«Analitik Baxış. (Sam)». 2010. Say S. 22-25. Xocali soyqiriminin hüquqi TƏHLİLİ



Yüklə 168,18 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü168,18 Kb.
#65874


«Analitik Baxış. (SAM)».-2010.-Say 1.-S.22-25.

XOCALI SOYQIRIMININ HÜQUQİ TƏHLİLİ

Dilbadi QASIMOV

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı, 

Strasburq Universitetinin hüquq elmləri doktoru.

Tarix  boyu  baş  vermiş  silahlı  münaqişələrin  səbəbləri  fərqli  olsa  da,  onların  nəticələri  çox  zaman  dinc

əhalinin kütləvi şəkildə  öldürülməsi  ilə  səciyyələnir.  Bu  cür  qətliamlar  bəzən  təsadüf,  diqqətsizlik  və  ya  yanlışlıq

səbəbindən baş verdiyi halda, bir çox hallarda bilərəkdən və ya düşünülmüş şəkildə törədilir. Burada məqsəd qarşı

tərəfə sarsıdıcı, fiziki və psixoloji zərbə vurmaq olur. Bu halda artıq söhbət soyqırım cinayətindən gedir.

Azərbaycan xalqı da soyqırım fəlakəti  ilə  üzləşmişdir.  Yəni  25-26  fevral  1992-ci  il  tarixində  erməni  silahlı

qüvvələri  rus  ordusunun  dəstəyi  ilə  Azərbaycanın  Xocalı  şəhərinə  basqın  edərək  gecə  ikən  dinc  əhalini  kütləvi

şəkildə  qətlə  yetirmişdir.  Bu  qətliam  nəticəsində  şəhər  tamamilə  dağıdılmış,  orada  yaşayan  insanlar  isə  amansız

şəkildə öldürülmüşdür. Xocalı qətliamı müharibə şəraitində baş versə də, onu müharibə şəraitində baş vermiş digər

qətl  hallarından  fərqləndirmək  lazımdır.  Çünki  o,  yuxarıda  da  qeyd  olunduğu  kimi,  təsadüf  və  ya  ehtiyatsızlıq

səbəbindən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilmişdir.

Soyqırım ifadəsi ilk dəfə 1944-cü ildə yəhudi əsilli amerikalı alim Rafael Remkin tərəfindən işlədilmişdir. Bu

ifadə III Reyx tərəfindən yəhudi əsilli insanların kütləvi şəkildə məhv edilməsinə istinadən yaradılmışdır. Soyqırım

və ya genosid ifadəsi yunan dilində olan genos, yəni "soy" sözü ilə latın mənşəli cide, yəni "öldürmək, məhv etmək"

sözlərinin  birləşməsindən  əmələ  gəlmişdir.  Bu  ifadə  1945-ci  ildə  Nüremberq  tribunalı  tərəfindən  müharibə

cinayətkarlarının  günahlandırılması üçün  istifadə  edilmişdir.  1946-cı ildə  BMT-nin  Baş  Assambleyası tərəfindən

qəbul olunmuş 96 (I) nömrəli qətnamədə soyqırım anlayışına aşağıdakı kimi tərif verilmişdir: "Qətl halı bir nəfərin

öldürülməsi olduğu halda, soyqırım bir qrup insanı yaşamaq hüququndan məhrum etmək deməkdir".

Bu  tərifdə  göstərilənə  əlavə  olaraq  qeyd  etmək  lazımdır  ki,  qətliamın  soyqırım  kimi  tanınması üçün  onun

rəsmi şəkildə qərara alınması və bilərəkdən bir qrup insanın öldürülməsi məqsədi ilə həyata keçirilməsi şərtdir. Bu

halda  öldürülmüş  insanların  sayca  çox  olmaları vacib  deyildir.  Yəni  düşünülmüş  şəkildə  bir  qrup  insanın  məhv

edilməsi  nüansı soyqırımı müharibə  və  insanlığa  qarşı  digər  cinayətlərdən  fərqləndirir.  Çünki  bu  halda  soyqırım

cinayətini törədənin məqsədi sadəcə bir şəxsi deyil, bütövlükdə onun aid olduğu qrupu da məhv etməkdir.

Bir qrup insanın düşünülmüş şəkildə məhvi ilə nəticələnən təqib halları müəyyən fərqli formalarda olduqları

üçün  soyqırımın  hansı  halda  baş  verməsini  dəqiqləşdirmək  lazımdır.  Keçmiş  Yuqoslaviyaya  dair  aparılan

məhkəmənin qanunvericiliyinə əsasən insanların kütləvi şəkildə öldürülməsinin soyqırım kimi qəbul olunması üçün

həmin  insanların  hansısa  ümumi  xüsusiyyətlərə  malik  olmaları və  onların  məhz  həmin  xüsusiyyətlər  səbəbindən

öldürülməsi  şərtdir.  Bu  xüsusiyyətlər  aşağıdakılardır:  dini,  etnik,  milli  və  irqi.  Əks  halda,  misal  üçün,  bir  qrup

insanın siyasi baxışlarına görə və ya başqa səbəblərdən kütləvi şəkildə təqib edilməsi soyqırım kimi qəbul edilmir.

Yəni sadalanan dörd şərtdən biri sübut olunmadığı təqdirdə soyqırımdan söhbət gedə bilməz.

Göstərilən  bu  şərtlər  9  dekabr  1948-ci  ildə  BMT  tərəfindən  qəbul  olunmuş  "Soyqırım  cinayətlərinin

qarşısının  alınması  və  onun  cəzalandırılması  haqqında"  konvensiyada  da  nəzərdə  tutulmuşdur.  Həmin

konvensiyanın 2-ci maddəsi aşağıdakı kimidir: "Hazırkı konvensiyaya əsasən soyqırım mil li, etnik, irqi və dini bir

qrupu tamamilə və ya qismən məhv etmək məqsədilə həyata keçirilən aşağıdakı hallardan birinə aid edilir:

a)

bir qrupun üzvlərini öldürmək;



b)

bir qrupun üzvlərinə fiziki və əqli ağır zərbələr vurmaq;

c)

bir qrupu onun tamamilə və ya qismən məhvi ilə nəticələnən dözülməz vəziyyətlərdə saxlamaq;



d)

bir qrupun daxilində doğuşlara maneə törədən ölçüləri tətbiq etmək;

e)

bir qrupdan başqa bir qrupa məcburi olaraq uşaqları köçürmək".



1

Soyqırım cinayətinin baş verdiyini iddia etmək üçün yuxarıda göstərilən şərtlərdən biri kifayətdir.

Konvensiyanın  sözügedən  maddəsi  ilə  əlaqədar  Beynəlxalq  Ədalət  Məhkəməsinə  bir  neçə  iş  təqdim

edilmişdir.  Bu  işlərin  arasında  Bosniya-Hersoqovinanın  Yuqoslavi yaya  qarşı  təqdim  etdiyi  iş  nəzəri  cəlb  edir,

çünki  orada  Xocalı soyqırımı ilə  əlaqədar  ortaya  çıxacaq  bir  sıra  suallara  cavab  tapmaq  mümkündür.  Yəni  bu  iş

Azərbaycanın Ermənistana qarşı beynəlxalq məhkəmə qarşısında qaldıracağı mümkün iddiaya uyğun gəlir.

Bildiyimiz kimi, Xocalı soyqırımı baş ver diyi zaman Ermənistan soyqırım konvensiyasına üzv deyildi. Yəni

ilk  baxışdan  belə  anlaşıla  bilər  ki,  onun  beynəlxalq  hüquqa  əsasən  soyqırım  törətməmək  öhdəliyi  yoxdur.

Yuqoslaviya  da  məhkəmə  qarşısında  məhz  bu  amilə  əsaslanaraq  etiraz  edirdi.  Lakin  məhkəmə  həmin  etirazı rədd

edərək  bildirdi  ki,  soyqırım  konvensiyasında  nəzərdə  tutulmuş  müddəalar  bütün  müasir  cəmiyyətlər  tərəfindən

tanınmışdır və bu müddəalar dövlətlər üçün erga omnes dəyərinə malikdir, yəni dövlətlər heç bir hüquqi öhdəlikləri

olmadığı halda belə soyqırım törətməkdən boyun qaçırmalıdırlar.  Başqa  bir  tərəfdən  isə  soyqırımın  rədd  edilməsi

prinsipi bəşəri bir dəyərdir, о beynəlxalq hüququn ən ali prinsiplərindən olub jus cogens (yəni bütün dövlətlər üçün

1

 Bu tərif Beynəlxalq Cinayət Məhkəməsini yaradan Roma Statusunun 6-cı maddəsində də öz təsdiqini tapmışdır.




məcburi olan) keyfiyyətinə malikdir.

2

Beynəlxalq  Ədalət  Məhkəməsinə  görə,  soyqırım  konvensiyası həm  dövlətlərə  soyqırım  törətməyi  qadağan



edir,  həm  də  onlara  soyqırım  cinayətinin  baş  verməsinin  qarşısını  almaq  öhdəliyi  tanıdır.  Soyqırımın  qarşısını

almaq  dövlətlərə  verilmiş  ayrıca  məcburi  bir  öhdəlikdir  və  dövlətlər  mümkün  olan  bütün  vasitələrdən  istifadə

edərək  onun  baş  verməsinin  qarşısını  almalıdırlar.  Yəni  soyqırımın  baş  verməsindən  xəbərdar  olan  dövlət  onun

qarşısını almaq  məqsədilə  əlindən  gələni  etmirsə,  o,  bu  cinayət  üçün  məsuliyyət  daşıyır.  Həmçinin,  dövlətlər  öz

qanunvericiliyinə tabe olmayan, amma üzərində müəyyən təsiri olan insanların da  soyqırım törətməsinin  qarşısını

almalıdırlar.

3  

Beləliklə,  yuxarıda  qeyd  edilənləri  nəzərə  alaraq  bu  nəticəyə  gəlmək  olar  ki,  Ermənistan  həm



düşünülmüş şəkildə soyqırım cinayətini törətdiyi, həm də onun qarşısını almaqda heç bir istək nümayiş etdirmədiyi

üçün məsuliyyət daşıyır. Bu sonuncu məsuliyyəti Rusiya Federasiyasına da aid etmək olar. Əsasən də ona görə ki,

Rusiya  Xocalı  soyqırımının  baş  verəcəyindən  xəbərdar  olduğu  halda,  onun  qarşısını  almaq  üçün  nəinki  heç  bir

addım atmamış, hətta onun tabeliyində olan hərbi hissə bu cinayətin törədilməsində fəal iştirak etmişdir.

Bundan  əlavə,  Beynəlxalq  Ədalət  Məhkəməsi  qeyd  edir  ki,  soyqırım  cinayəti  müəyyən  bir  qrupun  məhv

edilməsinə  aid  olduğu  üçün  "qrup"  anlayışının  hüquqi  tərifini  dəqiqləşdirmək  vacibdir.  Yəni  soyqırım

konvensiyasının  2-ci  maddəsində  nəzərdə  tutulan  qrup  üzvlərinin  öldürülməsinin  hansı  formalarının  soyqırım

cinayətinə uyğun olmasını müəyyən etmək lazımdır.  Bunun üçün Beynəlxalq Ədalət Məhkəməsi aşağıdakı şərtləri

təyin  edir:  hədəfə  alınan  qrupun  vacib  bir  hissəsi  məhv  edilsin.  Yəni  qrupun  məhv  edilən  hissəsi  о  qədər  vacib

olmalıdır  ki, bu hal həmin qrupun varlığına  ciddi  təhlükə  yaratsın. Beləliklə,  Xocalıda  yaşayan əhalinin  vacib  bir

hissəsinin məhv edilməsini nəzərə alaraq bu birinci şərtin Xocalıya uyğun olmasını iddia etmək olar. Başqa bir şərt

kütləvi  qırğının  müəyyən  bir  coğrafi  əraziyə  aid  olmasıdır.  Yəni  hədəfə  alınan  qrupa  aid  olan  insanların  bütün

dünyada  məhv  edilməsi  vacib  deyil.  Müəyyən  bir  ərazidə  həmin  qrupun  üzvlərinin  kütləvi  öldürülməsi  soyqırım

cinayətinə uyğun gəlir. Bu şərti Xocalı ilə müqayisə edəndə məlum olur ki, Beynəlxalq Ədalət Məhkəməsinin tələb

etdiyi  kimi,  Xocalı  soyqırımı  müəyyən  bir  ərazidə  baş  vermişdir,  yəni  giriş-çıxışı  məhdudlaşdırılmış  Xocalı

şəhərində. Bundan əlavə, soyqırım törədənin imkanlarını da nəzərə almaq lazımdır.  Çünki erməni silahlı qüvvələri

niyyətlərini  həyata  keçirmək  üçün  bütün  imkanlara  malik  idilər.  Yəni  köməksiz  və  xilas  olmağa  imkanı olmayan

insanlar hərbçilər tərəfindən odlu silahlarla kütləvi şəkildə qətlə yetirilmişlər.

Beləliklə,  bu  nəticəyə  gəlmək  mümkündür  ki,  Xocalı qətliamına  soyqırım  ifadəsini  qeyd-şərtsiz  aid  etmək

olar.  Belə  ki,  həmin  qətliam,  birincisi,  Ermənistan  dövlətinin  əvvəlcədən  düşünülmüş  siyasəti  nəticəsində  baş

vermişdir. İkincisi, oradakı insanlar azərbaycanlı və ya türk olduqları üçün öldürülmüşdür. Bu sonuncu amil həmin

qətliamın  baş  verməsində  ayrı-seçkiliyin  olmasını üzə  çıxarır  və  beynəlxalq  hüquqda  qadağan  olunmuş  aparteid,



irqçilik,  ksenofobiya  və  s.  kimi  cinayətlərə  uyğun  gəlir.  Həmin  cinayətləri  qadağan  edən  beynəlxalq  sənədlər

Ermənistan Respublikasının məsuliyyətə cəlb olunmasına əsas verir.

Bundan əlavə, işğal olunmuş  ərazilərdə tarixi maddi-mədəniyyət abidələrinin də məhv edilməsini və terrora

məruz qalmasını nəzərə  alaraq  Azərbaycan  Ermənistana  qarşı həm maddi,  həm də  mənəvi  soyqırım iddiaları irəli

sürməlidir

Soyqırım törətmiş şəxslərin beynəlxalq məsuliyyəti

Müasir  dünyada  soyqırım  beynəlxalq  cinayət  kimi  tanınaraq  qadağan  olunmuşdur.  Əgər  soyqırım  cinayəti

baş  vermişsə,  onun  məsuliyyəti  eyni  zamanda  həm  dövlətə,  həm  də  həmin  cinayətin  baş  verməsində  bilavasitə

iştirak  etmiş  şəxslərə  aid  edilir.  Bunun  üçün  beynəlxalq  hüquq  tələb  edir  ki,  hər  bir  dövlət  öz  daxili

qanunvericiliyinə soyqırım cinayətində təqsirli bilinən şəxslərin məsuliyyətini təyin edən müddəalar daxil etsin. Bu

vasitə ilə soyqırım cinayətini törədən şəxslərin məsuliyyətdən yayınmasının qarşısı alınmalıdır.

4

 Çünki Nüremberq



tribunalının  məşhur  cümləsində  də  deyildiyi  kimi:  "Bir  cinayəti  qeyri-müəyyən  orqanlar  yox,  müəyyən  şəxslər

törədirlər".

Bu cür yanaşma Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də qəbul edilmişdir və o, beynəlxalq hüquqda ikili

məsuliyyətin,  yəni  eyni  zamanda  dövlətin  və  şəxsin  məsuliyyətinin  mümkünlüyünü  qəbul  edir.  Beləliklə,

Xocalıdakı soyqırım cinayəti üçün yalnız Ermənistan Respublikası deyil, həm də onun baş  verməsində fəal iştirak

etmiş erməni məmurları da məsuliyyət daşıyırlar. Amma çox təəssüf ki, həmin şəxslər nəinki cəzasız qalıblar, hətta

onların bir qismi bu gün Ermənistan Respublikasının hakimiyyət orqanlarında məsul vəzifələr daşıyırlar.

Bunun  üçün  Azərbaycanın  diaspor  və  başqa  bu  tipli  təşkilatları dünya  dövlətlərindən  Xocalı soyqırımında

iştirak  etmiş,  cinayət  törətmiş  şəxslərin  ərazilərinə  səyahət  etdikləri  zaman  məsuliyyətə  cəlb  edilməsini  tələb

etməlidirlər.  Bu  praktika  artıq  bir  neçə  Avropa  ölkəsində  baş  tutmuşdur.  Misal  üçün  Belçikada,  İsveçrədə  və

Kanadada  Ruanda  soyqırımında  təqsirli  bilinən  şəxslərə  qarşı  cinayət  işi  açılmış  və  onlar  məhkəmə  qarşısında

cavab verməli olmuşlar.

2

 Bosniya-Hersoqovina Serbiya və Monteneqroya qarşı, 26 fevral 2007-ci il tarixli təhlil qərarı, §161.



3

 Yenə orada, § 166.



4

 Bu məcburiyyət soyqırım konvensiyasının 6-cı maddəsində də nəzərdə tutulmuşdur.



Yüklə 168,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə