Aylıq
Bülleten
44 C.Cabbarlı küç., Kaspian Plaza I, 5-ci
mərtəbə
amfa@amfa.az
+994 12 437 16 45
+994 12 437 23 39
Mikromaliyyə institutlarının potensial imkanlarının
gücləndirilməsi və mikromaliyyə birliyinin və onun
müştərilərinin maraqlarının təmin olunması üçün
effektiv birgə fəaliyyətin təşviq edilməsi
104-cü buraxılış
10 mart, 2016
Bakı, Azərbaycan
1
2
3
4
5
6
7
AMFA, Sosial Fəaliyyət Fondunun
dəstəyi ilə yeni layihəyə start verdi
Gender yönümlü mikromaliyyə
Üzvlər Köşəsi
SMART Campaign-ilə birgə seminar
Bizimlə Əlaqə
Bu sayımızda:
Missiyamız
Peşəkar İnkişaf
İşçi effektliliyinin stimullaşdırılması
kouçinq proqramı
104-cü buraxılış
SMART Campaign-in əməkdaşlığı və Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə, AMFA 2016-ci ilin 17-19 fevralında,
Kempinski hotelində, Müştərilərin, təşkilatların, və sektorun artıq-borclanmasının qarşısının alınması mövzusunda 3
günlük təlim təşkil etdi. Bu təlimdə, iştirakçılar artıqborclanma haqqında daha dərin məlumat əldə etdilər. İştirakçılar
artıq borclanmanı hansı meyarlarla ölçməyi bə müəyyən etməyi və səbəblərini, təsirlərini ortaya çıxarmaq və
Azərbaycandakı rolunu müəyyən etmək vasitələri ilə tanış oldular. Bundan əlavə təlimdə daha sağlam qaydalar və
kredit büroların maliyyə təşkilatlarına riskləri minimuma necə endirə biləcəyini və öz müştərilərini etibarlı kreditləri
təmin etmək yolları barədə məlumatlar paylanıldı.
Seminar interaktiv təcrübələri öyrənməklə aktiv sessiyalar və diskusiya qrupları təşkil etməklə AMFA və Smart
Campaign təlimçiləri tərəfindən aparıldı. Seminara dəvət olunan qonaqlar arasında Beynəlxalq Maliyyə Korporasiyası
və Mərkəzi bankın nümayəndələri var idi.
Müştərilərin, təşkilatların, və sektorun
artıq-borclanmasının qarşısının alınması
17-19 fevral, 2016-cı il
Bakı, Azərbaycan
Sosial Fəaliyyət Fondunun dəstəyi ilə AMFA yeni SPİ 4 alətinin
inteqrasiya və ölkə hesabatının hazırlanmasını nəzərdə tutan
layihəsinə 2 Mart tarixində İlkin Təlim görüşü ilə başlamışdır.
Tədbirdə AMFA üzv təşkilatlarından bu layihəyə qoşulan bank
və bank olmayan kredit təşkilatları iştirak etmişdir. Tədbirin əsas
məqsədi layihədə iştirak edəcək maliyyə qurumlara a) SP
Fondun bu proqramının onlara verdiyi əsas fayda və üstünlüklər
haqqında ətraflı məlumat əldə etmək, b) SPİ 4 alətindən necə
daha effektiv istifadə etmək yolları ilə tanış olmaq, c) sosial
fəaliyyət üzrə toplanmış məlumatların yerli və xarici maraqlı
tərəfdaşlara hesabatlar zamanı necə səmərəli istifadəsinin
müzakirəsi olmuşdur.
Təlim zamanı, iştirakçılar layihənin nəticələri və onların
səmərəli şəkildə faydalanmaları üzrə suallar vermiş, eyni
zamanda maraqlı tapşırıqları üzrə qrup şəklində işləmiş,
Universal Standartların indikatorları üzrə təcrübələri müzakirə
etmiş və SPİ4 aləti üzrə işləmişlər.
Sosial Fəaliyyət Fondunun dəstəyi ilə
AMFA yeni layihəyə start verdi
104-cü buraxılış
Gender yönümlü mikromaliyyə
Bakı, 3 mart, 2016 –cı il Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşəbbüsü ilə 8 Mart Beynəlxalq Qadınlar Günü
ərəfəsində “Qadınların İnkişafında Mikromaliyyənin Rolu” adlı mətbuat konfransı keçirilib. Tədbirin keçirilməsində məqsəd
gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasında mikromaliyyənin rolunu vurğulamaq, qadınların
məsuliyyətli müştəri və sahibkar kimi cəmiyyətin inkişafına verə biləcəyi töhvələri qeyd etmək və bu barədə olan mesajı daha
geniş ictimaiyyətin nəzərinə çatdırmaq idi.
Ölkənin aparıcı mikromaliyyə institutlarından - AccessBank, TuranBank, FINCA Azerbaijan, MolBulak, TBC Kredit və Vijn
Fond AzərKredit BOKT tədbirin təşkilində yaxından iştirak etmiş və qadın müştərilərə göstərilən maliyyə xidmətləri barədə
məlumatları media nümayəndələrinin diqqətinə çatdırmışdır.
“Biz bu gün müşahidə edirik ki, qadın müştərilərinin çox yaxşı ödəniş tarixçələri var. Həmçinin xanımlar məsuliyyətli müştəri
və əməkdaşdırlar. Qadın kredit işçiləri mikromaliyyədə daha çox qadın müştərini biznesə cəlb edərək onların inkişafına daha
çox töhvə verilə bilirlər”-, deyə Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri cənab Süleyman Kələşov
tədbirdə çıxışı zamanı bildirib.
AMFA-nın İcraçı direktoru xanım Jalə Hacıyeva “Qadınların İnkişafında Mikromaliyyənin Rolu” barədə çıxış edərək qadın
müştərilər barədə olan statistik məlumatları media nümayəndələrinin nəzərinə çatdırıb. Onun sözlərinə görə, 31 yanvar,
2016-cı il tarixinə olan statistikaya əsasən Azərbaycanda $ 685, 267,174 dollar həcmində mikrokredit portfeli olan
mikromaliyyə institutları hal- hazırda 115 747 (23,5%) –dən çox qadın müştəriyə maliyyə xidmətləri göstərir.
Tədbirdə qonaq natiq qismində İsveçrə Əməkdaşlıq ofisinin Regional direktor müavini Dr. Simone Haeberli “Mikromaliyyə və
bank sahəsində qadınların dəstəklənməsində İsveçrə təcrübəsi” ni, Biznes üzrə beynəlxalq konsultant Nini Karseladze
qadın sahibkarlar üçün keçirilən seminarların əhəmiyyəti barəsində iştirakçılara məlumat verdi.Daha sonra isə müxtəlif
mikromaliyyə institutlarının qadın kredit işçiləri və müştəriləri çıxış edərək mikromaliyyənin önəmi barədə fikirlərini
səsləndirmiş və bu sahədə olan təcrübələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Tədbirin sonunda iştirak edən bütün qadınlara Assosiasiya tərəfindən hədiyyələr təqdim edildi.
Qadınların mikromaliyyədə rolu
Asiya İnkişaf Bankı (AİB) özəl sektorda keçirdiyi əməliyyatları çərçivəsində “FINCA Azerbaijan” Qeyri-Bank
Kredit Təşkilatı ilə texniki yardım haqqında saziş imzalayıb. Razılaşmaya görə, AİB “FINCA Azerbaijan”ın
institusional inkişafı və potensialının daha da gücləndirilməsinə dəstək olmaq məqsədi ilə 400.000 ABŞ dolları
məbləğində Təşkilata texniki yardım göstərəcək.
“Asiya İnkişaf Bankı ilə “FINCA Azerbaijan” arasında texniki yardım haqqında sazişin imzalanması bizim
münasibətlərimizdə növbəti önəmli bir mərhələdir. Bu yardım müştəri və əməliyyatlarının 80 faizi Bakı və
Abşeron yarımadasından kənarda olan FINCA-nın Azərbaycan regionlarında kənd təsərrüfatı və kənd
sahibkarlığını dəstəkləməsinin davam etdirilməsinə kömək edəcəkdir”-, deyə FINCA Azerbaijan” QBKT-nin
ölkə üzrə direktoru Timoti Tarrant bildirib.
“FINCA Azerbaijan” bu texniki yardımı kreditvermə prosesini sürətləndirmək üçün dəyərləndirmə əsaslı
qərarvermə modelini tətbiq etmək, həmçinin kassalardan əlavə kredit çatdırılması kanallarının yaradılması
kimi öncəki səylərini genişləndirmək istiqamətində istifadə etməyi nəzərdə tutur.
Baş ofisi Manilada yerləşən AİB əhatəli iqtisadi artım, ekoloji cəhətdən davamlı inkişaf və regional inteqrasiya
vasitəsilə Asiya və Sakit Okean regionunda yoxsulluğun azaldılmasına çalışır. AİB 1966-cı ildə yaradılıb, 48 ölkə
Asiya və Sakit okean regionundan olmaqla 67 üzv ölkədən ibarətdir. Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür.
“FINCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatı 1998-ci ildən Azərbaycan Respublikası
Mərkəzi Bankı tərəfindən verilmiş məhdud lisenziya ilə fəaliyyət göstərən və Azərbaycanda bank olmayan
aparıcı mikromaliyyə institutudur.
Üzvlər köşəsi
Asiya İnkişaf Bankı “FINCA Azerbaijan” ilə texniki yardım haqqında saziş imzalayıb
103-cü buraxılış
AccessBank-dan pulsuz internet-bankinq
AccessBank fiziki şəxslər və fərdi sahibkarlar üçün myAccess internet-bankinq xidmətindən ilk 3 ay ərzində pulsuz istifadə
imkanını yaradır.
myAccess müasir tələblərə cavab verən innovativ internet-bankinq sistemidir. Ötən ilin oktyabr ayında istifadəyə verilən bu
xidmət qısa müddət ərzində müştərilərin böyük marağına səbəb olub. Sistemin rahatlığı və funksionallığı, həmçinin hesabları
idarə etmək üçün yaratdığı geniş imkanlar korporativ müştərilər tərəfindən də yüksək qiymətləndirilir. Sistem istifadəçilərinin
sayı gündən-günə çoxalır – yalnız son iki ay ərzində xidmətə qoşulan müştərilərin sayı iki dəfə artıb.
myAccess təhlükəsizliyi yüksək səviyyədə təmin edir, belə ki High-Tech Bridge və Qualys şirkətləri, eləcə də “Böyük dördlüyə”
daxil olan və dünyanın ən böyük auditor-məsləhətçilik şirkətlərindən biri PwC tərəfindən aparılan tədqiqatlar əsasında
myAccess Azərbaycanda ən təhlükəsiz internet-bankinq sistemlərindən biri kimi tanınıb.
İstifadəçilərin rahatlığı üçün Bankın saytında video-təlimatlar yerləşdirilib. Həmin təlimatlar sayəsində müştərilər sistemin
imkanları ilə tanış olaraq ətraflı məlumat əldə edə bilərlər.
AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb.
Azərbaycanın aparıcı banklarından biri olan AccessBank geniş çeşidli bank xidmətləri təqdim edir. Ölkə üzrə geniş filiallar
şəbəkəsinə malik olan Bankda 1800 yaxın əməkdaş çalışır.
Peşəkar İnkişaf
104-cü buraxılış
MFC İllik Konfransı
AMFA, “CBSolutions”şirkətinin əməkdaşlığı ilə “İşçi Effektliliyinin Stimullaşdırılması Kouçinq Proqramı”
həyata keçirir
Dil: Azərbaycan
Format: 1 ay 4 sessiyadan ibarət olmaqla, 3 ay müddətində fərdi kouçinq sessiyaları
Hədəf işçilər: Qərarvermə səlahiyyəti olan şəxslər
Kouç: Camal Şahverdiyev. “CBSolutions” şirkətinin direktorudur və 17 illik təcrübəsi vardır.
O, 2011-ci ildə MAXİMUM beynəlxalq kouçinq akademiyasının peşəkar kouç proqramını bitirmişdir.
Ətraflı məlumat və qeydiyyatdan keçmək üçün xahiş edirik ki, Sevda Huseynova ilə əlaqəs axlayasınız.
(elektron poçt:
program@amfa.az)
19-cu MFC İllik Konfransı: Təqviminizdə qeyd edin!
Məmnuniyyətlə elan etmək istərdik ki, 19-cu MFC İllik Konfransl 22024 iyun, 2016-ci ildə Tirana, Albaniyada keiriləcək
Konfransın qeydiyyat tarixini və mövzularını nəzəriizə çatdıracayıq
44 C. Cabbarlı küç., Kaspian Plaza I, 5-ci mərtəbə
+994 12 437 16 45
+994 12 437 23 39
Azerbaijan Micro-finance Association
AMFA ( Azerbaijan Micro-finance Association)
Document Outline - Page 1
- Page 2
- Page 3
- Page 4
- Page 5
- Page 6
Dostları ilə paylaş: |