YANVAR-MART, 2010
41
gün də dəyərli qardaşım cənab Baş nazirin sözləri, bir daha demək
istəyirəm ki, bunun ən gözəl cavabıdır”.
İran – yaxın qonşu, dost ölkə
azərbaycan respublikası müstəqillik qazandıqdan sonra 1991-
ci il dekabrın 25-də onun müstəqilliyini tanıyan ilk ölkələrdən
biri İran İslam respublikası olmuşdur. 1992-ci il martın 12-də isə
azərbaycan ilə İran arasında diplomatik münasibətlər yaradılmış-
dır. azərbaycanla İran arasındakı münasibətlər dərin tarixi köklərə
malikdir. ulu öndər Heydər əliyev bununla bağlı qeyd edirdi:
“Bizim xalqlarımız əsrlər boyu birgə yaşamış, bir yerdə olmuş-
lar. Bizim tarixi, mənəvi dəyərlərimiz eynidir. Biz hamımız, yəni
İran və azərbaycan xalqları islam aləminə mənsub olan xalqlarıq.
İslam aləminin dəyərləri bizim üçün əzizdir, möhtərəmdir. Biz bu
dəyərləri öz həyatımızda bundan sonra da bərqərar edəcəyik. elmi,
mənəvi, mədəni əlaqələrimiz bizi tarix boyu birləşdirib. azərbaycan
respublikası ilə İran İslam respublikasının çox böyük sərhədi var.
Bunları nəzərə alaraq azərbaycan İran İslam respublikası ilə dost-
luq, qardaşlıq əlaqələrini inkişaf etdirmək əzmindədir”.
azərbaycan respublikasının Prezidenti Heydər əliyevin 1994-
cü il iyunun 29-dan iyulun 2-dək tehrana səfəri İran ilə əlaqələrin
genişləndirilməsi sahəsində böyük əhəmiyyətə malik olmuşdur.
azərbaycanın xarici siyasətinin parlaq səhifələrindən biri kimi
qiymətləndirilən və müstəqil dövlətimiz üçün tarixi əhəmiyyət kəsb
edən bu səfər iki ölkə arasındakı münasibətlərdə əvvəlki illərdə yol
verilmiş soyuqluğun aradan qaldırılması, münasibətlərin normal in-
kişaf etdirilməsi və azərbaycanın İranla əlaqələrinin dərinləşməsi
üçün zəmin yaradılmasında əsaslı rol oynadı. səfər zamanı iki ölkə
arasında dostluq münasibətlərinin inkişafı haqqında 13 maddədən
ibarət bəyanat imzalandı. Bəyanat ölkələrimiz arasında daha sıx
əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirdi.
azərbaycan qonşu İran dövləti ilə xalqlarımızın mənafeyinə
cavab verən mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq
prinsipləri əsasında ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlərin
inkişafına müvəffəq olmuşdur. Ölkələrimiz arasında ikitərəfli
əlaqələrin bütün sahələrini əhatə edən sənədlər imzalanmış-
dır. son illərdə Prezident İlham əliyevin İrana rəsmi səfəri, İran