Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №2, səh. 134-135 (2013)



Yüklə 33,71 Kb.
Pdf görüntüsü
tarix26.01.2018
ölçüsü33,71 Kb.
#22477


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №2, səh. 134-135 (2013) 

İlham Ələkbərov - 65  

 

Biologiya elm



ləri doktoru, professor,  AMEA-

nın  müxbir  üzvü  İlham  Xəyyam  oğlu  Ələkbərov 

zoologiya  elmində  dərin  araşdırmalar  aparan  və 

sanballı  nəticələr  əldə  edən  nüfuzlu  alimlərdən 

biridir.  

İlham Ələkbərov 1948-ci il noyabr ayının 20-

də  Bakı  şəhərində  ziyalı  ailəsində  dünyaya  göz 

açmışdır.  Atası    b.e.n.  Xəyyam  Ələkbərov  uzun 

illər  AMEA  Zoologiya  İnstitutunun  Teriologiya 

lobaratoriyasının  müdiri, anası  b.e.n.  Xalidə 

Quliyeva AMEA  Botanika 

İnstitutunda böyük elmi 

işçi  vəzifələrində  çalışmışlar.  İlham  Ələkbərovun 

istər  cəmiyyət  üçün  faydalı  insan  kimi 

yetişməsində, istərsə də yüksək elmi biliklərə yiyə-

lənməsində valideynlərinin böyük rolu olmuşdur.  

1966-

cı ildə Bakı şəhəri 134 saylı orta məktəbi 



bitirdikdən 

sonra 


 

Azərbaycan 

Dövlət 

Universitetinin biologiya fakül



təsinə  daxil  olmuş-

dur. Elə tələbəlik illərində gələcək ixtisaslaşma isti-

qa

mətini 


özü 

üçün 


tam 

yəqinləşdirərək  

sərbəstyaşayan  təkhüceyrəli  heyvanların  öyrənil-

məsini  qarşıya  məqsəd  qoymuş  və  bu  sahədə 

tədqiqatlara  başlamışdır.  1971-ci  ildə  universiteti 

bitirdik


dən  sonra  AMEA    Zoologiya  İnstitutunun 

Hidrobiologiya laboratoriya

sında əmək fəaliyyətinə 

başlamış və paralel olaraq  qiyabi aspiranturaya da-

xil olmuşdur.  

İşlədiyi və təhsil aldığı illərdə tədqiqatlar üçün 

zəruzi olan çətin sitoloji metodları mənimsəmişdir. 

Onun  yüksək  ixtisaslı  mütəxəssis  kimi  formalaş-

masında  SSRİ  EA  Sitologiya  və  Zoologiya 

institutlarının aparıcı mütəxəssisləri - protistoloqlar 

Y.İ.Polyanski, İ.B.Raykov, A.V.Yankovski və baş-

qalarının  böyük  dəstətəkləri  olmuşdur.  İlham 

Ələkbərovun  bir  alim  kimi  yetişməsində  və  ida-

rəçilik keyfiyyətləri əxz etməsində akademik Musa 

Musayevin zəhməti misilsizdir.  

Sərbəstyaşayan  ibtidailər,  ilk  növbədə,  infuzor 

və çanaqlı amöblərin dəniz və şirin suların bioloji tə-

mizlənməsində  rollarının tədqiqi ilə bağlı uzun illər 

apar

ılan elmi tədqiqatları 1977-ci ildə uğurla yekun-



laşdıran  İlham  Ələkbərov  «Mingəçevir,  Varvara  və 

Ceyranbatan  su  anbarlarının  plankton infuzorları» 

mövzusund

namizədlik 



dissertasiyasını 

müvəffəqiyyətlə  müdafiə  etmişdir.  Bundan  sonra  o 

Azərbaycanın  şirin  sularının  infuzor  faunasını  və 

ekologi


yasını  öyrənmək  istiqamətində  elmi  işlərini 

intensiv surətdə davam etdirmişdir. Keçən əsrin 90-

cı  illərində  Qırğızıstan  EA  Biologiya  İnstitutunun 

kompleks  ekspedisiyalarında  iştrak  etmiş  və 

Tacikistan, Qırğızıstan və Özbəkistanın dağ region-

larının  suda  və  torpaqda  yaşayan  infuzorları  üzrə 

nadir material toplam

ışdır. 


 

 

 



İlham  Ələkbərovun  çoxillik  tədqiqatlarının 

n

əticələri  1987-ci  ildə  Leninqrad  Universitetində 



müvəffəqiyyətlə  müdafiə  etdiyi  «Azərbaycan  şirin 

su 


infuzorları» 

mövzusundakı 

doktorluq 

dissertasiyasında  əksini  tapmışdır.  Bu  tədqiqatlara 

qədər  ədəbiyyatda  yalnız  85  şirin  su  infuzoru  mə-

lum idisə, hazırda onların sayı Azərbaycanın bütün 

su və torpaqlarında 500 növə qədərdir. 4 fəsilə, 12 

cins  və  100  artıq  növ  elm  üçün  ilk  dəfə  olaraq 

İlham  Ələkbərov  tərəfindən  təsvir  edilmiş  və 

sonralar dünya

nın  digər  regionlarının  aparıcı 

mütəxəssisləri  tərəfindən  qeyd  edilmişdir.  Sərbəst-

yaşayan  infuzorların  faunası,  təsnifatı  və 

morfologiyasının 

öyrənilməsindəki 

böyük 


uğurlarından başqa, İlham Ələkbərov ibtidailərin bu 

qrupunun ekologi

yasının  təyin  edilməsi  sahəsində 

də mühüm nəticələr əldə etmişdir.  

İlham  Ələkbərov  ilk  dəfə  olaraq  Azərbaycan 

şəraitinə  adaptasiya  olunmuş  100-dən  çox  infuzor 

növünün  – 

müxtəlif  səviyyəli  üzvi  çirklənmənin 

bioindikatorlarının  siyahısını  hazırlamış,  onların 

rast  gəlmə  tezliyi  əsasında  Azərbaycanın  20-dən 

çox 

mühüm  su  anbarının  üzvi  çirklənməsinin 



səbəblərinin xarakteristikası vermişdir. Məhz onun 

tərəfindən  ilk  dəfə  olaraq  bəzi  infuzor  növlərinin 

toksikoloji tədqiqatlarda test-obyektlər kimi istifadə 

olunması  metodikasını  da  işlənilib  hazırlamışdır. 

Haz

ırda  bu  üsulun  istifadə  olunması  tədqiqatçılara 



qısa  müddət  ərzində  neftdən  və  bir  çox  ağır 

metallardan  tutmuş  müasir  insektisidlərə  qədər  bir 

sıra  maddələrin  toksiklik  dərəcəsini  müəyyən 

etməyə imkan verir.  

Hələ  ötən  əsrin  80-ci  illərində  İlham 

Ələkbərov  tərəfindən  hazırlanmış  infuzorların  sıx 

kulturasının  zavod  şəraitində  çoxaldılan  vətəgə 

əhəmiyyətli  balıqların  sürfələri  üçün  qida  kimi 

istifadə  edilməsi  metodikası  balıq  zavodlarında 

134 



Şaiq İbrahimov

  

 

İlham Ələkbərov - 65

 

sürfələrin  yaşama  qabiliyyətinin  artmasına  səbəb 



olmuşdur.  Bu üsul Leninqrad (indiki Sankt-

Peterburq) 

vilayətinin  Kirisi  şəhərində  balıq 

təsərrüfatlarında müvəffəqiyyətlə tətbiq edilmişdir. 

40 il

dən artıq bir dövrü əhatə edən, Azərbayca-



nın, həmçinin Ukraynan, Rusiya, Orta Asiya ölkələ-

ri

,  Çukot  və  Berinq  dənizi,  Atlantik  və  Sakit 



okeanların  sərbəstyaşayan  infuzorlarının  faunistik 

tədqiqatlarının  nəticələri    2005-ci  ildə  rus  dilində 

çap 

olunmuş 


«Атлас 

свободноживущих 

инфузорий» monoqrafiyasında öz əksini tapmış və 

dün


yanın  aparıcı  mütəxəssisləri  tərəfindən  yüksək 

rəylər  almışdır. Kitabda elm üçün 90 yeni  növ  də 

daxil olmaqla, 250-

dən çox infuzor növünün mikro-

şəkillərlə birlikdə təsviri verilmişdir.  

İ.X.Ələkbərovun  2012-ci  ildə  rus  dilində 

çapdan çıxmış (50 səhifə, ingilis dilində olan xülasə 

də daxil olmaqla) «Свободноживущие инфузории 

Азербайджана» adlı ikinçi monoqrafiyası müəllifin 

respublikamızın  dəniz  və  şirin  sularının,  həmcinin 

torpaq infuzorlarının ekologiyası, zoocoğrafiyası və 

praktiki əhəmiyyətinin öyrənilməsi üzrə uzun illərin 

tədqiqatlaarının  nəticələrini  özündə  əks  etdirir.  Bu 

monoqrafiya haqda 

Kiyevdə rus və ingilis dillərində 

nəşr  olunan  “Вестник  зоологии”  adlı  jurnalında 

müsbət  resenziya  çap  edilmiş,  Moskva  Dövlət 

Universitetinin  hidrobiologiya  kafedrası  və  Sankt-

Peterburq  Dövlət  Universitetinin  onurğasızlar 

zoologiyası  kafedrası  kitabın  bəzi  bölmələrini 

özlərinin tədris kurslarına daxil etmişdir.  

İlham  Ələkbərovun  rəhbərliyi  altında  6 nami-

zədlik  dissertasiyası  müvəffəqiyyətlə  müdafiə 

olunmuşdur.  

İlham  Ələkbərov  Bulletin  of  the  British 

Museum  Natural  History  (Böyük  Britaniya)  və 

Turkish Journal of Zoology (Türkiyə) jurnallarının 

protistologiya 

sahəsi  üzrə  rəyçisidir.      O,  müxtəlif 

illərdə Ekologiya Komitəsinin eksperti olmuş, BP-

Azərbaycan  neft  şirkətində  biomonitorinq  və  elmi 

t

ədqiqatlar  qrupunda AMEA-nın  təmsilçisi  kimi 



çalışmışdır.  

Elm 


sahəsindəki 

xidmətləri 

yüksək 

dəyərləndirən alim 2007-ci ildə AMEA-nın müxbir 



üzvi seçilm

işdir.  


Elmi  fəaliyyəti  ilə  yanaşı,  professor  İlham 

Ələkbərov  həm  də  yaxşı  təşkilatçıdır.  AMEA 

Zo

ologiya  İnstitutunun  direktoru,  eyni zamanda 



dissertasiya  müdafiəsi  üzrə  İxtisaslaşmış  Şurasının 

sədri kimi uğurla fəaliyyət göstərir.  

E

lmi  ictimaiyyətimiz  adından  biz  də  İlham 



müəllimi  doğum  günü  münasibəti  ilə  təbrik  edir, 

Azərbaycan  elminin  inkişafı  naminə  ona 

fəaliyyətində  uğurlar  arzulayırıq.  İnanırıq  ki,  o, 

bundan sonra da daima 

öz işlərində yüksək fəallıq 

və vətənpərvərlik nümayiş etdirəcəkdir.  

 

Biologiya elmləri doktoru, professor 

Şaiq İbrahimov 

 

135 



Document Outline

  • 22

Yüklə 33,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə