Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə5/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   2   3   4   5   6   7   8   9   ...   76

 
17 
Nazimin  evi  təmtəraqlı  deyildi,  amma  çox  səliqəli  idi,  zövqlə  bəzədilmişdi.  İlk 
növbədə  nəzərimi  müxtəlif  fiqurlar  cəlb  etdi.  Görünür,  fiqurlara  çox  baxdığıma  görə, 
Nazim  Hikmət  də  çevrilib  kitab  şkafının  yanındakı  fiqurlara  nəzər  saldı  və  dedi: 
"Bunları xaricdən gətirmişəm. Hər xarici ölkədən bir fiqur." 
Əlini kiçik bir eşşək fiqurunun üstünə qoyub dedi: 
-  Dünyanın  ən  zavallı  məxluqudur  bu.  Dinməz-söyləməz  gecə-gündüz  işləyir, 
çalışır. 
Bunu deyib güldü və üzünü mənə tutdu: 
- Əvvəlcə, de görüm, Azərbaycanda nə var, nə yox? Rəsul Rza necədir? Süleyman 
Rüstəm neyləyir? Əkbər mənə dedi ki, sən radioda işləyirsən. Demək, Zəkəriyyə Sərtəli 
tanıyırsan.  Necədir  onlar?  (“Onlar”  deyəndə  həm  də  Zəkəriyyə  bəyin  ömür  dostu 
Səbihə xanımı nəzərdə tuturdu.) 
Bu suallara ətraflı cavab verdikdən sonra, türk kommunisti İkmek Affanı soruşdu. 
- O da bizimlə çalışır, - dedim. 
Nazim Hikmət köks ötürdü. 
-  O  zavallının  başına  nə  oyun  qalmadı  gəldi.  Sibirə  sürgün  etdilər.  Elə  Zəkəriyyə 
bəyin taleyi də onunku kimi oldu. Mətbəəsini dağıtdılar. Əli hər yerdən üzüldü, ölkədən 
didərgin düşdü.  
Nazim  Hikmətin  əllərinə  baxdım.  Çilli  idi.  Şairin  "Sağ  əlim"  şeiri  yadıma  düşdü. 
Misralar  qulaqlarımda  səsləndi.  Sonra  söhbət  Arif  Məlikovun  “Məhəbbət  əfsanəsi” 
baletindən  düşdü.  Ürək  dolusu  danışdı.  (Bu  haqda  Arif  Məlikov  oçerkində  söz 
açmışam). 
Nazim  Hikmət    10  il  idi  vətənindən  ayrılmışdı.  Bu  10  il  ona  yəqin  ki,  əlli  il  kimi 
gəlirdi.  Amma  qəribədir  ki,  şairlə  bu  ilk  görüşümdə  mən  onun  sözündə,  söhbətində, 
simasında  kədər  görmürdüm.  Ürək  infarktı  keçirmiş  Nazim,  elə  bil  ömründə  xəstəlik 
görməmişdi.  Geyimi,  kecimi,  şuxluğu  onun  nikbinliyindən  xəbər  verirdi.  Həyatın  hər 
üzünü  görən,  "ayrılıqların  çeşidini  bilən"  Nazim  polad  kimi  idi.  (Sonradan  bildim  ki, 
bu, zahirən beləymiş.) 
Bloknotumu açdım. Suallara başlamaq istəyirdim ki, şair özü məni qabaqladı: 
- Deyirlər məndən dissertasiya işi yazırsan. 


 
18 
- Bəli, Sizin dram yaradıcılığınızdan, - deyə sevinclə dilləndim. 
Gözləmədiyim halda şair dedi: 
- Çox nahaq yerə! 
Dedi və güldü. Mən pərt olmuşdum.  Şair bu pərtliyi hiss etdi. 
- Axı niyə məhz mənim dram yaradıcılığımdan yazmaq istəyirsən? 
Özümə bəraət qazandırmağa, fikirlərimi sübut etməyə çalışdım: 
-  Dram  əsərlərinizdə  novatorluq  var.  Həm  də  bu  novatorluq  mübahisəlidir.  Həm 
Türkiyədə, həm Rusiyada olan bəzi teatrşünaslar bu novatorluğu qəbul etmirlər. Mən də 
bir  tədqiqatçı  kimi  istəyirəm  onlara  sübut  edim  ki,  Sizin  dram  yaradıcılığınızdakı 
yenilikçilik qəbul edilməlidir və bunu faktlarla, konkret dəlillərlə sübut edəcəyəm. Axı 
Sizin poeziyanızda da... 
- Hə, - dedi Nazim Hikmət, - poeziyada da mənim başım bəlalı olub. Mən sərbəst 
şeirlər yazanda, bədxahlarım hay-küy salmışdılar. Biri də yazmışdı: "Yəhya Kamaldan 
sonra  gələn  Nazim  Hikmət  aləmi  bir-birinə  qarışdırdı.  Sərbəst  vəzn  Türk  ədəbiyyatına 
yabançıdır və sairə." Sərbəst vəzn Türk ədəbiyyatına yabançı deyil. Bu yanlış fikirdir. 
Deyəsən  sənətkarı  yavaş-yavaş  razı  sala  bilirdim.  Şairlə  fikir  mübadiləsindən 
sonra, Nazim Hikmət dedi: 
-  Sözümün  canı  budur  ki,  novatorluqdan  yazanda  belə  çıxmasın  ki,  türk 
dramaturgiyasında  yenilikçilik  mənim  adımla  bağlıdır.  Sən  türk  xalq  tamaşalarını  əldə 
et, oxu. "Qaragöz"ü, "Orta oyunu"nu, "Məddah"ı. Onda bilərsən ki, türk dramaturgiyası 
öz qaynağını hansı mənbələrdən alır. Sonra İbrahim Şinasini, Namiq Kamalı, Əbdülhəq 
Hamidi yaxşı öyrən. 
Şair əlimdəki bloknota nəzər saldı: 
- Neçə sualın var? 
- Otuzdan çoxdur, - dedim. 
- Paho... Deyirsən, yəni bu gün mən bunların hamısına cavab verməliyəm. 
Yaranmış vəziyyətdən məni Əkbər Babayev xilas etdi: 
-  Ustad,  vacib  deyil  bu  gün  bütün  suallara  cavab  verəsiniz.  Aqşin  hələ  Moskvada 
çox qalacaq.  


 
19 
Şair razılaşdı. Elə bu vaxt qapının zəngi çalındı. Hündür boylu bir rus gənci qapı 
ağzında  göründü.  Nazim  Hikmətlə  köhnə  tanışlar  kimi  görüşdü.  Hal-əhvaldan  sonra, 
məqaləsi  haqqında  rəyini  bilmək  istədi.  Söhbət  əsnasında  məlum  oldu  ki,  o,  türk  dili 
tədqiqatçısıdır,  Asiya  Xalqları  İnstitutunda  işləyir.  Əkbəri  də  yaxşı  tanıyırdı.  Nazim  
yazı  masasının  üstündəki  məqaləni  götürüb  ona  qaytaranda  gəncin  sifəti  bulud  kimi 
tutuldu. 
- Ustad, bəs Sizin... rəyiniz? 
Nazim sərt şəkildə cavab verdi: 
-  Bu  şəkildə  rəyim  olmayacaq.  Sənin  məqalənin  adı  nədir?  -  deyə  şair  sınayıcı 
nəzərlərlə gəncə baxdı. 
Gənc belə cavab verdi: 
- "Nazim Hikmət və türk dilinin saflığı". 
Nazim bir müəllim təmkini ilə sözə başladı, amma sonra olmadı, əsəbiləşdi: 
- Türk dilinin saflığı məsələsini və bu uğurda mübarizəni mənim adımla bağlamaq 
qətiyyən doğru deyil. Dərinə gedin, keçmişlərə baş vurun. Türk dili xalq ədəbiyyatında 
daha  saf  olub.  Sonra  da,  Yunis  İmrə  yaradıcılığını  oxuyun.  Lap  elə  Mehmet  Emini 
oxuyun. Türk dilinin saflığını qoruyanların birincisi mən deyiləm. Aydın oldumu? 
- Oldu, ustad, - dedi gənc, - Sağ olun. 
Nazim  Hikmət  elə  bil  peşman  olmuşdu.  Ona  görə  də  bir  neçə  kəlmə  ilə  gənci 
təriflədi: 
-  Amalın,  məqsədin  yaxşıdır.  Mənim  dediklərimi  nəzərə  alsan,  çox  gözəl  bir 
məqalə  alınacaq.  Mən  də  sənə  yaxşı  bir  rəy  verəcəyəm.  İndi  bir  çayımızı  iç,  sonra 
gedərsən. 
Stola  çay  gəldi  və  ilk  dəfə  Nazimin  Vera  Tulyakova  adlı  xanımını  gördüm. 
Nazimdən xeyli cavan idi. Yanaqlarından qan damırdı. 
Cavan  oğlan  bizdən  qabaq  getdi.  Sonra  Nazim,  Əkbər  və  mən  bir  yerdə  evdən 
çıxdıq. Nazim Hikmət teatra getməli idi. Əkbərin maşınında mən arxada oturmuşdum. 
Ancaq  onların  söhbətlərinə  qulaq  asırdım.  Nəsə  soruşmaq  istəyəndə  də  utanırdım. 
Özüm hiss eləyirdim ki, bu, bir fürsətdir əlimə düşüb, maraqlandıqlarımı soruşmalıyam. 
Amma heç nə soruşmurdum. Elə bil ürəyimdəkiləri Nazim başa düşdü və dedi: 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə