Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   2   3   4   5   6   7   8   9   ...   57

 

ana  dilimizdə  necə  səslənəcəyi,  hansı  formada  və  mənada  iĢlənməsi 
problemini  qoyur  və  konkret  olaraq  öz  variantını  təklif  edir.  Müəllif  hesab 
edir  ki,  artıq  azərbaycanlılar  yunan  və  roma  mənĢəli  istilahları  və  filosof, 
mütəfəkkirlərin  adlarını  məhz  o  dillərə  yaxın  olan  tərzdə  iĢlətməlidirlər.  Rus 
(və ya bəzi  hallarda ərəb) dilindən  alınmıĢ formada yox.  Təəssüf ki bu  günə 
qədər  bizim  elmimizdə  hələ  ki  sovet  dövrlərindən  qalan  terminologiya 
qalmaqdadır  və  müəllifin  fikrincə  yeni  azərbaycan  elmi  terminologiyasının 
yaradılması  vaxtı  gəlib  çatmıĢdı.  Məsələnin  bu  cür  qoyuluĢu,  əvvəllər 
azərbaycanda 
mövcud 
olmayan 
xristian 
fəlsəfi 
və 
ilahiyyat 
terminologiyasının  ilk  dəfə  yaradılmasına  cəhd  edilməsi  və  onun  təklif 
olunması  bu  kitabın  bəlkə  də  ən  əhəmiyyətli  və  ciddi  yeniliyidir,  azərbaycan 
elmində  həqiqi  elmi  irəliləyiĢdir.  Hətta  antik  istilahlar,  qədim  yunan,  roma, 
orta əsr  filosoflarının  adlarının  sovet  dövründə oldüğu  kimi  russayağı  (və  ya 
ərəbsayağı)  deyil,  yunan,  latın,  ingilis,  fransız  və  s.  orjinal  dillərə  yaxın 
tərzdə  tələffüz  edilməsinin  vaxtı  gəlib  çatmıĢdı  və  müəllif  ümid  edir  ki,  bu 
kitabı  oxuyan  hər  bir  azərbaycanlı  filosof,  alim  bu  barədə  duĢünəcək  və  öz 
kitablarında  bu istilahlardan  istifadə edəcək. 
Bundan 
baĢqa  kitabda  haqlarında  söhbət  açılan  müxtəlif 
mütəfəkkirlərin  əsərlərinin  orjinal  mətnlərinə  istinadlar  verilmiĢdir.  Bu  iĢin 
yeniliyi  ondan  ibarətdir  ki,  onların  əksəriyyəti  internet  Ģəbəkəsindən  rus  və 
ingilis  dillərinə  tərcümədə  gətirilir.  Bu  isə  azərbaycan  oxucusuna  xristian 
təfəkkürünun  ilk  mənbələri  ilə  tanıĢ  olmaq  iĢini  xeyli  asanlaĢdırır.  Bu 
istinadların kitabda  verilən  internet  ünvanları  ilə  tapılması  və  oxunması  üçün 
heç  bir  problem  qalmır.  Ġnternet  resurslarından  çox  geniĢ  istifadə  olunması 
praktikası da kitabın metodoloji  yeniliklərindən  biridir. 
Xristianlığın  tarix  və  fəlsəfəsinə  həsr  olunmuĢ  və  bu  sahədə 
Azərbaycan  dilində  yazılmıĢ  ilk  elmi  monoqrafiyasının  strukturu  və  tərtibat 
üslubu  eyni  zamanda  ondan  Xristianlıqda  iĢlənilən  terminlərinin  qısa 
məlumat  kitabçası  kimi  də  istifadə  edilməsinə  imkan  verir.  Kitabın 
haĢiyələrində demək olar ki,  bütün əsas terminlərin ətraflı izahı  verilmiĢdir.   
Bundan baĢqa monoqrafiyada  ilk xristian və  yəhudi tarixinə, Roma  və 
Bizans  imperiyalarında  ilk  xristian  icmalarının  yerləĢməsi,  xristian  aləminin 
müxtəlif  tarixi  dövrlərdə  hansı  durumda  olmasına  aid  olan  çoxlu  xəritələr 
yerləĢdirilmiĢdir. Xəritələrə  bir  qədər  düzəliĢ   edilməsi  və  Azərbaycan  dilinə 
tərcüməsi  iĢləri  müəllif  tərəfindən  həyata  keçirilmiĢdir.  Bu  amil  oxucu 
tərəfindən  mövzunun  daha  dolğun  və  dərin  anlaĢılması  üçun  köməklik  edir. 
Xəritələrlə  bərabər  kitab,  qədim  xristian  tarixi  və  fəlsəfəsinə  aid  olan  Ģəkil, 
rəsm və fotolarla zənginləĢdirilmiĢdir. 


 

Kitab,  ali  məktəblərin  fəlsəfə,  ilahiyyat,  kulturologiya  və  baĢqa 
humanitar  fakultələrinin  tələbələri,  fəlsəfə  üzrə  mütəxəssislər  və 
ümumiyyətlə  dini  fəlsəfə  ilə  maraqlanan,  geniĢ  oxucu  kütləsi  üçün 
nəzərdə  tutulmuĢdur.
  Kitab  çox  sadə  və  anlaĢılan  dildə  yazılmıĢdır.  Müəllif 
ilk əvvəl özü,  bü və ya  digər məsələni  dərindən öyrənib, sonra  isə onun  qısa 
məzmununu çox sadə  dildə ifadə  edib. Xristian fəlsəfəsinin  əslində nə  qədər 
mürəkkəb  olmasına  baxmayaraq,  kitabda  oxucu  üçün  çətin  anlanan 
məqamlar,  mürəkkəb  ifadələr  demək  olar  ki,  yoxdur.  Müəllif  əlindən  gələni 
edib  ki,  bu  kitabı  ən  geniĢ  oxucu  kütləsi  asanlıqla  baĢa  düĢsün.  Fəlsəfi 
kitabın  bu  cür  sadə,  anlaĢılan  dildə  yazılması  da  müəllifin  böyük  uğuru 
sayıla  bilər  və  onun  intellektual  səviyyəsinin  yüksəkliyindən  xəbər  verir. 
Təəssüf  ki,  bəzi  hallarda  fəlsəfi  ədəbiyyat  o  dərəcədə  ağır,  mürəkkəb 
ifadələrlə  dolu  dildə  yazılır  ki,  onun  anlanması  tələbələr  üçün  çox  böyük 
problemə  çevrilir.  GeniĢ  oxucu  kütləsi  isə  ümumiyyətlə  onlara  yaxın  düĢə 
bilmir.  Bu  amillər  isə  millətimizi  fəlsəfədən  məhrum  edir  və  xalqın  ümumi 
mədəni,  intellektual  səviyyəsinə  xələl  gətirir.  Bütün  bu  problemləri  bu 
kitabın  müəllifi  çox  böyük  ustalıqla  həll  edə  bilmiĢdir.  Bütün  bu  fikirlərin 
söylənməsinə,  bu  kitabı  oxumuĢ  müxtəlif  sosial  təbəqədən  olan  adamların, 
tələbə və gənclərin müsbət rəyləri əsas verir. 
Müəllif,  bu  kitabın  iĢıq  üzü  görməsi  istiqamətində  ona  bilavasitə 
kömək  etmiĢ  AMEA  Fəlsəfə  və  Siyasi-Hüquqi  Tədqiqatlar  institutunun 
«Dinin  fəlsəfəsi»  Ģöbəsinin  əməkdaĢları:  Ģöbənin  müdiri  fəlsəfə  elmləri 
namizədi  Hüseynov  Həsən  müəllimə,  kiçik  elmi  iĢçi  Mustafayev  Radifə, 
laborant  Heydərova  Afətə,  laborant  Əliyeva  Günaya;  kitabın  məzmununun 
yaxĢılaĢdırılması  iĢində  ona  qiymətli  məsləhətlər  verən  rəyçilər:  fəlsəfə 
elmləri  doktoru  professor  Abdullazadə  Gülnaz  xanıma,  fəlsəfə  elmləri 
doktoru  Quluzadə  Zümrüd  xanıma,  fəlsəfə  elmləri  namizədi  Yalçın 
Abdullaya,  fəlsəfə  elmləri  namizədi  Elmir  Quliyevə,  filologiya  elmləri 
namizədi  Samirə  Mir-Bağırzadəyə;  kitabın  dizaynını  tərtib  etmiĢ  Aytən  Əli-
zadəyə;  xüsusilə  daim  iĢlərində  ona  təmənnasız  və  səmimi  yardımlar  edən 
kitabın  elmi  redaktoru,  yuxarıda  adı  çəkilən  institutun  Direktoru,  fəlsəfə 
elmləri  doktoru,  professor  Rüstəmov  Yusif  müəllimə  öz  dərin 
minnətdarlığını  bildirir.   
 
 
 
I FƏSĠL 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə