Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   2   3   4   5   6   7   8   9   ...   57

 
12 
(Ġsanın  ilk  ardıcılları)  arasında  ixtilaflar  baĢ  vermiĢdi
7
.  Amma,  baĢqa 
tərəfdən, bütpərəst romalılar ilahiləĢdirilmiĢ və ölümündən sonra dirilmiĢ Ġsa 
ideyasını  daha  yaxĢı  mənimsədilər.  Çünki,  romalılar  arasında  buna  oxĢar 
inanclar geniĢ yayılmıĢdı. Onlar qədim zamanlardan ölən və dirilən, oğullu-
qızlı tanrılara inanırdılar. 
Roma  imperiyasının  müxtəlif  bölgələrində  Ġsanın  ilk  ardıcılları 
yığıncaqlarını  keçirirdilər  və  özləri  bütpərəstliyə  qarĢı  etiraz  səslərini 
ucaldırdılar.  Ġsanı  onlar  Xristos  adlandırırdılar.  Bu  söz  isə  yəhudilərin 
―MaĢiax‖ (Məsih) sözünün yunancaya tərcüməsidir. 
Sonralar ilk yəhudi xristianlar
8
 bir neçə təriqətə parçalandılar. Ġsraildə 
qədim yəhudi qanununa riayət edən və eyni zamanda Ġsanı peyğəmbər kimi 
qəbul  edənlər  nəsranilər  (nazorey)  kimi  tanınırdılar.  Belə  ki,  onlar  Ġsanın 
Tanrı kimi  deyil,  peyğəmbər kimi  qəbul edir, Pavlusu  isə Ġsa təlimini təhrif 
edən bir adam kimi təqdim edirdilər.
9
 
BaĢqa  bir  təriqət  ardıcıllarını  isə  ebionitlər adlandırırdılar.  Onlardan 
bəziləri  Ġsanı  ata  və  anadan  doğulmuĢ  bir  insan  kimi  qəbul  edirdilər. 
Digərləri isə hesab edirdilər ki, Ġsa, Müqəddəs Ruhun Məryəm (Ġsanın anası) 
ilə  birləĢməsindən  anadan  olmuĢdur.  Belə  ki,  onlar  da  Ġsanın  əzəldən 
mövcud olmasını qəbul etməyib, Pavlusun Ġsa haqqında olan baxıĢlarını rədd 
edirdilər.
10
 
Doketlər  adlandırılan  daha  bir  təriqətin  ardıcılları  isə  hesab  edirdilər 
ki,  Ġsa,  əslində,  bir  cismani  Ģəkildə  bu  dünyada  mövcud  olmamıĢdır.  Buna 
görə də o ölüb sonra isə dirilə bilməzdi.
11
 
Lakin  bütün  bu  təriqətlər  xristianlıq  tarixində  uzun  müddət  yaĢaya 
bilməyib, tədricən aradan çıxmıĢdılar. Sonralar onları hətta qanundan  kənar 
hesab  edirdilər.  Bunlardan  fərqli  olaraq,  Pavlus  tərəfindən  əsası  qoyulmuĢ 
                                                 
7
 Həvarilərin  iĢləri  21:  20,  21. 
8
 Sözü gedən  ilk isavi  qrupları bir  tərəfdən yəhudi  qanun və  ənənəsinə sadiq  idilər, 
digər  tərəfdən  isə,  Ġsanı  məsih  kimi  qəbul  etmiĢdilər.  Buna  görə  elmi  ədəbiyyatda 
onlara yəhudi xristianları  deyirlər. 
9
 S.Pines, The Jewish Christians of the Early Centuries of Christianity According  to 
a New  Source,  Israel  Academy  of  Sciences and  Humanities  II,  13,  Jerusalem,  1966, 
5. 
10
 Энциклопедия  «Кругосвет»   
http://www.krugosvet.ru/articles /33/1003302/ 1003302a1.ht m. 
11
 С. В. Булгаков. Справочник по  ересям, сектам и расколам. М.:  Современник, 
1994.   
http://lib.eparhia-saratov.ru/books/02b/bulgakov/handbook/75.html 


 
13 
dini dünyagörüĢü  isə, Romada tədricən yayıldı və bu gün də müasir xristian 
təliminin əsasını təĢkil edir.  
Roma  imperiyasında  xristianlıq  əvvəlcə  qullar,  miskinlər  arasında 
yayılırdı. Dözülməz Ģəraitdə yaĢayan bu adamlar Xristianlıqda nicat yolunu 
tapırdı, bu ideya onlara mənəvi qida verirdi. Lakin sonra Xristianlığı tədricən 
varlı zümrələrin nümayəndələri də qəbul etməyə baĢladılar. Məsələ bundadır 
ki,  Roma  imperiyasında  ənənəvi  yayılmıĢ  bütpərəst  inanclar  artıq 
cəmiyyətdə  təsir  gücünü  itirmiĢdi.  Onlar  artıq  Roma  imperiyasında  hökm 
sürən  ədalətsizliyin  və  istibdadın  rəmzinə  çevrilmiĢdi.  Buna  görə  də 
imperiyada müxtəlif qeyri-ənənəvi dinlər yayılmıĢdı. Onların arasında Misir 
tanrıları Ġzida və Osiris, Ġran tanrısı Mitranın kultlarını xüsusilə qeyd etmək 
lazımdır.  Belə  ki,  bir  vaxtlar  onlar  xristianlıqla  ciddi  rəqabət  aparır,  hətta 
bəzi  tədqiqatçılara  görə,  məsələn  mitraizmin  bəzi  inancları  sonralar 
Xristianlığa  daxil  olmuĢdur.  Belə  ki,  məsələn,  ölən  və  dirilən  tanrı  ideyası 
mitraizmin əsaslarınlan biri  idi. Lakin sonda Xristianlıq bu rəqabətdən qalib 
çıxa bildi. 
Romada  geniĢ  xalq  kütlələri  tərəfindən  Xristianlığın  qəbul  edilməsi 
prosesi  kilsənin  və  keĢiĢ  zümrəsi  olan  klerosun  (yepiskoplar
12

arxiyepiskoplar
13
  və  s.)  yaranması  ilə  nəticələndi.  Getdikcə  bu  dində 
təĢkilatlanma  prosesi  gücləndi  və  onun  strukturları  imperiyanın  ictimai-
siyasi  həyatında  aparıcı  rol  oynamağa  baĢladı.  Ġmperator  Konstantinusun 
(Constantinus)  (306-337)  hakimiyyəti  zamanı  isə,  kilsələrin  dövlət 
maraqlarına  qulluq  etməsi  məqsədi  ilə,  Xristianlıq  rəsmi  dövlət  dini  elan 
edildi.  Bundan  sonra  bütün  bütpərəst  məbədlərinin  bağlaması  prosesi 
baĢlandı. Nəhayət 451-ci  ildə Kalkedon
14
 Ümumdünya Kilsə Yığıncağı son 
olaraq  Romanın  həm  Qərbində,  həm  də  ġərqində  Xristianlığı  rəsmi  dövlət 
dini kimi təsdiq etdi. 
Qeyd etmək lazımdır ki, Xristianlıqla bütpərəstliyin mübarizəsi təkcə 
ideoloji  mübarizə müstəvisində aparılmırdı. Məsələn,  imperatorlardan Nero 
(54-68), Domitianus (81-96), Traianus (98-117), Markus Aurelius (161-180), 
Septimius  Severus  (193-211),  Maksimus  (235-238),  Valerianus  (253-260), 
Dialektianus (284-305), öz hakimiyyətləri zamanı xristianlara qarĢı təqiblər 
və zorakılıqlar həyata keçirməklə yadda qalmıĢdırlar. Bunun əsas səbəbi isə, 
xristianların imperatorları Tanrı kimi tanınmamaları idi. Xristianlığa qarĢı bir 
                                                 
12
 Yepiskop  - (yunanca  ―episkopos‖ baxan,  müĢahidə edən)  – keĢiĢliyin  ən  yüksək 
dərəcəsidir. Dini  iĢləri  icra  etmək üçün, yepiskoplara müəyyən ərazilər  verilir. 
13
 Arxiyepiskop (yunanca ―archiepiskopos‖) – baĢ yepiskop. 
14
 Müasir Türkiyədə Kadıköy Ģəhəridir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə