Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix17.09.2018
ölçüsü1,12 Mb.
#69126
1   ...   18   19   20   21   22   23   24   25   26

76 

 

 



 

g)

 



Mülkiyyət formasından asılı olmayaraq təsərrüfatdaxili nəzarət sistemini əsaslı 

formada  inkişaf  etdirmək  üçün   bütün təsərrüfat subyektlərində  daxili  auditin 

təşkili; 

h)

 



Maliyyə  nəzarəti  orqanlarının  fəaliyyətinin  səmərəliliyini  artırmaq,  aşkar 

olunmuş  çatışmazlıqları  daha  tez  aradan  qaldırmaq  məqsədilə  onlara  inzibati 

təsir  göstərmək  üçün  şərait  yaradılmalıdır.  Bunun  üçün  bir  çox  ölkələrdə  də 

tətbiq  edilən  maliyyə  nəzarəti  nəznində  ixtisaslaşmış  xüsusi  məhkəmə  orqanı 

yaradıla bilər.   

i)

 



Hər  bir  sahənin  inkişafında  əsas  məsələlərdən  biri  həmin  sahədə  sağlam 

rəqabət  şəraitinin  yaradılmasıdır. Bu  məsələdə  dövlətin üzərinə  iş düşür. Belə 

ki, dövlət auditin həyata keçirilməsi üçün minium haqq müəyyən etməli və bu 

qanunvericiliklə tənzimlənməlidir.  

j)

 

Yoxlamanın  həyata  keçirilməsi  şəraitin  təmin  olunması  və  lazımi  sənədlərlə 



təmin olunma və onların düzgünlüyü üzrə sifarişçi məsuliyyət daşımalıdır; 

k)

 



Daha  güclü  normativ-hüquqi  bazaya  malik  olmaq,  movcud  inkişaf  nəzərə 

alınaraq normativ-hüquqi bazada da dəyişiklilər etmək, onu təkmilləşdirmək; 

l)

 

Beynəlxalq  audit  standartlarının  tələblərinə  riayət  edərək  onun  əsasında  milli 



audit standartlarının yaradılması;  

m)

 



Inzibati  pozuntuların  qarşısının  alınması  və  aradan  qaldırılması  üzrə 

Azərbaycan  Respublikası  Hesablama  Palatasına  cəza  qərarı  çıxarmaq 

hüququnun verilməsi;  

n)

 



Baş verəcək pozuntu halları üzrə cərimə mexanizminin işlənib hazırlanması və 

s.  


o)

 

Maliyyə  nəzarətinin  daha  səmərəli,  effektiv  olması  üçün  hüquq  normaları 



təkmilləşdirilməlidir.  Bu təkmilləşmənin  istiqamətlərinə  aiddir:  qanunsuz  əldə 

oluna  gəlirləri  aşkara  çıxarmaq  sahəsində  istifadə  olunan  hüquqi  vasitələri 

təkmiləəşdirmək  və  möhkəmlətmək;  bank  sirri  kimi  qəbul  olunan  hüquqi 

prinsipləri  dəqiq  müəyyən  etmək;  vəsaitlərin  dövriyyəsinə  nəzarət  məqsədilə 

yoxlamanı  aparan  orqana  lazımi  sənədlərlə  tanışlığa  şərait  yaradılması; 



77 

 

 



 

qanunvericikdə  mövcud  olmayan,  saxta  adlar  üçün  hesab  açılmasını    və 

istifadəsini qeyri-qanuni sayan müddəanın qəbulu və s.  

Maliyyə  nəzarətinin  səmərəliliyini  artırmaq  məqsədilə  müəyyən  prinsiplərə 

əməl olunmalıdır: 

 



Maliyyə  nəzarətinin  həyata  keçirilməsində  aşkarlıq  prinsipinə  əməl 

olunmalıdır. Lakin təsərrüfat subyektinin kommersiya sirlərinin də qorunması 

təmin olunmalıdır.   

 



Baş verə biləcək mənfi hallar üçün qabaqlayıcı tədbirlər hazırlanmalıdır. 

Belə tədbirlər müəssisənin strateji planlarında əks olunur.  

 

Maliyyə  nəzarəti  təsərrüfta  subyektləri  ilə  yanaşı,  dövlətin  təsərrüfat-



maliyyə əməliyyatlarını əhatə edir. Yoxlama zamanı, bu fəaliyyətin nəticələri 

yoxlanılıb  qiymətləndirilir.  Müasir  bazar  iqtisadiyyatı  dövründə  maliyyə 

nəzarətinin hərtərəfli olması daha çox əhəmiyyət daşıyır. 

 



Maliyyə nəzarətinin icrası zamanı demokratik ölçülər nəzərə alınmalıdır.  

 

 



 

 

 



 

 

 



 


78 

 

 



 

NƏTİCƏ VƏ TƏKLİFLƏR 

 

Dövriyyə  vəsaitləri  istehsalın  mühüm  ünsürüdür.  O,istehsalı  zəruri  maliyyə 



resursları  ilə  təmin  edir,  müəssisənin  fəaliyyətinin  fasiləsizliyinə  şərait 

yaradır.Müəssisənin  ahəngdar,  davamlı  və  məhsuldar  fəaliyyəti  onun    dövriyyə 

vəsaitlərinin  sabitliyindən  asılıdır.  Vəsaitlərin  çatışmazlığı  müəssisənin  də 

fəaliyyətinin  məhdudlaşdırılmasına,  icrası  nəzərdə  tutulan,  lakin  icra  olunmamış 

proqramların  sayının  artmasına  gətirib  çıxara  bilər.  Bu  baxımdan  dövriyyə 

vəsaitlərindən səmərəli istifadə müəssisə qarşısındakı mühüm məsələlərdəndir. 

Dövriyyə  aktivlərinin  təhlili  zamanı  onlardan  səmərəli  istifadə  olunmasını 

aşkara  çıxarmaq  üçün  aktivlərin  dövr  müddəti,  dövrеtmə  surəti,  vəsaitin  dövriyəyə 

cəlb оlunması, dеbitоr bоrclarının vəziyyəti, dеbitоr bоrcunun  dövriyyə  aktivlərinin 

məcmunda  хüsusi  çəkisi,  əmtəə-matеrial  еhtiyatlarının  dövriyyəsi  və  s.  kimi 

göstəriciləri ətraflı şəkildə öyrənmək lazımdır.  

Dövriyyə aktivlərinin uçotu və auditi müasir tələblərə uyğun şəkildə qurularsa, 

o  zaman  onlardan  səmərəli  istifadə  etmək  mümkün  olar.  Bu  zaman    müəssisənin 

istеhsal еhtiyatlarından, tədavül sfеrasındakı maddi aktivlərdən, qısamüddətli maliyyə 

qоyuluşlarından,  pul  vəsaitlərindən,  hеsablaşmalarda  оlan  vəsaitlərdən  istifadə 

yaxşılaşar.  Yəni,  müəssisənin  dövriyyə  vəsaitlərindən  səmərəli  və  qənaətlə  istifadə 

olunması  maya  dəyərinin  aşağı  salınmasına,  satışdan  alınan  mənfəətin  artırılmasına 

gətirib çıxarır.  

Dövriyyə  vəsaitlərindən  səmərəli  istifadə  olunması  məqsədilə  müəyyən 

tədbirlər  həyata  keçirilməlidir:  yoxlama  zamanı  müəssisə  rəhbərinin  əmri  ilə  təsdiq 

olunmuş  siyahıda  adı  оlmayan  işçilərə,  orada  işləməyən  şəхslərə  və  əvvəlki  avans 

üçün  hеsabat  vеrməyən  təhtəlhеsab  şəхslərə  kassadan  nağd  pul  vеrilməsi 

əməliyyatları xüsusi diqqətlə yoxlanılmalıdır; ezamiyyə хərclərinin rəsmiləşdirilməsi 

ilə  əlaqəli  sənədlərin  düzgün  rəsmiləşdirilməsi  diqqətlə  təhlil  olunmalıdır;  vеrgiyə 

cəlbеtmə məqsədi ilə nоrma həddində və nоrmadan artıq sərf еdilmiş nümayəndəlik 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə