JOURNAL OF AZERBAIJANI STUDIES
35
AZƏRBAYCAN RESPUBLİKASI MƏHKƏMƏ SİSTEMİNDƏ
ANDLI İCLASÇILAR İNSTİTUTUNUN YERİ
Cabir XƏLİLOV
(Xəzər Universitəsi, Bakı, Azərbaycan)
Ənənəvi olaraq, andlılar məhkəməsinin vətəni orta əsrlərin
Böyük Britaniyası sayılır. Belə məhkəmənin ilk dəfə yığıldığı dəqiq
tarix bizə gəlib çatmasa da, İngilis kralı II Henrixin 1166-ci il tarixli
assizlərindən – fərmanlarından birində iri yaşayış məntəqələrinin
sakinləri olan hər 100 təbəədən 12-ni və hər kənddən 4-nü andlılar
kimi seçməyi tövsiyə edən bir müddəaya rast gəlinir.
Beləliklə, andlı iclasçılar institutu ilk dəfə Ingiltərədə meydana
gəlmişdir (Hərgah, bir çoxlarında andlı iclasçılar dedikdə Amerika
məhkəmələri ilə assosiasiya yaranır, görünür bu artıq Hollivud kino-
sunun uğurlu fəaliyyətinin nəticəsidir). Və məhz burada andlıların
cinayət prosesində iştirakının əsas prinsipləri işlənib hazırlanmışdır.
Ümumilikdə götürsək, günümüzdə də bu institut məhz həmin əsas-
larla fəaliyyət göstərmək-dədir.
Dünya praktikasında andlı iclasçılar məhkəməsinin 2 əsas mo-
deli tanınır: anqlo-amerikan (klassik) və kontinental. Klassik model-
də ayrıca andlılar kollegiyasının mövcudluğu nəzərdə tutulur və
müxtəlif ölkələrdə müxtəlif cür adlanır: jüri, palata, andlı iclasçılar
skamyası və s. Bunlar cinayət mühakimə icraatında fakt məsələsini
həll edir. Kontinental model isə peşəkar hakimlərin andlı iclasçılarla
birgə kollegiyasını nəzərdə tutur. Almaniyada «şeffen», Fransada –
«assiz» adlanan bu heyətlər işə müştərək baxır və verdikti də müştə-
rək çıxarırlar.
Klassik formada olan andlılar məhkəməsi Ingiltərədə yayıldıq-
dan sonra Avropada tətbiq edilmiş, sonra da Rusiyaya keçmişdir.
Rusiya imperiyasının tərkib hissəsi olan ölkəmizdə bu məhkəmə ilə
tanışlıq 19-cu əsrin axırlarına təsadüf edir.
O zamanlar andlılar məhkəməsinin klassik modelinin müha-
kimə icraratında tətbiqi xüsusilə mütərəqqi bir addım idi. Belə ki,
əhalinin məhkəmələrə çıxışı əmələ gəldi və ən başlıcası isə, formal
36
Cabir XƏLİLOV
sübutlar nəzəriyyəsinə əsaslanan inkvizisiya məhkəmə icraatı dağı-
dıldı. Belə ki, bu nəzəriyyəni rəhbər tutaraq cinayət mühakimə ic-
raatında təqsirin etirafına əsas yer verilirdi və başlıca sübut sayılan
etirafı əldə etmək üçün işgəncələr də geniş yayılmışdı. Məşhur rus
hüquqşünası Koninin təbirincə desək, formal sübut nəzəriyyəsinin
mahiyyəti təkcə məhkəmənin üzərinə qoyulan təqsirləndirilən şəxsi
«etirafa» yönəltmək vəzifəsində ifadə olunmurdu. Reallıqda bu nə-
zəriyyədən doğan belə bir fenomen meydana gəlmişdi: fərdi görüş-
lərinə çalın-çarpaz xətt çəkilmiş hakim, ruhsuz formalizmlə səciyyə-
lənən bir fəaliyyətlə məşğul olurdu, bunun nəticəsi olaraq çox zaman
əsl günahkarı cəzalandırmağa taqəti, həvəsi belə qalmırdı. Yəni məh-
kəmə sistemi bütövlükdə öz funksiyasının tam əksini yerinə yetirirdi.
Andlılar məhkəməsi dedikdə, adət üzrə cinayət mühakimə ic-
raatı nəzərdə tutulur. Cinayət mühakimə icraatı hər bir cəmiyyətə su
və hava kimi lazımdır. Çünki, bu – ictimai qayda-qanunun mühafi-
zəsinə zəmanət verir, cəmiyyəti cinayətkar qəsdlərdən qoruyur. Am-
ma onu da nəzərə almaq lazımdır ki, cinayət məhkəmə icraatı müs-
təbidlik üçün də əlverişli şərait yarada bilir. Belə ki, əgər dövlətin
zorun tətbiqi üzərində inhisarı vardırsa, kim zəmanət verə bilər ki, o,
bunu təyinatından kənar tətbiq etməyəcək? Təəssüflər olsun ki, tarix
belə nümunələrlə doludur. Lakin normal cəmiyyətdə cinayət məhkə-
mə icraatı cəmiyyətin sakit şəkildə inkişafını dəstəkləmək və cəmiy-
yəti müdafiə etmək funksiyalarını həyata keçirir. Andlılar məhkə-
məsi də bu funksiyanın həyata keçməsinə zəmin yaradan və uğurunu
labüd edən mexanizmlərdən biridir.
Andlılar məhkəməsinin əsas mahiyyəti ondadır ki, ittihamın
əsaslılığı sadə məntiq, normal düşüncə prizmasından qiymətləndirilir
və bu səbəbdən də andlı iclasçıların hansısa xüsusi hüquqi biliklərə
malik olması tələb olunmur. Burada işə yanaşmanın əsas mahiyyəti
sezilir: əgər ittiham tərəfi məhkəməyə o dərəcədə inandırıcı və əsaslı
dəlillər təqdim edib ki, hətta adi insan belə onları kafi hesab edir,
deməli, onda ittiham bütövlükdə əsaslıdır. Andlı iclasçılar «fakt mə-
sələsi»ni həll edirlər. Sonra, andlı iclasçıların qərarı əsasında (buna
«verdikt» deyilir), hakim «hüquqi məsələ»ni həll edir, yəni təqsir-
ləndirilən şəxsin təqsirlilik dərəcəsini müəyyən edir, cəza təyin edir.
AZƏRBAYCAN RESPUBLİKASI MƏHKƏMƏ SİSTEMİNDƏ ANDLI...
37
Andlı iclasçılar məhkəmədə cinayət işinə baxmaq üçün dəvət
edilən adi vətəndaşlardır. Məhkəmə iclasında iştirak etmə mərhələ-
sindən öncə, andlı iclasçıların seçilməsi məsələsi durur.
Tərəflər andlı iclasçı ola biləcək şəxslərə suallar verir, onların
münasibətlərini müəyyən edir və bu və ya digər səbəbə əsasən nami-
zədə etiraz edir. Bu etiraz işdən kənarlaşdırmaq deməkdir. Qaydaya
görə, müəyyən sayda namizədə şərtsiz, dəlilsiz, yəni heç bir səbəb
göstərmədən etiraz etmək olar.
Heyət seçiləndən sonra, proses başlayır və burada hakimin rolu
bir növ aparıcı, moderator funksiyalarından ibarət olur. Tərəflərin
nümayəndələri və qarşılarında çıxış etdikləri andlı iclasçılar prosesin
başlıca iştirakçısına çevrilirlər. Tərəflərdən hər biri andlı iclasçıları
öz doğruluğuna inandırmağa çalışır. Hakim isə hər bir şeyin düzgün
və dürüst keçməsinə nəzarət edir. Hakim təqdim edilən sübutların
mümkünlüyünə nəzarət edir, habelə andlı iclasçılara izah edir ki, qa-
nunun hansı normalarının baxılan cari işə aidiyyəti vardır.
Hakimlərlə birgə andlı iclasçılar işin tədqiqində iştirak edirlər,
sübutları tədqiq edirlər, şahidlərin, təqsirləndirilən şəxsin ifadələrini
dinləyirlər, ekspertizanın nəticələri ilə tanış olurlar və s. Sübutların
qiymətləndirilməsi və şəxsin təqsirli olub-olmaması məsələsi andlı
iclasçıların müstəsna səlahiyyətlərinə aiddir.
Bundan sonra, andlı iclasçılar müşavirə otağına keçirlər və
«fakt məsələsi»ni həll edirlər. Yəni, öz rəylərini bildirirlər ki, təq-
sirləndirilən şəxsin təqsirli hesab edilə bilməyi üçün məhkəməyə ki-
fayət qədər sübutlar təqdim edilib, yoxsa yox. Andlı iclasçılar müza-
kirəni hakimlərdən ayrı keçirirlər – bu onların fəaliyyətinin ana xət-
tidir. Hakim hər bir halda qərar qəbuletmə prosesinə müdaxilə et-
məməlidir və edə bilməz.
Nəzərdə tutulur ki, andlı iclasçılar heyəti tamamilə təəssübsüz,
qərəzsiz və obyektivdir.
Andlı iclasçılar bütün proses boyu ictimai təsirə məruz qalma-
malıdırlar. Onlar cəmiyyətlə və KIV-lə ünsiyyətdən təcrid olunurlar,
kənarda heç bir məlumat toplaya bilməzlər. Bir çox hallarda onların
yaxınlarına belə onlarla proses barədə, habelə prosesə verilən ictimai
qiymət barədə ünsiyyət saxlamaq qadağan edilir. Qərar qəbul etmə
38
Cabir XƏLİLOV
zamanı isə onlar tamamilə heç kəslə ünsiyyət saxlaya bilməzlər, te-
lefon zənglərinə belə cavab verməməlidirlər. Qərar həmişə bağlı qapı
arxasında qəbul edilir. Andlı iclasçıların bu qərara necə gəlmələri də
bir sirr olaraq qalır. Proses qurtardıqdan sonra da andlı iclasçıların
jurnalistlərlə bu iş barədə ünsiyyətinə yol verilmir, bir sıra ölkələrdə
isə bu hətta cinayət sayılır. Andlı iclasçılara təzyiq etmək cəhdi isə,
birmənalı olaraq, cinayət tərkibi yaradır.
Hüquqi baxımdan andlı iclasçılar kollegiyasının hakimiyyət
səlahiyyətləri aydındır. Əgər kollegiya hesab etsə ki, təqsirləndirilən
şəxs təqsirsızdır, bu halda həmin şəxs dərhal azadlığa buraxılır. Əgər
kollegiya şəxsi təqsirli bilsə, hakim cinayət qanununu tətbiq edir və
hökm çıxarır. Andlı iclasçıların qərarı hakimə və yaxud ictimaiyyətə
nə qədər səhv və ya qeyri-professional görünə bilsə də belə, müza-
kirə edilmir, dərhal qüvvəyə minir və bundan apellyasiya şikayəti ve-
rilmir.
Ümumilikdə andlı iclasçılar institutunun mahiyyəti bundan
ibarətdir.
Andlı iclasçılar institutunun lehinə və əleyhinə olan çıxışlara
nəzər salsaq, görərik ki, çox vaxt rəylər diametral dərəcədə bir-birinə
ziddir. Tərəfdarları ərz edir ki, bu – ədalət mühakiməsinin və de-
mokratiyanın təntənəsidir, əleyhdarları isə deyirlər ki, bu təsisat –
getdikcə daha da mütəşəkkiilləşən cinayətkarlığa qarşı mübarizədə
bir maneədir.
Zəif hesab edilən tərəflərinə nəzər salaq. Rusiya və digər nis-
bətən gənc olan, demokratik yolu seçdiyini bəyan etmiş dövlətlərin
təcrübəsinə nəzər salsaq, zəif cəhətlər kimi aşağıdakı amilləri göstərə
bilərik: burada, ilk növbədə qrup maraqlarına istiqamətlənmək, emo-
siyalara və ictimai təsirlərə məruz qalmaq, işə baxıldıqda andlı iclas-
çılarda sübutların tədqiqinin aparılması təcrübəsinin olmaması və
məhkəmə prosedurunun özünün baha olması – andlıların gəlməsi,
qalma xərcləri və s. – bunların hamısını mənfi cəhətlər kimi qeyd et-
mək olar (3, 122).
Yüz il bundan qabaq olduğu kimi, indi də andlı iclasçılara əsas
irad kimi o tutulur ki, onlar həddən artıq çox bəraət verdiktləri çıxa-
rırlar və bu guya cinayətkarların əl-qolunu açır.
AZƏRBAYCAN RESPUBLİKASI MƏHKƏMƏ SİSTEMİNDƏ ANDLI...
39
Andlı iclasçılara tutulan iradlardan biri də odur ki, onların hü-
quqi təhsili yoxdur. Guya bu da andlı iclasçıların çıxardığı qərarı
qeyri-professional edir. Bu dəlili güclü hesab etmək olmaz. Real hə-
yatda mühakiməni həyata keçirən insanların, həkim və minaaxtaran
kimi, səhv etməyə ixtiyarı yoxdur. Eyni zamanda onu da qeyd edək
ki, ən təcrübəli hakimlər belə səhvdən sığortalanmayıblar. Məhkəmə
praktikasında nəinki bəraətverici, eyni zammanda bir çox ittiham-
edici hökmlərin də səhv olduğu kifayət qədər çox hala rast gəlinir.
Məsələn, ABŞ-da Kelvin Vaşinqton adlı bir şəxsin etmədiyi qətlə
görə 14 il günahsız yerə azadlıqdan məhrumetmə yerlərində qaldıq-
dan sonra azad edilməsi çoxlu hay-küyə səbəb olmuşdu. Keçmiş
SSRi-də Çikatilo adlı seriya xarakterli cinayət törətmiş manyakın
törətdiyi cinayətlərə görə bir neçə (!) günahsız adam mühakimə
edilmişdi. Ölkəmizdə də məhkəmə səhvləri nümunələrinə, təəssüf ki,
az rast gəlinmir.
Onu qəbul etmək lazımdır ki, tarix artıq sübuta yetirmişdir:
andlı iclasçılar məhkəməsinin, digər məsələlərlə yanaşı, əhalinin bü-
tün təbəqələrinin qanun qarşısında bərabərliyinin müəyyən dərəcədə
təminatı, hüquq və azadlıqların məhkəmə müdafiəsinin həyata keçi-
rilməsi məsələlələrində böyük rolu olmuşdur, müstəqil məhkəmə ha-
kimiyyətinin formalaşdırılmasına yardım etmişdir, məhkəmə sistemi-
nin demokratikləşməsinə və humanizmləşməsinə xidmət etmişdir,
müstəntiqlərin, prokurorların, vəkillərin çəkişməli məhkəmə proses-
lərində püxtələşməsini, hakimlərin obyektivliyinin artmasını, insan
haqlarına daha hörmətlə yanaşılmasını inkişaf etdirmişdir.
Müsbət cəhətlər çoxdur. Ilk növbədə bu, məhkəmənin fəaliy-
yətinə real düşüncə mühitinin gəlişi deməkdir, həqiqət və ədalətin ic-
timai anlayışının, adi məntiqin, ağlabatan dəlillərə əsaslanan düşüncə
tərzinin, həyat təcrübəsinin məhkəmə prosesinə qatılması deməkdir.
Ictimaiyyətin məhkəmələrə etimadının artması deməkdir. Diqqət
etsək, görərik ki, bu ictimai nəzarətin bir formasıdır, bəzi hakimlərin
qeyri-vicdanlı və qeyri-obyektiv hərəkətlərinin qarşısının alınması
vasitəsidir, ədalət mühakiməsinin ittihamedici yönümünün dəyiş-
dirlməsidir, məhkəmə səhvlərinin azaldılmasıdır.
40
Cabir XƏLİLOV
Cinayət mühakəmə icraatı insan taleyi ilə bağlı məsələləri həll
edir. Ona görə də məhkəmə icraatının elə formalarını seçib tətbiq et-
mək lazımdır ki, səhv etmək risqini minimallaşdırmaq mümkün ol-
sun. Bütün sivil dövlətlər də məhz buna can atırlar. Sözügedən risqi
də azaldan amillərdən ən başlıcası – çəkişmə əsasında aparılan pro-
sesdir. Və məhz andlı iclasçılar məhkəməsi bu prosesi sözün əsl mə-
nasında çəkişməli edir. Burada ittiham tərəfi passiv mövqe tuta bil-
mir, o, məcburdur ki, özünün doğru olmasını qanun çərçivəsində
daim sübut etsin. Müdafiə tərəfi də bu sübutları qanun çərçivəsində
inkar edir. Və bu mübahisədə həqiqət yaranır. Bu prosesdə «təqsir-
lidir» verdikti o zaman səslənməlidir ki, sübutların məcmusu ilə şəx-
sin təqsirliliyi həqiqətən isbat edilsin və heç bir şəkk-şübhə qalmasın.
Andlı iclasçılar məhkəməsinin qeyri-obyektiv olması və cina-
yətkarlığın əl-qolunu açması barədə fikirlər öz təsdiqini tapmır. Bun-
lar qeyri-elmi tezislərdir, subyektiv baxışların nəticəsidir. Müasir döv-
rümüzün praktikasını və tarixi təcrübəni təhlil etdikdə belə bir nə-
ticəyə gəlirik ki, bu növ məhkəmə icraatı məqsədəuyğundur.
Andlı iclasçılar kollegiyası bir-birilə tanış olmayan insanların
sırasından süni surətdə, müvəqqəti olaraq yaradılmış bir heyətdir. Bu
heyətin məqsədi – konkret cinayət işi üzrə ədalətli, mənəvi baxımdan
tam düzgün bir qərarın qəbul edilməsidir. Qərarın kollektiv surətdə
qəbul edilməsi isə yüksək mənəvi məsuliyyəti labüd edir. Əlbəttə ki,
fərd kimi, hər bir andlı iclasçının psixoloji vəziyyəti, yaranmış şərait-
də müstəqil düşüncə qabilliyyətinin olması onların fəaliyyətinin mü-
hüm şərtlərindəndir. Bu hər kəsə aydındır, hətta professional hakim-
lər belə qərar qəbul edərkən səhvlərdən xali deyillər. Bir də ki, mü-
rəkkəb görünə bilən bəzi problemlər asan həll oluna bilir. Andlı iclas-
çılar üçün müvafiq bilikləri verə bilən treninq proqramları həyata ke-
çirmək mümkündür. Bir çox təşkilatlar buna zəruri dəstəyi verərlər.
Ənənəvi mühakimə formalarına nisbətən andlı iclasçılar məh-
kəməsinin bir sıra üstünlükləri vardır. Bu sıraya daha böyük kolle-
giyallıq, daha çox müstəqillik, obyektivlik, qərəzsizlik və prosesin
daha güclü çəkişmə atmosferində keçirilməsini aid etmək olar. Belə
icraat hakimi müxtəlif orqan və şəxslərin təsirindən daha çox qoruya
bilir, daha müstəqil olmasına zəmanət verir, insanların məhkəməyə
AZƏRBAYCAN RESPUBLİKASI MƏHKƏMƏ SİSTEMİNDƏ ANDLI...
41
inamını artırır, məhkəmələrin qərəzsizliyini vurğulayır, işin halla-
rının daha dərin, daha köklü tədqiqini labüd edir. Tərəflərin bir növ
yarışmasını stimullaşdıraraq, məhkəmə qərarının daha obyektiv ol-
masını təmin edir. Hüququn daha geniş ictimaiyyət tərəfindən qavra-
nılmasına gətirib çıxarır.
Bundan əlavə, qərəzsizlik amili də çox önəmlidir. Necə olsa,
reallığa nəzər salsaq, görərik ki, hakim daha çox ittihama meyllidir,
ona prokuror təsir etməyə çalışır, bunların ümumi maraqları ola bilir.
Amma andlı iclasçıları hesabatlar, rəqəmlər əsla maraqlandırmır, on-
ları yalnız təqsirləndirilən şəxsin taleyi düşündürür. Xalq təmsilçiləri
məhkəmə yolu ilə həqiqətin axtarışı prosesinə öz gəlişlərilə nə az, nə
çox – yeni, daha təravətli baxış gətirirlər, funksional mövqe tutmaq-
dan irəli gələn yeknəsəkliyi dağıdırlar. Sözsüz ki, andlı iclasçılar
məhkəməsi daha müstəqildir, əlbəttə andlılara da təsir etmək olar,
amma 12 nəfəri ələ almaq çox müşkül bir işdir.
Qeyd etdiyimiz kimi, andlı iclasçıların iştirakı ilə keçirilən
məhkəmələr şərti olaraq 2 hissədən ibarətdir: bir tərəfdən professio-
nal hakimlər, digər tərəfdən qeyri-professionallardan ibarət heyət.
Birincilər hüquqa aid, əməlin tövsifinə, cəzaya aid məsələləri həll
edir, ikincilər isə «fakt məsələsini» - yəni, təqsirliyin sübuta yetirilib-
yetirilməməsi məsələsini həll edir. Çox mühüm bir dəlildir ki, andlı
iclasçılardan yalnız normal, məntiqi düşüncə tərzinə malik ol-ma,
nəticə etibarilə təqdim edilən sübutlar əsasında öz rəyini bildir-mək
tələb olunur.
Andlı iclasçılar məhkəməsinin müsbət cəhətləri mənfilərindən
çoxdur. Bir tərəfdən, mühakiməni təcrübəsiz adamlar həyata keçirir
– bu çatışmazlıqdır. Amma müsbət olan budur ki, onlar daha obyek-
tiv olacaqlar, və qanunun quru hərfindən çox, insani dəyərlərə əsas-
lanacaqlar. Əlbəttə ki, Qərb dövlətlərinin müsbət təcrübəsi də çox
önəmli bir dəlildir. Andlı iclasçılar məhkəməsi cəmiyyətdə məhkəmə
hakimiyyətinin nüfuzunu çox artırır – axı qərarı dövlət məmurları
deyil, xalqın nümayəndələri, sadə vətəndaşlar çıxarır.
Birisi deyə bilər ki, andlılar qeyri-professionaldır. Digəri deyə-
cək ki, bizə hələ tezdir, biz hələ hazır deyilik. Amma bu məntiqlə
getsək, onda bəlkə bizə məhkəmə, çəkişmə heç lazım da deyil?! Pro-
42
Cabir XƏLİLOV
kuror ittihamı təsdiqlədisə demək şəxs təqsirlidir?! Amma bunu bir
dəfə artıq keçmişik, müdhiş «üçlüklər»in fəaliyyətinin acı yaddaşını
tarix bizə çatdırmışdır. Bizə elə gəlir ki, başlamaq lazımdır, onların
fəaliyyətində hansısa düzəlişləri etmək zərurəti yaranarsa, həyat
bunu diktə edəcəkdir. Ələlxüsus ona görə ki, ölkə məhkəmələrinin
qeyri-obyektivliyi və qərəzliliyi barədə artıq hər səviyyədə danışılır.
Artıq hazırki vəziyyətdən daha pis vəziyyət ola bilməz. Səhv etmi-
rəmsə, axır onillikdə bir dənə də olsun qüvvədə saxlanılan bəraət
hökmü yoxdur – bu özlüyündə böyük bir dəlil deyilmi?
Məhkəmə sistemində andlı iclasçılar icraatının olması dövlətin
sivil olmasının və demokratikliyinin əlamətidir, vətəndaşa, cəmiy-
yətə müraciət etmək imkanı verən bir reallıqdır. Bu baxımdan andlı
iclasçılar məhkəməsini vicdan və axırıncı ümid məhkəməsi də adlan-
dırmaq olar.
Beləliklə, çox az bir iş qalıb – artıq mövcud olan bir mexanizmi
işə salmaq gərəkdir.
ƏDƏBİYYAT
1.
Ларин А.М. Из истории суда присяжных в России. Москва .1995.
2.
Попова А. Суд присяжных - шаг в будущее или назад в прош-
лое?, Наука и жизнь, №7 2004.
3.
Карнозова Л.М. Возрожденный суд присяжных. Замысел и проб-
лемы становления. М.: NOTA BENE, 2000.
4.
James Oldham, “Trial by jury: The Seventh Amendment and Anglo-
American Special Juries” (New York University Press, 2006)
5.
Кони А.Ф. Судебная реформа и суд присяжных, Собрание сочи-
нений т.4, Юридическая литература, М., 1967
AZƏRBAYCAN RESPUBLİKASI MƏHKƏMƏ SİSTEMİNDƏ ANDLI...
43
S u m m a r y
JURY INSTITUTE IN THE COURT SYSTEM OF AZERBAIJAN
REPUBLIC
Jabir KHALILOV
(Khazar University, Baku, Azerbaijan)
Jury system was first appeared in England and has undergone a long
historical way of development and progress.
Jurors are ordinary citizens who are convened to hear criminal cases
in the court, participate in investigation along with judges, hear testimony
of witnesses and accused person, become familiar with the results of
examinations, etc.
The role of judge in these trials is leading, however attorneys and
prosecutors that are presenting the case before jury play and active role in
criminal procedure. The judge must not interfere in decision-making
process in any cases. Jury is responsible for evaluating the evidence
presented and deciding questions of guilt. In spite of its ancient age, jury
system is a new tradition for the Azerbaijan. Although a number of
legislative acts were adopted jury system is not applicable in practice yet.
The jury shall consist of twelve main and two reserve jurors. (CPC
of the Republic of Azerbaijan, Art.79.2) The law imposes restrictions to
some category of citizens to participate as jurors.
Citizens can perform responsibilities of jurymen once a year within
15 days. The law provides jurors with certain rights and duties.
The law defines the procedure of jury selection in details in order to
exclude any elements of subjectivity in decision making.
Verdict is rendered in the separate room by jurors for the purpose to
keep their deliberations in strict confidence. The jurors are not allowed to
disclose any opinions expressed during the deliberations.
No complaint or appeal against the judgment of the court of first
instance based on the verdict reached by a jury may be lodged with the
court of appeal. The judgment enters into force from the day of its
proclamation.
Jury trial has a number of advantages in comparison with traditional
trials. The important features of jury trials are independence, objectivity
and impartiality of jurors as well as litigation process.
We strongly believe that presence of jury trials in the legislation of the
Republic of Azerbaijan is a big step for future.
Dostları ilə paylaş: |