Abşeron
|
Aşağı Güzdək qəsəbəsi
|
Abbasov Bəyağa Safar
|
Bakı-Şamaxı layihə yolunun sağ tərəfində yerli bələdiyyə tərəfindən bir çox ağac əkilib və iki ildən çox həmin ağaclara qulluq olunur. Orda həmçinin 3 metrə yaxın hündürlüyü olan hasarlar tikilib və bəzi yerlərdə xüsusi daşlarla bəzədilibdir. Bütün bu abadılıq işləri necə olacaqdır? Orada işləyən fəhlələr necə olacaq?
|
Yolun yeni layihəsi həmçinin yol kənarı planlaşdırma elementlərini əhatə edir ki, oraya yol kənarının yaşıllaşdırma işləri də daxildir. Məlumatınız üçün onu bildirirk ki, yaşıl yamacların tikintisi daxil olmaqla hazırki dekorativ elementlər bələdiyyə və İH (İcra Hakimiyyəti) tərəfindən yolun mühafizə zolağında aparılmış və çox təssüf ki, yol inzibati strukturları ilə razılaşdırılmamışdır. Müvafiq drenaj sisteminin olmaması yağışlı və qarlı hava şəraiti zamanı və ağacların sulanması nəticəsində yolun göllənməsiylə nəticələnir və bu da öz növbəsində bu yol hissəsinin sıradan çıxarılmasına gətirib çıxarır. Yeni layihə yuxarıda deyilənləri nəzərə alacaq və investisiyaların davamlı olmasını təmin edəcəkdir. Məşğulluq məsələsinə gəldikdə anlaşılır ki, yaşıllığa qulluq edən bir neçə fəhlə bələdiyyə işçiləridir və bələdiyyə tərəfindən işlə təmin ediləcəklər. Biz bu məsələyə daim nəzarət edəcəyik və işlərin bəzi məşğulluq məsələlərinə mənfi təsir göstərərsə müvafiq yardımı göstərəcəyik. O fəhlələr həmçinin tikinti işlərinə də cəlb oluna bilərlər.
|
AYS
|
Abşeron
|
Aşağı Güzdək qəsəbəsi
|
Süleymanov Seyfulla
|
Mən Aşağı Güzdək qəsəbəsinin sakiniyəm və yeni layihələr tikiləndən sonra Bakıya gedən yolumuzun daha da məhdudlaşmağından olduqca narahatam. Hal hazırda bir döngə əvəzinə biz 7-8 km yol qətt etməliyik ki, geri dönərək Bakı yoluna cıxaq.
|
Bildiyiniz kimi hal hazıda layihə üzərində iş gedir. Sizin məsələ Layihəçi Mühəndis tərəfindən ətraflı araşdırılacaq və məsələnin bütün sosial, iqtisadi, texniki və təhlükəsizlik məsələləri nəzərə alınaraq layihəyə əlavə ediləcəkdir (əgər bu günə kimi nəzərə alınmayıbsa). Sizi əmin edirik ki, layihə bütün mövcüd narahatlıqları nəzərə alacaq və layihə yolu ətrafında yaşayan bütün insanların rahatlığı və həyat şəraitinin yaxşılaşdırılması nəticələrini verəcəkdir.
|
ARS
|
Abşeron
|
Aşağı Güzdək qəsəbəsi
|
Əmirov T
|
Bir neçə vaxtır ki biz Şamaxı yolundan Aşağı Güzdək qəsəbəsinə bir başa çıxa bilmirik və bu səbəbdən 6 km dən çox əlavə məsafə qət edərək Bakı istiqamətində getməli və dairəvi yolla geri qayıtmalı oluruq. İstərdik ki yola qəsəbədən birbaşa çıxış olsun. Qəsəbə çıxışında bir dairəvi yol qoymaq mümkündürmü?
|
Bildiyiniz kimi hal hazıda layihə üzərində iş gedir. . Sizin məsələ Layihəçi Mühəndis tərəfindən ətraflı araşdırılacaq və məsələnin bütün sosial, iqtisadi, texniki və təhlükəsizlik məsələləri nəzərə alınaraq layihəyə əlavə ediləcəkdir (əgər bu günə kimi nəzərə alınmayıbsa). Sizi əmin edirik ki, layihə bütün mövcud narahatlıqları nəzərə alacaq və layihə yolu ətrafında yaşayan bütün insanların rahatlığı və həyat şəraitinin yaxşılaşdırılması nəticələrini verəcəkdir.
|
AYS
|
Abşeron
|
Aşağı Güzdək qəsəbəsi
|
Şahverdiyev Mərdan;
Madadova Raya Əli;
Ofelya Əkbərova
Xaqani Balaoğlanov
|
Xahiş edirik ki, bizə birbaşa çıxış yolu verəsiz ki, qəsəbəmizə asan gəlib gedə bilək. Biz çox çətinlik çəkirik, bizim qəsəbəmizi nəzərə alın və bizi unutmayın!
|
Bildiyiniz kimi hal hazıda layihə üzərində iş gedir. Sizin məsələ Layihəçi Mühəndis tərəfindən ətraflı araşdırılacaq və məsələnin bütün sosial, iqtisadi, texniki və təhlükəsizlik məsələləri nəzərə alınaraq layihəyə əlavə ediləcəkdir (əgər bu günə kimi nəzərə alınmayıbsa). Sizi əmin edirik ki, layihə bütün mövcud narahatlıqları nəzərə alacaq və layihə yolu ətrafında yaşayan bütün insanların rahatlığı və həyat şəraitinin yaxşılaşdırılması nəticələrini verəcəkdir
|
AYS
|
Abşeron
|
Aşağı Güzdək qəsəbəsi
|
Paşayev Qubad R
Şahverdiyev H
|
Qəsəbənin girişində dairəvi yol olmadığından 10km-dən çox yol qət etməli oluruq ki, digər qəsəbə, Müşviqabada gedək ki oradan Bakı yoluna çıxaq. Bu vaxtımızı alır və çətinliklərlə üzləşirik, xüsusiylə də fövqalada hallar olanda. Xahiş edirik bizi, 8000 əhalisi olan qəsəbəni yol a birbaşa çıxmaq üçün dairəvi yolla təmin edəsiz.
|
Bildiyiniz kimi hal hazıda layihə üzərində iş gedir. . Sizin məsələ Layihəçi Mühəndis tərəfindən ətraflı araşdırılacaq və məsələnin bütün sosial, iqtisadi, texniki və təhlükəsizlik məsələləri nəzərə alınaraq layihəyə əlavə ediləcəkdir (əgər bu günə kimi nəzərə alınmayıbsa). Sizi əmin edirik ki, layihə bütün mövcud narahatlıqları nəzərə alacaq və layihə yolu ətrafında yaşayan bütün insanların rahatlığı və həyat şəraitinin yaxşılaşdırılması nəticələrini verəcəkdir
|
AYS
|
Şamaxı
|
Həmyəli kəndi
|
Sayilov Cavanşir Talip
|
Hamyalı kəndindən avtomobil yoluna çıxış üçün dairəvi yol tikiləcəkmi?
|
Bildiyiniz kimi hal hazıda layihə üzərində iş gedir. . Sizin məsələ Layihəçi Mühəndis tərəfindən ətraflı araşdırılacaq və məsələnin bütün sosial, iqtisadi, texniki və təhlükəsizlik məsələləri nəzərə alınaraq layihəyə əlavə ediləcəkdir (əgər bu günə kimi nəzərə alınmayıbsa). Sizi əmin edirik ki, layihə bütün mövcud narahatlıqları nəzərə alacaq və layihə yolu ətrafında yaşayan bütün insanların rahatlığı və həyat şəraitinin yaxşılaşdırılması nəticələrini verəcəkdir
|
AYS
|
Şamaxı
|
Həmyəli kəndi
|
Sayilov Ilyas Sohrab
|
Sabir qəsəbəsindən Şamaxıya gedən yol neçə metr qenişlənəcək və yol kənarında əkilən ağaclar kəsiləcəkmi?
Həmyəli kəndi üçün dairəvi yol çəkiləcəkmi?
|
Tikinti işləri iki zolağlı yolu dörd zolağa genişləndirməsi ətrafında aparılacaqdır. Beləliklə, mövcud hərəkət zolağına 2x3.75m (=7.5m) əlavə olunacaqdır. Ağaclara imkan daxilində toxunulmayacaq. Əgər ağacların kəsilməsi qaçılmaz olarsa hər kəsilən ağac digər yerdə iki yeni ağacla əvəz olunacaqdır.
|
Layihəçi Mühəndis
|
Şamaxı
|
Həmyəli kəndi
|
Xəlilov Rəhim Xəlil
|
Yoldan Həmyəli kəndinə geridönmə yoxdur. Bu səbəbdən burada tez-tez qəza baş verir.
|
Sizin məsələnin bütün sosial, iqtisadi , texniki və təhlükəsizlik aspektlər nəzərə alınaraq Layihəçi mühəndislə araşdırılacaqdır. Sizi əmin edirik ki, layihə bütün mövcud narahatlıqları nəzərə alacaq və layihə yolu ətrafında yaşayan bütün insanların rahatlığı və həyat şəraitinin yaxşılaşdırılması nəticələrini verəcəkdir
|
Layihəçi Mühəndis
|
Şamaxı
|
Mədrəsə kəndi
|
Davud
|
Yoldan Mədrəsə kəndinə dönən yolda körpü tikintisi nəzərdə tutulubmu? Torpaq işlərini bitirdikdən sonra torpağın üst münbit qatının bərpası nəzərdə tutulubmu? Yeni bitki örtüyünün çəkilməsi nəzərdə tutulmalıdır.
|
Layihənin ilkin mərhələsində rayon rəhbərliyi və yerli mütəxəssislər/ mühəndislər və sakinlərlə müzakirələr aparılıbdır. Nəticədə razılaşıldı ki Layihəçi Mühəndis təsirə məruz qalan bütün kəndlərin sakinlərinin narahatlıqlarını nəzərə alacaqdır. Mədrəsə kəndi yaxınlğında layihə yolundan uzaqda yerləşən yeddi kəndə yol açacaq yol altı keçidin tikilməsi nəzərdə tutulur. Təsirə məruz qalan ərazilərdə bərpa işlərinin aparılmasına gəldikdə torpağın münbit qatı torpaq tökməsinin üzərinə töküləcəkdir. Daha sonra bitki qatı bərpa ediləcəkdir.
|
Layihəçi Mühəndis
|
Şamaxı
|
Mədrəsə kəndi
|
Rəsulov Sərvan
|
Mərzəndiyyə kəndinin mal-qarası yolu hecə keçəcəkdir? Orda keçid nəzərdə tutulub?
|
Mərzəndiyyə kəndinin sakinləri üçün bir yeraltı keçidin tikilməsi nəzərdə tutulub. Tikiləcək keçidlərin sayı məhdud olduğundan Mərzəndiyyə kəndinin sakinləri kənddən 2 km-dən az məsəfədə yerləşən Təklə kəndi üçün çəkiləcək heyvanlar üçün keçiddən istifadə edə bilərlər.
|
Layihəçi Mühəndis
|
Şamaxı
|
Şamaxı
|
Qızbəs Əmrahova
|
Sizə uğurlar arzulayırıq! Ümidvarıq ki, siz öz işinizi yerli topoqrafiya, flora və nəm hava şəraitini nəzərə alaraq planlaşdıracaqsınız. Təşəkkür edirik!
Layihə nə zaman başlayacaqdır? Layihə üzrə işlər bitdikdən sonra yolun istismarına neçə il zəmanət veriləcəkdir? Yol tikinti işlərində yerli fəhlə qüvvəsindən istifadə olunacaqmı?
|
Siz də çox sağ olun! Layihə hələ layihələndirmə mərhələsindədir. Tikinti üçün tender 2016-cı ilin qış/ yaz mövsümündə keçiriləcəkdir. Yerli sakinlər podrat şirkəti tərəfindən yolun tikinti işlərinə cəlb ediləcəklər. Yolun zəmanət müddətinə gəldikdə tikitni işləri bitdikdən sonra podrat şirkət iki il ərzində yola nəzarət edəcəkdir. Əlavə olaraq tikinti işlərinin keyfiyyətinə müstəqil, Tikintiyə texniki nəzarət mühəndisi tərəfindən nəzarət ediləcəkdir.
|
Layihəçi Mühəndis
|
Şamaxı
|
Şamaxı
|
Əmrahov Zöhrab
|
Yerli sakinlərinin əminamanlığına qulluq edən bu yolun genişləndirmə tikinti işlərini yüksək qiymətləndiririk.
Təsirə məruz qalan bələdiyyə torpaqlarının kompensasiyası necə ödəniləcəkdir?
|
Hər hansı fərdi əmlaka təsir olarsa xüsusi Köçürülmə Tədbirlər Planları hazırlanacaq və təsirə məruz qalan əmlak bu sənədlərdə müzakirə ediləcəkdir. Bələdiyyə torpaqlarına hər hansı təsir olarsa bu təsirlərdə həmin sənədlərdə açıqlanacaq və Dövlət Ehtiyacları üçün torpaqların alınması Qanununa müvafiq olaraq həmin torpaqlara normativ qiymətlərlə kompensasiya ödəniləcəkdir.
|
AYS
|
Şamaxı
|
Şəhriyar qəsəbəsi
| -
Osmanov
|
Kənd təsərrüfat təyinatlı torpaqların hər kv m üçün nə qədər kompensasiya ödəniləcəkdir? Müqavilə əsasında alınan və icarəyə götürülən torpaqların hər kv m nə qədər pul ödəniləcəkdir?
|
Hər hansı fərdi əmlaka təsir olarsa xüsusi Köçürülmə Tədbirlər Planları hazırlanacaq və təsirə məruz qalan əmlak bu sənədlərdə müzakirə ediləcəkdir. Torpaqlar üçün kompensasiya bu sənədlərdə verilən prosedurlara əsasən hesablanacaq və ödəniləcəkdir. Fərdi torpaqlara və tikililərə çox az təsirin olması gözlənilir. Fərdi torpaqlar və tikililər bazar qiymətlərinə əsasən qiymətləndiriləcəkdir.
|
AYS
|
|
Sabir qəsəbəsi
|
Elşən Dəmirov Sadyar
|
Yeraltı keçidlər tikərkən xahiş edirik ki yerli camaatla məsləhətləşəsiniz.
|
Layihənin ilkin mərhələsində rayon rəhbərliyi və yerli mütəxəssislər/ mühəndislər və sakinlərlə müzakirələr aparılıbdır. Nəticədə razılaşdırıldı ki, Layihəçi Mühəndis təsirə məruz qalan bütün kəndlərin sakinlərinin narahatlıqlarını nəzərə alacaqdır.
|
Layihəçi Mühəndis
|
Şamaxı
|
|
Ramiz Məmmədov Məhəmməd
Islam Quliyev Seyfur
|
Yeraltı keçidlər tikərkən xahiş edirik ki yerli camaatla məsləhətləşəsiniz.
|
Layihənin ilkin mərhələsində rayon rəhbərliyi və yerli mütəxəssislər/ mühəndislər və sakinlərlə müzakirələr aparılıbdır. Nəticədə razılaşdırıldı ki, Layihəçi Mühəndis təsirə məruz qalan bütün kəndlərin sakinlərinin narahatlıqlarını nəzərə alacaqdır.
|
Layihəçi Mühəndis
|
Şamaxı
|
Shamazı
|
Fuad Abdulnəzərov
|
Yaxşı yol insanların rifahına qulluq edir. Tikinti işlərinə nə zaman başlamağı düşünürsüz?
|
2016-cı ilin yay aylarında başlanması gözlənilir
|
AYS və Podratçı
|
Şamaxı
|
Meysəri kəndi
|
Ahmədəli Şahverdiyev Əziz
|
Meysəri kəndi yaxınlığında avtobus dayanacağı nəzərdə tutulub?
|
Layihənin hazrki işləri Bakı-Şamaxı yolunun km 91-107 hissəsini əhatə edir. Meysəri kəndi Bakı-Şamaxı yolunun km 119 yerləşdiyindən yolun tikintisi zamanı avtobus dayanacağı və ya digər yol təsərrüfatına mənfi təsirin olması gözlənilmir.
|
Layihəçi Mühəndis
|
Şamaxı
|
Meyseri willage
|
Sardar Bayramov Talib
|
Ətraf mühitə olan təsirlərin qarşısı alınacaqmı?
Meysəri kəndi yaxınlığında avtobus dayanacağı nəzərdə tutulub?
|
Layihənin hazrki işləri Bakı-Şamaxı yolunun km 91-107 hissəsini əhatə edir. Meysəri kəndi Bakı-Şamaxı yolunun km 119 yerləşdiyindən yolun tikintisi zamanı nə ətaf mühitə nə də avtobus dayanacağı və ya digər yol təsərrüfatına mənfi təsirin olması gözlənilmir.
|
Layihəçi Mühəndis
|
Şamaxı
|
Meysəri kəndi
|
Rövşən Səfərov
|
Tikinti yolu ətrafında hansı ağaclar əkiləcəkdir?
|
Meşə departamenti ilə məsləhətləşərək hal hazırda yol ətrafında əkilən ağaclardan əkiləcək.
|
Layihəçi Mühəndis
|