AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
65
yaranıb, hər kiçik kürənin üstündə tünd rəngli xırda nöqtə-
lər, nöqtələrin ortasında tikanvari nazik tükcüklər var,
şirəsi əldə qırmızı ləkələr yaradır, adi su ilə yuduqda bu
ləkələr,
demək olar ki, yox olur;
b.
Friktual təmasın nəticələri (toxunma ilə bağlı):
ümumi gövdəsi yumşaqdır, diş altında əzildikdə içindən
maye çıxır, kiçik kürəciklərin içində diş altında xırçıl-
dayan xırda toxumcuqlar var; tikanvari nazik tükcükləri
dodaq və dili yüngülcə dalayır, şirəsi əldə və dodaqlarda
yapışqanlıq yaradır, su ilə yuduqda yapışqanlıq yox olur;
c.
Tastual təmasın nəticələri (dadbilmə ilə bağlı):
ümumi dadı şirindir, çox çeynədikdə turşluq, diş altında
əzilən xırda toxumcuqlarında zəif yağ dadı hiss olunur;
d.
Attaral təmasın nəticələri (qoxubilmə ilə bağlı): spe-
sifik qalıcı (təxminən 1-2 saat) şirin qoxusu var, adi su ilə
yuduqda bu qoxu dərhal yox olmur və s.
Göründüyü kimi, burada vizual, friktual, tastual, attaral
təmas nəticəsində yaranan intellekt obrazlarının yalnız
sözlə ifadəsi mümkün olan bir qismi sadalanmışdır.
Burada təmasda olduğumuz meyvənin dağ moruğu oldu-
ğunu başa düşdünüz və yəqinliklə deyə bilərsiniz ki, bu
meyvə ilə bağlı yaranan intellekt obrazları yalnız bu sada-
lananlardan ibarət deyil. Təbii ki, həmin meyvə ilə bağlı
daha bir sıra xüsusiyyəti yuxarıdakı sıralara əlavə edə
bilərsiniz.
Bir cəhətə də diqqət yetirmək lazımdır ki, həmin mey-
və ilə bağlı sözlə ifadə olunmuş xüsusiyyətlər onların real
obrazları ilə müqayisədə daha zəif və solğundur. Yəni bir-
başa vizual, friktual, tastual, attaral təmas nəticəsində
yaranan intellekt obrazlarının özü isə daha canlı və gerçə-
yə daha yaxındır.
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
67
lekt obrazı ilə müqayisə oluna bilməz dərəcədə zəifdir.
İkinci tərəfdən,
söz birbaşa gerçəklik elementinin tam
mahiyyətini deyil, sadəcə onun dərk olunmuş, birinci
intellekt obrazı şəklində mənimsənilmiş xüsusiyyətlərini
təsvir və əks etdirən yardımçı vasitədir.
Təmasda olduğumuz bütün gerçəklik elementləri ilə
bağlı, eləcə də yuxarıda haqqında danışılan dağ gəzintisi
ilə bağlı beynimizdə minlərlə intellekt obrazı yaranır, əsas
yaddaşa qeyd olunur.
ĠO-1
ĠO-1
ĠO-1
ĠO-1
ĠO-1
ĠO-1
Bunun nəticəsi olaraq həm bütünlükdə dağ gəzintisi,
həm də onu əmələ gətirən hər bir daxili element: dağlar,
ağaclar, səma, bulaq, quşlar və s., eşitdiyimiz çoxsaylı
musiqi notları, davam edən və kəsilən səs axarı və s. bu
kimi vahidlər uzun müddət əsas yaddaşımızda qalır.
Dərketmə prosesinin birinci fazasında beynimizdə o
vahidlərin hər birinə ekvivalent olan ayrı-ayrı intellekt
obrazları yaranır. İkinci fazada bu obrazlar beyin apara-