Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri coğrafiya və TƏBİİ resurslar



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix10.01.2023
ölçüsü1,14 Mb.
#98419
1   2   3   4   5   6   7   8   9
Coğrafiya və təbii resurslar 2021 N 1 (1) 40 45

3. Material və metod. 
Müasir dövrdə relyefin morfometrik kəmiyyət 
göstəricilərinin hesablanmasında, xəritələşdirilmə-
sində və təhlilində Coğrafi İnformasiya Sistemləri 
(CİS) və məsafədən zondlama materiallarından is-
tifadə geniş tətbiq edilməkdədir. Bu səbəbdən təd-
qiqat işində 30 m ayırdetmə qabiliyyətinə malik 
əraziyə aid relyefin rəqəmsal modelindən (SRTM) 
və ayrı-ayrı çay dərələri, yarğan-qobu şəbəkəsini 
və s. deşifrə etmək məqsədi ilə Landsat 8 peykinin 
spektrozonal təsvirlərindən (2017), 1:100000 miq-
yaslı topoqrafik xəritələrdən istifadə edilmişdir. 
Qeyd edilən məlumatların ArcGİS/ArcMap 10.5 


Coğrafiya və təbii resurslar, №1 (13), 2021 
41 
proqramında emalı nəticəsində ərazinin morfomet-
rik xəritələri tərtib edilmiş və morfometrik kəmiy-
yət göstəriciləri təhlilə cəlb olunmuşdur. 
4. 
Təhlil və müzakirə
.
Relyefin morfologiyası kəmiyyət cəhətdən 
morfometrik göstəricilər vasitəsi ilə ifadə olunur. 
Bu nöqteyi-nəzərdən relyefin morfometrik göstəri-
ciləri ekogeomorfoloji qiymətləndirmə zamanı in-
dikator funksiyasını yerinə yetirir. Yəni, morfo-
metrik kəmiyyət göstəriciləri relyefin endo və ek-
zodinamik gərginlik dərəcəsini daha obyektiv şə-
kildə əks etdirir. Ekoloji mühitə təsir edən və onu 
formalaşdıran əsas morfometrik göstəricilər qis-
mində relyefin hipsometriyası, şaquli və üfüqi par-
çalanma, meyllik və yamacların baxarlılıq göstəri-
ciləri çıxış edir. Qeyd edilən morfometrik göstəri-
cilərin hər biri ərazinin ekogeomorfoloji şəraitin 
formalaşmasında həm müsbət, həm də mənfi rol 
oynayır [9, 10, 11, 12, 16, 18]. 
Kartometrik ölçmə nəticəsində hesablanmış rel-
yefin parçalanma göstəriciləri Azərbaycan ərazisi 
və o, cümlədən Kür-Araz düzənliyi, Ceyrançöl al-
çaqdağlığı və ətraf ərazilər üçün ilk dəfə olaraq 
R.X.Piriyevin (1986) tədqiqatında ətraflı təhlil 
edilmişdir [15]. Azərbaycan ərazisində üfüqi və şa-
quli parçalanma, meyl bucaqları və b. göstəricilər 
əsasında aparılmış morfodinamik gərginlik qiy-
mətləndirməsinə görə Kür-Araz düzənliyi əsasən 
zəif (5 baldan aşağı), Şərqi Kür depressiyasının 
dağətəyi zonaları orta (6-10 bal) gərginlikli, güclü 
parçalanmış kənar zonaları isə gərgin sahəyə aid 
edilmişdir (10-14 bal) [7].
Şərqi Kür depressiyasının morfometrik amillər 
əsasında ekogeomorfoloji qiymətləndirilməsi və 
rayonlaşdırılması aparılarkən əsas göstəricilər kimi 
təbii amillərin səbəb olduğu üfüqi parçalanma, şa-
quli parçalanma və meyl bucaqları götürülmüşdür. 
Üfüqi parçalanma göstəricisi bilavasitə flüvial pro-
seslərin doğurduğu xətti eroziyanın məhsulu olan 
relyef formalarının vahid sahəyə düşən uzunluğu 
cəmindən asılı olub ərazidə inkşaf edən ekzogen 
proseslərin intensivliyini ifadə edir. Üfüqi parça-
lanma göstəricisi depressiyanın müasir və quru çay 
dərələrinin keçdiyi ərazilərində, yarğan-qobu şəbə-
kəsinin intensiv inkişaf etdiyi alçaqdağlıq sahələ-
rində yüksək qiymət alır (şək.1). Şaquli parçalan-
ma göstəricisi bilavasitə endogen proseslərin təza-
hür forması olan şaquli tektonik hərəkətlərin, eyni 
zamanda arid-denudasiya proseslərinin intensivli-
yindən asılıdır. Bu səbəbdən Şərqi Kür depressi-
yasının qalxan şaquli tektonik hərəkətlərin və arid-
denudasiya proseslərinin intensiv inkişaf etdiyi kə-
nar dağətəyi sahələrində şaquli parçalanma göstə-
ricisi yüksək həddə çatır (şək. 2). 

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə