Atdd tüm Hakları Saklıdır Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması


Special Issue Dedicated to 80th Commemoration of Yaqub Mahmudov



Yüklə 481,24 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix11.06.2022
ölçüsü481,24 Kb.
#89353
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   16
imali Az rbaycan n ar Rusiyas t r find n i al n n ba lanmas T rkiy tarix nal nda[#689868]-970775

Special Issue Dedicated to 80th Commemoration of Yaqub Mahmudov
Vol.6 /Num.5 
Umudlu/ pp 257-273 
Winter 2019 
261 
aralarındakı problemləri həll edərək birlikdə hərəkət etmələri”nin vacibliyi üzərində 
qurulması tezisi də sənədlərdə öz əksini tapmışdır. 
Ayrıca olaraq bəhs olunan problemə həsr olunmuş əsərlər sırasında Başbakanlıq 
Osmanlı Arxivlərinin sənədləri əsasında hazırlanmış kitablar mühüm yer tutur. Bu 
baxımdan 1992-1993-cu illərdə Ankarada nəşr olunmuş iki cildlik 
“Osmanlı Devleti ile 
Azerbaycan Türk Hanlıkları Arasındakı Münasebetlere Dair Arşiv Belgeleri (Karabağ-
Şuşa, Nahçıvan, Bakü, Gence, Şirvan, Şeki, Revan, Kuba, Hoy) 1578-1914”
adlı 
sənədlər toplusunu qeyd etmək olar.
1
“Osmanlı Belgelerinde Azerbaycan”
adlı digər bir 
sənədlər toplusunda da tədqiq olunan problemlə bağlı orijinal sənədlər elmi 
ictimaiyyətin istifadəsinə verilmişdir.
2
Başbakanlıq Osmanlı Arxivləri Baş İdarəsinin 
nəşr etdirdiyi 
“Osmanlı Belgelerinde Karabağ”
kitabı da Zəngin Osmanlı arxiv 
sənədləri əsasında tərtib olunmuşdur. Bu topluya Qarabağın 1587-ci ildən 1910-cu ilə 
qədər olan dövr tarixini əks etdirən çox qiymətli sənədlər daxil edilmişdir.
3
İşğalın başlanması türk tarixçilərinin əsərlərində 
Azərbaycanla bağlı çoxsaylı tarixi araşdırmaların müəllifi olan Mehmet Saray, 
öz əsərlərində XVIII əsrin sonunda Azərbaycanda mövcud olmuş xanlıqlar sistemindən, 
Qacarların ölkəni birlədirmək uğrunda apardığı mübarizədən,Rusiya və Osmanlıların 
maraqlarından və eləcə də çar Rusiyası tərəfindən Şimali Azərbaycanın işğal 
olunmasından geniş şəkildə bəhs etmişdir. Müəllifin yeni nəşr olunan 
“Yeni Türk 
Cumhuriyetleri Tarihi”
əsərində sadalanan fikirlər öz əksini tapmışdır.
4
. Müəllifin 
Azərbaycan tarixi problemlərinin araşdırılmasına həsr etdiyi digər kitabı olan 
“Azerbaycan Türkleri Tarihi”
əsərində də vətənimizin xanlıqlar dövrü tarixi məsələləri, 
onların Rusiya tərəfindən işğalı geniş şəkildə işıqlandırılmış, bu barədə ilkin 
qaynaqların verdiyi bilgiləri türk oxucusuna çatdırmışdır.
5
“Rus İşğalı Devrinde Osmanlı 
Devleti ile Türkistan Hanlıkları Arasındakı Siyasi Münasebetler (1775-1875)”
6
adlı 
araşdırmasında M.Saray bir tərəfdən müsəlman dünyasının lideri Osmanlı dövlətinin 
Orta Asiyadakı müsəlman-türk xanlıqları və Azərbaycanla bağlı yeritdiyi siyasətini 
1
Osmanlı Devleti ile Azerbaycan Türk Hanlıkları Arasındakı Münasebetlere Dair Arşiv Belgeleri 
(Karabağ-Şuşa, Nahçıvan, Bakü, Gence, Şirvan, Şeki, Revan, Kuba, Hoy) 1578-1914, 
Ankara: 
T.C.Başbakanlik Devlet Arşivleri Genel Müdürlüğü Osmanlı Arşivi Daire Başkanlığı Yayınları, 
1993. 
2
Osmanlı Belgelerinde Azerbaycan
, İstanbul

Türk Dünyası Belediyeler Birliği (TDBB)Yayınları, 2015. 
3
Osmanli Belgelerinde Karabağ
, İstanbul: T.C.Başbakanlik Devlet Arşivleri Genel Müdürlüğü Osmanlı 
Arşivi Daire Başkanlığı Yayınları, 2009. 
4
Mehmet Saray. 
Yeni Türk Cumhuriyetleri Tarihi
, Ankara: Türk Tarih Kurumu, 2014. 
5
Mehmet Saray. 
Azerbaycan Türkleri Tarihi
, İstanbul: İstanbul Matbaası, 1993. 
6
Mehmet Saray. 
Rus İşğali Devrinde Osmanlı Devleti İle Türkistan Hanlıkları Arasınadaki Siyasi 
Münasebetler (1775-1875)
, Ankara: Türk Tarih Kurumu Yayınları, 1994




Yüklə 481,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə