126
Journal of Azerbaijani Studies
AZƏRBAYCANDA AŞIQ SƏNƏTİ
Azad Nəbiyev
(Bakı Dövlət Univesitəsi)
Oğuz türklərinin tarixi yüksəliş mərhələsində ozan institutu
üzərinə götürdüyü başlıca funksiyalardan birini – yeni superetnosun
(azərbaycanlıların) müstəqil şəkildə formalaşıb əsaslı təkamül mər-
hələsi keçirməsi üçün lazım olan ən kiçik milli-etnik dəyərdən tutmuş,
ən böyük epik-cəngavərlik və alplıq hadisəsinə qədər zəruri mənəvi-
estetik dəyərləri formalaşdırıb başa çatdırdı. Bu yaradıcılıq ənənəsini
geniş əraziyə yaydığı kimi, çoxsaylı, müxtəlif tərkibli, eləcə də
yaddilli etnoslar arasında ona nüfuz qazandırdı. Həmin etnosların onu
bu və ya digər şəkildə qəbul və ya təbdil etməsinə nail oldu. Geniş
zaman hüdudunu əhatə etməklə milli düşüncədə hökmran mövqe
qazandı.
Bu ifaçılıq institutu uzun zaman hüdüdünda formalaşmış zəngin
ənənələr və mənəvi-əxlaqi dəyərlər üzərində meydana gəlmişdi. Mə-
lumdur ki, xalqımızın tarixən məskunlaşdığı ərazilərdə əski çağlardan
sivil ölçülər qəlibində bir estetik düşüncə yaranıb inkişaf mərhələsi
keçirmişdir. Özünün törəmə və tərəqqi modelinin formalaşmasında
yerli etnosların təkamülündəki estetik dəyərlərə söykənən, onların
ilkin formulalarını – adət-ənənə, başqa əxlaqi dəyərlərini qəbul edib
nəsildən-nəslə ötürən bu düşüncə Şərq və Qərb mədəniyyətinin aparıcı
meyl və istiqamətləri qovşağında bəşəri dəyərlərlə yanaşı, özünəməx-
sus yeni çalarlarla, - milli həyat detalları, süjet, motiv, obrazlar sistemi
və yaradıcılıq ənənələri ilə də zənginləşdi.
Ozan institutu öz repertuarında oğuz eposçuluğunun bütün sonrakı
mərhələlərində öncül mövqeyini – süjetin kompozisiya quruluşundan
tutmuş, buradakı sinkretizmi,bəşəri dəyərlərin ifadə tərzini, türkün
tarixi taleyini, bədii mətnin poetik siqləti və s. kimi eposşünaslıq üçün
zəruri ölçüləri qoruyub saxladı. Eyni zamanda oğuz eposu sonradan
yaranıb formalaşan, bəzən daha qüdrətli improvizatorçuluq ənənələri
üçün ilkin ədəbi bir zəmin, qaynaq oldu. Bunun mühüm və başlıca
başqa bir cəhəti də oğuz eposunun yarandığı ərazidə onun ozan sənə-
tinin estetik dəyərlərini əhatə edən, türk düşüncəsi ilə qaynayıb-qarı-
Azərbaycanda aşiq sənəti
127
şan, heç bir asmilliyasiyaya uğradıla bilməyən qüdrətli estetik düşün-
cəyə – azərbaycançılığa söykənməsi idi.
Azərbaycançılıq b.e. əvvəl IV əsrdə yaranıb Cənubi Azərbaycan,
İran Kürdüstanı, Şimali Azərbaycanın böyük bir hissəsini əhatə edən,
zəngin mədəniyyətə və iqtisadiyyata malik, üç əsr yarımdan artıq bir
müddət ərzində ümumdünya mədəniyyətinin inkişafına özünəməxsus
töhfələr verən, müstəqil Azərbaycan dövlətinin ən qədim sələfi Atro-
paten dövləti ərazisində meydana gəlmişdir (1, s.5).
Atropaten ərazisində gəlmə və yerli etnosların qarşılıqlı diffe-
rensiyası maraqlı yaradıcılıq prosesini formalaşdırmışdır. Türklərin
özü ilə gətirdikləri prototürk düşüncəsi - məsələn, yarımçıq türk pan-
teonu, qədim türk mifoloji sistemi, tanrıçılıq görüşləri və s. burada
qədim türk, türk-Atorpaten daxili etnoslar sinkretizmində yeni supe-
retnosu (azərbaycanlıları) formalaşdırmışdır. Bu superetnos öz erkən
soykökünü böyük mühafizəkarlıqla davam etdirməklə türk və İran
mənşəli etnosların mədəni düşüncəsindən – dilindən və mənəvi dəyər-
lərindən fərqli dil və mədəni dəyərlər yaratmışdır. Yeni superetnosun
formalaşdırdığı mədəni-kulturoloji vahidlər heç bir assimilyasiya pro-
sesinə uğramadan tarixən özlərinə məxsus məskunda (ərazidə) azər-
baycanlıları və onlara məxsus yüksək estetik düşüncəni – azərbaycan-
çılığı bərqərar etmişdir. Elə buna görə də bu gün Azərbaycan danışıq
dilinin tarixi bizim eranın II-III yüzilliklərinə gedib çıxır. Erkən azər-
baycançılıq qaynaqlarına əsaslanan Azərbaycan mifologiyası qarşılıqlı
təmas prosesində prototürk və türk mifoloji sistemindən bir sıra
mühüm elementlər - obrazlar, süjetlər və s. qəbul etsə də onu bütöv-
lükdə təkrar etməmiş, ondan xeyli fərqli çalarlar yaratmış, İran
mifologiyasından isə əsaslı şəkildə fərqlənmişdir. Bu fərqləri isə mə-
sələn, Altay mifologiyası ilə türkmən mifologiyasındakı fərqlər kimi
qəbul etmək olar.
Özünməxsusluğu bütün çalarlarda davam etdirib yaşadan azərbay-
canlılar superetnos kimi şifahi danışıq dilini də daim qoruyub sax-
lamışlar. Hətta bir sıra yüzilliklər ərzində Midiya dövləti tərkibində
yaşasalar belə azərbaycançılıq ənənələrini və dilini itirməmişlər. Elə
buradaca tarixşünaslıqda bu günə qədər diskussiya obyekti olan azər-
baycançılığın mənşə xüsusiyyətinin dürüstləşdirilməsinə aydınlıq
gətirə biləcək işartılar görünməkdədir: yerli müxtəlif dilli (qafqazdilli)
etnoslar qədim türk, qıpçaq və oğuz türkləri ilə qarşılıqlı təmasda
128
Azad Nəbiyev
superetnos kimi formalaşan azərbaycanlılar sonralar hansı dövlətin
ərazisində və tabeliyində yaşamalarından, hansı tayfa, xalq, millətlə
daha sıx mədəni-iqtisadi və siyasi əlaqələrdə olmalarından asılı olma-
yaraq azərbaycançılıq ənənələrini böyük mühafizəkarlıqla qoruyub
saxlamış, nə türkçülüyün, nə də irançılığın ifrat nüfuz çevrəsinə düşüb
assimilliyasiya olunmamışdır.
Azərbaycan dili və estetik düşüncəsi zaman-zaman inkişaf edib
yüksəlmiş, zəngin şifahi və yazılı mədəniyyət yaratmışdır. Bu mədə-
niyyət bünövrə daşını b.e. əvvəl sonuncu yüzillikdən başlayaraq ozan
institutunu yaratmaqla III-V əsrlərdə oğuz eposçuluq ənənəsini forma-
laşdırmış VII-VIII əsrlərdən «Kitabi-Dədə Qorqud»la özünün yüksək
inkişaf mərhələsinə qədəm qoymuşdur.
Ozan institutu yeni superetnosun epik və estetik düşüncə modelini
yaratmış, dünyanı dərk etmə təcrübəsindəki tarixi uğurlarını yekunlaş-
dırmış, erkən mifoloji baxışlarının formalaşması üçün münbit zəmini
– superetnosun güclü epik və poetik təfəkkürünü formalaşdırmışdır.
Superetnosun qıpçaq hunları və oğuzlarla yeni tarixi differensa-
siyası onun güclü təkamülünə səbəb olmuş, bütün qarşılaşmalar qov-
şağında öz müvazinətini saxlayıaraq assimilliyasiya edilməmişdir.
Eyni zamanda o, yaşadığı ərazidə superetnos kimi başqadilli etnoslar
üzərində türkçülük ənənələrinin daha əsaslı nüfuzunu bərqərar
etmişdir.
Superetnosun öncül mövqeyinə əsaslanan ozan institutu yeni tarixi
şəraitdə mifoloji düşüncədən daha ciddi həyat faktına əsaslanan epos
düşüncəsinə keçidin əsasını qoydu. Ozan institutu etnosların qarşılıqlı
diferensiasiyasında erkən milli zəmində yaratdığı və topladığı ənənə-
ləri qıpçaq və oğuz türkləri ilə qarşılıqlı çarpazlaşma prosesində daha
kamil mərhələyə yüksəldə bildi ki, bu da ona sonradan qüdrətli qıpçaq
və oğuz eposçuluğunu yaratmaq iqtidarı verdi. Əslində bu, ozan insti-
tutunun eyni yaradıcılıq ənənəsinə əsaslanan professional improviza-
torçuluğu idi. Bu, zaman keçdikcə qıpçaq-oğuz estetik düşüncəsini,
məişətini, milli, mənəvi-əxlaqi dəyərlərini və mentalitetini əks etdirən
fərqlər əsasında bir-birindən seçilməyə və ayrılmağa başladı. İlk mər-
hələdə qıpçaq və oğuzların epik təfəkküründə vahid sinkretizm yaran-
dı. Hun-qıpçaqların və oğuzların birgə həyatı, qonşuluq münasibətləri,
qarşıdurmaları, bir-birinə qənim kəsilmələri epik təfəkkürdə öz bədii
əksini tapdı. Əbu-Bəkr ət Dəvadarinin haqqında məlumat verdiyi
Dostları ilə paylaş: |