32
komandanlığının 1920-ci ilin iyulunda Bakıdan Türkiyə Böyük Millət Məclisi
hökumətinin Ģərq cəbhəsi komandanına göndərdiyi məktubda deyilirdi: "Sovet
hökuməti dəst ölkələrə: sovet respublikasına - Azərbaycan Sovet Sosialist
Respublikasına və inqilabi Türkiyənin Böyük Millət Məclisi hökumətinə
münasibətdə Ermənistan tərəfindən hər hansı düĢmənçilik hərəkətlərinin
dayandırılmasını Ermənistanda mövcud olan hökumətin RSFSR tərəfındən
tanınmasının və Ermənistanla sülh müqaviləsi bağlanmasının labüd Ģərti kimi
irəli sürür"
9
.
Lakin XI Qızıl ordu komandanının əmrində (1920-ci il iyul-avqust) isə
deyilirdi: "Qızıl Orduya erməni ordusuna hücum etmək vəzifəsi tapĢırılmayıb. O,
yalnız gcneral Dro və ya erməni ordusunun digər hissələri tərəfindən düĢmənçilik
hərəkətləri o lduğu halda banditləri və quldurları məhv edəcək. Qızıl ordu qəti
hərəkətə baĢlayacaq və hər bir zərbəyə on qat güclü zərbə ilə cavab verəcək"
10
.
DaĢnak hökumətinin göstəriĢi ilə erməni qoĢun hissələrinin Azərbaycanın
Emənistanla bütün sərhəd rayonlarında təcavüzkar hərəkətləri isə 1920-ci ilin
noyabrınadək davam edirdi. Onların azğın təcavüzü Qarabağ, Zəngəzur
ərazilərində daha Ģiddətli idi. Həmin ərazilərdə artıq XI Qızıl ordunun hissələri
yerləĢirdi və onun tərkibində çoxlu erməni var idi. Hətta XI Qızıl ordunun ehtiyat
polkunun tərkibində erməni batalyonu mövcud idi
11
. 1920-ci ilin iyul-avqustunda
general Dronun 400 süvari, 400 piyadadan ibarət 4 topu və 30 pulemyotu olan
qoĢunu Qarabağa hücum edərək Bazarkəndi tutdu. Onlar Njdenin quldur dəstəsi ilə
birləĢməyə və Naxçıvan-ġuĢa yolunu ələ keçinnəyə çalıĢırdılar. Ġyulun axırında
general Məlik Muratovun daĢnak hissələri Pays kəndini tutdular. "Ümu mi taktikaya
əməl edən ermənilər müsəlman kəndlərini ələ keçirərkən taxılı yandırırd ılar"
12
.
Erməni daĢnakları Naxçıvanda, Zəngəzurda, Qarabağda, Azərbaycanın
baĢqa rayonlarında dinc əhaliyə qarĢı təcavüzkarlıq edir, vahimə salır, qarətçilik,
zorakılıqla məĢğul olur, bütöv kəndləri yandırır, cinayətkar təbliğat aparır, yerli
ermənilər və azərbaycanlılar arasında qanlı toqquĢmalar törədirdilər. Onların əsas
məqsədi Azərbaycanın əzəli ərazilərini, ilk növbədə Qarabağı, Naxçıvanı,
Zəngəzuru ələ keçirmə k idi. Q. K. Orconikidze 1920-ci il iyunun 11 -də XI
ordunun komandanı Levandovskiyə göndərdiyi teleqramda yazırdı ki, "daĢnaklar
Godəbəy rayonunda müsəlmanları və erməniləri qırırlar. Əksinqilabçı erməni kəndi
Çardaxlı var. Onu tərksilah etmək lazımd ır"
12a
.
Ermənistan Kommunist Partiyasının nümayəndəsi 1920-ci il iyunun 19-
da Kominternin II konqresində çıxıĢ edərkən demiĢdi: "Müstəqil və birləĢmiĢ
Ermənistan" indi Ermənistan hökuməti əraziləri müsəlmanlardan təmizləməklə,
müsəlman kəndlərini oda qalamaq və qılıncdan keçirməklə bu müqəddəs arzunu
praktiki olaraq həyata keçirir"
12b
.
33
Erməni qoĢunları 1920-ci ilin iyulunadək Türkiyənin Ģərq vilayətlərini
zəbt edərək, Dərələyəz və Zəngilan bölgələrinin müsəlman kəndlərini viranəyə
çevirərək, Naxçıvan diyarını ələ keçirməyə və naxçıvanlıların A zərbaycanla
əlaqəsini birdəfəlik kəs məyə çalıĢırdılar. 1920-ci il iyulun 11-də səhər saat 5-də
onlar Vedibasar tərəfındən Naxçıvan diyarına hücuma baĢladılar. Hələ 1920-ci ilin
mayında buraya göndərilmiĢ Türkiyə qoĢun hissələri erməni təcavüzkarlarına qarĢı
mübarizədə naxçıvanlılara imkan daxilində kömək edirdi. Kazım Qarabəkir paĢa
hələ Ərzrum konqresində (1919-cu il) bəyan etmiĢdi: "Azərbaycana açılan pəncərə
yalnız Naxç ıvandır, onun bağlanmas ını istəmirə m"
13
.
Genera l Veysəl bəyin rəhbərlik etdiyi Türkiyə qoĢunu Azərbaycanın əsas
ərazisindən Naxçıvan diyarına çəkilmiĢ süvari polku, piyada batalyonu və bir dağ
batareyası ilə birlikdə ermən ilərin üstün qüvvələrinə qarĢı ağır döyüĢlər aparırdı.
Türkiyə nümayəndələri ətrafındakı siyasi intriqalar (varlı naxçıvanlılar onları
ruslarla əməkdaĢlıqda təqs irləndirir və "ermənilərlə birlikdə bolĢeviklərə qarĢı
çıxmağa" tərəfdar idilər) düĢmənin xeyrinə idi. Diviziya komandiri Cavad paĢa
Naxçıvan Milli ġurasına teleqrammında yazırdı: "Naxçıvanlılar bu son ayda intriqalara
uymuĢlar, onların türklərin əleyhinə dedikləri sözlər və gördükləri iĢlər bizim
qəlbimizi incitmiĢdir"
14
.
Belə mürəkkəb Ģəraitdə Naxçıvanın nümayəndə heyəti Ġrəvana yollandı.
Ermənilər aĢağıdakı barıĢıq Ģərtini irəli sürdülər: "Naxçıvan diyarının bütün ərazisi
Ermənistan dövlətinə birləĢdirilir, kim Ermənistan vətəndaĢlığını istəmirsə, arzu
etdiyi yerə çıxıb getməlidir". Bundan əlavə, onlar silahı, atları, taxılı, 200 baĢ
qaramalı təhvil verməyi tələb edird ilər. Nü mayəndə heyəti bu tələblərlə iyulun
19-da Na xç ıvana qayıtdı.
Ertəsi gün Ermənistanın tələbləri Milli ġurada müzakirə olundu və
ermənilərə cavab hazırlandı. Cavabda deyilirdi ki, əgər Dəhnə dərəsindən
Ordubada qədər ərazidə müsəlmanlara müstəqillik verilirsə, müsəlman əhalisi
tələbləri qəbul edər və bu məsələni həll etmək üçün Naxç ıvan və ġərur
müsəlmanlarının iĢtirakı ilə Ġrəvanda ikitərəfli danıĢıqlar aparmaq lazımdır. Bunun
cavabında ermənilər iyulun 24-də 2 min piyada, 200 atlı və 8 topla yeni hücuma
baĢladılar. Ertəsi gün ġahtaxtıyadək gəlib çıxdılar.
Əhali vahiməyə düĢmüĢdü, hərbi hissələr erməni təcavüzünə qarĢı
dayana biləcəklərinə əmin deyildilər. 1920-ci il iyulun 28-də qızıl ordunun süvari
polku Naxçıvana girdi. Naxçıvanda sovet hakimiyyəti quruldu. Yenidən danıĢıqlar
aparmaq üçün Ġrəvana getmiĢ Naxçıvan Ġnqilab Komitəsinin nümayəndə heyəti
1920-ci il iyulun 29-da yeni Ģərtlərlə qayıtdı: "Na xçıvan qəzasının Ermən istan
hökumətinə tabe olması, qəzanın əhalisinin Ermən istan hökumətinə Ģərtsiz itaət
etməsi, 7 min ədəd tüfəng və hər bir tüfəng üçün 80 patron, bütün pulemyotların,
topların, 300 min pud buğda, yəhərli 300 at, 200 baĢ qoĢqu heyvanı və s.