sialistlər blokundan Camo bəy Hacmskiyə tapşırıldı. C.Ha-
cınski isə yeni hökumətin təşkilini ləngidirdi və az sonra özü
bolşeviklər tərəfinə keçdi.
Beləliklə 1920-ci ilin 26 aprelində Rusiyanın XI ordu
su iki zirehli qatarla Azərbaycan sərhədlərini keçərək Ba
kıya doğru irəliləməyə başladı. Belə bir şəraitdə aprelin 27-
də axşam saat 2045 dəqiqədə Azərbaycan Parlamanının təcili
və sonuncu iclası keçirildi. Parlamanın sosialistlər blokuna
mənsub olan Əliheydər Qarayev və digər deputatlar haki
miyyətin bolşeviklərə verilməsi haqqında Parlamana ultima
tum təqdim etdilər. Geniş və gərgəin müzakirələrdən sonra
7 maddədən ibarət qərar qəbul edildi. Bu qərarda göstərilir
di ki, 1) XI ordu Bakıya girməyəcək; 2) İste’fa verən Azər
baycan milli hökuməti üzvlərinə toxunulmayacaqdır; 3)
Azərbaycan ordusu buraxılmayacaqdır.
Parlaman, ölkədə vətəndaş qırğını olmaması naminə
hakimiyyətin yerli bolşeviklərə verilməsi haqqında qərar
qəbul etdi. Lakin yuxarıda göstərilən qərarın heç bir maddə
si yerinə yetirilmədi.
XI
ordu Bakıya daxil olan kimi Anastas Mikoyanın gö
stərişi ilə Bakıda «talan həftəsi» keçirildi (Azərbaycanlı var
lıların evləri zəbt edilərək talan edildi). May ayının ilk gün
lərində Nargin adasında Azərbaycanın 12 generalı və 460
zabiti e’dam edildi. Gəncə uğrunda qanlı döyüşlər oldu və
şəhəri XI ordu yalnız may ayının 5-də zəbt edə bildi.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti üzvlərinə
qarşı terror başlandı. Hökumətin sonuncu kabinəsinin başçısı
Nəsib bəy Usubbəyli 1920-ci ilin mayında Tiflisdə iki nəfər
erməni terrorçusu tərəfindən qətlə yetirildi. Parlamanın və
Milli hökumətin üzvlərinin böyük bir hissəsi xarici ölkələrə
mühacirətə getməyə məcbur oldular.
Azərbaycan Parlamanın bir il dörd ay və 20 gün ərzin
dəki (7/XII-18 - 27/1V-20) fəaliyyəti xalqımızın parlamançı-
lıq, qanunvericilik orqanı tarixində ilk təcrübə kimi xüsusi
30
əhəmiyyət kəsb edir: ə w əla Parlamanın təsdiq etdiyi höku
mətin 3 kabinəsinin tərkibi (həm də əvvəlki dövrdəki
müvəqqəti hökumətin iki kabinəsi) əsas etibarilə milli hö
kumət olmuşdur.
Tarixin təzadına və talenin qəribəliyinə bax ki, «Hüm
mət» sosial-demoktarik qrupunun (1904-cü ildən) yaradıcıla
rı və fəal üzvləri olan Nəriman Nərimanov və Məhəmməd
Əmin Rəsulzadə olduğu halda, Azərbaycan Parlamanında
«Sosialistlər bloku»na daxil olan «Hümmət»çi deputatlar
sırasında Əliheydər Qarayevin və digərlərinin adları hüm-
mətçi kimi çəkilirdi. Parlamanın sonuncu iclasında da Par
lamana hakimiyyəti təhvil vermək haqda ultimatumu bolşe
vik qrupunun adından Əliheydər Qarayev vermişdi.
Parlamanın həmin sonuncu iclasında Məhəmməd
Əmin Rəsulzadə demişdi: «Əliheydər Qarayev kimi «özü
müzünkülər» bizi üsyanla qorxudaraq, içərimizdən bizə ul
timatum verir». Sözünə davam edərək o, belə «Xalq nüma
yəndəsinin saxta vətənpərvərliyini ifşa etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamanı çox gə
rgin beynəlxalq və daxili mübarizələr şəraitində işləmişdir.
Buna görədir ki, parlamançılıq təcrübəsi m ə’nasında Azer
baycan Xalq Cümhuriyyətinin Parlamamnnın təcrübəsi indi
də xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə Parlamanın milli
tərkibinin Azərbaycanın əhalisinin tərkibinə uyğunluğu nü
munə idi.
Müqayisə üçün qeyd edək ki, 1918-ci ilin yazında daş
nak Stepan Şaumyanın sədr olduğu Bakı kommunası haki
miyyətinin tərkibində cəmisi 3 nəfər azərbaycanlı, özü də
ikinci dərəcəli vəzifələrə cəlb edilmişdilər. Kommuna döv
ründə (25/1V—31 /VIII—1918) Bakıda hərbi polis vəzifələri
nin hamısı (Bakı komendantı, hərbi ştab rəisi, fovqəl’adə
komissar və hərbi qüvvələrin rəisləri) daşnakların elində
olmuşdur.
31
ULfəsil
AZƏBAYCANDA SOVET ÜSUL-İDARƏÇİLİYİNİN
İLK DÖVRÜNDƏ (may 1920-dekabr 1922) XALQIN
SİYASİ MƏDƏNİYYƏTİ
Dövlətin əsası
mədəniyyətdir.
ATATÜRK
Rusiyanın XI ordusu tərəfindən Azərbaycanda Sovet
üsul-idarəsi yaradıldıqdan (28 aprel 1920) sonrakı 1921 -
1922-ci illərdə Azərbaycanın müstəqilliyi həmin ordunun
burada olması ilə xeyli məhdud səviyyədə idi. Bu ümumi
vəziyyətdən əlavə XI ordunun hərbi tribunallarında özlərinə
yuva salmış ermənilər Bakıda yaşayan ermənilərin gizli
ötürdükləri məlumatlara uyğun olaraq müsəlman əhalinin,
xüsuilə varlı azərbaycanlıların evlərini zəbt edərək avadan
lıqlarını qarət edir, özlərini məhv edirdilər.
Bakı zəbt ediləndən sonra, XI ordunun 1920-ci ilin
mayının ilk günlərində Gəncədə törətdiyi vəhşiliklər daha
dəhşətli olmuşdur. O günlərin şahidi bu hadisələri belə
xatırlayır: «Bolşevik ordusu vağzal tərəfdən, ermənilər isə
Bağmanlardan şəhəri güclü top atəşinə tutdular. Şəhərin
bütün küçələri meyit ilə dolu idi, su quyularına da meyit at
mışdılar. Ermənilər bunu qəsdən etmişdilər ki, şəhərin mü
səlman əhalisi içməyə su tapmasın. Meyitləri basdırmağa
imkan vermirdilər. Camaata acıq verərək meyitləri ata və
camışa qoşub şəhərin kənarına atırdılar»1.
Bax: Xalq qəzeti, 28 iyun 1992.
32
Bütün bu hadisələr göstərir ki, Azərbaycanda Sovet
üsul idarəsi xalqda zor gücünə qəbul etdirilmişdi.
XX əsrin 20-ci illərinin əvvəllərində Qafqazda, o cüm
lədən Azərbaycanda, sosialist çevrilişi etmək üçün ölkə da
xilində kifayət qədər gücü olan və maraqlı olan heç bir qüv
və olmamışdır. Amerikaya mühacirət etmiş professor Firuz
Kazımzadə 1951-ci ildə Nyu-Yorkda nəşr etdirdiyi «Zaqaf
qaziya uğrunda mübarizə (1917-1921-ci illər)» adlı kitabın
da yazır ki, Azərbaycanda milli qüvvələrin təsiri o qədər
güclü idi ki, ölkə daxilində heç bir qüvvə ona qarşı çıxa bil
məzdi. Yalnız xarici qüvvə yerli milli qüvvələri devirib on
ların yerinə kommunistləri gətirə bilərdi (bax, göstərilən ki
tabın 23-cü səhifəsi). Bu fikri faktlar da təsdiq edir: 1917-ci
ilin 22 oktyabrında Bakı Sovetinə keçirilən seçkilərin yeku
nu göstərmişdi ki, Azərbaycan milli partiyası olan «Müsa
vat» səslərin 40 faizini toplayaraq bütün partiyalar arasında
birinci yeri tutmuşdu. Bu seçkilərdə Bakı bolşevikləri isə səs
lərin yalnız 15 faizini yığa bilmişdi. Aydındır ki, bu səslərin
əksəriyyəti rus və erməni millətindən olan bolşeviklərə tə
rəfdar olanların səsləri olmuşdu. Beləliklo qüvvələr nisbəti
F.Kazımzadonin gəldiyi nəticənin doğruluğunu təsdiq edir.
Beləliklə Azərbaycınan Rusiyanın XI ordusu tərəfin
dən işğalı faktdır və mərkəz (Moskva) Azərbaycan Respub
likasına rəhbərliyə Nəriman Nərimanovu göndərmək qəra
rına gəldi. 1920-ci ilin may ayının 18-də «Kommunist» qə
zeti N.Nərimanovun işə başlaması ilə əlaqədar olaraq yaz
mışdı: «... Onun adı Azərbaycan fəhlələrinə və kəndlilərinə
yaxşıca məlumdur. Böyük biliyə və geniş məlumata malik
olub, Şərq işlərinə yaxşıca bələd olan Nərimanov yoldaş
Müsəlman (Azərbaycan) Sovet Sosialist Respublikasının
rəhbəri sifətilə yeni vəzifədə şübhəsiz ki, işə çox xeyir ve
rəcəkdir...»1
«Kommunist» qəzeti, 18 may 1920-ci il, №14.
33