Azərbaycan Dillər Universiteti Əlavə Təhsil fakültəsi



Yüklə 17,63 Kb.
tarix07.11.2018
ölçüsü17,63 Kb.
#78443

Azərbaycan Dillər Universiteti

Əlavə Təhsil fakültəsi

Ümumi təhsilin kurikulumunun əsasları” fənni üzrə Yekun Buraxılış Dövlət



Attestasiyası üçün mövzular (2016/2017 tədris ili)


1. Müasir təhsilin fəlsəfəsi.

2.Təhsildə dövlət siyasəti. Təhsil islahatları sənədlərinin öyrənilməsi: “Azərbaycan 2020: gələcəyə baxış” Inkişaf Konsepsiyasi, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası.


3.Kurikulum islahatı. XXI əsrin bacarıqları. Kompetensiya anlayışı. Təlim nəticələrinin XXI əsrin bacarıqları ilə əlaqəsi.

4.”Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədinin təhlili. Kurikulum” anlayışı və kurikulumların təsnifi. Milli kurikulum. Fənn kurikulumu.

5.Fənn kurikulumunun məzmunu, strukturu. Fənn kurikulumunun xarakterik cəhətləri. “Standart” və “Təlim nəticələri” anlayışı. Məzmun standartı və alt-standartlarının funksiyası və əhəmiyyəti. Fənn üzrə fəaliyyət xətləri.

6.Məzmun standartlarının şərhi və onların praktik əhəmiyyəti. Məzmun standartlarının bilik və fəaliyyət komponentləri və onların praktik əhəmiyyəti.

7.Taksonomiyalar. İdrak taksonomiyası ( B. Blum, 1956, L. Anderson və D. Krasvol, 2001), Psixomotor taksonomiya (Kennes Mur, 1972), Emosional-affektiv (ünsiyyət) (Krasvol, 1964).

8.Təlim məqsədlərinə uyğun tapşırıqların hazırlanması. Fəal dərs üçün təfəkkürə əsaslanan tapşırıqların hazırlanması. Blumun taksonomiyasının tapşırıqların hazırlanmasında rolu. Fəal dərs üçün iş vərəqlərinin təlim məqsədlərinə müvafiq hazırlanması.

9.Fənn kurikulumları və yeni təlim strategiyaları. Təlim strategiyaları və fəal/interaktiv təlim, strukturu və tərkib hissələri.

10.Fəal təlimin prinsiplərinin ənənəvi təlim prinsipləri ilə müqayisəsi. Təlimin təşkilinə verilən əsas tələblər.

11.Fəal/interaktiv təlimin mexanizmləri və quruluşu. Fəal təlimin xüsusiyyətləri, ənənəvi təlimin xüsusiyyətləri ilə müqayisəsi.

12.Fəal/interaktiv təlim üsulları. Təlim üsullarının təsnifatı (Metod və texnikalar). Təlim prosesinin səmərəli qurulması məqsədi ilə təlim üsullarının seçilməsi.

13.Müxtəlif iş formalarında dərsin təşkili. Dərsdə müxtəlif iş formalarının məqsədəuyğun seçilıməsi. Kiçik qrupda işin təşkilində müəllim və şagirdlərin vəzifəsi

14.Müəllimin bələdçilik mövqeyinin həyata keçirilməsi qaydaları. Fasilitasiya anlayışı. Müasir təhsildə müəllimin fəaliyyətinə dair müxtəlif yanaşmalar: müəllim-mentor, müəllim-tyutor, müəllim-kouç. Skaffoldinq strategiyası anlayışı.

15.Fəal dərsin quruluşu. Fəal dərsin motivasiya mərhələsi. Motivasiyanın quruluşu prinsipləri və yaradılma yolları. Verilən standart əsasında dərsin motivasiyasının qurulması.

16.Fəal dərs üçün tapşırıqların və iş vərəqlərinin hazırlanması. Verilən standart əsasında dərsin məqsədinin müəyyən olunması, təfəkkür növlərinin iyerarxiyasını əks etdirən tapşırıqların və iş vərəqlərinin hazırlanması.

17.Fəal dərsin yekunlaşdırıcı mərhələləri, əsas xüsusiyyətləri və aparılma yolları. Fəal dərsin məlumat mübadiləsi, müzakirəsi və təşkili mərhələlərinin aparılmasında müəllimin mövqeyi, buraxılan səhvlər.

18.Ümumi təhsil sistemində yeni qiymətləndirmə mexanizmlərin tətbiqi. Müasir qiymətləndirmənin məqsədləri, mahiyyəti, xüsusiyyətləri, prinsipləri, ənənəvi qiymətləndirmədən fərqi.

19.“Azərbaycan Respublikasının ümumtəhsil sistemində “Qiymətləndirmə Konsepsiyası” sənədi ilə tanışlıq. Müasir qiymətləndirmənin istiqamətləri: Beynəlxalq, Milli, Məktəbdaxili.

20.Qiymətləndirmə standartları və onların səviyyələri. Məktəbdaxili qiymətləndirmənin növləri.

21. Diaqnostik qiymətləndirmə: əsas xüsusiyyətləri, üsul, vasitələri və aparılma qaydaları, təlim strategiyalarının düzgün seçilməsində rolu. Diaqnostik qiymətləndirmənin üsul və vasitələri. Diaqnostik qiymətləndirmənin tətbiqi, vasitələrinin hazırlanması. Formativ qiymətləndirmə: əsas xüsusiyyətləri, üsul, vasitələri və aparılma qaydaları. Meyarlar əsasında qiymətləndirmə. Portfolio sistemi.

22.Formativ qiymətləndirmənin tətbiqi, vasitələrinin hazırlanması. Standartdan meyarların çıxarılması. Özünüqiymətləndirmənin tətbiqi. Rubrik anlayışı və onun hazırlanma qaydaları. Rubriklər qiymətləndirmə vasitəsi kimi. Summativ qiymətləndirmə: əsas xüsusiyyətləri, məqsədi, üsul, vasitələri və aparılma qaydaları. Kiçik summativ qiymətləndirmə. Böyük summativ qiymətləndirmə. Summativ qiymətləndirmə nəticələrinin hesablanması.Yarımillik və illik qiymətlərin çıxarılma qaydaları.

23.Qiymətləndirmə standartları. İbtidai sinifdə tədris olunan fənlər üzrə qiymətləndirmə standartlarının təhlili. Qiymətləndirmə standartları əsasında summativ qiymətləndirmə vasitələrinin hazırlanması.

24.Fənn kurikulumları əsasında təlimin planlaşdırılması. Planlaşdırma anlayışı və onun növləri. Perspektiv planlaşdırmanın prinsipləri və aparılma qaydaları. Cari planlaşdırmanın prinsipləri və aparılma qaydaları

25.Mövcud planlaşdırılmanı sinfin səviyyəsinə uyğunlaşdırılması. Fəal təlim prinsiplərinə əsaslanaraq dərsin təlim nəticələrinə nail olmaq üçün forma və üsulların seçilməsi, təlim tapşırıqlarının hazırlanması. Sinfin səviyyəsinə uyğun illik planlaşdırmanın aparılması.

26.Dərsin planlaşdırılması üçün texnoloji xəritənin hazırlanması. Sinfin səviyyəsinə uyğun cari planlaşdırmanın aparılması.

27.Kurikulumda inteqrasiya məslələri.

Fəndaxili, fənlərarası və fənnüstü (transfənn) inteqrasiya. Fənlər üzrə dərslərin planlaşdırılmasında inteqrasiya imkanlarının müəyyən olunması. Yeni dərsliklərlə iş. Fənn kurikulumlarının tətbiqində yeni dərsliklərin rolu və onlarla iş qaydaları.

Yeni fənn kurikulumları əsasında hazırlanmış dərslik komplektinin (dərslik və müəllim üçün vəsait) təhlili.


28.Əlavə təlim resursları və onların tətbiqi məsələləri. Əlavə təlim resurslarının hazırlanması və tədrisdə istifadəsi. Veb-əsaslı resursların müəyyənləşdirilməsi. Veb resursların qiymətləndirilməsi.

Veb-kvest, mahiyyəti, əhəmiyyəti.



29.Nümunəvi dərslərin planlaşdırılması. Nümunəvi dərsin hazırlanması.

30.Mikro dərslərin nümayişi.

Yüklə 17,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə