Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə15/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   11   12   13   14   15   16   17   18   ...   38

fınızı gənc Makkartini xilas etmək üçün istifadə edərik. Cid-
di şəkildə lazım olmasa istifadə etməməyə söz verirəm. 
-Məhkəməyə qədər yaşayıb yaşamayacağım belə məlum 
deyil, amma Alisi xəyal qırıqlığına uğratmaq istəmirəm. İndi 
sizə hər şeyi izah edəcəyəm; bu, uzun illər ərzində baş ver-
miş bir hekayə olsa da danışmağım o qədər uzun çəkməz.  
-Siz mərhum Makkartini tanıya bilməzsiniz. Əsil şeytan 
idi.  İnanın  mənə.  Tanrı  hər  kəsi  elə  bir  adamdan  qorusun. 
İyirmi ildir yaxamdan əl çəkmədi, həyatımı məhv etdi. Əv-
vəl, məngənəsinə necə düşdüyümü danışım. 
Altmışıncı  illərdə  mədəndə  çalışırdım.  Hər  şeyə  giriş-
məyə  hazır,  istiqanlı  və  məsuliyyətsiz  gənc  oğlan  idim.  Pis 
yoldaşlar qazandım, içkiyə qurşandım və kolluqlarda gizlə-
nib yol kəsən oğru oldum. Altı adam idik və ağılsız, azad bir 
həyatımız  vardı.  Stansiyadan  stansiyaya  gedib,  mədən va-
qonlarını  soyaraq,  yaşayırdıq.  O  zamanlar  adım  Ballaratlı 
Qara Cek idi və qrupumuz “Ballarat dəstəsi” kimi tanınardı. 
Bir gün Ballaratdan Melburna gedən bir qızıl konvoyu-
na hücum etdik. Altı əsgərə qarşı altı adam idik, buna görə 
asan  görünürdü.  Dörd  vaqonu  boşaltdıq,  amma  yükü tam 
götürə  bilmədən  üç  yoldaşımız  öldürüldü.  Silahımı,  vaqon 
sürücüsünün – o bizim Makkarti idi - başına dayadım. Kaş 
ki, onu orada öldürsəydim, amma etmədim, həyatını bağış-
ladım.  Üstümə  dikilmiş  xəbis  baxışlarını  hələ  xatırlayıram. 
Qızılları  alaraq  ələ  keçmədən  İngiltərəyə  getdik.  Artıq  zən-
gin idik. Orada yoldaşlarımdan ayrıldım və özümə səssiz və 
kübar bir həyat qurmağa qərar verdim. Tapdığım bu ərazini 
satın  aldım  və  pulumla  yaxşı  işlər  görməyə  başladım.  Ev-
ləndim.  Arvadım,  gənc  yaşda  ölməsinə  baxmayaraq,  mənə 
kiçik, şirin Alisi yadigar qoydu. Hələ körpə ikən belə o bala-
ca  əllərini  mənə  açırdı.  Həyatıma  tam  mənasıyla  yenidən 
61
 
 


başladım  və  keçmişimi  silmək  üçün  əlimdən  gələni  etdim. 
Hər şey yolunda gedirdi; ta ki Makkarti ortaya çıxana qədər. 
Bir  işlə  maraqlanmaq  üçün  qəsəbəyə  endiyim  zaman 
onunla Recent küçəsində qarşılaşdım. Pərişan bir halda idi. 
-Bax, yenidən qarşılaşdıq, Cek, - dedi qolumu tutaraq: 
-Artıq  bir  ailə  olacağıq. Biz  cəmi  iki adamıq,  oğlum  və 
mən. Bizə baxa bilərsən. Təbii əgər baxmıram desən özün bil 
– bura İngiltərədir; burada qanun və polis var. 
-Onlardan  xilas  olmaq  mümkün  deyildi,  qərbə  gələrək 
ən yaxşı torpaqlarıma yerləşdilər, həm də kirayə vermədən. 
Mənim üçün rahatlıq və dinclik yox idi artıq; hara dönsəm, 
onun dişini ağardan, hiyləgər üzünü görürdüm. Alis böyü-
dükcə işlər daha da pisləşməyə başladı, çünki polisdən çox, 
qızımın  keçmişimi  öyrənməsindən  qorxduğumu  anlamışdı. 
İstədiyi hər şeyi verdim, həm də heç sual vermədən. Torpaq, 
pul,  ev...  Ta  ki,  verə  bilməyəcəyim  bir  şeyi  istəyənə  qədər: 
Alisi.  Oğlu  böyümüşdü,  qızım  da.  Sağlamlığımın  pozuldu-
ğunu biləndə oğlunun bütün malıma sahib olmasının yaxşı 
olacağını düşünürdü. Amma o nöqtədə qərarlıydım. Lənətə 
gəlmiş ailəsinin mənim ailəmlə qarışmasını istəmirdim. Oğ-
lanı  sevmədiyim  üçün  deyil,  nəticədə  damarlarında  onun 
qanını daşıyırdı. Qərarımı vermişdim. Makkarti məni təhdid 
etdi. Əlindən  gələni edə  biləcəyini  dedim.  Bu haqda  danış-
maq üçün evlərimizin arasındakı gölün sahilində görüşməyə 
qərar verdik. Oraya çatanda oğluyla mübahisə etdiyini gör-
düm. Mən də ağacın arxasında bir siqar çəkib, tək qalmasını 
gözlədim. Lakin danışılanları dinlədiyimdə içimdə bir şeylər 
köpürməyə  başladı.  Qızımla  evlənməsi  üçün  oğlunu    məc-
bur etməyə çalışırdı. Sanki hansısa bir küçə fahişəsindən da-
nışırmış  kimi,  israr  edirdi.  Bütün  dəyər  verdiklərimin  bu 
adamın əlinin altında olduğu düşüncəsi məni dəliyə çevirdi. 
62
 
 


Aradakı bağı qopara bilməzdimmi? Onsuz da bir ayağı 
çuxurda,  ümidsiz  bir  adamdım.  Zehinim  və  bədənim  hələ 
möhkəm  olmasına  baxmayaraq,  qədərimin  yazılmış  oldu-
ğunu bilirdim. Yaxşı keçmişim və qızım? Bu çirkin ağızı sus-
dura bilsəm hamısı xilas olardı. Mən də bunu etdim, cənab 
Holms. Lazım gəlsə yenə edərdim. Böyük günahlar işlədim 
və bunu kompensasiya etmək üçün özümü fəda etdim. Am-
ma  qızımın  da  eyni  tora  düşəcəyinə  dözə  bilməzdim.  Qar-
şımdakı  iyrənc,  zəhərli  bir  heyvanmış  kimi  ağrı  çəkmədən, 
insafsızcasına vurdum. Qışqırığına oğlu geri qayıtdı, amma 
mən  çoxdan  ağacın  arxasında  gizlənmişdim.  Son  dəfə  də, 
çiynimdən düşən plaşımı götürmək üçün geri döndüm. Ha-
disənin əsil hekayəsi budur, cənablar. 
-Sizi  mühakimə  etmək mənim vəzifəm  deyil,  -  dedi 
Holms,  yaşlı  adam  önündəki  ifadəni  imzaladıqdan  sonar,  - 
tək istəyim belə bir şeyin kimsənin başına gəlməməsidir. 
-Mənim də cənab. Yaxşı nə etməyi düşünürsünüz? 
-Sağlamlığınızı göz önünə gətirsək, heç bir şey. Yaxında, 
ən uca məhkəməyə  hesab  verməyiniz  lazım  olacağını  siz 
özünüz  də bilirsiniz.  Sizin bu  sirrinizi  gizlədəcəyəm və an-
caq Makkarti günahkar hesab olunsa, istifadə edəcəyəm. Əks 
halda, bu sirriniz, istər həyatda olun, istər olmayın qoruna-
caq. 
-Əlvida, elə isə, - dedi yaşlı adam ciddiyyətlə. - Mənə bu 
dincliyi verdiyiniz üçün təşəkkür edirəm. 
O yekəpər bədəniylə, səndələyə-səndələyə və titrəyərək 
otaqdan çıxdı. 
-Tanrı  yardımçımız  olsun,  -  dedi  Holms,  uzun  bir  səs-
sizlikdən  sonra:  Niyə  tale,  yazıq,  çarəsiz  varlıqlarla belə 
oyunlar oynayır? Belə bir iddiayla qarşılaşdığımda, Baxterin 
63
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə