Azərbaycan-alman əDƏBİ ƏlaqəLƏRİ



Yüklə 262,64 Kb.
Pdf görüntüsü
tarix25.08.2018
ölçüsü262,64 Kb.
#64042


 

 47


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

 

AZƏRBAYCAN-ALMAN ƏDƏBİ ƏLAQƏLƏRİ TARİXİNDƏN 

 

H.D.FƏRHADOVA  



Bakı Dövlət Universiteti 

Farhadova@yahoo.com 

 

Məqalədə Azərbaycan-alman ədəbi əlaqələrinin keçən əsrin birinci yarısında qazandığı 



nailiyyətlərindən danışılır. Təyin olunmuşdur ki, bu ədəbi əlaqələrin aparıcı istiqamətini xalq 

yaradıcılığı («Kitabi-Dədə Qorqud») və klassik Azərbaycan ədəbiyyatı təşkil edir. Burada ən 

çox diqqəti çəkən «Kitabi-Dədə Qorqud» və Nizami, M.F.Axundov, M.Ə.Sabir və başqalarının 

yaradıcılığıdır. 

Məqalədə Azərbaycan  ədəbiyyatının  ədəbi  əlaqələrdəki rolu aydınlaşdırılır, perspek-

tivdə Azərbaycan ədəbiyyatının bu əlaqədə oynayacağı rol nəzərdən keçirilir. 

 

Ədəbi əlaqələrin tarixi çox qədim dövrlərə gedib çıxır. Azərbaycan ədəbiyya-



tı formalaşdığı dövrdən başlayaraq həmişə digər dünya xalqları ilə qarşılıqlı təmasda 

olmuşdur. Azərbaycan  ədəbiyyatı ilə qismən  əlaqəsi olan «Avesta» bir çox Avropa 

xalqlarının dillərinə  tərcümə olunmuş, bu abidə haqqında, çoxsaylı  tədqiqatlar apa-

rılmışdır. Alman alimləri X.Reyxelt, İ.Hertel, H.Humbax, X.Yunker «Avesta»nı təd-

qiq etmişlər, böyük alman şairi  İ.V.Höte və filosof F.Nitsşe onu yuksək qiymətlən-

dirmişlər. 1776-cı ildə Klinqer «Avesta»nı Almaniyada nəşr etdirmişdir. Hegelin 

dialektika haqqındakı fikirləri öz mayasını «Avesta»dakı xeyir və  şər allahları 

arasında gedən mübarizədən götürmüşdür. 

Azərbaycan-alman ədəbi əlaqələri tarixində «Kitabi-Dədə Qorqud» dastanı da 

xüsüsi əhəmiyyət kəsb edir. Alman şərqşünası Henrix Fridrix fon Dits 1815-ci ildə bu 

dastanı tapıb üzə çıxartmış, onu tədqiq etmiş və «Təpəgöz boyu»nu tərcümə edib al-

man ictimaiyyətinə  təqdim etmişdir. 1858-ci ildə  İohan Hayn İsveçrənin Sürix 

şəhərində «Kitabi-Dədə Qorqud» dastanını alman dilində  nəşr etdirmişdir. «Kitabi-

Dədə Qorqud» dastanının alman dilinə sonrakı tərcüməsini Teoder Nyoldeke etsə də, 

bu işi başa çatdırmamış, topladığı materialları akademik V.V.Bartolda vermişdir. 

V.V.Bartold bu əsəri yüksək səviyyədə rus dilinə tərcümə edərək çap etdirmişdir. Son 

zamanlarda isə «Kitabi-Dədə Qorqud» dastanını tam və  nəfis  şəkildə  tərcümə edən 

məhşur alman türkoloqu Hahs-Peter Əhməd  Şmide çap etdirmişdir. Bu tərcümə 

F.Zeynalovun və S.Əlizadənin 1988-ci ildə çap etdirdikləri nəşrinə əsaslanmışdır. 

Azərbaycan-alman ədəbi əlaqələri Nizami yaradıcılığının almancaya tərcümə 

edilməsindən sonra daha da intensivləşmişdir. Almaniyada Nizami yaradıcılığına xü-

susi rəğbətlə yanaşan məşhur alman maarifçisi İ.V.Höte (1749 – 1837) bu Azər-

baycan  şairinin yaradıcılığından bəhrələnmişdir.Onun «Şərq – Qərb divanı»nda Ni-

zami təsvirləri xüsusi yer tutur. O, Nizamini yüksək yaradıcılıq ilhamına malik bir 

şəxsiyyət hesab etmişdir. O dövrdə Nizami yaradıcılığı ilə bir çox alman şərqşünasları 



 

 48


maraqlanmışlar. İ.Y.Hammer- Rurqeştal (1774 – 1856) Nizami «Xəmsə»si üzərində 

tədqiqatlar aparmış, onun fəlsəfi fikirlərini şərh etmişdir.  

Nizami yaradıcılığı ilə  məşğul olan alman alimlərindən biri də Berlin 

Universitetinin professoru Horst Qrikiq olmuşdur. O, şərqşünasların  İkinci Ümimit-

tifaq konfransında çıxış edərək Nizami ideyalarının Avropanın bir çox məşhur 

şairlərinin (İ.Höte, H.Heyne, F.Şiller) yaradıcılığına təsir etdiyini qeyd etmişdir.  

Sonrakı illərdə  də Nizami yaradıcılığı alman alimlərinin diqqət mərkəzində 

olmuşdur. Alman əsilli isveçrəli  şərqşünas Rudolf Qelpke Nizami poemalarının tər-

cüməsi və nəşri məsələləri ilə məşğul olmuşdur. O, «Ədəbi Şərq» kitabına Nizaminin 

«Yeddi gözəl» pomasından «Bəhram və Fitnə»  əhvalatını daxil etmiş, «Yeddi gö-

zəl»dəki nağılları alman dilinə tərcümə edərək «Yeddi gözəlin yeddi hekayəsi» adı ilə 

1959-cu ildə Sürixdə çap etdirmişdir (2). 

Vyanadakı Şərqşünaslıq Akademiyası da Nizami yaradıcılığını tədqiq etmiş-

dir. Akademiyanın «Bustan» jurnalının 1967-ci il 3-cü sayında Nizami yaradıcılığı 

haqqında məlumatlar dərc edilmişdir. Kristof Burqel «Bəhramgur və gözəllərin heka-

yəsi» məqaləsini bu jurnalda çap etdirmişdir. O, Nizamiyə  həsr etdiyi tədqiqatında 

«Nizaminin həyatı», «Əsərləri», «Bəhramgur və gözəllərin hekayəsi» və s. başlıqlı 

məqalələrini alman oxucusuna təqdim etmişdir. Burgel «Yeddi gözəl» poemasından 

nəzmlə  tərcümə etdiyi 390 misrada Nizaminin bədii üslubunu qoruyub saxlamağa 

çalışmışdır (2). 

Ştutqartda (1963), Leypsiqdə (1965) nəşr edilən «Dünya ədəbiyyatı lüğəti» 

kitablarında, «Şərqşünaslıq İnstitutunun Xəbərləri»ndə (Berlin), «Alman Şərqşünaslıq 

Cəmiyyəti jurnalı»nda (Visbaden, 1965), «Şərqşünaslıq arxivi»ndə (Praqa, 1967) 

Nizami yaradıcılığından materiallar verilmişdir (2). 

Bu  ədəbi  əlaqələr qarşılıqlı olmuşdur.  İlk dəfə Peterburq Universitetinin 

professoru azərbaycanlı M.Topçubaşov alman dilindən bədii  əsərləri tərcümə etmiş 

və sonrakı dövrlərdə alman ədəbiyyatından müntəzəm tərcümələrə başlanmışdır. Bu 

iş XX əsrdə daha da qüvvətlənmiş, Hötenin «Faust»u, «Gənc Verterin iztirabları», 

Şillerin «Orlean qızı», «Qaçaqlar», H.Heynenin «Seçilmiş  əsərləri», Anna Zegersin 

«Yeddinci xaç» romanı  və b. əsərlər Azərbaycan oxucularının ixtiyarına verilmişdir 

(Cəfər Cabbarlının, Əhməd Cəmilin, Ənvər Məmmədxanlının və başqalarının tərcü-

məsində). 

 1930-cu  ildə prof. Qizenin məsləhəti və yaxından iştirakı ilə Azərbaycan alimi 

Əhməd Cəfəroğlu 75 Azərbaycan bayatısını alman dilinə tərcümə etmişdir. Lakin tərcümə 

düzgün anlaşılmadığından bu bayatılarda əksər sözlər dəqiq ifadə olunmamışdır (5, 15).  

Tərcümə sahəsində Q.Vamberinin də xidmətlərini qeyd etmək lazımdır. 

O,»Türk xalqları»  əsərində «Varsagı» başlığı altında Azərbaycan bayatı  və qoşma-

larını alman dilinə tərcümə etmişdir. Q.Vamberi «Koroğlu» dastanının alman oxucu-

suna tanıdılması  işində xeyli iş görmüşdür. O, Koroğlunun  şəxsiyyəti, dastandakı 

hadisələrin cərəyan etdiyi coğrafi  əraziləri, dastandan qoşmaları  tərcümə edib öz 

oxucularına çatdırmışdır (5, 15). 

Sonrakı illərdə  İ.Kunoş Azərbaycan xalq ədəbiyyatından «Aşıq Qərib», 

«Tahir və Zöhrə», «Fərhad və  Şirin», «Leyli və  Məcnun», «Şah  İsmayıl və Gülzar 

xanım» dastanlarını alman dilinə tərcümə edib çap etdirmişdir. O, bu dastanları  tər-

cümə etməklə  bərabər, Azərbaycan folkloru haqqında da məlumat vermişdir. 

İ.Kunoşun «Şah  İsmayıl və Gülzar xanım» dastanını (1892) tərcümə edəndən sonra 




 

 49


1929- cu ildə Hans Fişer 60 səhifəlik elmi təhlillə birlikdə  «Şah  İsmayıl və Gülzar 

xanım» dastanını yenidən tərcümə edib nəşr etdirmişdir (5, 14). Tədqiqatçı alim, 

filologiya elmləri doktoru F.Əlimirzəyeva bu tərcümənin daha məsuliyyətlə edildiyini 

söyləyir və İ.Kunoşun tərcüməsindən daha müvəffəqiyyətli hesab edir (5, 14). 

XX  əsrdə Azərbaycan-alman  ədəbi  əlaqələri tarixində Mirzə  Şəfi və Fridrix 

Bodenştedt arasında olan dostluğu, bu dostluğun nəticəsində Mirzə Şəfinin şeirlərinin 

almancaya tərcüməsi və çap etdirilməsi işini də qeyd etmək olar. F.Bodenştedtlə 

M.Şəfinin münasibətlərinin tarixi Tiflis ədəbi mühiti ilə bağlıdır. M.Şəfi 1840-cı ildə 

Tiflisdə «Divani-hikmət» adlı şeir məclisi təşkil etmişdir. Bodenştedtlə onun tanışlığı 

da bu ildən başlanır. Mirzə Şəfi ona fars dilini öyrədir, o isə Mirzə Şəfini Höte, Heyne 

və  Şillerin, Tomas Mur və Bayronun əsərləri ilə tanış edirdi. Bodenştedt fars dilini 

yaxşı öyrəndiyindən Mirzə  Şəfi 1844-cü ildə artıq öz şeirlərini ona diktə edib yaz-

dırırdı. F.Bodenştedt özünün «Şərqdə min bir gün» əsərində Mirzə Şəfi ilə tanışlığını, 

ondan fars dili dərsi almasını, M.Şəfinin öz əli ilə «Ağılların açarı» başlığı altında öz 

şeir dəftərini ona bağışlanmasını qeyd edirdi. Bu şeir dəftərinin müqəddiməsində 

M.Şəfi yazırdı «….şagirdim və dostum Bodenştedt  əfəndinin mükərrər rica və ilti-

masına görə  mən Mirzə  Şəfi ona qəsidə, qəzəl, mürəbbəat, müqəttəat və  məsnə-

vilərdən ibarət olan öz məcmueyi-asarımı hədiyyə edirəm» (1, 88).  

Mirzə  Şəfinin F.Bodenştedtin tərcüməsində iki kitabı Almaniyada çap 

olunmuşdur. Bunlardan birincisi 1851-ci ildə çap olunan «Mirzə  Şəfinin  şərqiləri» 

(«Die Lieder des Mirza Schaffy»), ikincisi isə 1873-cü ildə nəşr olunmuş «Mirzə Şə-

finin irsindən qalan şeirlər» («Aus demchlasse Mirza Schaffys») kitablarıdır (1, 92).  

«Mirzə  Şəfinin  şərqiləri» kitabı 10 fəsildən ibarətdir. Birinci fəsil Züleyxa 

haqqında 15 şeirdən, ikinci fəsil 13 şikayət  şeirlərindən, üçüncü fəsil  şərab və ne-

mətlərini mədh edən 17 şeirdən, dördüncü fəsil 33 həkimanə  şeirdən, beşinci fəsil 

Tiflis haqqında 23 şeirdən, altıncı fəsil Mirzə Yusif haqqında 7 şeirdən, yeddinci fəsil 

hafizə haqqında 14 şeirdən, səkkizinci fəsil həyata inam haqqında11 şeirdən, doqqu-

zuncu fəsil 42 ədəd müxtəlif  şeirlər və  həkimanə sözlərdən, onuncu fəsil «Tiflislə 

əlvida» şeirindən İbarətdir (1, 92). «Mirzə Şəfinin irsindən qalan şeirlər» kitabı isə bu 

fəsillərə bölünür: 

  

1. Sevgi nəğmələri; 



 2. Qızılgül, şərab, bülbül və sərv ağacı;  

 3. Şərqin surətləri və tarixi; 

 4. Yüsif və Züleyxa;  

 5. Təsəlli şeirləri;  

 6. Dünya sirləri (1, 92).  

  Bundan sonra X1X əsr Azərbaycan  ədəbiyyatı nümunələrinin alman dilinə 

tərcümə olunması daha da genişlənmişdir. Bu istiqamətdə M.F.Axundzadənin 

əsərləri alman, fransız, ingilis dillərinə tərcümə olunaraq çap edilmişdir. Alman elmi 

ictimaiyyəti arasında M.F.Axundzadənin adı çox məşhur olmuşdur. 

 1928-ci  ildə M.F.Axundzadənin vəfatının 50 illiyi qeyd olunurdu. Yubiley 

komisiyasının sədri Ə.Haqverdiyevin adına Almaniyadan Teodor Mentseldən məktub 

gəlmişdi. O, 5 may tarixli məktubunda M.F.Axundzadənin əsərləri ilə tanış olduğunu, 

onun fəlsəfi baxışlarını çox qiymətləndirdiyini, Almaniyada M.F.Axundzadənin 

əsərlərinin çap məsələlərinin vacibliyindən yazırdı (4). 

 M.F.Axundzadənin  əsərlərinin Almaniyada öyrənilməsi sahəsində alman 



 

 50


şərqşünası Horst Vilfrid Brandsın da fəaliyyətini xüsusi qiymətləndirmək lazımdır. O, 

1958-ci ildə yazdığı «Azərbaycan xalqının həyatı və M.F.Axundov komediyalarında 

yenilik təmayülü» adlı monoqrafiyası ilə Azərbaycan-alman  ədəbi  əlaqələrinin inki-

şafına kömək etmişdir. 

 Brandsın Azərbaycan ədəbiyyatına çox marağı olmuşdur. O, klassik Azərbay-

can poeziyasının X1X əsr korifeylərinin əsərlərini də alman dilinə tərcümə etmişdir. 

Məsələn, Q. Zakirin, Cəfərqulu xan Nəvvabın, Baba bəy  Şakirin, S.Əzimin, Mirzə 

Baxış Nadimin, A.Bakıxanovun, M.Ə.Sabirin həyatı  və yaradıcılığı haqqında alman 

oxucularına məlumat vermişdir. Brandsın «XIX əsr Azərbaycan ədəbiyyatında satira» 

(«İslam» jurnalı, 1972, 48, 2) adlı tədqiqatı da yuxarıda göstərilən şairlərin, xüsusilə 

Sabirin yaradıcılığına həsr olunmuşdur. O, bu tədqiqatında Azərbaycan  şairlərinin 

satirik şeirlərini təhlil edir, bu əsərlərin meydana gəlməsinin ictimai-siyasi köklərini 

araşdırır. O, Sabirdən bəhs edərkən yazır ki, türk xalqları arasıında Sabir kimi ikinci 

bir şair yetişməmişdir. O, Sabirin ictimai quruluşa qarşı çıxdığını, bu quruluşa qarşı 

şeirləri ilə döyüşdüyünü yazır. Müəllif qeyd edir ki, «ictimai-demokratik islahatları 

dərk edən Sabir həmçinin neft Bakısında fəhlələrin vəziyyətinin yaxınlaşmasına 

kömək etmək uçün çalışırdı…» (3). H.Kərimov M.P.Vaqif və A.A.Bakıxanovun da 

ədəbi fəaliyyəti haqqında Brandsın söz açmasını qeyd edir. Brands M.P.Vaqifi xalq 

üslubunda, A.A.Bakıxanovu isə satirik üslubda yazan şair kimi qiymətləndirir. 

Bundan başqa, bu ədəbi, elmi əlaqələrin genişlənməsində alman şərqşünas 

alimlərindən Helmut Ritterin, Frits Meyerin, Barbara Flemminqin, X.Bürqelin də 

əməyi çox böyük olmuşdur. Beləliklə, alman-Azərbaycan  ədəbi  əlaqələrin araşdırıl-

masından göründüyü kimi bu əlaqələrin inkişafında alman alimlərinin xüsusi rolu ol-

muşdur. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan alimləri də alman ədəbiy-

yatının müxtəlif problemləri ilə  əlaqədar tədqiqat aparmış  və bu xalqın  ədəbi  əla-

qəsinin genişlənməsində  fəaliyyət göstərmişlər. Azərbaycan-alman  ədəbi  əlaqələr 

tarixində istər alman ədəbiyyatının Azərbaycanda, istərsə  də Azərbaycan  ədəbiyya-

tının Almaniyada tərcüməsi problemi durur ki, bunun da öz növbəsində ədəbi əlaqələr 

sisteminin inkşafında xüsusi yeri vardır. 

 

ƏDƏBİYYAT 

1.

 

Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, II c. Bakı: Azərbaycan SSR EA, 1960. 906 s. 



2.

 

Kərimov H. Müasir alman tədqiqatçıları Nizami haqqında. «Ədəbiyyat və incəsənət» qəzeti, 



Bakı, 1967, 25 noyabr. 

3.

 



Kərimov H. Alman aliminin tədqiqatları. «Ədəbiyyat və incəsənət» qəzeti, Bakı, 1972, 3 iyun. 

4. İsmayılov H. Alman alimi M.F.Axundov haqqında. «Ədəbiyyat və incəsənət» qəzeti, Bakı, 

1981, 1 may. 

 5. Əlimirzəyeva F. «Kitabi-Dədə Qorğud» dastanları alman filoloji fikrində. Bakı: Elm, 1999. 

331 s. 

   

 

 

 

 

 

 

 

ИЗ ИСТОРИИ АЗЕРБАЙДЖАНО-НЕМЕЦКИХ ЛИТЕРАТУРНЫХ СВЯЗЕЙ 

  

Х.Д.ФАРХАДОВА 

 

РЕЗЮМЕ 

 

  В  статье  говорится  о  достижениях  в  области  азербайджано-немецких  литера-

турных  связей  в  первой  половине  ХХ  века.  С  определенностью  можно  сказать,  что 



 

 51


основное  направление  этих  связей  составляют  народное  творчество («Китаби-Деде 

Горгуд»)  и  классическая  азербайджанская  литература.  Большое  внимание  уделено 

исследованию  эпоса  «Китаби-Деде  Горгуд»,  творчеству  Низами,  М.Ф.Ахундова, 

М.А.Сабира и других азербайджанских писателей. 

В статье выясняется роль азербайджанской литературы в литературных связях, а 

также рассматривается дальнейшая перспектива этих отношений.  

 

 

FROM THE HISTORY OF AZERBAIJAN-GERMAN LITERARY RELATIONS 

 

H.D.FARHADOVA 

 

SUMMARY 

 

  The article studies the achievements in the field of Azerbaijan-German literary 

relations in the first half of the XX century. İt is noteworthy to say that the basic direction of 

these relations forms the folk creativity ("Dede Gorgud") and the classical Azerbaijan 

literature. The author focuses on the research of the epos "Dede Gorgud", the creativity of 

Nizami, M.F.Akhundov, M.A.Sabir and other Azerbaijani writers. 

The role of the Azerbaijan literature in literary communications is elucidated, and 

further prospects of these relations are considered in the article as well.  



 

Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə