Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
«Təsdiq edirəm»
ADNSU-nun rektoru, professor
__________________ Mustafa Babanlı
«
05
»
iyul 2016-cı il
3338.01 - “Sistemli təhlil, idarəetmə və informasiyanın emalı” ixtisası üzrə
doktoranturaya qəbul imtahanının
P R O Q R A M I
BAKI - 2016
Tərtib edənlər: texnika elmləri doktoru, professor Yusifov Səlahəddin İmaməli oğlu
texnika elmləri doktoru, dosent Qardaşova Lətafət Abbas qızı
Redaktor: texnika elmləri namizədi, dosent Akif Vəli oğlu Əlizadə
Rəyçilər: texnika elmləri namizədi, dosent Əliyev Arif Muxtar oğlu,
texnika elmləri doktoru, professor Cəfərov Səyyəddin Məşədi oğlu
İxtisasın formulu:
"Sistemli analiz, informasiyanın idarə edilməsi və emalı (sahələr üzrə)" - mürəkkəb tətbiqi
tədqiqat obyektlərinin sistemli analizi üsullarının işlənib hazırlanması və tətbiqi, informasiyanın
emalı, insanın tədqiqat obyektlərinə məqsədyönlü təsiri problemlərini əhatə edən ixtisasdır.
Buraya tədqiqat obyektlərinin işləmə prosesinə təsirin artırılması məqsədilə idarəetmənin təhlili,
modelləşdirilməsi, optimallaşdırılması, təkmilləşdirilməsi və qərarların qəbulu məsələləri
daxildir. Bu ixtisas onunla fərqlənir ki, onun əsas məzmunu, müəyyən sahələrə aid olan -
informasiya emalının müasir üsullarından istifadə etməklə onların idarə edilməsi səmərəliliyinin
artırılmasına yönəldilmiş - xüsusiyyətlər nəzərə alınmaqla, həm fəaliyyətinin qanunauyğun-
luğunun, həm obyekt və proseslərin inkişafının sistemli əlaqələrinin nəzəri və tətbiqi tədqiqatıdır.
Xalq təsərrüfatı üçün bu ixtisasın elmi-texniki problemlərinin həlli əhəmiyyəti informasiya
emalının və mürəkkəb sistemlərdə idarəetmənin təhlilinin mövcud üsulları və vasitələrinin
təkmilləşdirilməsi və yenilərinin işlənilməsindən, texniki, iqtisadi, bioloji, tibbi və sosial
sistemlərin fəaliyyət keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsindən ibarətdir.
Tədqiqat sahələri:
1. Sistemli analizin, optimallaşdırılmanın, idarəetmənin, qərarların qəbulunun və informasiya
emalının nəzəri əsasları və üsulları.
2. Sistemli analizin, optimallaşdırılmanın, idarəetmənin, qərarların qəbulunun və informasiya
emalı məsələlərinin formalizasiyası və qoyuluşu.
3. Təsvirin meyarlarının və modellərinin işlənib hazırlanması və sistemli analizin,
optimallaşdırılmanın, idarəetmənin, qərarların qəbulunun və informasiya emalı məsələləri
həllinin səmərəliliyinin dəyərləndirilməsi.
4. Sistemli analizin, optimallaşdırılmanın, idarəetmənin, qərarların qəbulunun və informasiya
emalı məsələlərinin həlli üsulları və alqoritmlərinin işlənib hazırlanması.
5. Sistemli analizin, optimallaşdırılmanın, idarəetmənin, qərarların qəbulunun və informasiya
emalının xüsusi riyazi və proqram təminatının işlənib hazırlanması.
6. Keçmişə aid, cari və ekspert informasiya əsasında idarəetmə sistemlərinin identifikasiya
üsulları.
7. Struktur-parametrik sintezin və mürəkkəb sistemlərin identifikasiyası üsulları və alqoritmləri.
8. Mürəkkəb sistemlərin nəzəri-çoxluq və nəzəri-informasiya analizi.
9. Problemyönümlü idarəetmə sistemlərinin, texniki, iqtisadi, bioloji, tibbi və sosial obyektlər
üçün, qərarların qəbulu və optimallaşdırılmasının işlənməsi.
10. Texniki, iqtisadi, bioloji, tibbi və sosial sistemlərdə idarəetmə qərarlarının qəbulu zamanı
intellektual dəstək üsulları və alqoritmləri.
11. Mürəkkəb sistemlərin keyfiyyət və səmərəliliyinin proqnozlaşdırılması və
qiymətləndirilməsinin üsul və alqoritmləri.
12. İnformasiyanın emalı üsullarının vizuallaşdırılması, transformasiyası və təhlili.
13. Ekspert informasiyasının alınması, təhlili və emalı üsulları.
I.
SİSTEMLİ TƏHLİL
Sistem: onun tərifi, təsnifatı əlamətləri, əsas xassələri. Süni və təbii sistemlər. Böyük və
mürəkkəb sistemlər. Sistemin analitik və qrafik təsviri. Sistemli yanaşmanın əsas mahiyyəti.
Sistemli yanaşmanın metodologiyası və reallaşdırılması prosedurları. Sistemli təhlilin obyektləri:
xidmət sahələri, müəssisə, təşkilat, korporasiya, şirkət və s. Sistemin dekompoziyası və sintezi.
Dekompoziya prosesinin alqoritmləşdirilməsi. Aqreqatlaşdırmanın növləri. Sistemli təhlilin
istiqamətləri və mərhələləri. Müəssisənin fəaliyyətinin sistemli təhlilinin tipik məsələləri. Sis-
temli təhlil məsələlərinin həll metodları: metodların inteqrasiyası. Sistemin ekspert təhlilinin
metodları: informasiya–funksional təhlil, təşkilati-funksional təhlil, mövqeləşdirmə metodları.
Analitik modelləşdirmə metodları və onların sistemli təhlildə tətbiqi. İmitasiya sistemləşdirmə
metodları və onların sistemli təhlildə tətbiqi. Obyektlərin idarə olunması məsələlərinin həllində
sistemli təhlilin yeri. Statistikanın sistemli təhlildə yeri. Mürəkkəb sistemlərin layihələndiril-
məsinin mərhələləri. Sistemli təhlilin layihələndirilmədə yeri.
II. QƏRARQƏBULETMƏ PROSESLƏRİ
Qərarqəbuletmə məsələlərinin qoyuluşu. Ekspert metodları. Qərarqəbuletmə məsələlərinin
əsas təsnifatı və həll mərhələləri. Ekspert prosedurları və ekspert məlumatlarının alınması.
Ekspert məlumatlarının alınması və işlənilməsi metodları. Statistik qərarqəbuletmə modelləri.
Risk şəraitində qərarqəbuletmə. Uduş cədvəli və qərar qəbuletmə ağacı. Qeyrimüəyyənlik
şəraitində qərarqəbuletmə: Laplas, maksimin, maksimax və peşmançılıq meyarları. Qeyrisəlis
informasiya şəraitində qərarqəbuletmə. Qeyri səlis çoxluqlar və onlar üzərində əsas əməliyyatlar.
Qeyrisəlis buraxılabilən şərtlər şəraitində optimallaşdırma məsələsi. Qeyrisəlis nisbətlərin
xüsusiyyətləri və onların üzərində əməliyyatlar. Alternativ çoxluqlarda, qeyrisəlis üstünlüklər
şəraitində qərarqəbuletmə.
III. İDARƏETMƏNİN ƏSASLARI
İdarəetmənin əsas anlayışları və kateqoriyaları. İdarəetmə sistemlərinin strukturası. İdarə-
etmə obyektləri: müəsisə, təşkilat, korporasiya. İdarəetmənin məqsədi və əsas prinsipləri.
İdarəetmə obyektlərinin riyazi yazılışı: ötürmə funksiyası, vəziyyət dəyişənləri metodu və struk-
tur sxemlər. İdarəetmə sistemlərinin təsnifatı. Tipik dinamik manqalar və onların xarak-
teristikaları. İdarəetmə sistemlərinin dayanıqlığı anlayışı və metodları. İdarəetmənin funksi-
yaları. Müəssisənin idarəetmə strukturu. İdarəetmə prosesi. İdarəetmənin metodları. Strateji
idarəetmə. İdarəolunan obyektin fəaliyyət strategiyasının planlaşdırılması. Proqramlı - məqsədli
planlaşdırmanın problemi və metodik əsasları. Proqramlı məqsədli planlaşdırmanın metodları
və əsas texnologiyası. Layihələrin idarə olunması. Obyektin fəaliyyət strategiyasının reallaş-
dırılmasının idarə olunması. Obyektin idarə olunmasında monitorinq. İdarəetmənin səmərəlilik
anlayışı, göstəriciləri və meyarları. İdarəetmə qərarlarının qəbulu metodları. Risklərin idarə
olunması. İdarəetmənin avtomatlaşdırılması. Funksional və təminedici sistemlər. Planlaşdırma və
idarəetmə məsələlərinin həllinin riyazi metodları: optimallaşdırma məsələləri, xətti, qeyri-xətti
və dinamiki proqramlaşdırma, şəbəkə qrafikləri və oyunlar nəzəriyyəsi. Dinamiki sistemlərdə
idarəetmə. Müəssisənin idarəetmə sisteminin qurulmasının müasir üsulları və konsepsiyaları:
material tələbatının planlaşdırılması (MRP), müəssisənin resurslarının planlaşdırılması (ERP),
idarəetmənin təkmilləşdirilmiş sistemi (APS). İntellektual idarəetmə sistemləri və onların
struktur təhlili.
IV.
İNFORMASİYANIN EMALI
İnformasiya texnologiyaları və sistemləri: əsas anlayışlar, təriflər. İnformasiya texnologi-
yaları və sistemlərinin təsnifatı. İnformasiya-idarəetmə texnologiyaları və sistemləri. İnformasiya
sisteminin arxitekturası. Lokal və paylanmış sistemlər. İnformasiya sistemlərinin texniki
proqram mühiti, informasiya, linqvistik, metodik və təşkilati təminatı. Müasir kompüter texni-
kası. Kompüterlərin təsnifatı. Müasir fərdi kompüterlərin arxitekturası, əsas modelləri, qurğuları
və xarakteristikaları. Kompüterlərin proqram təminati. Sistem və tətbiqi proqram təminatı.
Əməliyyat sistemləri, texniki xidmət proqramları, servis proqramları, proqramlaşdırma sistem-
ləri. Mətn və cədvəl prossesorları. Qrafik redaktorları. Riyazi proqram paketləri. Müasir proq-
ramlaşdırma texnologiyaları. Sturuktur proqramlaşdırma. Funksional və məntiqi proqramlaş-
dırma. Obyektyönlü proqramlaşdırma. Vizual proqramlaşdırma. Verilənlər bazaları və bankları.
Verilənlər bazası konsepsiyası. Verilənlərin modelləri. Relyasiya modeli. Normallaşdırma for-
maları. Nisbətlər üzərində əməliyyatlar. Verilənlərin və sorğuların təsviri dilləri. SQL dili. Onun
standart versiyaları. Əsas bölmələri, operatorları və təlimatları. Verilənlər bazaları idarəetmə
sistemi (VBİS). Müasir fərdi kompüterlər üçün VBİS-lər. Səpələnmiş verilənlər bazaları və
onların idarəetmə sistemləri. Kompüter şəbəkələri. Şəbəkə texnologiyaları və protokolları. Lokal
və qlobal şəbəkələr və onların təminatı. İnternet şəbəkəsi: arxitekturası, xidmətləri, mübadilə
protokolları, ünvanlaşdırma. İnternet bələdçi proqramlar. İnternetdə informasiya axtarışı. Tele-
kommunikasiya vasitələri. İnformasiyanın mühafizəsi problemi və onun həlli yolları. İnfor-
masiya sistemlərinin layihələndirilməsi. Layihələndirilmənin əsas mərhələləri və onların xarak-
teristikaları. İdarəolunan obyektin fəaliyyətinin təhlilində və qərarların qəbulunda informasiya
texnologiyalarının tətbiqi. İntellektual informasiya texnologiyaları: intellektual informasiya
sistemləri, ekspert sistemləri, surətlərin tanınması sistemləri. Biliklərin təsviri üsulları. Məntiqi
çıxarış metodları.
Ə D Ə B İ Y Y A T
1.
Перегудов Ф.И., Тарасенко Ф.П. Введение в системнъ анализ. –М.: «Высшая
Школа», 1989.
2.
Съедин С.И. Основы управления. – М.:PHO, 1996.
3.
Баранов В.В., Колянов Г.Н. и др. Автоматизация управлнения цредпритием.
–М.: «Инфра -М», 2000.
4.
R.Ə.Əliyev, R.R.Əliyev. Soft Kompütinq (nəzəriyyə, texnologiya və praktika). Ali
məktəblərin “İnformasiya emalı və idarəetmənin avtomatlaşdırılmış sistemləri” ixtisası
üçün dərs vəsaiti. Bakı: Çaşıoğlu, 2003. -624 səh.
5.
Артаманов Б.Н. и др. Основы совроменных технологий. –С.П.: «Корина
Принт» », 1998.
6.
Информатика. Учебник под ред. Н.Б. Макоровой. – М., 1999.
7.
Информатика. Базовый курс. Под ред. – С.В. Симоновича – С.П. «Питер»,
2001.
8.
Петров В.Н. Информационые системы. – С.П. «Питер», 2002.
9.
Дейт К. Введение в системы баз данных. 6-е изд.- Киев: Диалектика,1998.
10.
Уотерман Д. Руководство по экспертним системам. – М. : «Мир», 1989.
11.
«
İnformatika» . TQDK .2015.
12.
Алексеев Александр Петрович. Информатика 2015,Издательство: Солон-пресс,
2015 г. http://www.labirint.ru/books/477039/
13.
В.С. Анфилатов, А.А. Емельянов, А.А.Кукушкин. Системный анализ в управлении.
Москва, «Финансы и статистика», 2002, -368 стр.
14.
Реклейтис Г., Рейвиндран А., Речсдел К. Оптимизация в технике. Т. 1, 2, М., Мир,
1986.
15.
Юсупбеков Н.Р., Алиев Р.А. и другие Интеллектуальные системы управления и
принятия решений. «Узбекистан милли энциклопедиясы», Ташкент, 2014
16.
Ларичев О.И. Теория и методы принятия решений., М., Логос, 2000.
İmtahan sualları
1. Sistem: onun tərifi, təsnifat əlamətləri, əsas xassələri. Süni və təbii sistemlər. Böyük və
mürəkkəb sistemlər.
2. Sistemin analitik və qrafik təsviri.
3. Sistemli yanaşmanın əsas mahiyyəti.
4. Sistemli analizin obyektləri: xidmət sahələri, müəssisə, təşkilat, korporasiya, şirkət və
sair.
5. Sistemin dekompozisiyası və sintezi. Dekompozisiya prosesinin alqoritmləşdirilməsi.
Aqreqatlaşmanın növləri. Emercentlik və daxili tamlıq.
6. Sistemli analizin istiqamətləri və mərhələləri.
7. Sistemli analiz məsələlərinin həll metodları; metodların inteqrasiyası.
8. Əhatə mühitinin analizi metodları. İmkanlar və təhlükələr matrisləri. Keyfiyyət və
kəmiyyətin balla qiymətləndirilməsi.
9. Sistemin ekspert analizinin metodları: informasiya-funksional analiz, təşkilatı-
funksional analiz, mövqeləşdirmə metodları.
10. Analitik modelləşdirmə metodları və onların sistemli analizdə tətbiqi.
11. İmitasiya modelləşdirmə metodları və onların sistemli analizdə tətbiqi.
12. Obyektlərin idarə olunması məsələlərinin həllində sistemli analizin yeri.
13. Statistikanın sistemli analizdə yeri.
14. Mürəkkəb sistemlərin informasiya baxımından tədqiqi.
15. Mürəkkəb sistemlərin layihələndirilmə mərhələləri. Sistemli analizin
layihələndirmədə yeri.
16. İdarəetmənin əsas anlayışları və kateqoriyaları.
17. İdarəetmə obyektləri: təşkilat, müəssisə, korporasiya. İdarəetmə obyektinin modeli.
18. İdarəetmənin məqsədi və funksiyaları.
19. Müəssisənin idarəetmə strukturu. İdarəetmə prosesi. İdarəetmə metodları.
20.İdarəolunan obyektin fəaliyyət strategiyasının planlaşdırılması. Proqram-məqsədli
planlaşdırmanın problemi və metodik əsasları.
21. İnnovasiya menecmenti.
22. Obyektin idarə olunmasında monitorinq.
23. İdarəetmənin səmərəliliyi anlayışı, göstəriciləri və meyarları.
24. İdarəetmə qərarlarının qəbulu metodları.
25. Risklərin idarə olunması.
26. İdarəetmə sistemində rəhbərin rolu.
27. İdarəetmənin avtomatlaşdırılması. Funksional və təminedici altsistemlər.
28. Planlaşdırma və idarəetmə məsələlərinin həllinin riyazi metodları: optimallaşdırma
məsələləri, xətti və dinamiki proqramlaşdırma, şəbəkə qrafiklari.
29. Dinamiki sistemlərdə idarəetmə.
30. Pontryaqinin maksimum prinsipi.
31. İdarəetmənin səmərəliliyinin artırılmasında informasiyalaşdırmanın rolu.
32. İnformasiya texnologiyaları və sistemləri: Əsas anlayışlar, təriflər.
33. İnformasiya texnologiyalarının və sistemlərinin təsnifatı. İnformasiya-idarəetmə
texnologiyaları və sistemləri.
34. İnformasiya sisteminin arxitekturası. Lokal və paylanmış sistemlər.
35. Müasir kompyuter texnikası. Kompyuterlərin təsnifatı. Müasir fərdi kompyuterlərin
arxitekturası, əsas modelləri, qurğuları və xarakteristikaları. Multimediya vasitələri.
36.Kompyuterlərin proqram təminatı. Sistem və tətbiqi proqram təminatı. Əməliyyat
sistemləri, texniki xidmət proqramları, servis proqramları, proqramlaşdırma sistemləri.
Mətn və cədvəl prosessorları. Qrafik redaktorları. Riyazi proqram paketləri.
37.Müasir proqramlaşdırma texnologiyaları. Struktur proqramlaşdırma.
38.Funksional və məntiqi proqramlaşdırma. Obyektyönlü proqramlaşdırma. Vizual
proqramlaşdırma.
39. Verilənlər bazaları və bankları. Verilənlər bazası konsepsiyası. Verilənlərin
modelləri. Relyasiya modeli.
40.Normallaşdırma formaları. Nisbətlər üzərində əməliyyatlar.
41. Verilənlər bazasının idarəetmə sistemi(VBİS). Müasir fərdi kompüterlər üçün VBİS-
lər.
42. Kompüter şəbəkələri. Şəbəkə topologiyaları və protokolları. Lokal və qlobal
şəbəkələr və onların proqram təminatı.
43. İnternet şəbəkəsi: arxitekturası, xidmətləri, mübadilə protokolları, ünvanlaşdırma.
İnternet-bələdçi proqramlar. İnternetdə informasiya axtarışı.
44. İnformasiya sistemlərinin təkmilləşdirilməsi və inkişafı. Korporativ informasiya
texnologiyaları və sistemləri konsepsiyası və onun inkişafı.
45. İnformasiyanın mühafizəsi problemi və onun həll yolları.
46.İnformasiya sistemlərinin layihələndirilməsi. Layihələndirmənin əsas mərhələləri və
onların xarakteristikaları.
47.İntellektual informasiya texnologiyaları: intellektual informasiya sistemləri.
48.Ekspert sistemləri, surətlərin tanınması sistemləri.
49.Biliklərin təsviri üsulları.
50.Məntiqi çıxarış metodları.
Dostları ilə paylaş: |