Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə4/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   2   3   4   5   6   7   8   9   ...   64


 
1883-cü  ildə  H.Z.Tağıyevin  (1823-1924)  tikdirdiyi  teatr  binası  əsas  fond 
kimi  bu  sənətdə  dövriyyə  vəsaiti  sayılan  pyeslərin  yaranmasına  imkan  verərək 
maarifçiliyin  bərqərar  olmasında  müstəsna  rol  oynadı.  Elə  həmin  ildən  peşəkar 
teatr 
qrupuna 
çevrilən  həvəskarlar  truppası  M.F.Axundov,  N.Vəzirov, 
Ə.Haqverdiyevin pyeslərini oynamağa başladı. XIX əsrin 80-ci illərindən hələ dini 
fanatizmin hökm sürdüyü bir şəraitdə mal-dövlətini maarifçilik işinə əsirgəməyən 
H.Z.Tağıyevin  xahişi  ilə  H.Zərdabi  1896-cı  ilin  yanvarından  Nikolayevski 
(İstiqlal) küçəsində inşasına başlanan gözəl binanın qız  məktəbi kimi fəaliyyətinə 
icazə almaq barədə Bakı qubernatoruna müraciət etsə də, bir nəticə hasil olunmadı. 
III Aleksandr tərəfindən də məktəb açmaq barədə yazılı xahişinə rədd cavabı alan 
H.Z.Tağıyev  çarın  ölümündən  sonra  onun  arvadı  Aleksandra  Fyodorovnaya 
qiymətli hədiyyələr göndərib açacağı məktəbin də onun adına adlandırılacağına söz 
verir.  7  oktyabr  1991-ci  il  “Kaspi”  qəzetinin  218-ci  sayının  ilk  səhifəsindəki 
elandan  göründüyü  kimi:  “Bazar  günü  saat  on  ikidə  dəvətnamələri  olanların 
Aleksandra  Fyodorovna  adına  rus-tatar  qız  məktəbinin  açılışında  gözlənildiyi 
bildirilir” (235). 9 oktyabr 1901-ci il “Kaspi” qəzetinin 219-cu sayındakı təfsilatlı 
məqalədə  yazılır:  “Məktəbin  idarəçiliyini  həyata  keçirən  hamilər  şurasında 
H.Zərdabi,  onun  həyat  yoldaşı  –  məktəbin  direktoru  Həmidə  xanım,  təsisçi 
H.Z.Tağıyevin özü və xanımı, Bakı quberniya qazisi, xalq məktəblərinin direktoru, 
kişi  gimnaziyasının  direktoru,  qadın  məktəbinin  rəisi,  üç  nəfər  duma  qlasnısı, 
“Kaspi”  qəzetinin  naşiri  və  redaktoru  Ə.Topçubaşov  və  Peterburq  Dağ-Mədən 
İnstitutunun  məzunu  mühəndis  Fərrux  bəy  Vəzirov  daxil  idi.  Yüksək  rütbəli  çar 
məmurlarının  iştirak  etdiyi  bu  mərasimi  açan  Ə.Topçubaşovun  rusca  yazılı 
məktubunda  deyilirdi:  “Bu  gün  müsəlmanların  məhəlləsində  görünməmiş 
bayramdır!  Bu  xoşbəxt  məqam  bütün  mütərəqqi  müsəlmanların  arzusunun  çin 
olduğu  gün  kimi  tarixə  düşür.  Gələcək  tarixçilər  bizim  indi  bayram  etdiyimiz  bu 
günü  müsəlman  qadın  intibahının  başlanğıcı  hesab  edəcəklər.    Müsəlman  aləmi 
üçün  mühüm  əhəmiyyət  kəsb  edən  bu  tarix  ictimai,  dövləti  və  beynəlxalq 
əhəmiyyətli  bir  mütərəqqi  hadisədir.  Qadın  intibahının  meydana  çıxmasına  şərait 
yaradanlardan  biri,  bu  bayramın  səbəbkarı,  böyük  maarifçi  sizsiniz,  çox  hörmətli 
Hacı Zeynalabdin!” (131). 
Qəzetin  göstərdiyi  kimi:  “Yazılı  təbrikə  ilk  imza  atan  müsəlman 
ziyalılarının  imzasına  Həsən  bəy  Məlikov  bu  sözləri  də  əlavə  etdi:  “Çox  yaşa 
Hacı!”  (131).  Qeyd  etmək  lazımdır  ki,  rusca  çıxan  “Kaspi”  qəzeti  Həsən  bəyin 
salonda  əks-səda  verən  “Çox  yaşa  Hacı!”  sözlərini  doğma  dilimizdə  çap  etməklə 
yanaşı,  “Ura!  Ura!  Ura!”  “Vivat  noster  Taqieff!”  nidalarına  da  yer  vermişdi. 
Ə.Ağaoğlu  qəzetin  yaradıcısı  kimi  tatarca  oxuduğu  təbrikdə  “müsəlmançılığın 
üzərinə  maarif  günəşinin  doğulduğu  bu  gündən  yaranmağa  başlayan  təhsilli 
anaların  bəşəriyyəti  savadsızlıq  zülmətində  məhv  olmaqdan  qoruyacaq  gələcək 


10 
 
nəsillərin  mütərəqqi  cəmiyyəti  üçün  təminat  oldu”ğunu  və  bu  işdə  H.Z.Tağıyevin 
müstəsna  əhəmiyyətini  göstərirdi.  Məqalədən  göründüyü  kimi,  məktəbin  açılışı 
münasibətilə  göndərilmiş  teleqramlar  arasında  Baxçasaraydan  İsmayıl  bəy 
Qaspralının  təbrikindəki:  “Bu  gün  Rusiya  müsəlmanlarının  maarif  dünyasının 
yaddaşında böyük hadisədir. Sizin əməllərinizi və xeyirxahlığınızı unutmayacağıq, 
cənab  Tağıyev”  (131)  sözləri  türk  dünyası  maarifçiliyini  yaradanlar  arasındakı 
rezonansdan xəbər verirdi. Çıxış etmək üçün söz alan H.Z.Tağıyevin: “Bu binanın 
təməli  möhkəmdir.  Hesab  edirəm  ki,  binaya  bir  mərtəbə  də  əlavə  etmək 
mümkündür.  Bu  gün  mənim  ən  böyük  arzum  həyata  keçir”  (236)  sözləri 
salondakıları  riqqətə  gətirir.  Qəzetin  yazdığı  kimi  mərasimin  sonunda  məktəbin 
müəllimi  Mirzə  Yaqub  Əlizadənin  yaratdığı  qızlardan  ibarət  xorun  ifasında  tatar 
xalq  mahnıları,  çara  dua  və  təhsilə  alqış  nəğmələrinin  oxunması  bədii  hissəni 
tanmamlayır. 
1899-cu  ildə  N.Nərimanovun  “Türk-azərbaycan  dilinin  müxtəsər  nəhvi” 
kitabı çapdan çıxır. 1901-ci ildə Rəşid bəy Əfəndiyevin yazıb nəşr etdirdiyi  “Uşaq 
açıqgözlüyü” (Bəsirət-ül-ətfal) kitabı birbaşa maarifçiliyin ilk dərsliyi olur. Həmin 
il  Həsən  bəy  Zərdabinin  tərtib  etdiyi  “Türk  mahnıları”  külliyyatının  nəşri  də  bu 
istiqamətdə əhəmiyyətli addım idi. 1902-ci ildə Ə.Topçubaşovun “Kaspi” qəzetinin 
nəzdində  yaratdığı  rusca-azərbaycanca  kitabxana,  1907-ci  ildə  isə  Bakı  rus-tatar 
məktəblərinin  müəllimləri  M.Mahmudbəyov,  S.Əbdürrəhmanov,  S.S.Axundov, 
F.Ağayev,  A.Şaiq  və  Ə.Əfəndiyevin  tərtib  etdikləri    “Üçüncü  il”  dərsliyi  bu 
müqəddəs  işin  davamı  oldu.  1906-07-ci  illərdə  M.Mahmudbəyovun  redaktorluğu 
ilə “Rəhbər”, Q.Mirzəzadə və A.Əfəndiyevin müştərək redaktorluğu ilə “Məktəb” 
jurnallarının  nəşri  metodik  vəsait  kimi  müəllimlərin  pedaqoji  fəaliyyətinə  güzgü 
tuturdu.  1906-1908-ci  illərdə  A.İ.Cəfərzadənin    və  M.H.Əfəndiyevin  redaktəsi  ilə 
nəşr olunan şəkilli “Dəbistan” jurnalı isə şagirdlərin sevimli vəsaiti idi. 
1908-ci ildə işıq üzü görmüş Ü.Hacıbəyovun  “Hesab” kitabı, 1910-cu ildə 
Abdulla  Şaiqin  “Uşaq  gözlüyü”  adlı  birinci  sinif  dərsliyi,  1911-ci  ildə 
K.Nərimanbəyovun və M.M.Qəmərlinskinin  “Ana dili”, 1912-ci ildə F.Köçərlinin 
“Balalara  hədiyyə”, Q.Qarabəyovun tərtib etdiyi “Türkcə-rusca tam lüğət”, 1914-
cü  ildə  Q.Mirzəzadənin  “Qafqaz  coğrafiyası”nın  nəşri  tədris  üçün  əvəzsiz  dərs 
vəsaitinə  çevrildi.  Sonrakı  illərdə  Azərbaycanın  iri  yaşayış  məntəqələrinin 
əksəriyyətində  müəllimlik  fəaliyyətilə  məşğul  olan  pedaqoqların  bir  çoxu 
qiraətxanalar    açdılar  ki,  onlar  da  maarifçilik  işində  müstəsna  əhəmiyyətə  malik 
oldular. 
1918-ci  ildə  Novruz  bayramı  ərəfəsində  Şaumyanın  başçılığı  ilə  Daşnak 
bolşevik  hərəkatının  törətdiyi  qırğından  sonra  fəaliyyətini  bərpa  edə  bilməyən 
qızlar məktəbinin binası Cümhuriyyət dövründə parlamentə həvalə olundu. Manaf 
Süleymanovun  yazdığına  görə  16  dekabr,  1918-ci  ildəki  parlamentin  üçüncü 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə