Onun obrazı diriymiş kimi gözlərimin qarşısında dayanır və mən bu anlarda onun
xarakterindəki bütün yaxşı və pis özəllikləri bircə-bircə xatırlamağa başlayıram. Onun
ömrü, sanasan, bir şair ömrü kimi çoxçalarlı idi və elə buna görə də, bu vaxtsız ölümü
də qaçılmaz bir faciə kimi qavranıla bilər.
Onun atası yerli dini məktəbdə mühazirə oxuyur; o çox istedadlı bir alimdir, çin
dilini bütün incəliklərinədək bilir və istəsə lap universitet professoru da ola bilərdi.
Ancaq bütün bu intellektual üstünlüklərinə baxmayaraq o, xaraktercə çox ağır,
amansız və pis bir adamdır. Natan onunla bağlı danışıqlarında tez-tez deyərdi:
“Mənim atam çox qorxunc bir adamdır”. Natanın anası çox enerjili, çalışqan,
ürəyiyuxa bir qadındır, onun əri ilə heç bir mənəvi yaxınlığı olmasa da, onunla cinsi
yaxınlığından doğulan çoxlu uşaqları vardır. Bu ipək təbiətli qadın, özünün çoxsaylı
uşaqları ilə evdəki yoxsulluğun bütün ağrı-acılarını bölüşmüşdü. Onların evində
amansız bir yoxsulluq hökm sürürdü, ürəkaçan heç nə yox idi, uşaqlar nə sevgi, nə bir
qayğı görür, hansısa tərbiyədən isə söz belə gedə bilməzdi, tərbiyə adına, atalarının
onlara qarşı çox sərt bir tələbkarlığı vardı. Atalarının özünəvurğunluğunu doğrultmaq
üçün uşaqların hamısı çox yaxşı oxumalı idi. Ancaq onların çoxu bunu bacarmırdı.
Natanın qardaşlarından biri, başqa çıxış yolu tapmayıb, onun üçün oxumağın çox ağır
olduğu institutun elə birinci kursunun birinci yarımilində özünü güllələyib
öldürmüşdü. Atasının öz oğullarını belə sıxma-boğmaya salmasına baxmayaraq,
onlardan ancaq Natan, bir də bizim xəstəxanada işləyən o biri qardaşı ali təhsil ala
bilmişdilər.
Natan qardaşlarının arasında ən istedadlısı idi. Atasının istedadı ona keçmişdi,
ancaq o, atası kimi amansız birisi deyildi, onun yaxşı özəllikləri çox idi. Düzdür, bir
çoxları onu pis adam kimi tanıyırdılar, ancaq tanıyanların bir çoxu da onu yaxşı bir
insan kimi dəyərləndirirdilər.
Onun bütün maraqları, çalışmaları, bir sözlə, bütün ömür yolu, özünü təsdiq
eləməyə yönəlmişdi. O bu yaşamdan nə istədiyini çox yaxşı bilirdi və işləri düz
gətirməyəndə, öz maddi durumu ilə hesablaşmadan, kəsə yolla getməyə çalışırdı. O
özünə qarşı deyilən haqlı qınaqları dəyərləndirə bilməzdi, özünün kiməsə elədiyi,
yaxud da eləmək istədiyi pislikləri də çox tez unudardı. Onda başqalarına yaxşılıq
eləmək istəyi də vardı və çox vaxt, öz davranışlarını bunun üstündə kökləməyə də
çalışardı.
Breyer, onun gözü doymayan birisi olduğunu çox doğru demişdi. O bunu
deyəndə bir çvikaulu qocanın öz oğlu ilə olmuş danışığını xatırlatmışdı, qoca soruşur:
“Oğlum, de görək, sən nə istəyirsən?” Oğlu deyir: “Yer üzündə nə varsa, hamısını”.
Natan çox iradəli adam idi və o, doğrudan da, öz ömründə əldə eləyə biləcəyi
uğurların hamısına çatmaq istəyirdi. Onun ölçüyəgəlməz özünəvurğunluğu çox böyük
enerjisinə və qeyri-adi davranışlarına uyğun idi. Ancaq o öz uğurlarını təkcə elə bu
özəlliklərinə görə qazanmamışdı, mən onun xarakterində başqa özəlliklərin də
olduğunu görürdüm. Onun kimliyinin ən başlıca özəlliyi, bacardıqca, yaşamın əyləncə
və sevinclərinin dadını çıxarmağa çalışması idi. Onun başqa dillərdə danışan və biri-
birindən fərqli düşünən çoxlu dostları vardı. O özünü heç vaxt kəmağıl və başısoyuq
bir insan kimi aparmazdı və çoxlu durumlarda, bir çox işləri başqalarından qat-qat
yaxşı bacardığını da göstərə bilmişdi. Onun düşündüyü və danışdığı nə varsa,
downloaded from KitabYurdu.org
hamısında, bir yumşaqlıq, elastiklik, istilik vardı və o bütün davranışlarında özünün
dəyərini qabartmağı sevərdi, onun bütün çatışmazlıqlarına baxmayaraq, bir az dərinə
gedəndə, onun belə üstünlüklərinin olduğu da üzə çıxardı.
Onun istedadı çox kiçik olduğundan, biliyi də dar bir çərçivəni aşa bilmirdi, heç
vaxt problemlərin dərinliyinə vara bilmir, elmdə uğur qazanmağın başlıca
şərtlərindən olan tənqidi yanaşma və sarsılmaz özül qurmaq kimi bacarıqlar onda
çatışmırdı. Onun qazandığı uğurlar ötəri olmaqla, yalnız üzdən uğura oxşayır,
özlüyündə isə heç bir özgün anlam daşımırdı. Bütün mühakimələrində onun qızğınlığı,
mənlikcə yoxsulluğu, yaşama bağlılığı və düşüncələrinin çılpaqlığı duyulurdu. O Anton
Auerşperqin bir şerindəki poetik obraza çox bənzəyirdi. Meşə, meşə talası və günəşin
şüaları biri-birinə qarşılıqlı təsir eləyirlər, ancaq bu durumda onlardan hər birinin
özünəməxsusluğu da gözə çarpacaq olur. Natan Vays hansısa bəlli faktdan danışanda
çox böyük təəssürat yarada bilirdi, o bu durumda, sanasan, özünün tapdığı böyük bir
kəşfi açıqlayırmış kimi danırdı. Belə demək olarsa, o özünün çox yüksək zarafat
eləmək bacarığı ilə sıradan bir avropalının kimliyini açıqlamağa çalışır, onu ələ salırdı,
ancaq elə özü də bu avropalını ötüb keçə bilmirdi. O yörəsində olan insanları uzun-
uzadı güldürməyi bacarsa da, ancaq onu sevən insanlara çox az inam aşılaya bilirdi.
Tanışları arasında gördüyü işlərlə bağlı olan yaxşı rəylərin yaranmasında onun özünün
çox böyük rolu vardı, o özü haqqında belə düşüncələri formalaşdırmaq üçün yaranan
bütün durumlardan yararlanmağa çalışır, harada olursa olsun, sözü çəkib öz üzərinə
gətirir, çəkinib eləmədən, özünü bugün üçün, işinin ən böyük bilicisi kimi tanıtmağa
çalışırdı. Onun istedadının başlıca üstünlüyü çox çevik düşünmək bacarığında və bu
özəlliyini, yerinə düşən zarafatları ilə birləşdirə bilməsində idi. Sözün qısası, Natanın
duyumu, sağlıq durumu və ovqatı bütünlüklə onun cismani çevikliyindən və
təsəvvürlərinin aydınlığından doğulurdu. Biz ara-sıra şampan içəndə necə yüngülləşir,
enerjili və sevinc içində oluruqsa, onun da ovqatı həmişə buna oxşar bir durumda
olardı. Natanın davranışlarında özünü göstərən arasıkəsilməz çevikliyi, onun
qarşısıalınmaz bir çılğınlıqla, yüksəlişə can atdığını göstərməkdəydi. Ona görə də,
onun özünü öldürməsinə inanmaq bizim üçün çox çətindir. Bizlərdən heç kim son
çağlar onun küskün və üzgün olduğunu görməmişdik.
O bütün intellektual gücünü elmin bir bölməsini araşadırmağa yönəltmişdi. Elə
buna görə də, onun dünyagörüşü birtərəfli və subyektiv idi. Onun başlıca çatışmazlığı
dünyagörüşünün geniş olmamasında idi. O elmi bütün genişliyi və ənginliyi ilə
qavramağa çalışmazdı, onun maraqları tibbin bəlli bir kəsiminə ilişib qalmışdı. Onda
insaniliklə və təbiiliklə bağlı olan duyğulardan həzz ala bilmək bacarığı yox idi. Ondörd
il ərzində o işlədiyi xəstəxanadan qırağa çıxmamış, orada bir avtomat qurğu kimi
işləmişdi, onun getdiyi yerlər isə uzaqbaşı mehmanxana və kafe olmuşdu. Aradabir,
dincəlmək istəyəndə, o böyük həvəslə, kart, ya da şahmat oynayardı, oyunun
gedişində bərk həyəcan keçirsə də, ancaq qıraqdan baxanda onun özgün və kəskin
zarafatları çox yapışıqlı görünərdi. Bu durumda onun davranışlarını izləmək, hansısa
ürəyəyatımlı teatr tamaşasına baxmaq qədər xoş gəlirdi. O özünə dalıb, dünyanın
gözəlliklərini toxtaqlıqla izləyə biləcək birisi deyildi. Toydan sonrakı gəzintidən
qayıdandan sonra mənimlə ayaqüstü danışığında o boynuna almışdı: “Mən saatlarla
oturub dənizi izləməkdən sevinc duya bilmirəm, bu məndə heç bir duyğu coşqunluğu
downloaded from KitabYurdu.org