Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri coğrafiya və TƏBİİ resurslar


Şəkil 1. Şərqi Mil və Mərkəzi Muğan düzlərinin üfüqi parçalanma xəritəsi



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix10.01.2023
ölçüsü1,14 Mb.
#98419
1   2   3   4   5   6   7   8   9
Coğrafiya və təbii resurslar 2021 N 1 (1) 40 45

Şəkil 1. Şərqi Mil və Mərkəzi Muğan düzlərinin üfüqi parçalanma xəritəsi 


Coğrafiya və təbii resurslar, №1 (13), 2021 
42
Şəkil 2. Acınohur alçaqdağlığının cənub yamacının və Qərbi Şirvan düzünün şaquli parçalanma xəritəsi 
Şəkil 3. Ləngəbiz-Ələt alçaqdağlığı və ətraf ərazilərin meyllik xəritəsi 
Endogen və ekzogen proseslərin qarşılıqlı təsiri 
nəticəsində yaranan relyefin səth meylliyi mühüm 
morfometrik göstərici olub ərazidə inkişaf edən 
qravitasiya və arid-denudasiya proseslərinin inten-
sivliyini müəyyən edir [13, 14]. Başqa sözlə denu-
dasiyanın intensivliyi səthin meylliyi ilə düz mütə-
nasibdir. Yəni, yamaclarda aşınmanın sürəti və 
aşınma materiallarının hərəkəti bir sıra amillərdən 
(litoloji tərkib, iqlim, ekspozisiya və s.), o cümlə-
dən, yamacın meylliyindən asılıdır [8]. Tədqiqat 
ərazisinin əksər hissəsi hamar səthə malikdir. Orta 
və yüksək meyllikli sahələr sahəvi və xətti eroziya-
nın inkişaf etdiyi kənar dağətəyi və alçaqdağlıq 
ərazilərə uyğun gəlir (şək. 3). Qeyd olunan morfo-
metrik kəmiyyət göstəriciləri 1-8 bal arasında qiy-
mətləndirilmiş və dörd ekogeomorfoloji rayon ay-


Coğrafiya və təbii resurslar, №1 (13), 2021 
43 
rılmışdır: zəif (1-2 bal), mülayim (3-4 bal), orta (5-
6 bal) və yüksək (7-8 bal) gərginlikli rayonlar.
Zəif gərginlikli (1-2 bal) morfometrik rayonun 
sahəsi 19811,995 km
2
olub, ümumi ərazinin 
75,62%-ni təşkil edir. Zəif gərginlikli rayonlar Şər-
qi Kür depressiyasının daxili yüksəkliklər istisna 
olmaqla eroziyanın zəif, akkumulyasiya prosesləri-
nin isə intensiv inkişaf etdiyi hamar (0-1°) düzən-
liklərini əhatə edir. Cənub-Şərqi Şirvan, Salyan, 
Muğan düzənliklərində inkişaf edən eol akkumul-
yasiyası, şoranlaşma, Qızılağac körfəzi zonasında, 
Sarısu göl-bataqlıq sistemində intensiv bataqlıqlaş-
ma prosesləri nisbətən gərgin ekogeomorfoloji şə-
rait yaratmışdır. Zəif şəkildə səthi yuyulma proses-
lərinin inkişaf etdiyi rayonda üfüqi parçalanma 
göstərisi 0-0,4 km/km
2
-ə qədər, şaquli parçalanma 
göstəricisi 0-10 m-ə qədər dəyişir (şək. 4). 
Mülayim gərginlikli (3-4 bal) morfometrik ra-
yonun sahəsi 4000,178 km
2
olub, ümumi ərazinin 
15,27 %-ni təşkil edir. Tektonik çökmə, zəif və mü-
layim tektonik qalxmaya məruz qalan mülayim 
gərginlikli rayon allüvial, delüvial, prolüvial-de-
lüvial mənşəli Kür və Araz çayları boyu sahələrdə 
və depressiyadaxili yüksəkliklərin dağətəyi düzən-
liklərində, ayrı-ayrı areallar şəklində isə Şirvan, 
Cənub-Şərqi Şirvan, Salyan, Muğan, Mil, Qarabağ 
düzənliklərində yayılmışdır. Kür və Araz çayları 
boyu sahələrdə morfometrik gərginliyi əsasən qeyd 
edilən çayların müasir və qədim dərələrinin, ax-
mazların hesabına yaranan üfüqi parçalanma, dağ-
ətəyi düzənliklərdə isə qobu və yarğanların hesabı-
na yaranan üfüqi parçalanma və mülayim tektonik 
qalxmanın səbəb olduğu şaquli parçalanma təşkil 
edir. Şirvan, Cənub-Şərqi Şirvan, Salyan, Muğan, 
Mil, Qarabağ düzənlikləri mülayim dərəcədə qə-
dim və quru çay dərələri, qobularla parçalanmışdır. 
Rayon daxilində üfüqi parçalanma kəmiyyəti 0,4-
0,8 km/km
2
, şaquli parçalanma kəmiyyəti 10-100 
m, meyllik göstəricisi isə 1-2° arasında dəyişir 
(Cədvəl 1). 

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə