ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   9   10   11   12   13   14   15   16   ...   110

30 
 
mamən  qopardılar,   onun   köklü  sakinlərinin  əksəriyyətini məhv etdilər və  ya 
dağıtdılar və onların küllüklərində bərqərar olaraq, özləri ilə bərabər öz qaydalarını 
gətirdilər.  Gürcü  əhalisinin  salamat  qalmış  az  bir  qismini  iqtisadi  baxımdan  kölə 
halına saldılar, ona müsəlman dinini, əxlaqını və s. sırıdılar».
41
 
D.Bakradze  gürcü  salnamələrini  ixtiyari  təfsir  edərək,  Heretinin 
əvvəlcədən  gürcülər  tərəfindən  məskunlaşdığını  söyləməklə  nəinki  Zaqatala 
dairəsinə, habelə Şəki qəzasının da böyük bir qisminə iddiada bulunurdu.
42
 
Məqalənin  mötəbərliyini  gücləndirmək  üçün  o  dövrün  gürcü  intellektual 
dairələrində  danılmaz  nüfuzu  olan  Vaxuştiyə  dəfələrlə  isnad  edən  Bakradze  Şah 
Abbasın  1616-cı 
 
ildəki  bəlli    yürüşünü      Şərqi      Gürcüstan      tarixinin    müəyyən  
dönüş  nöqtəsi  kimi  təqdim  edirdi:  «Məhz  o  zamandan  etibarən  Alazan  arxası 
Kaxetiyada gürcü elementi güclü surətdə seyrəldi (mətndə: gürcü elementi sarıdan 
yoxsullaşdı  - Ş.R.) və onun əvəzinə Azərbaycandan türk tayfasından olan 15 min 
həyət  (ailə  -  Ş.R.)  bura  gətirildi  (mətndə:  sürüldü  -  Ş.R.).  Şah  Abbasdan  sonra 
viranə qalmış Alazan arxası vilayət Dağıstan dağlılarını xüsusən özünə cəlb etməyə 
başladı, onların vərdiş etdikləri məşğuliyyət qarət və qətllər idi».
43
 
Kembric 
«anlayışlar  tarixi»  məktəbinin  görkəmli  nümayəndəsi 
K.Skinnerin fikrincə, hər bir söyləmə intensionaldır, yəni müəyyən məqsəd daşıyır. 
Başqa  sözlə,  sözlər  –  hansısa  bir  məqsədə  çatmağa  yönəlmiş  siqnallar  və  ya 
alətlərdir.
44 
Yuxarıda  gətirilən  iqtibasa  bu  tezisi  tətbiq  etməklə,  söyləyə  bilərik: 
gürcü  intellektual zümrəsinin ruhi-simvolik  sferasını reprezentasiya  (təmsil)  edən 
Bakradze  oxuyan  kütləyə  gürcü  tarixinin müəyyən, ideallaşmaya  meyilli  obrazını 
təlqin  etmək  məqsədi  güdürdü.  Məqalənin  ana  xəttini,  ideal  qəlibini  (matrisasını) 
məhz  böyük,  əzəmətli,  tarixi-coğrafi  planda  o  zamankı  (XIX  əsrin  sonundakı) 
gürcü etnik məskunlaşma arealından qat-qat nəhəng ərazini  əhatə edən Gürcüstan 
məkanı  haqqında  ideya  təşkil  edirdi.  Bakradzenin  Gürcüstan  ideyası  millətçi 
diskursa  (nitq  praktikasına)  xas  bir  sıra  səciyyəvi  cəhətləri    ehtiva    edirdi.  
Millətçiliyin    iri    nəzəriyyəçilərindən  olan  E.Smit  həmin  ideoloji  şüura  xas  olan 
mifologemalar  sırasında  bu  və  digər  xalq  üçün  nə  vaxtsa  «qızıl  əsrin»  mövcud 
olması, bu əsri ərazi itkisi, miqrasiya və başqa bənzər bəlaların baş verdiyi tənəzzül 
çağının əvəz etməsi haqqında inamın, həmçinin  labüd gələcək dirçəlişə  əminliyin  
olmasını  qeyd edirdi.
45
 Bütün bunlara Bakradzenin məqaləsində və ümumiyyətlə, 
gürcü  romantik  millətçiliyinin  tarixi  təsəvvürlərində  də  rast  gəlirik:  orada  gürcü 
tarixinin «qızıl əsri» - Qurucu David və Tamaranın hökmranlığı dövrünə, tənəzzül 
çağı  -monqolların  yürüşündən  sonra,  ələlxüsus  da  XV  əsrin  sonlarına    doğru   
Gürcüstanın   siyasi   cəhətdən   üç   hissəyə   parçalanması ilə başlanmış dövrə, 
ərazi itkiləri və miqrasiya - Şah Abbasın 1616-cı ildə yürüşü nəticəsində, müəllifin 
təbirincə  «Alazan  arxası  Kaxetiyanın»,  yəni  Şimal-Qərbi  Azərbaycanın  bir 
qisminin  müvəqqəti  daxil  olduğu  gürcü  siyasi  və  mədəni  sferasından  çıxmasına 
uyğun gəlirdi. 


31 
 
Millətçilik  üçün  səciyyəvi  olan  «biz-onlar»  dixotomiyası  Bakradzenin 
versiyasında  «mədəni  zəhmətkeş  gürcülər-vəhşi  quldur  müsəlmanlar»  cütlüyündə 
inikasına tapırdı. Bu zaman oxucularda müsəlman etnoslarının Zaqatala mahalında 
peyda  olmalarının  qeyri-təbiiliyi  və  təsadüfiliyi  barədə  təəssüratı  gücləndirmək 
üçün müəllif bəzi linqvistik priyomlara əl atırdı: məsələn, Azərbaycan türklərinin 
bölgəyə  «sürülüb  gətirilməsi»  ifadəsini  qəsdən  işlətməklə  o,  fikrimizcə,  oxucuda, 
bir  tərəfdən  türklərin  sonradan  gəlməsi,  digər  tərəfdən  isə  bu  hadisənin  qeyri-
könüllü olması haqqında təsəvvür aşılamaq məqsədi güdürdü. Analoji yanaşmaya 
S.Esadzedə də rast gəlirik.
46
 
Mənşəcə  ingiloy  olan  M.Canaşvili  1910-cu  ildə  gürcü  dilində  nəşr 
etdirdiyi  «Saingilo»  kitabında  bölgənin  ən  qədim  dövrlərdən  XIX  əsrin 
sonlarınadək  tarixini  yuxarıda  qeyd  etdiyimiz  konsepsiya  çərçivəsində  nəzərdən 
keçirmişdi.
47
 
Beləliklə,  Cənubi  Qafqaz  xalqları  üçün  taleyüklü  1917-ci  il  ərəfəsində 
Zaqatala  mahalı  haqqında  tarixi,  coğrafi,  siyasi  və  sosiomədəni  aspektləri  ehtiva 
edən kifayət qədər bitkin gürcü konsepsiyası yaradılmışdı. O, zəngin gürcü tarixşü-
naslıq  irsi  zəminində,  fəqət  Avropadan  gələn  millətçi  ideyaların,  ələlxüsus  da 
alman romantik konsepsiyasının təsiri altında formalaşmışdı və üzvü surətdə gürcü 
milli ideologiyasına və onun ərazi proqramına daxil olmuşdu. 
 
 
 
 
3. 1917-ci il fevral inqilabından sonra Gürcüstanın 
siyasi partiyalarının milli ərazi proqramları və Zaqatala 
 
1917-ci  ilin  fevralında  Petroqradda  baş  vermiş  uğurlu  hərbi  çıxış  Rusiya 
siyasi  məkanında  fundamental  proseslərə rəvac  verdi.  Analoji  proseslərin  cərəyan 
etdiyi və siyasi tranzit (keçid) dövrü kimi səciyyələndirə biləcəyimiz zəmanələrdə 
etniklik resursu kifayət qədər aktuallaşır: o sosial-siyasi münasibətlərdə, kütlələrin 
təşkilatlanması və səfərbərliyində önəmli rol oynamağa iddia edir.
48
 
1917-ci  ilin  fevral  inqilabının  ilk  günlərindən  etibarən  Cənubi  Qafqazda 
da  etniklik  resursunun  fəallaşmasının  şahidi  oluruq:  o  çağadək  bu  və  ya  digər 
dərəcədə  həyat  əlaməti  göstərən  mədəni-etnik  hərəkatlar  sürətlə  etnosiyasi 
hərəkatlara    transformasiya    olunur.    Etnosiyasi    hərəkatın
49
  meydana  çıxması 
etnosun  (etnik  qrupun)  siyasi  aktora  konversiyası  (çevrilməsi)  deməkdir;  belə  bir 
siyasi aktor (fəal subyekt) öz etnik rəqiblərinə əks təsir göstərməyə, və ya öz etnik 
maraqlarını  dövlət  siyasətinin  gündəliyinə  daxil  etməyə  çalışır.  Hər  hansı 
etnosiyasi  hərəkatın  yaranması  üçün  tələb  olunan  əsas  amillərdən  biri  kimi 
etnikliyin  siyasiləşməsi  və  səfərbər  olunması  çıxış  edir.  Siyasiləşmə  prosesində 
etnomədəni  markerlər  və  simvollar  (dil,  din,  mənşə  və  tarix  ümumiliyi,  habelə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə