Antropologiyaya giriş



Yüklə 70,37 Kb.
tarix20.01.2018
ölçüsü70,37 Kb.
#21672
növüMühazirə

Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova

Təsdiq edirəm:______________


Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Köməkçi Tarixi fənlər, HİST107 ,3 kredit

Departament

Tarix və Arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2015

Fənni tədris edən müəllim (lər)

Orxan Zamanov

E-mail:

ordukaqan@gmail.com

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

IV gün, saat 12:00-13:20, 13:30-14:50

Məsləhət saatları

Tələbələrlə razılaşdırılan vaxtda

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas:

  1. Mühazirə mətnləri

  2. Məmmədov K. Antropologiyanın əsasları. Bakı. 2010.

  3. Pirquliyeva Q.Numizmatikanın əsasları. Bakı. 2009

  4. Piriyev V. Azərbaycanın sarixi-siyasi coğrafiyası. Bakı. 2006.

  5. Arazova R. və Dostiyev T. Köməkçi tarixi fənlər. Bakı. 2001.

  6. Əhmədov T. Azərbaycan toponimiyasının əsasları. Bakı. 1997.


Əlavə:

  1. Мешадиханум Неймат. Корпус эпиграфических памятников Азербайджана. Том 1-4. Баку. 1997-2014

  2. Tim White, Michael Black, Pieter Folkens. Human Osteology. Berkeley 2011

  3. Хомутов А. Б. Антропология. Ростов нa Дону. 2004

  4. Раджабли А. Нумизматика Азербайджана. Баку. 1997

  5. Yusifov Y. Kərimov S. Toponimikanın əsasları. Bakı 1987.

  6. Рогинский Я. Я., Левин М.Г. Антропология. Учебное пособие. Москва. 1978




Kursun veb saytı

www.arxeoloq.az, www.antropogenez.ru

Tədris metodları

Mühazirə

Tədris metodları
Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:


  • Mühazirələr

  • Mövzu ətrafında müzakirələr (məşğələ).

  • Xəritələrdən, kompüterdən, video və digər əyani vəsaitlərdən istifadə.

  • Bəzi mövzularla bağlı dərslərə digər mütəxəssislərin dəvət edilməsi.

  • Muzeylərə tədrisin əyaniliyi ilə bağlı ekskursiya.

  • Müvafiq elmlər ilə bağlı seçmə mövzular üzrə tanınmış mütəxəssislər dəvət olunaraq dərsdən kənar məşğələlər.



Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




35 bal


Praktiki məsələ







Fəallıq

Dərslərdə, diskussiyalarda, və seminarlarda iştirak etmək, ev tapşırıqlarının yüksək səviyyədə və məsuliyyətlə yerinə yetirmək.


8 bal


Yoxlama

Kurs boyu iki yoxlama yazı keçirilməsi nəzərdə tutulur. Birinci yazı aralıq imtahanı öncəsi, ikincisi yekun imtahan qabağı. Hər yoxlama işi 3 bal ilə qiymətləndirilir.




6 bal

Kurs işi (Layihə)

Yoxdur




Prezentasiya/Qrup müzakirə/Fərdi iş

Kurs ərzində iki təqdimat (prezentasiya) xarakterli fərdi iş olacaq. Hər biri 3 bal ilə qiymətləndirilir.

6 bal

Final imtahanı




45 bal

Digər

Yoxdur




Yekun





100 bal

Kursun təsviri




Kursun məqsədləri

“Köməkçi tarixi fənləri” Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – insanlıq tarixinin və onun maddi-mədəni irsinin öyrənilməsinə yeni fənlərarası baxışın tətbiqi və elmi texniki tərəqqi dövrünün tələblərinə uyğun yeni üsul və metodların müxtəlif tarix elmlərinə sirayət etməsilə bəşəriyyətin tarixi inkişafının qanunauyğunluqlarını tətbiqi üçün müasir elmi tədqiqatın üstün cəhətlərinin öyrədilməsi, müasir cəmiyyətin və sivilizasiyanın yaranmasının, inkişafının səbəblərinin araşdırılmasında fərqli elm və fənlərin qarşılıqlı rolunun üzə çıxarılmasıdır.

“Köməkçi tarix fənnləri” kursunun başlıca məqsədi - tələbələrdə İnsan və onun ümumi maddi-mədəni irsi haqqında, onun tədqiqi, tərəqqi mərhələləri və öyrənilmə tarixi haqqında elmi-nəzəri biliklərin formalaşdırmaqdır.



Tədrisin (öyrənmənin) nəticələri

Fənnin tədrisinin nəticəsi:
Fənnin ümumi tədrisi prosesində tələbələrdə:


  • Bəşəriyyətin və onun maddi-mədəniyyətinin özünəməxsusluğu araşdırılacaqdır;

  • İnsan sivilizasiyanın mənşəyi elmi əsasda öyrəniləcəkdir;

  • İnsan cəmiyyətinin və mədəniyyətinin yaranması, tarixi inkişaf xüsusiyyətləri öyrəniləcək;

  • İnsanlığın yaranışından müasir dövrə kimi mövcud tarixinin ən önəmli hadisələri haqqında tam təsəvvür formalaşacaqdır.



Qaydalar (Tədris siyasəti və davranış)

QAYDALAR
Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.



Yoxlama işi

Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.



İmtahanlar

Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.

Fənni bitirmək qaydası

Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.


Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.





Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



4


Mövzu 1. Köməkçi tarixi fənləri anlayışı, elmin mahiyyəti, humanitar elmlərin tərifi, predmeti, tədqiqat obyekti və vəzifələri.

Mövzu 2. Davamı

29.01.2015



4


Mövzu 3. Antropologiyanın inkişaf tarixi və mərhələləri.

Mövzu 4. Məşğələ mövzusu “Biogenez, Antropogenez və Etnogenez”

05.02.2015



4


Mövzu 5. Antropologiyada morfoloji əlamətlərin təsnifatı.

Mövzu 6. Məşğələ mövzusu “Biogenez, Antropogenez və Etnogenez” (Davamı)

12.05.2015



4


Mövzu 7. Etnik Antropologiya (İrqşünaslıq).

Mövzu 8. Məşğələ mövzusu “Antropologiyanın digər elmlərlə əlaqəsi”

19.02.2015



4


Mövzu 9. Paleoantropologiya.

Mövzu 10. Məşğələ mövzusu “Antropologiyanın digər elmlərlə əlaqəsi” (Davamı)

26.02.2015

Mütəxəssis ilə görüş





4


Mövzu 11. Xronologiya elmi və tarix elmlərində onun yeri.

Mövzu 12. Təqdimat mövzusu “Canlı təbiətin inkişafı və Paleontologiya elmi” (Təbiət tarixi muzeyinə səfər)

05.03.2015



4


Mövzu 13. Paleoqrafiya elmi və onun tarixi

Mövzu 14. (yoxlama)

12.03.2015



4


Mövzu 15. Təqdimat mövzusu “Canlı təbiətin inkişafı və Paleontologiya elmi” (Təbiət tarixi muzeyinə səfər)

Mövzu 17 Aralıq imtahanı (1-13-cü mövzular)

19.03.2015



4


Mövzu 18. Numizmatika elmi

Mövzu 19. Məşğələ mövzusu “Böyük Coğrafi Kəşflər”in elmlərin inkişafına təsiri

26.03.2015



4


Mövzu 20. Azərbaycan numizmatikası

Mövzu 21. Təqdimat:“Azərbaycanda numizmatika elmi və kitab işi” barədə fərdi iş-hesabat. (Numizmatika fondu və Miniatür kitab muzeyinə səfər)

02.04.2015

Mütəxəssis ilə görüş





4


Mövzu 22. Tarixi metrologiya

Mövzu 23. Məşğələ mövzusu “Böyük Coğrafi Kəşflər”in elmlərin inkişafına təsiri (Davamı)

09.04.2015



4


Mövzu 24. Tarixi coğrafiya

Mövzu 25. Toponimika elmi. Azərbaycan toponimikası

16.04.2015



4


Mövzu 26. Epiqrafika elmi. Azərbaycan epiqrafikası

Mövzu 27. Məşğələ mövzusu: “Tarixi xəritəçəkmə və kartoqrafiya” (Əməli məşğələ)

23.04.2015

Mütəxəssis ilə görüş





4


Mövzu 28. Heraldika

Mövzu 29. Sfraqistika

30.04.2015

Mütəxəssis ilə görüş





4

Mövzu 30. (yoxlama)

07.05.2015






FİNAL imtahanı




Yüklə 70,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə