qədər), orta (5-15 il) və uzun (15-30 il) bölünür.
Otuz ildən
yuxarı müddətə görə verilən proqnozlar da uzun müddətə
aid edilir.
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan
səmərəli istifadə sahələrində proqnozlaşdırma vaxtı
müəyyənləşdirilərkən
aşağıdakı
cəhətlərə
diqqət
yetirilməsi xüsusilə vacibdir.
Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, vaxt
intervalı kifayət qədər böyük olmalıdır. İntervalın belə
qurulmasında başlıca məqsəd müxtəlif vaxtlarda qaz
sənayesi obyektlərinin ətraf mühitə və təbiətin mühafizəsi
üzrə həyata keçirilən tədbirlərin verdiyi iqtisadi səmərəyə
təsiri, eləcə də elmi-texniki tərəqqinin inkişafı, sahə və
məhəllə sistemlərinin tələbatlarını müəyyən etməkdən
ibarətdir. Bununla yanaşı vaxt intervalı ehtimal edilə
biləcək səhvlərə görə də hüdudlanmalıdır. Çünki vaxt
həddindən artıq uzun götürüldükdə interval arasındakı
müddətlər də uzanır. Belə şəraitdə proqnoz məlumatlarının
elmi cəhətdən real əsaslandırılması səviyyəsi aşağı düşür.
Vaxt
müddəti
müəyyənləşdirildikdə
aparılan
ekstropolyasiya da hüquqi cəhətdən düzgün olar.
Bir qayda olaraq ƏMM və TESİ sahələrində
perspektiv planlaşdırma 15 il müddətinə müəyyənləş-
dirildiyi üçün, fikrimizcə, bu planlaşdırmanın əsasını təşkil
edən proqnozların müddəti 20 ildən az olmamalıdır.