

çıxarmışdır.  Hər yeni Zaman özünün yeni  ədəbi  axınlarını  və ədəbiyyatını 

yaratmışdır.  Böyük  ədəbiyyat  da  öz  növbəsində  Zamanın  yeniləşməsinə, 

inkişafına və dəyişməsinə  təkan vermişdir.  Lakin  sovet ədəbiyyatşünaslıq 

elmində  Zamana  obyektiv  elmi  münasibət  deyil,  ideoloji  yanaşmalar  ön 

mövqeyə  çəkildiyi  üçün  ədəbiyyat  və  dövran  münasibətləri  dəyərləndi­

rilərkən  gerçəklikdən  çox  hakim  sinfin  prinsiplərinə  üstünlük verilmişdir. 

Elmi  fikirdə  zaman  faktoru  obyektiv  ictimai-tarixi  reallıqlarına  görə  yox, 

ideoloji  cəhətdən  diqqət  mərkəzinə  çəkilmişdir.  Bu  da  Azərbaycan  ədə­

biyyatının,  o cümlədən  də  keçmiş  sovet  cəmiyyətində  təmsil  olunan  digər 

xalqların  ədəbiyyatının  tarixi  inkişaf yolunun  dövrləşdirilməsində  əsasən 

ideoloji  amillərə istinad  edilməsini  şərtləndirmişdir.  Bundan başqa,  Sovet 

cəmiyyətinin  ideologiyasındakı  tarixi  keçmişin  unutdurulması,  xalqların 

yalnız  bolşevizm  dövründən  sonra  əsl  inkişafa  çatması  ideyasının  geniş 

təbliğ  olunması  çoxəsrlik  ədəbiyyat  tarixinin  elmi  cəhətdən  dövrləşdi­

rilməsi  məsələsini  arxa  plana  keçirmişdir.  Ona görə  də  həmin  mərhələdə 

Azərbaycan  ədəbiyyatı  tarixindən dövrlər üzrə bəhs  olunarkən cəmiyyətin 

inkişafına  marksist  baxış  əsas  kimi  qəbul  edilərək  sinfılik  və  proletar 

beynəlmiləlçiliyi kimi ideoloji prinsiplərdən çıxış edilmişdir.

Qeyd  olunduğu  kimi,  Sovet  hakimiyyəti  illərində  yazılmış  Azər­

baycan  ədəbiyyatı  tarixi  kitablarında,  yaxud  dərsliklərdə  dövrləşdirməyə 

xüsusi  maraq  göstərilməsə  də,  ədəbiyyatımızın  çoxəsrlik  inkişaf  yolu

11



Poetika, izm

boyu  müxtəlif əsrlərdə  yaşayıb-yaratmış  yazıçı  və  şairlərin  əsərləri  təhlil 

edilib  qiymətləndirilərkən  müəyyən  edilmiş  ideoloji  prinsiplər  nəzərə 

alınmışdır.  Beləliklə,  dövrləşdirmənin  sovet  dövrü  modeli  açıq  elan 

olunmasa  da,  ədəbiyyat  tarixindən  bəhs  olunarkən  ictimai  formasiyaların 

formalaşmasına  dair  marksizm  təliminə  uyğunlaşdırılmışdır.  Ədəbiyyat 

tarixinin  dövrləşdirilməsində  ibtidai  icma  və  ilkin  feodal  dövlətlərinin 

yaranması  mərhələsi  qədim  dövr,  feodalizmin  inkişafı  orta  əsrlər  dövrü 

hesab  edilmişdir.  XIX  əsr  və  XX  əsrin  əvvəllərinin  ədəbiyyatı  xüsusi 

mərhələ hesab edilsə də, həmin dövr sovet hakimiyyətinə görə əks və zidd 

sistem  kimi  qəbul  olunan  kapitalist  münasibətlərinin  formalaşması  mər­

hələsi  olduğu üçün real  mahiyyətinə  görə deyil, tarix etibarilə  ədəbiyyatın 

əhatə  dairəsini  göstərən  əsrləri  bildirən  rum  rəqəmləri  əsasında,  məsələn, 

XIX  əsr  adlandırılmışdır.  Sovet  ədəbiyyatı  dövrü  isə  ölkədə  sovet  haki­

miyyətinin  qurulmasından yox,  bir  qədər  də  əvvələ  çəkilərək marksizmin 

və  ya  bolşevizmin  yaranması  dövründən  hesablanmışdır.  Beləliklə, 

ədəbiyyat  tarixinin  ictimai  formasiyalara  görə  dövrləşdirilməsi  müəyyən 

dərəcədə  ədəbiyyatda gedən proseslərə uyğun gəlsə  də,  onu tam ifadə  edə 

bilməmişdir.  Çünki  bu  qaydada  dövrləşdirmə  prosesində  yalnız  cəmiy­

yətin marksist inkişaf qanunauyğunluqları  nəzərə alınmış,  həm də  ədəbiy­

yatın  daxili  təkamülü,  hər  dəfə  yeniləşməsinin  ədəbiyyatdan  gələn  sə­

bəblərinin  müəyyən  olunması  diqqətdən  kənarda  qalmışdır.  Bundan  baş­

qa,  ictimai  formasiyalara  dair  təlim  Qərb  ölkələrinin  inkişaf  prosesləri 

əsasında  formalaşdırıldığı  üçün  Şərq  xalqlarının,  o  cümlədən  Azərbay­

canın  yaşadığı  təkamül  proseslərini  tam  ifadə  edə  bilmirdi.  Ona  görə  də 

ədəbiyyatların formasiyalar üzrə  dövrləşdirilməsi Azərbaycan  ədəbiyyatı­

nın  təcrübəsində  heç  də  hər  zaman  obyektiv  reallığı  ifadə  edə  bilmə­

mişdir.


Beləliklə,  cəmiyyətin  inkişafının  marksist təlimi  sovet  ədəbiyyatın­

da təmsil  olunan  xalqlann,  o  cümlədən Azərbaycan  xalqının tarixi  taleyi, 

mübarizəsi,  təkamülü  ilə  heç  də  həmişə  uyğun  gəlmədiyi  üçün  həmin 

ədəbi-mədəni  prosesin  dialektikasının  dəqiq  müəyyən  olunmasına  mane­

çilik törətmişdir.

SSRİ-nin  dağılması  və  müstəqil  dövlətlərin  yaranması,  milli  və  bə­

şəri  ideallann  önə  çıxması  Sovetlər  İttifaqından  ayrılmış  müstəqil  ölkə­

lərdə,  o  cümlədən  Azərbaycanda  çoxəsrlik  ədəbiyyat  tarixinin  dövrləş­

dirilməsi  probleminə  yenidən  qayıtmaq  zərurətini  elmi  fikrin  gündəminə 

gətirmişdir.

Hazırda  ədəbiyyat tarixinin  dövrləşdirilməsi  istiqamətində  ayrı-ayrı 

ölkələrdə  yeni  təşəbbüslərin  meydana  çıxması,  habelə  dövrləşdirmə  prin­

siplərinin  müəyyən  olunmasında  fərqli  yanaşmalann  mövcud  olması 

müşahidə  edilməkdədir.  Rus  ədəbiyyatşünaslığında  irəli  sürülən  dövr-

12



Poeti ka. izm

ləşdirmə  modelləri  haqqında  professor  Vadim  Polonskinin  aşağıdakı 

fikirləri  geniş mənada nəzəri  cəhətdən bu problemə elmi  yanaşmanın  əsas 

istiqamətini  müəyyən  etməyə  açar verir:  «Bu gün elə  akademik ədəbiyyat 

tarixini  əsl  novator  hesab  etmək  olar  ki,  burada  onun  «hədsiz  mürək­

kəbliyi»  nəzərə  alınsın;  və  bu  ədəbiyyat  tarixində...  milli  söz  sənətinin 

təkamülü...  düzxətli  sxem  şəklində  deyil,  çoxvariantlı  inkişaf istiqamətlə­

rinin  mərkəzi  kimi təqdim  olunsun.  Həmçinin  ağırlıq  mərkəzi zəruri  ola­

raq oxşarın bənzərsizliyə,  qonşu sıralarda -  ədəbi və ictimai-siyasi baxım­

dan baş verənlərin fərqliliyinə düşməlidir»  [16,  s. 18].

Qeyd  edildiyi  kimi,  Sovet  hakimiyyəti  illərində  Azərbaycan  ədə­

biyyatının  çoxəsrlik  tarixi  inkişaf  yolundan  dövrlər  üzrə  söz  açılarkən 

«mərkəzdən»  müəyyən  olunmuş  hazır  sxemlərə  istinad  olunmuşdur. 

Məlum  olduğu  kimi,  mərkəz  isə  ədəbiyyatın  dövrləşdirilməsini  obyektiv 

elmi  əsaslar  üzərində  deyil,  ideoloji  prinsiplər  əsasında  qurmuşdur.  Ona 

görə  də  müstəqillik  illərində  Zamana  və  ədəbiyyata  obyektiv  ədəbi-tarixi 

baxış Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi üçün yeni  konsepsiyanın 

müəyyən  olunmasını  tələb  edir.  Hazırkı  şəraitdə  Azərbaycan  ədəbiyyatı 

tarixinin  dövrləşdirilməsi  haqqında  elmi  konsepsiyanın  hazırlanması  aşa­

ğıdakı zərurətdən yaranmışdır:



L  Azərbaycan  ədəbiyyatı  tarixinin  keçmiş  sovet  ideologiyası  əsa­

sında  aparılmış  dövrləşməsinin  ədəbi-tarixi  proseslərin  reallıq­

larını  əks  etdirməməsi,  müstəqillik  dövrünün prinsiplərinə,  milli 

məfkurəyə uyğun gəlməməsi;

2.  Ayrı-ayrı  müəlliflərin  və  y a   müəlliflər  kollektivinin  yazıb  nəşr 

etdirdikləri  Azərbaycan  ədəbiyyatı  tarixinə  dair  akademik  nəşr­

lərdə,  dərsliklərdə,  monoqrafik  tədqiqatlarda  dövrləşdirilmədə 

keçmişdə  müəyyən  edilmiş  mərhələlərdən  uzaqlaşa  bilməmək hal­

larının aşkar nəzərə çarpması;

3.  Dövrləşmə  meyarlarında  və  mərhələlərin  müəyyən  olunmasında 

pərakəndəliyin müşahidə olunması;

4.  Dövlət  müstəqilliyi  ideallarının  işığında  Azərbaycan  ədəbiyyatı 

tarixinin  dövrləşdirilməsinin  vahid sisteminin yaradılması zərurə­

tinin meydana çıxması;

5.  Dövrləşdirmə prosesində  dünyada  gedən  ədəbi-tarixi proseslərin 

nəzərə alınması zərurəti.

Müstəqillik  dövrü  Azərbaycan  ədəbiyyatşünaslıq  elmində  çoxəsrlik 

ədəbiyyat  tariximiz  və  müasir  ədəbi  proses  dövrləşdirilərkən  ilk növbədə 

təsnifat üçün elmi  prinsiplərin, nəzəri  konsepsiyanın müəyyən edilməsi ən 

mühüm  şərtdir.  Bu  məqsədlə  müxtəlif coğrafıyalarda  yaranan  ədəbiyyat­

şünaslıq  əsərlərində oxşar və fərqli baxışların meydana çıxması  [17,  s.2-4] 

dövrləşmə  prosesində  mövcud  hazır  sxemlərdən  yox,  dünya  təcrübəsin­

13



Poetika, izm

dən  yaradıcı  şəkildə  faydalanmaqla  xalqın  və  ölkə  ədəbiyyatının  keçdiyi 

çoxəsrlik  inkişaf  yolunun  reallıqlarına  əsaslanmağı  tələb  edir.  Ədəbi- 

tarixi  reallıqları  isə  ictimai  formasiyalar  üzrə  yazıçı  və  şairlərin  qruplaş- 

dırılması  kimi  yox,  ədəbiyyatda baş vermiş  mühüm  dəyişikliklərin:  ədəbi 

cərəyanların,  janrlann,  üslubların  dəyişməsi  və  inkişaf etdirilməsi  məna­

sında  qəbul  edilməlidir.  Bundan  başqa,  fıkrimizcə,  yenidən  dövrləşdirmə 

zamanı  Azərbaycan  xalqının  milli  maraqlarından  və  müstəqil  dövlətçilik 

meyarlarından  çıxış  etmək  də  zəruri  tələblərdən  biri  olmalıdır.  Bütün 

bunları  nəzərə  alaraq,  Azərbaycan  ədəbiyyatı  tarixinin  yenidən  dövrləş- 

dirilməsi  üçün  konseptual  baxımdan  aşağıdakı  prinsiplərə  əsaslanmağı 

faydalı hesab  edirik:



L  Azərbaycançılıq məfkurəsi

2.  Sivilizasiya faktoru

3.  Ədəbi-tarixi prosesin reallıqları

4.  Azərbaycanda ədəbi cərəyanlar

Məlum  olduğu  kimi,  müxtəlif əsrlərdə  Azərbaycanda  türk  siviliza­

siyası,  ərəb-islam  sivilizasiyaları  ictimai-siyasi  və  ədəbi-mədəni  mühitdə 

yaşanmış  və  böyük  inkişafa təkan vermişdir.  Türk  sivilizasiyasının  tanrı- 

çılıq təlimi,  islam  sivilizasiyasının mənəvi  kamillik ideyası  müxtəlif dövr­

lərin  böyük  ədəbiyyatı  və  mədəniyyətinin  formalaşmasında  mühüm  rol 

oynamışdır.  Bundan  başqa,  Azərbaycanda  maarifçilik  hərəkatı  da  sivili­

zasiya  faktoru  kimi  ictimai-ədəbi  mühitin  inkişafına  müstəsna  dərəcədə 

təsir  göstərmişdir.  Uzun  illər  Şərq-müsəlman  dünyagörüşü  istiqamətində 

köklənmiş  Azərbaycan  ədəbi-ictimai  fikrinin  XIX  əsrdə  Qərbyönlü  inki­

şaf yoluna  keçməsi  və  bu  zəmində  ölkədə  dünyəvi  məktəblərin,  teatrın, 

milli  mətbuatın  və  realist  ədəbiyyatın  yaranıb  yüksələn  xətlə  qaçılmaz 

şəkildə  yolunu  davam  etdirməsi  maarifçilik  hərəkatının  regionda  mühüm 

sivilizasiya  faktoru  rolunu  oynadığını  qəbul  etməyə  əsas  verir.  Azərbay­

canın  Şərq-Qərb  yönlü  sivilizasiyaların  qovşağında  yerləşməsi  burada 

həmin  sivilizasiyalararası  mədəniyyətin,  o  cümlədən  də  ədəbiyyatın 

inkişafına öz təsirini göstərmişdir.

Azərbaycançılıq ictimai-ədəbi fikir meydanına ölkəmizdə XIX əsrin 

axırlarından  etibarən  gəlsə  də,  bundan  əvvəlki  dövrlərdəki  ümumtürk 

təfəkkür  tərzi  ədəbiyyatın  milli  zəmində  inkişafını  müəyyən  etmişdir. 

XIX  əsrdə və XX  əsrin  əvvəllərində realist  ədəbiyyatın  ön  cəbhəni təmsil 

etməsi ölkənin geniş coğrafi bütövlüyü və xalqın isə konkret olaraq öz adı 

və  dəyərləri  ilə  ədəbiyyatda  iştirak  etməsini  zəruri  faktora  çevirmişdir. 

Azərbaycançılıq -  milli  düşüncənin və Vətən  anlayışının bir yerdə  qavra- 

nılması  təlimi  olaraq  xalqın  və  ölkənin  milli  maraqlarını,  maarifçilikdən 

milli azadlıq ideyalarına,  istiqlal mübarizəsi  düşüncəsinə, dövlət müstəqil­

liyi  şüuruna  qədərki  bütün  ideallarının  ədəbiyyatın  canında  və  qanında

14



Poetika, izm

olmasını  qaçılmaz  həyati  tələbat  səviyyəsinə  qaldıran  ümummilli  məfku­

rədir.

Qədim  dövr  və  orta  əsrlər  Azərbaycan  ədəbiyyatında  ölkə  anlayışı 



geniş  əraziləri  əhatə  etdiyi  üçün  konkret  tarixi  şəraitdə  eyni  metod  və 

üslubda  yaşayıb-yaradan  sənətkarların  yaradıcılıq  birliyinin  baş  tutması 

çətin  olmuş  və  buna  görə  də  həmin  tarixi  mərhələlərdə  bu  gün  bizim 

düşündüyümüz  formatda  ədəbi  cərəyanlar  formalaşa  bilməmişdir.  Lakin 

orta  əsrlərdə  ədəbi-ictimai  fikirdə  geniş  yer  tutmuş  sufizm  və  hürufızm 

təriqətləri  həm  də  ədəbi  cərəyan  funksiyasını  daşımış,  sənətkarları  öz 

cazibəsində  saxlamış və  istiqamətləndirmişdir.  XVIII  əsrdən  etibarən  son 

üç  əsrdən  artıq  dövrdə  Azərbaycan  ədəbiyyatında  meydana  gəlmiş  erkən 

realizm,  maarifçi  realizm,  tənqidi realizm,  romantizm,  dekadentizm,  post­

modernizm,  magik  realizm  kimi  ədəbi  cərəyanlar  ədəbiyyatın  yeni  hə­

dəflərini  və  ideallarını  müəyyən  etmiş,  yeniləşmə  və  dəyişikliklərə  geniş 

meydan  açmışdır.  Buna görə  də Azərbaycan  ədəbiyyatı  tarixinin  dövrləş- 

dirilməsində  ədəbi  cərəyanlann  nəzərə  alınması  zəruridir.  Ədəbi  cərəyan­

ların  nəzərə  alınması  eyni  zamanda  dünyada  baş  verən  obyektiv  gerçək­

liklərin,  elmi-texniki  yeniliklərin,  qlobal  dəyişikliklərin  ədəbi  prosesə 

təsirini nəzərə  almaq baxımından  da vacibdir.  XX  əsrdə  dünya  ədəbiyyatı 

və ictimai  fikrində yaranan modemizm və postmodernizm cərəyandan  hə­

min qlobal dəyişikliklərin nəticəsində meydana çıxmışdır.  Dünyada gedən 

proseslər  Azərbaycana  təsirsiz  ötüşməmiş,  həmin  cərəyanlar  və  onlann 

nümayəndələri Azərbaycanda da mövcud olmuşdur.

Azərbaycan  ədəbiyyatı  tarixinin  dövrləşdirilməsinin  müasir  kon­

sepsiyası  üçün  müəyyən  edilmiş  meyarlar  ədəbiyyatımızın  çoxəsrlik  tari­

xində  baş  vermiş  ictimai-mədəni  və  ədəbi-tarixi  proseslərin  reallıqlarını, 

keçilmiş  inkişaf yolunun  özünəməxsusluqlarını  obyektiv  şəkildə  özündə 

əks  etdirməyə  imkan  yaradır.  Ədəbi-tarixi  proseslərin  reallıqları  dedikdə 

isə  Azərbaycan  ədəbiyyatının  təbii  məntiqindən,  daxili təkamülündən  do­

ğan  sənət  idealları  ilə xalqın  müxtəlif dövrlərdəki  ümummilli  ideallarının 

dialektik  əlaqəsi,  sintezi və vəhdəti  nəzərdə  tutulur.  Bu  üzvi  əlaqə  nəzərə 

alınmadan milli  ədəbiyyat tarixinin inkişaf yolunun obyektiv dövrləşdiril- 

məsini  müəyyən etmək çox çətin olar.

Qeyd olunan  prinsiplər Azərbaycan  ictimai-mədəni  fikrinin və  ədə­

biyyatının  əsrlər  boyu  keçdiyi  inkişaf  yolunun  ana  xətlərini  və  başlıca 

məzmununu,  əsas  inkişaf  istiqamətlərini  özündə  əks  etdirir.  Burada  hər 

hansı  bir  kənar ideologiyanın  diqtəsi  ilə  təklif olunan meyillər  özünə  yer 

almamışdır.

Azərbaycan  ədəbiyyatı tarixinin  inkişaf mərhələləri. Azərbaycan 

ədəbiyyatı  tarixinin  aşağıda  təqdim  olunan  dövrləşdirmə  modeli  ümum- 

dünya  ədəbi  proseslərinin  gedişatı  müstəvisində  Azərbaycan  xalqının

15



Poetika, izm

çoxəsrlik  tarixi  ərzində  milli  ədəbiyyatın  keçdiyi  təkamül  proseslərinin 

daxili  inkişaf  qanunauyğunluğundan,  təbii  məntiqindən  doğan  elmi  təs­

nifatdır:



1.  Qədim dövr Azərbaycan ədəbiyyatı: Mifologiya və epos dövrü

2.  Azərbaycan  yazılı  ədəbiyyatının  ortaq  başlanğıc  dövrü  (VII-X 

əsrlər)

3.  İntibah dövrü Azərbaycan ədəbiyyatı  (XI-XII əsrlər).

4.  Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).

5.  Erkən realizm dövrü Azərbaycan ədəbiyyatı  (XVII-XVIII əsrlər).

6.  Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü  (XIXəsr);

7.  Azərbaycan  ədəbiyyatında  tənqidi  realizm  və  romantizm  epoxası 

(XIX əsrin  doxsanıncı  illərindən  Azərbaycanda  sovet  hakimiyyə­

tinədək).

8.  Sovet dövrü Azərbaycan ədəbiyyatı  (1920-1991-ci illər).

9.  Milli  özünüdərkə  qayıdış  mərhələsi  və  keçid  dövrü  Azərbaycan 

ədəbiyyatı  (1970-1995).

10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı.

Azərbaycan  ədəbiyyatı  tarixinin  təqdim  olunan  dövrləşməsinin

müəyyən  olunmasında  konkret  mərhələlər  arasında  davam  edən  proses­

lərlə,  varisliklə  yanaşı,  köklü  mühüm  yeniləşmələrin,  dəyişikliklərin  baş 

verməsi  də  əsas  götürülmüşdür.  Mövcud  dövrləşməyə  görə,  qədim  dövr 

Azərbaycan  ədəbiyyatı  əsasən  şifahi  xalq  ədəbiyyatını  əhatə  etməsi  ilə 

səciyyələnir və  ədəbiyyatın  mifoloji  başlanğıcının bütün  təzahür formala­

rını  əhatə  edir.  Bu  dövr  milli  şifahi  bədii  təfəkkürün  möhtəşəm  yekunu 

olan  eposun  -   “Kitabi-Dədə  Qorqud”  dastanının  yaranması  ilə  tamam­

lanır.  Azərbaycan  yazılı  ədəbiyyatının  ortaq  başlanğıc  dövrü  kimi  müəy­

yən  olunan  Vll-X  əsrlər  mərhələsi  ilkin  ümumtürk  ədəbi  abidələri  və 

Azərbaycanın  ərəbdilli rnəvali  şairlərinin yaradıcılığı,  habelə  ölkənin  əra­

zisinin  tərkib  hissəsi  olan  alban  yazılı  ədəbiyyatının  yaranması  əsasında 

təqdim  olunur.  Xüsusi  mərhələ  kimi  təqdim  edilən  intibah  dövrü  Azər­

baycan  ədəbiyyatı  isə  XI-XII  əsrlərdə  antik  yunan  sivilizasiyası  ənənə­

sinin  regionda  dirçəldilməsi,  milli  ədəbiyyatın  epik  vüsətinin  yüksəlişi, 

ümumbəşəri  idealların  qüvvətlənməsi ilə birlikdə qədim türk sivilizasiyası 

ilə  islam  mədəniyyətinin  çarpazlaşmasından  yaranan  böyük  ədəbiyyatdır. 

Bu  mərhələ  həmçinin  Azərbaycan  ədəbiyyatında  farsdilli  poeziyanın 

yaranması və inkişaf etməsi  ilə xarakterizə olunur.  İlk dəfə olaraq anadilli 

yazılı  poeziyanın  yaranması  və  sürətlə  inkişaf etdirilməsi,  görkəmli  yara­

dıcılarını  və  böyük  şedevrlərini  meydana  qoyması,  lirikanın  apancı  ol­

ması  XIII-XVI  əsrlərdə  yaranıb  inkişaf  etmiş  orta  əsr  Azərbaycan  ədə­

biyyatının  özünəməxsus  simasını  müəyyən  edir.  Erkən  yeni  dövr  Azər­

baycan  ədəbiyyatı  XVII-XVIII  əsrlərdə  poeziyada klassik romantik lirika

16



Poetika, izm

ənənələrinin  zəifləməsi,  ədəbiyyatda  «səbki-hindi»  adlanan  yeni  poetik 

üslubun  meydana  gəlməsi,  xalq  şeiri  ənənələrinin  yazılı  ədəbiyyatda  ön 

mövqeyə  çıxması  və  nəhayət,  realizmin  yaranması  əsasında  formalaş­

mışdır.  Bütöv bir  əsri  əhatə  edən XIX  əsr Azərbaycan  ədəbiyyatı  maarif­

çilik  ideyalarının  yaranması,  inkişaf  etməsi  və  maarifçi  realizm  ədəbi 

cərəyanının  formalaşması  əsasında  meydana  çıxmış  yeni  tipli  ədəbiyyatı 

özündə əks  etdirir.  XX  əsrin əvvəllərində milli-demokratik hərəkatın qüv­

vətlənməsi,  tənqidi  realizm  və  romantizm  ədəbi  cərəyanlarının  ədəbi- 

ictimai  fikrə  hakim  olması  bu  mərhələni  xüsusi  bir  dövrə  çevirir.  Sovet 

dövrü  Azərbaycan  ədəbiyyatı  sosialist  realizmi  yaradıcılıq  metodu 

əsasında meydana çıxan  ədəbiyyatın yaranması  mərhələsini əhatə edir.  Bu 

dövr  eyni  zamanda  sosializm  quruluşunun  çətin  ictimai-siyasi  şəraitində 

həm  də  milli  ədəbiyyatın  təşəkkül  tapması  ilə  yadda  qalır.  Sovet  ideolo­

giyasının  formalaşdırdığı  məhdudiyyət  qaydalarının  mövcud  olmasına 

baxmayaraq,  XX  əsrin  yetmiş-səksəninci  illərində  Azərbaycan  cəmiyyə­

tində,  bunun  əks-sədası  olaraq  ədəbiyyatda  milli  özünüdərkə  qayıdış  pro­

sesləri  getmiş  və  sovet  dövrü  Azərbaycan  ədəbiyyatı  çərçivəsində  milli 

ədəbiyyatın  müstəqil  qolu  yaranıb  inkişaf etməyə  başlamışdır.  Beləliklə,

XX  əsrin  60-cı  illərindən  sonra  Azərbaycan  ədəbiyyatının  mənzərəsində 

yanaşı  proseslər baş vermişdir.  Bu  dövrdən  etibarən  sovet hakimiyyətinin 

gətirdiyi  sosialist  realizmi  yaradıcılıq  metodu  ədəbiyyatda  bir  qədər zəif­

ləməyə  başlamışdır.  Ədəbiyyata  gələn  yeni  «altmışıncılar»  nəsli  sosialist 

realizminin  əleyhinə  çıxdıqlarını  bəyan  etmədən  bir  qədər  əvvəl  ədə­

biyyatda  hakim  olmuş  tənqidi  realizm  ənənələrini  yaradıcılıqla  «bərpa» 

etmişlər.  Sosialist  realizmi  faktiki  olaraq  ikinci  planda  yolunu  davam 

etdirmişdir.  Yeni  tipli  tənqidi  realizm  ədəbiyyatı  da paralel  olaraq  inkişaf 

etmək  imkanı  qazanmışdır.  Beləliklə,  ədəbi  prosesdə  ən  yeni  dövr  ədə­

biyyatına  keçid  prosesləri  başlanmışdır.  Məhz  həmin  keçid  prosesi  ədə­

biyyatı  öz  daxilində  ən  yeni  dövrü,  çoxmetodlu  müstəqillik  dövrü  Azər­

baycan  ədəbiyyatını  hazırlayıb  yetişdirmişdir.  Həmin  mərhələdə  bədii 

əsərlərdə  xalqın  milli  maraqlarının  və  mənəvi  dəyərlərinin  əks  etdiril­

məsinə  meyil  artmış,  yazıçı  və  şairlərin  vətəndaşlıq  mövqeyi  daha  da 

qüvvətlənmişdir.  Tədricən  çoxsəsli  bədii  təfəkkürün,  çoxmetodlu  ədəbiy­

yatın  formalaşması  müstəqillik  dövrü  Azərbaycan  ədəbiyyatının  ana  xət­

tini müəyyən edir.

Dövrləşdirmədə  aynca  qeyd  olunmasa  da,  XIX  əsrdən  etibarən 

Cənubi Azərbaycan  ədəbiyyatının yaranması  və  sonrakı  dövrlərdəki  inki­

şafı  hər  mərhələnin  daxilində  ayrıca  qeyd  olunur.  Eyni  zamanda,  Azər­

baycan  mühacirət  ədəbiyyatı  da  XX  əsrin  ictimai-siyasi  reallığı  kimi 

dövrləşmənin aid mərhələlərində öz əksini tapmışdır.

Təqdim  olunan Azərbaycan  ədəbiyyatı  tarixinin dövrləşdirilnLƏjLmo-

Aıarbayoan 

Hoapublikas.

işlar İdarəsi



PREZİDENT  KİTABXANASI

17



Poetika, izm

deli  çoxəsrlik  Azərbaycan  ədəbiyyatının  milli  maraqlara  və  dünyəvi  də­

yərlərə uyğun səviyyədə, sistemli tədqiq edilib öyrənilməsinə imkan yaradır.

ƏDƏBİYYAT

1.  Azərbaycan  ədəbiyyatı tarixi,  7  cilddə,  I  cild,  Bakı,  “Elm”,  2004;  II  cild,  Bakı, 

2007; III cild, Bakı, 2009; IV cild, Bakı, 2011.

2.  Azərbaycan ədəbiyyatı tarixi, 7  cilddə, III cild. Bakı, «Elm», 2009.

3. 

Qarayev Y. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər.  Bakı, «Elm», 2002.



4.  Əhmədov  В.  XX  əsr  Azərbaycan  ədəbiyyatı.  3  cilddə,  I  cild,  Bakı,  «Elm  və 

təhsil», 2011, Bakı, II c.  «Apostrof», 2010.

5. 

Şəfizadə B.  Azərbaycan ədəbiyyatı  tarixi  (ən qədim dövrlər).  Bakı,  “Adiloğlu”, 



2003.

6.  Əlibəyzadə  E.  Azərbaycan  ədəbiyyatı  tarixi  (ən  qədim  dövrlər).  Bakı,  “Qara­

bağ”, 2009.

7. 


Bax:  Müasir  Azərbaycan  ədəbiyyatı,  2  cilddə,  I  cild,  Bakı,  Bakı  Universiteti 

nəşriyyatı, 2007.

8.  Müstəqillik  dövrü  Azərbaycan  ədəbiyyatı,  2  cilddə,  I  cild.  Bakı,  “Elm  və 

təhsil”, 2016.

9.  Salamoğlu T. Müasir Azərbaycan ədəbiyyatı. Bakı, 2012.

10.  Ağayeva M.  Müasir Azərbaycan ədəbiyyatı. Bakı, “Elm”, 2013.

11.  Bayramoğlu  A.  Müxtəsər  Azərbaycan  ədəbiyyatı  tarixi  oçerki.  Bakı,  “Elm  və 

təhsil”, 2013.

12.  Osmanlı  V.  Türk  xalqları  ədəbiyyatlarının  ortaq  başlanğıcı  (VI-X  əsrlər). 

Türkiyə, Ərzurum,  1996.

13.  Qarayev Y.  Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər. Bakı, «Elm», 2002.

14.  Qəhrəmanlı  N.  Milli  ədəbiyyat  tarixçiliyi:  genezis,  inkişaf  və  dövrləşdirmə 

problemləri. Bakı, «Qartal»,  1997.

15.  Cəfərov N.  Seçilmiş əsərləri,  5 cilddə, II cild. Bakı, “Elm”, 2007

16.  Полонский  В.  Между  традицией  и  модернизмом.  Русская  литература 

рубежа XIX-XX  веков.  Москва, НМЕАН РАН, 2011.

17.  Вах:  А.С.Курилов.  К  построению  новой  «Истории  литературы».  Москва 

«Литературная Россия», 2016.

18.  Mir  Cəlal,  Firidun  Hüseynov.  XX  əsr  Azərbaycan  ədəbiyyatı.  Bakı,  “M aarif’, 

1982.


19.  Həbibbəyli 1.  XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı. Bakı, “Nurlan”, 2004.

Isa Habibbayli

SCIENTIFIC CLASSIFICATION OF PERIODIZATION 

OF AZERBAIJANI LITERATURE HISTORY

SUMMARY

The  necessity  of  scientifically-theoretical  periodization  of  centuries-old 

development  path  of  Azerbaijani  literature  is  connected  with  our  independence.  The 

principles of periodization, which are based on ideological criteria, are unacceptable and

18



Poetika, izm

serve to adapt the ideology rather than reflecting national interests and literary-historical 

reality.  The  main  purpose  of the  article  is  to  present  the  classification  of periodization 

our  literature  by  new  scientific  principles.  In  the  article  periodization  so  far  has  been 

summarized,  critically  evaluated,  identified  its  benefits  and  disadvantages,  and  put 

forward  conceptual  principles  for  re-periodization  of the  Azerbaijani  literature.  Main 

principles:

a)  Azerbaijanism  ideology; factor of civilization;  Realities  o f literary-historical 

process; Literary movements in Azerbaijan

Based  on  the  internal  development  and natural  logic  of the  evolutionary process 

of  national  literature,  in  the  article  is  introduced  new  periodization  model  of  the 

Azerbaijani  literature.  Each  of the  ten  stages is  determined  on the  basis of the  dominant 

aspects of the period which it relates.

Иса Габиббейлн

НАУЧНАЯ КЛАССИФИКАЦИЯ ПЕРИОДИЗАЦИИ 

ИСТОРИИ АЗЕРБАЙДЖАНСКОЙ ЛИТЕРАТУРЫ

РЕЗЮМЕ

Надобность  в  новой  и  системной  периодизации  многовекового  пути 

развития  азербайджанской  литературы  с  научно-теоретической  точки  зрения 

напрямую  связана  с  обретением  нашей  независимости.  Периодизация,  составлен­

ная  на  основе  принципов  идеологических  факторов,  неприемлема,  и  помимо 

отражения  литературно-исторических  реальностей,  национальных  интересов, 

более служит соответствующей идеологии.

Основная цель настоящей статьи представить классификацию периодизации 

нашей  литературы  на  основе  новых  научных  принципов.  В  статье  обобщены  и 

критически  оценены  периодизации,  проводимые  до  настоящего  времени,  уста­

новлены  их  положительные  и  отрицательные  стороны,  выдвинуты  концептуаль­

ные  принципы  новой  периодизации  истории  азербайджанской  литературы.  Важ­

нейшие из них следующие:

а)  идеология  азербайджанизма;  б)  фактор  цивилизации;  с)  реальности 

литературно-исторического  процесса;  д)  литературные  течения  в  Азербай­

джане.

В  статье  также  представлена модель новой  периодизации  азербайджанской 

литературы  исходя  из  внутренних  закономерностей  и  естественной  логики 

эволюционных  процессов  национальной  литературы.  Временная  протяжённость 



каждого из десяти этапов определяется по присущим ему доминантным свойствам.

19

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə