23
olan məhəbbətində və sevgisində bir dəyişiklik olmamışdı, lakin şah sarayda da
nifaq və qarşıdurma istəmirdi.
Qacar sarayının özəl bir süfrə mədəniyyəti var idi. Gözəl qadınlar Padşahın
yemək işləri ilə məşğul olurdular. Bu qadınlar böyük yemək sarayının özəl
xidmətçiləri idilər. Burada Padşah, şahzadələr, digər şah ailəsinə mənsub insanlar
və bəzi məhrəm adamlar yemək yeyirdilər. Şahdan bir istəyi olan şahzadələr daima
bu anı bəklərdilər ki, arzularını atalarına bildirsinlər
15
.
Bu şam yeməyinin birində Şah, Abbas Mirzənin çox dalğın və ruhən düşgün
göründüyünü hiss etdi. 1805-ci ilin sevimli bahar günlərində Abbas Mirzənin
ruhunu saran və onu yorğun göstərən bir şey var idi. Bu durumu həftələr öncə
sezmiş olan Şah, sanki bunun səbəbini bilirmiş kimi Abbas Mirzənin dalğınlığı
haqda heç nə sormurdu. Lakin o gecə ən çox sevdiyi oğlunun bu qədər dalğınlığı
onu bir ata olaraq etkiləməyə başlamışdı və nədən bu qədər dalğın olduğunu sordu.
Abbas Mirzə sonsuz bir ədəb və ehtiramla atasının hüzurunda göz yaşları ilə bu
sözləri söylədi: “Ata, məni Azərbaycandan ayırmayın lütfən. Məni Azərbaycandan
ayıracaqsanızsa, o zaman fərman verin məni öldürsünlər. Çünkü mənim üçün
Azərbaycanla ayrı qalmaqla ölümün heç bir fərqi yoxdur. Lütfən məni
Azərbaycandan ayırmayın”
16
.
Abbas Mirzənin bu sədaqəti atasını çox etkilədi. Atasının da gözləri
dolmuşdu. Fətəli Şah; “Səni Azərbaycandan ayırmayacağam” dedi. İlk kəz olaraq
bu anda Abbas Mirzə atasından bir istəkdə bulundu və “Ata, mənə Azərbaycanın
hakimliyini də verin lütfən” - dedi. Şah bütün saray dedi-qodularına rəğmən Abbas
Mirzənin sədaqəti qarşısında yenik düşdü və onun bu istəyi ilə də razılaşdı.
Beləliklə, Abbas Mirzə həm də Azərbaycanın elbayı oldu.
Bu dönəmdən etibarən Abbas Mirzənin əsl həyatı başladı. Azərbaycan onun
evinə dönüşdü. Azərbaycanın onun düşüncələrini, istəklərini uyqulamaq (tətbiq
etmək) istədiyi mərkəzə dönüşmüşdü. Ömrünün sonlarında tale onu başqa yerə,
Xorasana apardığında qürbət hissi canını sıxmağa başlayacaqdı. Abbas Mirzə
Azərbaycanda ilk öncə hərbi islahatlara başladı.
Şah, baharın sonlarında təkrar Sultaniyyəyə, Abbas Mirzə isə yeni görəvləri
ilə Qarabağa gəldi. Bu dəfəki səfərində Azərbaycanın digər yerlərini də görsün
deyə yolunu Qarabağdan saldı. Xudafərin körpüsündən keçərək Qarabağa vardı.
Abbas Mirzə hər şeydən öncə əski İrəvan xanı kimi onu rahatsız edən bir xanla
hesablaşmaq fikrində idi. Ruslarla iş birliyi içində olan İbrahim Xəlil Cavanşirin
rəftarı onu rahatsız etməkdi idi. İbrahim Xan Qarabağda əsgəri birlik toplayaraq
kiçik bir ordu düzəltmiş və ruslardan da yardım istəmişdi. Amma ruslar ona tam
dəstək verməmiş, sadəcə, neçə yüz eyitilmiş, ancaq qazaq olmayan süvarilərlə
onun istəyinə cavab vermişdi. Rusların eyitilmiş əsgəri birliklərinə qazaq
15
Tariz-e Əzodi.
16
Eyni qaynaq.
24
deyirdilər. Ancaq rusların qazaqlardan başqa qazaqlar qədər tam eyitilməmiş
birlikləri də var idi. İbrahim Xəlil Xan Cavanşirin oğlu bu birliklərin başını çəkirdi.
O, Abbas Mirzənin yolunu Xudafərindən keçərkən kəsib və onunla savaşmaq
istəyirdi. Abbas Mirzə Xudafərin körpüsündən keçər-keçməz savaş başladı. Ancaq
Abbas Mirzə bu zəif ordunu həmən məğlub edib dağıtdı. Bu zəif birlik dağıldıqdan
sonra Abbas Mirzə öz ordusunu iki sütun şəklində Şuşaya doğru yönləndirdi. Bu
on il sürən savaş sürəsincə və sonralar da bütün savaş yolları Şuşadan keçir və
bəzən də Gəncəyə yönəlirdi. Bu savaş da bir irəliləyiş olmadan davam edirdi. Yəni
ormanlığın içində pusuya durub və uyğun zamanlarda qarşı tərəfə zərbə endirilirdi.
Gəncliyinin ilk çağlarında hər kəsə rahatca və çox tez inanan Şahzadə
yavaş-yavaş etimadsızlıq dərsi öyrənmiş və siyasiləşmişdi. Dərbənd, Quba və
Lənkəran xanlıqları vəfadarlıq peymanlarını yeniləyirdilər. Lakin nə zamana
qədər? Mustafa Xan Şirvani yenidən ruslara üz tutmuşdu. Baqratiyon
şahzadələrinin vəfadarlıqlarına rəğmən Gürcüstanda Rusiya yanlıları güclənməyə
başlamışdı. İrəvanın hakimi Məhəmməd Xan təkrar düşmənlə gizlin irtibata
girmişdi. Açıqcasına rusların müttəfiqi olan Cəfər Xan Dənbəli vasitəçilik rolunu
oynayırdı.
Gəncədə bulunan işğalçı rus ordusunun komandanı Kutlerovski rus
ordusunun məğlubiyyətini eşitdikdən və Abbas Mirzənin Qarabağın kilid nöqtəsi
olan Şuşanı mühasirəyə etməyə hazırlaşdığını bildikdən sonra Qarabağdakı rus
ordusunun və müttəfiqlərinin yardımına gəldi. Altı gün şiddətlə davam edən bir
savaş başladı. Ruslar bir qəbiristanlıqda səngər tutmuşdular. Bu savaşda Abbas
Mirzənin önəmli komutanlarından biri olan Sadiq Xan Qacar ağır yaralandı. Bir
çox Azərbaycan ordusuna mənsub insanlar öldülər, ya da yaralandılar. Hər iki tərəf
yorulmuş və savaş yavaşımışdı. Bu fürsətdən istifadə edən Kutlerovski ordusunu
Tərtərə tərəf çəkməyə başladı. Bu an Gəncəni geri almaq üçün önəmli bir fürsət
yaranmışdı. İki il öncə Gəncəni işğal edən ruslar bölgəni yağmalamış və insanları
bezdirmişdilər. Bu arada Abbas Mirzənin şöhrəti bütün Azərbaycana yayılmışdı.
Gəncəlilər də onun gəlişini bəkləyir, Abbas Mirzəyə yardımçı olmaq üçün hazır
idilər. Abbas Mirzəyə bütün Azərbaycan məzlumlarının hamisi və işğalçılardan
intiqam alan bir şəxsiyyət kimi baxılırdı. O, bu fürsəti dəyərləndirmək amacı ilə
Şuşanın mühasirəsini yarımçıq buraxıb Gəncəni ələ keçirmək üçün bu şəhərə tərəf
hərəkət etdi. Gəncəyə yaxınlaşdıqca minlərcə rus zülmündən bezmiş kəndlilər
Abbas Mirzənin ordusuna qatılmaq üçün can atır, başvuruda bulunurdular. Ancaq
Fətəli şah Şuşanın alınmasında israrlı idi. Şahzadə və Şah arasındakı bilgi alış-
verişi zamanın itirilməsinə səbəb oldu. Bu fürsətdən yararlanan Kutlerovski
yardımçı güc gətirib və güclü topxana oluşdurmağa nail oldu. Fürsət qaçırılmışdı.
Abbas Mirzə anladı ki, geri çəkilməkdən başqa çarə yoxdur. Çünkü hərbi sursat
olaraq özündən daha güclü olan bir ordu ilə savaşa girmək məğlubiyyətindən başqa
bir nəticə verməzdi. Bu da xalqın Abbas Mirzəyə olan güvənini zədələdi.
Baxmayaraq ki, Abbas Mirzə ordunun səssizcə geri çəkilməsini əmr etmişdi, ancaq
Dostları ilə paylaş: |