Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   2   3   4   5   6   7   8   9   10   ...   35

25 
 
arxasında gizlənən əsl sifətləri açılıb ifşa olunduqca xalq özünə, 
öz vəziyyətinə yenidən və kənardan baxmağa məcbur oldu. Şa-
irin ictimai tiplər qalereyası böyüdükcə, onun fırçası da cilalan-
mağa, ictimai bəlaların üfunət qoxuyan mənzərələrini daha ka-
mil canlandırmağa başladı. Sabir satirası tənqid hədəfi və bədii 
tutum  e'tibarı  ilə  kamilləşdikcə  özünə  kənardan  və  daha  ayıq 
nəzərlərlə  baxmağa  məcbur  olan  xalq  gördüyü  mənzərə  qarşı-
sında əvvəlcə heyrətləndi, sonra xəcalət tərinə batdı, özünə qarşı 
qəzəbləndi  və  nəticə  etibarilə  mövcud  vəziyyətdən  qurtarmaq 
üçün əsəbiliklə, kəskinliklə silkinməyə səfərbər oldu. Beləliklə, 
Sabir satirası öz inqilabi rolunu, dəyişdirici gücünü göstərməyə, 
ətrafına yeni həmkarlar yığmağa başladı. 
“Bir  məclisdə  on  iki  kişinin  söhbəti”  satirasında  başqa  bir 
maraqlı cəhət də diqqəti cəlb etdi. Burada “Gövhəri-yekdaneyi- 
ziqiyməti  yalanlarla  qiymətdən  salan  şairlərin  də  nümayəndəsi 
dilləndirilmişdir. O, öz zümrəsini “bülbülə, eşqə, gülə dair yalan 
fırlatmışam.”— deyə təqdim etdi. Bu bir cümləlik xarakteristika 
ictimai həyatdan uzaq olan məddah şairlərin yaradıcılıq simasını 
çox aydın və dəqiq əks etdirmişdir. “Bir məclisdə on iki kişinin 
söhbəti”ndə Sabir belə bir qəti qənaətə cəlmişdi ki, bundan sonra 
sənət aləmində, o cümlədən poeziyada “bülbülə”, eşqə, gülə dair 
yalan yırlatmaqla” baş girləmək olmaz. Hazırkı’ dövrdə sənətin 
ictimai həyata müdaxiləsini, ictimai tə'sir gücünü və fəallığını ön 
plana çəkmək lazımdır. Üstəlik, sosial tipin özü-özünü oxucuya 
təqdim etməsi əsərin ictimai-bədii tə'sirini daha da artırır və ifşa 
hədəfinin  eybəcərliyi  haqqında  oxucuda  möhkəm  qənaət  hasil 
olur.  Çünki  bu  zaman  onun  eybəcər  sifətlərini  oxucuya  bir 
başqası yox, sosial tipin özü açır. Bu, daha re- 
1
  Bax:  Alxan  Məmmadov  (Bayramoglu).  On  iki  kişinin  məclisində  qərar 
aşan  uslub.  Ədəbiyyatşünasların  dördüncü  respublika  konfransının  mate-
riallarının tezisləri. Bakı, Elm, 1984, səh.74-75. 


26 
 
al və canlı, inandırıcı və ibrətamiz olur. 
Beləliklə,  müəyyən  formalaşma  dövrü  keçirən  Sabir  yaradı-
cılığının proqramının bir çox mühüm cəhətləri hələ Bir məclisdə 
"on  iki  kişinin  söhbətində  meydana  çıxmışdı:  Ona  görə 
“Azərbaycan  şe  rinin  yeni  dövr  tarixini’’  bu  əsərlə  başlamaq, 
bizcə, məqsədə daha uyğun olardı. 
Artıq  1906-cı  ilin  əvvəlində  Sabir  “Molla  Nəsrəddin”  şairi 
olmağa  hazır  idi.  Lakin  şairin  proqramının  həyata  keçirilməsinə 
imkan  verən  münasib  mətbuat  orqanı  hələ  yox  idi.  “Bir  məclis-
də...”  şe'rini  dərc  edən  “Həyat”  qəzetinin  üslubu  vn  əsas  ideya 
istiqaməti  Sabir  satira  köhləninin  qol-qanad  açmasına  istənilən 
imkanı vermir, onun hərəkətlərini məhdudlaşdnrdı. Xoşbəxtlikdən 
tezliklə “Molla Nəsrəddin” jurnalı nəşrə başladı. Jurnalın ümumi 
ruhu,  ideya  istiqaməti  və  xalqla  ünsiyyət  üslubu  ilə  bərabər, 
C
.
Məmmədquluzadənin “Molla Nəsrəddin'dəki şe'rlərinin Sabirin 
“Həyaf’dakı şe ri ilə (“Bir məclisdə on iki kişinin söhbəti” ilə — 
A.B.) həm ideya istiqaməti, satira hədəfi, həm də üslub və ifadə 
cəhətindən  səsləşməsi  Sabirdə  başladığı  işin  faydalı,  münasib 
olduğu  barədə  qənaəti  möhkəmləndirmişdi,  onu  daha  da 
ürəkləndirmişdi. 
Azadlıq  hərəkatının  tə'siri  ilə  böyük,  mə  nəvi,  təkamül  ke-
çirməyə başlamış, bir az əvvəl “Həyat qəzetində Bir məclisdə on 
iki  kişinin  söhbəti”  adlı  klassik  satirasını  çap  etdirmiş.  Sabirin 
həssas  təbiətini,  həyəcanlı  ürəyini  alovlandırmaq  üçün  bu 
qığılcımlar tamamilə kifayət oldu: çox keçmədən qığılcım böyük 
poetik  alova  çevrildi”.
2
  Sabir  dərhal  öz  yaradıcılıq  proqramını 
həyata keçirməyə başladı. Onun “Molla Nəsrəddin in oxucularına 
təqdim etdiyi ilk əsərdə satira oxuna hədəf olan tip on iki 
I
 
1. Bax Əziz Şərif. Sabir. M.Ə.Sabir. Hophopnamə. Bakı. 1948, səh.XI. 
2. Əziz Mirəhmadov. Onun şairliyi də var idi. "Azərbaycan jurnalı, 1967. 
N5, səh.29. 


27 
 
kişinin  məclisində  qəbul  olunan  “qərar”  a  uyğun  olaraq  özünü 
oxuculara öz dili, satirik monoloqu ilə təqdim etdi. İş vaxtı, qeyrət 
vaxtı”  olan  bir  dövrdə  yalnız  özünü  düşünən,  xalqın,  vətənin 
qeydini  çəkməkdən  tamamilə  uzaq  olan  bu  “millət  nüma-
yəndələri” 
Millət necə tarac olıır-olsun, nə işim var?! 
Düşmanlara möhtac olur-olsun, nə işim var?! 
Qoy mən tox olum, özgələr ilə nədi karım, 
Dünyavü-cahan ac olur-olsun, nə imiş var?!— 
deyə danışmağa başladılar. Bu satira demokratik ictimai dai-
rələrlə  yanaşı,  Sabirin  yeni  şe'r  proqramına  öz  səhifələrində  yer 
verən  “Həyat”  qəzetinin  də  nəzərindən  yayınmadı.  Qəzetin 
növbəti nömrələrinin birinin “Poçt qutusu”nda belə bir qeyd ve-
rildi: 
“Molla Nəsrəddin”ə. 
Əfəndim,  28  aprel  tarixli  dördüncü  nömrəni  əvvəlki  nömrə-
lərdən daha ziyadə bir ləzzətlə mütaliə etdik...”
1
 
Şübhəsiz,  bu  yüksək  qiymətdə  “Molla  Nəsrəddin”in  həmin 
nömrəsində  çap  olunan  “Millət  necə  tarac  olur  olsun,  nə  işim 
var?!—satirasının,  Sabir  istedadının  da  xeyli  payı  vardır.  Çünki 
Sabirin  iştirakından  sonra  jurnalın  ideya-bədii  cəbhəsi  xeyli 
gücləndi və təsadüfi deyil  ki, onun gəlişi ilə “Molla Nəsrəddin” 
sorağında  olduğu  şairi  tapdı  və  jurnalın  “Lisan  balasının  şairi 
“səsini xırp kəsdi” (C.Məmmədquluzadə). 
Sabirin  özünə  fəaliyyət  meydanı  tapan  kimi,  “nərilti  və  gu-
rultu” qoparmasının başlıca səbəbi onda güclü poetik potensialın 
mövcudluğundan  və  Sabiranə  üslubun  artıq  “on  iki  kişinin 
məclisində”  qərarlaşmasından  irəli  gəlirdi.  Sözsüz  ki,  bu  üslub 
birdən-birə yaranmayıb və yaran bilməzdi də. O, müəyyən tə- 
1. “Həyat" qəz., 3 may 1906. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə