26
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
xətti götürmüş azərbaycan
qitə iqtisadiyyatının enerji
daşıyıcılarına olan tələbatının
ödənilməsinə öz töhfəsini
verir. “əsrin müqaviləsi”nin
imzalanması ilə başlamış
strateji tərəfdaşlıq artıq
dönməz xarakter almışdır. Bir tərəfdən, neft və qaz ixracı milli
iqtisadiyyatın inkişafında misilsiz rol oynayır, digər tərəfdən isə
ölkənin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində va-
cib amil kimi çıxış edir. eyni zamanda, nəzərə almaq lazımdır ki,
energetika sahəsində azərbaycan-avropa əməkdaşlığının bütün
potensialı hələ tam işə düşməmişdir. enerji təchizatında asılılığı
azaltmaq üçün yollar axtaran avropa azərbaycanla əməkdaşlığa
xüsusi əhəmiyyət verir. Ötən ilin noyabrında Bakıda keçirilmiş
enerji sammiti bunun əyani nümayişi oldu. 21 ölkənin, o cümlədən
avropa İttifaqının üzvü olan 9 ölkənin dövlət və hökumət başçıla-
rının, yüksək vəzifəli nümayəndələrinin qatıldığı sammitdə xəzər
dənizi hövzəsində hasil edilən neft və qazın dünya və avropa ba-
zarlarına çatdırılması yollarının şaxələndirilməsi (diversifikasiyası)
məsələsi əsas müzakirə mövzusu idi. qeyd etmək lazımdır ki, IV
Bakı enerji sammiti azərbaycanın aparıcı tərəf kimi iştirak etdi-
yi Krakov, Vilnüs və Kiyev enerji sammitlərindən sonra Bakının
təşkilatçılığı ilə həyata keçirilirdi. sammit enerji ehtiyatlarının həm
hasilatı, həm də nəqli baxımından azərbaycanın avropanın enerji
təhlükəsizliyinin təmin edilməsində əvəzedilməz rolunu xüsusi önə
çəkmişdir. Prezident İlham əliyev sammitin açılışında söylədiyi
nitqində azərbaycanın iqtisadi və siyasi sabitliyinin, yürütdüyü
müstəqil xarici və iqtisadi siyasətin ölkəyə uzun müddət ərzində bu
rolu yerinə yetirməyə imkan verdiyini bildirmişdir.
avropa İttifaqı ilə strateji əməkdaşlığın inkişafı azərbaycan
Prezidenti İlham əliyevin 2009-cu il aprelin sonu və mayın
əvvəllərində Brüsselə və “Şərq tərəfdaşlığı” sammitinin keçirildi-
yi Çexiyaya səfəri zamanı yeni bir müstəviyə çıxdı. “azərbaycanı
Cənubi qafqaz regionunda avropanın olduqca mühüm tərəfdaşı”
hesab edən avropa Komissiyasının sədri joze manuel Barro-
zu “artıq on ildir ki, həyata keçirilən tərəfdaşlıq və əməkdaşlıq
sazişinin münasibətlərdə möhkəm bünövrə” olduğunu söylədi.
mayın 7-də Praqada avropa İttifaqı ölkələrinin və eləcə də “Şərq
Avratlantik məkana inteqrasiya sahə-
sində Azərbaycanın apardığı siyasət
həm ölkəmiz, həm də bütövlükdə regio-
nal əməkdaşlıq üçün müsbət nəticələrini
verməkdədir.
YANVAR-MART, 2010
27
tərəfdaşlığı” təşəbbüsünün üzvü olan ölkələrin dövlət və hökumət
başçılarının sammitində qəbul olunan avropa İttifaqının “Şərq
tərəfdaşlığı” proqramına gəldikdə isə ölkəmizin rəhbəri bu proqra-
mın azərbaycanın avropa İttifaqı ilə əlaqələrinin daha da yaxınlaş-
masına və genişlənməsinə təkan verəcəyini bildirdi.
azərbaycanın dövlət başçısı yeni qəbul olunmuş “Şərq
tərəfdaşlığı” proqramından çox şey gözlədiyini və onun avropa-
azərbaycan münasibətlərinə töhfə verəcəyini bəyan etdi.
əslində, bu proqram “yeni qonşuluq siyasəti”nin davamı olaraq
münasibətlərin yeni müstəvisinə çıxış üçün əsaslar yaradır. Pre-
zident İlham əliyev onu belə dəyərləndirmişdir: “...Vacib məsələ
odur ki, “Şərq tərəfdaşlığı” proqramında həm avropaya, həm də
azərbaycana fayda gətirəcək konkret və dəqiq elementlər möv-
cuddur... “Şərq tərəfdaşlığı” proqramından biz çox şey gözləyirik.
...məqsədimiz avropa İttifaqının qabaqcıl təcrübəsinə çıxış əldə
etmək, həyatımızın müxtəlif sahələrini avropa İttifaqının standart-
larına yaxınlaşdırmaq və gələcək illər üçün çiçəklənən və dayanıqlı
ölkə qurmaqdır”.
Hazırda avropa İttifaqı ilə inteqrasiya əlaqələri “yeni qonşu-
luq siyasəti” kontekstində Fəaliyyət Planının həyata keçirilməsi,
“twinning” və “taİex” kimi proqramlarda iştirak çərçivəsində
inkişaf etdirilir. avropa İttifaqı ilə tərəfdaşlıq və yaxınlaşmanın
möhkəmlənməsi prosesi “Şərq tərəfdaşlığı” təşəbbüsünün irəli
sürülməsi ilə əlavə təkan almışdır. Həmin təşəbbüs azad ticarət,
eləcə də qarşılıqlı şəkildə viza rejiminin sadələşdirilməsi haqqında
müqavilə daxil olmaqla, yeni assosiativ müqavilələr imzalamaq yolu
ilə ticarət-iqtisadi, siyasi və humanitar əlaqələrin dərinləşdirilməsi
üçün zəmin yaradır.
“Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır”
Bu fikri natO-nun Baş katibi yaap de Hoop sxeffer azərbay-
can Prezidenti İlham əliyevlə 2009-cu il aprelin 29-da Brüsseldə
alyansın mənzil-qərargahında keçirdiyi görüşdən sonra birgə
mətbuat konfransında söyləmişdir. Özü-özlüyündə münasibətlərin
hansı səviyyədə olduğunu göstərən bu mövqe, təbii ki, bir ilə, iki ilə
formalaşmamışdır. artıq 15 ildir ki, azərbaycan Şimali atlantika
alyansı ilə “sülh naminə tərəfdaşlıq” proqramı və 2005-ci ildən isə
28
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
“Fərdi tərəfdaşlığın fəaliyyət planı” çərçivəsində uğurlu əməkdaşlıq
edir. Ona görə də natO azərbaycanı təkcə regionda deyil, onun
hüdudlarından kənarda da həyata keçirilən tədbirlərdə özünün
tərəfdaşı sayır və ölkəmiz ilə əməkdaşlığa üstünlük verir. xatır-
latmaq yerinə düşər ki, təkcə 2008-ci ildə azərbaycan təmsilçiləri
natO-nun təşkil etdiyi 200-dən çox əməkdaşlıq tədbirində iştirak
etmişdir.
natO ilə azərbaycanın münasibətləri tarixinə nəzər salsaq,
görərik ki, Şimali atlantika alyansının bu ölkəyə marağı təkcə
azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin olması gerçəkliyi
ilə bağlı deyil. Bu maraq hər şeydən əvvəl həm də azərbaycanın
regiondakı mühüm geosiyasi mövqeyi və rolu ilə bağlıdır. regi-
on həssasdır, orada qeyri-sabitlik riskləri var. unutmaq olmaz ki,
ölkəmizi mühüm tərəfdaşa çevirən amillərdən biri də natO üzrə
müttəfiq ölkələrin nəhəng şirkətlərinin azərbaycan iqtisadiyyatına
çox böyük həcmdə sərmayələr yatırmasıdır və onların təhlükəsizliyi
məsələsi də xüsusi önəm daşıyır. digər tərəfdən, azərbaycanın
əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarında,
antiterror tədbirlərində iştirakı da natO və onun tərəfdaşları üçün
böyük əhəmiyyət kəsb edir.
natO-nun Baş katibi avropanın enerji təhlükəsizliyi
məsələlərinə toxunarkən etiraf edir: “azərbaycan bu sahədə çox
mühüm ölkədir, yəni bundan sonra neft və qaz təchizatı sahəsində
daha böyük rol oynamağa başlayacaqdır... natO bu sahədə apa-
rıcı təşkilat olmasa da, enerji təhlükəsizliyi ilə bağlı müzakirələr
təşkilatımız üçün çox vacibdir. Bu məsələlər natO çərçivəsində
nəzərdən keçirilir. ...əgər azərbaycana və regiona nəzər salsanız,
aydın şəkildə görərsiniz ki, enerji təchizatı və boru kəmərlərinin
çəkilməsi enerji təhlükəsizliyində mühüm rol oynayır”.
azərbaycanın natO ilə əməkdaşlığının faydalı və əhəmiyyətli
bir məqamı da bu fövqəltəşkilatın ölkəmizi daim narahat edən
dağlıq qarabağ münaqişəsi, ermənistan-azərbaycan münasibətləri
kontekstində tutduğu mövqedir. Şimali atlantika alyansı 2009-cu
il aprelin əvvəlində quruma daxil olan ölkələrin dövlət və hökumət
başçılarının strasburqda və Kehldə keçirilmiş zirvə görüşündə
dağlıq qarabağ münaqişəsinin mühüm bir prinsip – ərazi bütöv-
lüyü prinsipi əsasında həllini tapa biləcəyini bəyan etmişdir. Bu,
eynən avropa İttifaqının qəbul və bəyan etdiyi qərardır ki, nəticədə
Dostları ilə paylaş: |