Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru


Böyük güclər və dövlətlərə deyilməlidir: Evinizdə oturun, dünyanı dünya xalqlarına tapşırın!



Yüklə 0,68 Mb.
səhifə23/23
tarix17.09.2017
ölçüsü0,68 Mb.
#568
1   ...   15   16   17   18   19   20   21   22   23

Böyük güclər və dövlətlərə deyilməlidir: Evinizdə oturun, dünyanı dünya xalqlarına tapşırın!


Ayətullah Xameneinin ikinci dövr prezidentliyinin yaddan qalan fəsillərindən biri onun Nyu-Yorka səfəri olub. Şəmsi 1366-cı ilin (27 il öncə) şəhrivər ayının sonlarında Ayətullah Xamenei BMT-nin 42-ci sessiyasında iştirak edib.

Ayətullah Xamenei BMT-nin toplantısındakı çıxışının bir hissəsini dünyanın azad ölkələrinə müraciətə həsr edib. İran İslam Cümhuriyyətinin bu müraciətində dünyanın ABŞ və Britaniya kimi imperialist ölkələri cəsarətlə ifşa olunub.

Ayətullah Xamenei buyurub:

Bizim müstəqil, dünya imperializminin istəklərinə etinasız millətlər və dövlətlərə sözümüz budur ki, həmin güclərdən qorxmasınlar və öz millətlərinə etimad göstərsinlər.

Bizim inqilabımız dünyanın istismarçı sisteminin rədd olunmasını özü üçün hələ də böyük missiya sayır... Bu gün dünya praktiki olaraq dünyanın böyük və istismarçı gücləri arasında bölüşdürülüb, onlar özlərini dünyanın sahibi sayırlar.

Başqa sözlə, dünya istismarçı və istismar edilən olmaqla iki hissəyə bölünüb. Birinci hissə özünü ikinci hissənin taleyinə sahib sayır. İmperialist sistem bu iki hissə arasında qeyri-bərabər rabitədən ibarətdir.

Müstəbid güclər öz istəkləri ilə inqilabları inkar edir, inqilabçı rejimlərə problem yaradırlar. Nikaraqua, cənubi Afrikanın inqilabçı ölkələri canlı misallardır.

İmperialist güclər millətlərin iradəsinin əksinə olaraq onların əvəzində qərar çıxarırlar. Məzlum Fələstin kamil nümunədir. Başqa bir nümunə Əfqanıstanı göstərə bilərik.

İmperializm dəyərlərlə, məfhumlarla oynayır, onları öz mənafeyinə uyğun dəyişir, məqsədə çatmaq üçün bütün imkanlarını işə salır. Terrorizm və insan haqları alətə çevrilmiş məfhumlardandır.

İmperializm onu qəzəbləndirən ölkələrə birbaşa təcavüz edir. ABŞ-ın Liviya və Qranadaya hücumu nümunə göstərilə bilər.

İmperializm bütün dünya, bütün xalqların əvəzində qərar çıxarır. Bunun yaxın keçmişdəki nümunəsi Herosimadır. ABŞ prezidenti bu gün də öz sələflərinin dəhşətli addımı ilə öyünür. Dəlilləri budur ki, əgər biz neçə min nəfəri öldürməsəydik, dünyada bundan da artıq insan qətlə yetirilə bilərdi!! Beləcə ABŞ bu işini dünyaya canıyananlıq adı ilə onun başına qaxınc edir.

Dünya imperializmi İsrail və CAR kimi faşist və irqçi rejimləri himayə edir, onları silahlı və qana batmış əlləri ilə məzlum xalqların üstünə göndərir. Livan müsəlmanları sionistlərin təcavüzkar cinayətləri qarşısında səbr və dözümlə dayanıb. Cənubi Afrikanın ön xətdə dayanan ölkələri başqa bir nümunə ola bilər.

İmperializm sistemi özünə haqq verir ki, beynəlxalq təşkilatlara təzyiq göstərsin. ABŞ-ın hazırda təhlükəsizlik şurası və UNESCO-ya təzyiqləri bir nümunədir. İmperializm müstəmləkəçilərin mənafeyini mütləq sayır və başqalarının mənafelərini ayaq altına alır. Fars körfəzində ABŞ hərbi gəmilərinin üzməsi böyük təhlükə yaradan hadisədir. Onlar məntəqə ölkələrinin mənafeyini nəzərə almadan ABŞ-ın mənafeləri yolunda bu addımı atıblar... İmperialist sistem dünya miqyasında təbliğatı ələ alıb, bu təbliğat sayəsində həqiqətləri tərsinə göstərir, təxribatları bəşəriyyətə xidmət kimi təqdim edir, dünyada özünə qarşı ictimai fikirə yolları bağlayır.

Bizim üçüncü dünya ölkələrinə, onların xalqlarına, eləcə də dövlətləri imperializmə işləyən xalqa sözümüz budur ki, dünya hazırkı vəziyyətə bundan artıq dözməməlidir. Böyük güclər və dövlətlərə hamı tərəfindən deyilməlidir: Evinizdə oturun, dünyanı dünya xalqlarına tapşırın! Siz onların qəyyumu deyilsiniz!

BMT-də iki yolverilməz ayrıseçkilik var. Biri veto hüququdur, digəri Təhlükəsizlik Şurasına daimi üzvlük hüququ. Bu iki ayrıseçkilik aradan qaldırılmalıdır. BMT və TŞ-ni xalqların qəlbən bağlanacağı, problemlərin həll ediləcəyi mərkəzə çevirəcək yol yalnız budur. Əks təqdirdə TŞ bugünki kimi etibarsız və həyata keçməyən hökmlərin çıxarıldığı yer kimi qalacaq. Bu gün olduğu kimi millətlər düşünəcək ki, beynəlxalq problemlərin həlli üçün yer yoxdur, irəli gemək üçün yeganə yol gücdür.

Üçüncü dünya ölkələrinə sözümüz budur ki, nəqədər ki, imperializm və bugünki durum yerindədir, öz aralarında birliyə çalışsınlar. Güclənmək üçün ən üstün yol budur. Dünya imperializmi gücdən başqa heç nə anlamır və onların güc dilinə güc dilində cavab verilməlidir.

Millətlərin oyanışı, onların dünya imperializminin mahiyyət və rolunu bilməsi üçüncü dünya ölkələrinin ən böyük dayağıdır, imperializm qarşısında iqtidar səbəbidir. Bu dövlətlərin rəhbərlərinin öz millətlərinin qolundan güclü, fikrindən işıqlı bir şeyi yoxdur.

Biz üçüncü dünya ölkələrinə elə bir ittifaq təklif edirik ki, bu ittifaq böyük güclərlə savaş üçündür. Özünü müdafiə etmək, hüquqların pozulmasının qarşısını almaq üçün bu ittifaq lazımdır. İnperializm fəsadə don geyindirən, onu dünyaya yayan ən böyük amildir... Əxlaqi fəsad, cinsi fəsad, etiqadi fəsad... Bütün bu fəsadlar öz əsas dayağını və yayıcısını imperialist güclərin siyasi, iqtisadi və kəşfiyyat maraqlarında tapır... Elə bir vəziyyət yaranıb ki, qaranlıq və acı dünyada böyük dövlətlərin öz xalqları da hədəfə çevrilib. Əxlaqi dəyərlər məhv olub, ailə institutu zəifləyib, narkotikaya aludəçilik genişlənib, mənəvi cazibə və əxlaq zəifləyib.

Biz öz ölkələrimizdə fəsadla ciddi mübarizəyə başlamalıyıq. Ailə institutunu möhkəmləndirməli, ilk və əsas tərbiyə ocağını məhəbbət, səmimiyyət, mənəviyyat ocağına çevirməliyik. Qadın hüquqları və qadın üçün nəzərdə tutulmuş dəyərlər hifz olunmalıdır. İmperializmin uydurma meyarları təftiş olunmalı, Qərbin qadını ləzzət vasitəsinə çevirən istismarçı mədəniyyəti səhnədən çıxarılmalıdır. Qadın alimdir, siyasətçidir, müdirdir, şəxsiyyətdir, hər şeydən öncə bir həyat yoldaşı və anadır! Onun ləzzət və əyləncə vasitəsi olmasına yox deyirik! Bəşəriyyətin yarısına həqiqi şəxsiyyətini qaytaracaq, ailəni möhkəm və müqəddəs ocağa çevirəcək baxış budur.

Bütün bunlar bizim inqilabın şüarlarıdır. Bu mesajlar qulağından pərdəni götürən və ədalətli mühakiməyə üz tuta bilən bütün insanlara ünvanlanıb... Vəssəlam

Bu çıxışın BMT toplantısında yaratdığı fəzanı təsəvür etmək çətin deyil. Ayətullah Xameneinin bu cəsarətli çıxışı ABŞ və sionizmə sarsıdıcı zərbə endirdi. Bu ölkələrin nümayəndələri salonu tərk etdilər və bu onların qəzəbini göstərirdi.

Ayətullah Xamenei öz xatirələrində bu çıxışla bağlı reksiyaları belə yada salır:



Bu xatirəni dəfələrlə nəql etmişəm. BMT-nin bir iclasında dünya imperializmə, super güclərə qarşı ifşaedici çıxışım ABŞ və Sovetlər Birliyini 100-dən artıq nümayəndə heyətinin qarşısında sarsıtdı. Mən onları həqiqi adları ilə məhkum etdim. Bu çıxışdan sonra çoxları görüşümə gəldi, həmfikir olduğunu bildirdi. Bir ölkənin başçısı olan inqilabi gənc (sonradan onu qətlə yetirdilər) mənimlə görüşüb dedi ki, bütün sözləriniz həqiqətdir, amma burada oturanlar sizin kimi deyil, Amerikadan qorxurlar! Sonra başını mənə yaxınlaşdırıb pıçıltı ilə dedi: “Mən də Amerikadan qorxuram!”

İmperialistlərin güc qorxusu onların bir çox problemini həll edir. Onların həqiqi gücü, silahı, siyasəti, ağılı yaratdığı qorxudan çox zəifdir. Onlar hamını qorxudublar, kimsə etiraz üçün cürət tapmır. Super güclər öz quldur vahimələri ilə ölkələrə açıq təcavüz edir, vəziyyəti öz xeyirlərinə dəyişirlər. Neçə illərdir İran xalqı və inqilabla vuruşurlar. Məqsədləri İslam nizamını məhv etməkdir. Amma bacarmayıblar.
Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə