Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə7/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   2   3   4   5   6   7   8   9   10   ...   64

15 
 
N.Nərimanov,  C.Hacıbəyov  kimi  milli  ziyalılar  kommersiya  istiqamətində  belə 
maarifçiliyi  önə  çəkirdilər.  “Kaspi”  qəzetinin  6  iyul  1893-cü  il  144-cü  sayındakı 
“Provaslavlığa  qoşulun”  çağırışındakı:  “Bazar  günü  iyunun  4-də  Bakı  qəzasının 
Türkan kəndinin sakini, 33 yaşlı Səfər Əli oğlu kilsədə provaslavlığı qəbul edib və 
Sergey  Vasilyeviç  Vasilyev  adlandırılıb”  (128)  məlumatı  artıq  yerlərdə  xristian 
dininin təbliği sahəsində ciddi addımlar atıldığının təsdiqidir. Məhz bu addımların 
yaratdığı əks reaksiya formalaşmaqda olan yeni ideologiyada islamlaşma faktorunu 
gücləndirirdi. 
Türkləşmək, 
islamlaşmaq 
və 
müasirləşmək 
formulunu 
azərbaycançılıq  ideyasının  təməli  hesab  edən  Əli  bəy  Hüseynzadə  və  onun 
tərəfdarları  maarifçilik  istiqamətində  daha  qətiyyətlə  fəaliyyət  göstərməyə 
başladılar.  Genetik  yaddaşa  söykənərək,  öz  soykökünə  arxalanıb  müasirləşməni 
hədəf  seçən  Əli  bəy  Hüseynzadənin  maarifçiliyi  avropalılarla  qarşılıqlı  mənəvi 
mübadiləyə  mühüm  əhəmiyyət  verirdi.  Onun  maarifçilik  konsepsiyası  sistemli 
şəkildə  inkişaf  edərək  Şərqin  elm  və  sənət  klassiklərinin  dünyəviləşməsini 
alqışlayır,  bəşəri  dəyərlərin  dilimizə  tərcümə  edilərək  kitabxanalar  vasitəsilə 
kütlələrin savadlanmasına yönəldilməsini vacib sayırdı.  
1897-ci ilin oktyabrından “Kaspi” qəzetinin naşirlik səlahiyyəti xeyriyyəçi-
kapitalist H.Z.Tağıyevin ixtiyarına  keçir. 24 iyun 1898-ci  ildən qəzetin redaktoru 
H.Zərdabinin  kürəkəni,  görkəmli  hüquqşünas  Ə.M.Topçubaşovun  təyin  olunması 
və  onun  20  oktyabr  1907-ci  ilə  qədər  bu  vəzifədə  çalışması  “Kaspi”nin  hüquq 
maarifçiliyi istiqamətində də yeni imkanlar açır. 
1846-cı  ildə  çarın  fərmanı  ilə  keçmiş  bəy-xan  zümrəsindən  mülkədar 
sinfinin  yaranması formal  mahiyyət daşıyırdı.   Çünki  əslində  idarəçiliyi rus  hərbi 
rəhbərləri  yerinə  yetirirdi.  1861-ci  ildə  Rusiyada  təhkimçilik  hüququnun  ləğv 
edilməsinin  yerlərdə  tətbiq  edilməməsi  istehsal  vasitələrindən  məhrum  olmuş 
kəndlini kölə halında saxlayırdı.  Rusiyanın özündə də təhkimçilik hüququnun ləğv 
edilməsi torpaq mülkiyyəti problemini həll etmədi, bu isə iqtisadiyyatın inkişafına 
əngəl  törədirdi.  XIX  əsrin  sonlarından  başlayaraq  torpaq  da  daxil  olmaqla  əsas 
vasitələr  üzərində  xüsusi  mülkiyyətin  sistemləşdirilməməsi  kənd  təsərrüfatının 
iflasa  uğramasına  və  kütləvi  aclığa  səbəb oldu. Ağır və  ləng işləyən  mühafizəkar 
bürokratiya mexanizmi isə islahatların keçirilməsinə imkan vermədikcə əyalətlərdə 
baş  verən  talançılığın  miqyası  get-gedə  artırdı.  29  avqust  1902-ci  ildə  Kursk 
quberniyasına  səfər edən II Nikolay dəmiryol vağzalında  yığılan yerli deputatlara 
müraciətində belə demişdi: “Talançılıqda günahkar olanlar öz cəzalarına çatacaqlar 
və  gələcəkdə  belə  hallara  yol  verilməyəcəkdir.  Unutmayın  ki,  başqasının  malını 
qarət etməklə deyil, yalnız tanrının qisməti ilə halal əmək və qənaətçilik hesabına 
varlanmaq olar” (11.səh.167). Göründüyü kimi, rus çarı kəndliləri deyil, onu əhatə 
edən mülkədar və məmur zümrəsini öz çıxışı ilə razı salmaqla əsaslı islahatdan vaz 
keçmək  məqsədi  güdürdü.  Halbuki,  hələ  ilin  əvvəlində  qraf  L.V.Tolstoyun  II 


16 
 
Nikolaya məktubundakı: “Təsəvvür edin ki, mənə yaxınlaşan ölümümü gözlədiyim 
halda  sizə  sanki  o  dünyadan  yazıram...  Mütləqiyyət  öz  ömrünü  başa  vurmuş 
idarəçilik formasıdır. Yüz milyonluq xalq torpaq mülkiyyətinin olunması sayəsində 
əkib-becərmək  azadlığı  əldə  etmək  istəyir.  Düşünürəm  ki,  kəndliyə  bu  şəraiti 
yaratmaqla  rus  xalqının  maddi  rifahının  yüksəlməsi  istiqamətində  əsaslı  nəticələr 
əldə  etmək  mümkündür”  (117.səh  475).  Məsləhətlərinə  əhəmiyyət  verilməməsi 
hərbi  gərginlik  şəraitində  milyonluq  orduya  əsgər  verən  xalqın  maddi  və  mənəvi 
yüksəlişinə səbəb ola bilərdi. 
Sələflərindən  fərqli  olaraq  döyüşməyi  sevməyən,  nəyin  bahasına  olursa-
olsun  sülh  əldə  etmək  istəyən  II  Nikolayın  məğlubiyyətlərə  dözümlülüyü  belə 
ölkəni  gözləyən  uğursuz  müharibənin  qarşısını  ala  bilmədi.  Saysız-hesabsız 
ərazilər  işğal  edib  xalqların  zindanına  çevrilmiş  imperiya  əjdahasının  başı 
bədənindən  uzaq  düşməkdə  idi.  Avstriya  və  Almaniya  ilə  sülh  müqavilələri 
mehriban  qonşuluq  əlaqələrinə  təminat  versə  də,  hələ  1895-ci  ildən  Yaponiya  ilə 
müharibə  labüd  idi.  Təbiətlə  ünsiyyəti  önə  çəkən  buddizmin  Dze  fəlsəfəsinin 
“Seldən  sonra  baş  qaldıra  bilən  ot,  selin  kökündən  çıxara  bildiyi  nəhəng  palıd 
ağacından güclüdür!” şüarını önə çəkən “kiçik” Yaponiya “böyük” Rusiyaya qalib 
gələcəyinə inanırdı. Bir milyonluq ordusu olan Rusiyaya qarşı yönələcək bu ədalət 
müharibəsində  Çin  və  Koreyada  canından  keçmiş  əsgər  ruhlarının  da  iştirak 
edəcəyinin gerçəklik kimi qavranılması mənəvi gücün miqyasından xəbər verirdi. 
27 yanvar 1904-cü ildə ənənəvi gözlənilməz hücum taktikasını seçən Yapon 
minaatan  qayıqlarının  “Царевич”,  “Ретвизан”  zirehli  gəmilərini,  “Поллада”, 
“Варяга”  kreyserlərini  batırmasının  Port-Arturda  yaratdığı  çaxnaşma  müxalifətin 
kütləvi ixtişaşları ilə əks-səda verdi. Beynəlxalq miqyasda isə “Yaponların azadlıq 
mübarizəsi”nə  Amerika ilə İngiltərənin dəstəyi Rusiya daxilində sionizmin əməyi 
kimi  dəyərləndirilərək  antisionist  dalğa  formalaşdırması  yəhudilərin  xüsusi  yer 
tutduğu məmur və tacir zümrəsində də hakimiyyətə inamsızlıq yaratdı. 
27  fevral  1904-cü  ildə  donanma  komandiri  kimi  Port-Artura  gələn  admiral 
S.O.Makarovun 31 martda öz ştabının yerləşdiyi “Аскольт” kreyserində iki dəqiqə 
ərzində  batırılmasıyla  Rusiya  imperiyasının  mifi  dağıdıldı.  14  iyun  1906-cı  il 
tarixli  “İrşad”  qəzetindəki  “Yeni  inqilab  xadimi”  məqaləsindəki  M.Ə.Rəsulzadə 
yazırdı:  “İş  zahiri  cüssədə  deyil,  ruhani  və  mənəvi  qüvvət  və  istiqamətdədir.  
Yapon  da  cüssəsi,  cəsaməti  tərəfindən  zəif  idi,  kiçik  idi.  Lakin  cəsamətli  və 
əzəmətli olan Rusiyanı nə günlərə qoydu, başına nələr gətirdi?” (70.səh.47). 
Y.V.Çəmənzəminlinin 1916-cı  ildə  “Bizə  ciddi  mətbuat  çoxdan lazım idi” 
məqaləsində yazdığı kimi: “Yaponların Uzaq Şərqdə ruslara qələbə çaldıqları cəmi 
Asiyaya  əcaib  bir  təsir  buraxdı:  əsrlərcə  yuxuya  getmiş  qövmlər  hərəkətə  gəlib 
ayılmağa başladılar. İslam aləmi də bu hərəkətə bac verib tərpəndi, gözlərini açdı, 
kəsalətli  üzündə  dirilik  nişanələri  göstərdi.  Rusiya  türkləri  “maarif”  deyə 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə