Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə3/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   2   3   4   5   6   7   8   9   ...   62

15
Unnithan, Alvaro Varqas və Baoxu Zhao-ya. Onların şərhləri layihənin 
reallaşdırmasında ortaya çıxan maneələrə sinə gəlməyə imkan 
yaratmışdır. Onların müdrikliklərinə cavab verməkdə şərait yaratmış 
uyğunsuzluq üçün məsuliyyəti öz üzərimdə saxlayıram. 
Mən 1999-uncu ilin fevral ayında ilk layihə əlyazmasını Riçard C. 
Snayderin ruhunun şərəfinə olaraq təqdimat vermək üçün onun kollegial 
dəstəyi barədə təklifinə görə əlyazmanın birinci oxucusu Ceyms A. 
Robinsona və hazırkı Qlobal Qətl-Əleyhinə Mərkəz –in 2009 cu il 
nəşrində etdiyi xidmətə görə Joam Evans Pim-ə dərindən minnətdaram.  
Əlyazmaların 25 il müddətində edilmiş hər nəşr və kitabının capının 
yığılmasında, inzibati dəstək üçün və nonkilling kəşfinin səfərlərini 
bölmək üçün, onun öz karyerasından əlavə olaraq Bali, Banqkok, Pekin, 
Berlin, Brisben, Xirosima, Karaçi, London, Moskva, Yeni Dehli, Nyu 
York (BMT), Paris, Provinsiya şəhəri, Pxenyan, Seul, Tokio və Ulan 
Batora gətl-əleyhinə kəşflər üçün səfərlərdə çiyin-çiyinə verdiyi dəstək 
üçün mənim həyat yoldaşım Glenda Hatsuko Naito Peycəyə 
minnətdaram.  
Təşəkkürlərimiz Kolumbia Universitetinin Mətbuatına öz üzərində 
müəllif hüqugunu saxlamış olduqları 1934 cu ilin nəşri olan Con 
Bürgerin “Amerikanın Alimlərinin Xatirələri” əsərindən sitatların 
nəşrimizdə istifadəsində verdikləri razılığa görə bildirilmişdir. 
 



17
Fəsil 1
Qətlsiz Cəmiyyət Mümkündürmü? 
Fəlsəfə kimsə dahi bir sual verərkən başlanır,  
elm də bunun kimi.
  
Bertrand Russell 
 
Ölkə üçün hədəfdə qoyulmuş suallar o ölkənin  
siyasi inkişafını qiymətləndirir. Uğursuzluq isə çox  
hallarda qarşıya düzgün sual qoyulmamasının 
 nəticəsi olması bir fakt olaraq qalır.  
Cəvahirləl Nehru
  
Qətlsiz cəmiyyət mümkündürmü? 
Nəyə görə hə? Nəyə görə xeyir? 
Bəs "Qətlsiz cəmiyyət" altında hansı fikir nəzərdə tutulur? Bu, 
kiçikdən boyüyə, daxili xüsusiyyətlərdən qloballığa qədər insanların 
qətlə yetirilməsi xarakterik olmayan, gətl üçün heç bir təhdidlər ilə 
səciyyələndirilmən bir insan cəmiyyətidir; bu cəmiyyətdə insanları 
öldürmək üçün heç bir silah istehsal edilmir və bu silahların istifadəsinə 
heç bir halda bəraət qazandırılmır; belə bir cəmiyyətdə heç bir şərait 
təzyiq bahasına başa gəlmir və cəmiyyətin təminatı, dəyişilməsinə 
öldürmə-zorakılığı-xidmət-göstərmir. 
Bu cəmiyyətdə insan qətlə yetirilmir və ölüm təhlükəsi ilə üzləşmir. 
Bu həm heyvanlara, həm də həyatın digər formalarında təzahür edən 
canlılara həvalə edilə bilər, lakin insan həyatına qəsd ən minimum 
xarakteristika kimi tələb olunur. Burada heç bir öldürmə təhlükəsi 
yoxdur; gətl əleyhi üçün terror qarşı şərait yaranmır. 


18
Burada öldürmək üçün silah mövcud deyil (insan qırğınlarını təsvir 
etdirən tarixi muzey daxilindən başqa) və həyata qəsd qanuniləşdirilmir. 
Əlbəttə, öldürmək üçün silaha ehtiyac yoxdur, yumruq və təpik də 
kifayət edir, lakin belə bir niyyət bu texniki bacarığı nə tətbiq edir nə də 
sifariş verir. Din ölümü müqəddəsləşdirmir; öldürmək üçün heç bir dini 
ayə yoxdur. Hökumətlər onu leqallaşdırmır; vətənpərvərlik onu tələb 
etmir; inqilabda bu tətbiq edilmir; Intellectullar onun üçün üzr istəmir; 
rəssam onu təsvir etdirmir; xalq hikməti, müdrikliyi onu əbədiləşdirmir; 
sağlam düşüncə ona məsləhət görmür. Dövrün kompüterləşdirilməsinin 
belə bir vüsətində cəmiyyət qətl üçün və onu tərənnüm edən nə “texniki 
vasitələr” nə də “proqram təminatı” istehsal etmir. 
Cəmiyyətin strukturu ölənlərin sayından asılı olmur. Öldürməyə və 
bu təhlükəyə qarşı çıxan, mübarizə aparan heç bir sosial əlaqələr yoxdur. 
Dominantlıq və ya sərhədlərin istisnası ilə heç bir münasibətlər, hökumət 
formaları, mülkiyyət, cins, irq, etnik mənsubiyyət, sinif, mənəvi və ya 
dünyəvi inam sistemlərinin formaları onları dəstəkləmək üçün öldürməyi 
tələb etmir. Bu o demək deyildir ki, belə cəmiyyətlərdə məhdudiyyət və 
ya konflikt yoxdur, yalnız, onların strukturu və prosesləri öldürməkdən 
asılı olmur və onsuz da movcud deyil. Məqsədi öldürmək olanların 
qanuni və ya qeyri-qanuni anlayışlara tabeçilikləri yoxdur.  
Buna görə də qətlsiz cəmiyyət insanlara qətlin və ya qətl üçün heç bir 
təhdidlərin olmaması ilə səciyyələndirilir, Öldürmək üçün nə texnika nə 
də hansı isə bəraət mövcuddur, heç bir sosial şərtlər hədələmə və 
öldürmək üçün güvvə istifadə etmir.  
Bizim cavablarımız şəxsi təcrübəyə, sənətkar təlimlərinə, 
mədəniyyətə və mühitlərə siyasət alimləri ətrafdakıların davranışını izah 
etmək üçün istifadə etdikləri təsirlərə əsasən olacaqdır, hansı ki, biz 
özümüz o təsirlərdən qorunmaq üçün immunlaşdırılmamışıq.  
Bu tamamilə ağlagəlməzdir!  
1979-cu ildə Humanitar elmlər üçün Milli Yardım-ın sponsorluğu ilə 
Qərbin siyasi fikrinin klassik əsərlərinin kollec təlimində istifadə üçün 
məqsəd daşıyan yay seminarında “Qətlsiz cəmiyyət mümkünüdür?” - 
oxşar suala iyirmi Amerika siyasət alimindən ibarət qrupunun faktik 
olaraq yekdilliklə verdiyi cavabı bele idi: Bu tamamilə ağlagəlməzdir! 
Onda növbəti soruşulan sual belə idi: Qeyri-zorakı siyasət və qeyri-


19
zorakı siyasət elmi mümkündürmü?” Amerikan siyasət elminin dörd əsas 
sahəsi seminarda bərabər şəkildə təmsil edilirdi: siyasi nəzəriyyə
Amerika hökuməti, müqayisəli siyasət və beynəlxalq münasibətlər. 
Bütün alimlər kişilər idi.  
Üç cəld arqument qısa seminar sonu müzakirəsində sualı qəti surətdə 
yoluna qoydu. Əvvəla, insanlar təbiətinə görə qatillərdir; onlar həmişə 
öldürməyə meylli təhlükəli sosial heyvanlardırlar. İkincisi, nadir 
resurslar həmişə rəqabətə, münaqişəyə və öldürməyə səbəb olacaqdır. 
Üçüncüsü, zorakılığın istənilən yerdə labüdlüyü qadınları müdafiə etmək 
üçün kişilərdən öldürməyə hazır olmalarını tələb edir. (Tutuşdurula bilən 
missal : Amerikan qadınının arqumenti müzakirəsiz qaldı: "Əgər kimsə 
mənim uşağımı həyatına təhlükə yaradarsa mən onu öldürərəm" 
Həmçinin qətlsiz siyasətin imkanı haqqında kifayət qədər düşündürə 
bilən və onun mümkünlüyü barədə sonrakı müzakirələrə son qoya 
biləcək belə bir sual soruşulmamış qaldıi: "Siz öldürmədən hansı yollarla 
Hitleri və Xolokostu dayandırmaq niyyətindəsiniz"?). İnsan təbiətinin 
əsas arqumentləri, iqtisadikasadlıq və seksual hücum qətlsiz siyasətin 
təcrübədə və elmdə ağlasığmazlılığına kifayət qədər xidmət etdi.  
Qərbin siyasi fikirinin də bir az əvvəl gözdən keçirilən klassiklərinə 
istinad etmək həmçinin əhəmiyyətsiz idi. Çində Leqallaşdırılmış cəza və 
Hindistanda 
məkrli, hiyləgər Kautilyan ənənəsi misalında sonda eyni nəticəyə gəlmək 
olur. Aşkar və ya dolayısı ilə öldürməyə hazır olmaq yaxşı cəmiyyətin 
yaradılması və müdafiəsi üçün əsas hesab edilir.  
Platonun (B.E.Ə. 427-347) ideal Respublikasında, fəlsəfə 
idarəçilərini (keşikçilər) müxtəlif təbəqələrdən (köməkçi döyüşçü sinfi) , 
qulların arasından məcbur etmə və inandırma yolu ilə işə cəlb edirdi. 
Bundan da başqa, Leon Harold Kreyq qeyd etdiyi kimi, (Platonun 
Respublikasında) "ədalətli icmalçılar müharibənin siyasi həyatın-daha 
doğrusu ümumilikdə bütün həyatın - əsas faktı olduğundan və hər bir 
qərarın nəticə etibari ilə buna gətirib çıxaracağından güclə boyun qaçıra 
bilər (Kreyq 1994: 17; m.e. Sagan 1979). Aristotelin siyasətinə görə 
(B.E.Ə.384, 322), arzu olunan siyasəti olan dövlətlərdə bir nəfər 
idatrəetmənin başında olmaq, çox azları və ya çoxluqlar mülkiyyət 
sahibləri kimi silah daşımaq, ordular qulları tabelikdə saxlamaq və 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə