Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   27   28   29   30   31   32   33   34   35

96 
 
*** 
“Molla Nəsrəddin” jurnalı ilə bərabər “Günəş”, sonra isə onun 
davamı kimi çıxan “Yeni həqiqət” qəzetlərində sıx-sıx çap olunan 
Sabir “Palanduz”u da unutmurdu. O, Şamaxıdan bu səhifə üçün 
“Yuxu”  satirasını  yazıb  göndərmişdi.  “Palanduz”  üzvləri 
ustadlarının  bu  əsərini  hərarətlə  qarşılayaraq,  həmin  mövzuda, 
yə'ni  Bakıda  keçirilən  duma  seçkilərinin  iç üzünü açan  felyeton 
yazıb,  səhifənin  (“Palanduz”  səhifəsinin)  növbəti  nömrəsində 
Sabirin  “Yuxu”  satirası  ilə  birlikdə  çap  etdirdilər.  Felyetonun 
mövzusu, ideyası, tənqid hədəfi və imzası "Palanduz” üzvlərinin 
Sabir satirasının ideya-bədii gücündən necə bəhrələndiklərini və 
onların öz ustadlarına bəslədikləri hörmət və ehtiramı göstərmək 
cəhətdən də maraqlıdır.
1
 
Bakıda olduğu müddətdə Sabirin “Molla Nəsrəddin jurnalı ilə 
əlaqəsi  xeyli  zəifləmiş,  hətta  bir  müddət  tamam  kəsilmişdi 
(M.Məmmədov). 1911 -ci il yanvarın lap ilk günlərində xalq şairi 
doğma  jurnalla  əlaqəni  bərpa  edərək  oraya  əsər  göndərdi.  Bu 
zaman Sabirin vəziyyəti o qədər də yaxşı deyildi. Lakin yanvarın 
16-da  dostu  C
.
Məmmədquluzadəyə  göndərdiyi  xüsusi  mək-
tubunda sevinclə bildirirdi ki. “Əfəndim! Yavaş-yavaş dirçəlirəm. 
Ümidvaram  ki,  çox  şer
 
yazan”.  C
.
Məmmədquluzadə  cavab 
məktubunda fevralın 15-dək özünün Tiflisə gələcəyini (bu zaman 
o,  Həmidə  xanımla  birlikdə  Qarabağda  idi)  bildirir  və  bu  vaxta 
qədər müalicə üçün yığışıb Tiflisə getməyi Sabirdən xahiş 
 
edirdi. 
Həmin məktubdan sonra Sabir 1911-cı ı fevralın 1- də tiflisə getdi. 
C
.
Məmmədquluzadə eyni zamanda Tiflisə— “Molla Nəsrəddin” 
idarəsinə  məktub  yazaraq  Sabirin  müalicə  üçün  ora  gələcəyini 
xəbər  verərək,  xahiş  etmişdi  ki,  o,  (yəni 
 
C.Məmmədquluzadə) 
gələnəcən şairin qulluğunda layiqincə 
1. Bax: Alxan Məmmədov. “Nizədar”ın “Yuxu”su. "Ədəbiyyat və incə 
sənət" qəz., 1 mart 1984. 


97 
 
dursunlar. Tiflisə golondən üç gün sonra Sabiri düşdüyü mən-
zildən  “Molla  Nəsrəddin”  redaksiyasına  gətirən  Ömər  Faiq 
Ne'nıanzadə öz kəndlərinə getdiyi üçün o zaman şairin xidmə-
tində,  əsasən.  Məmmədəli  Sidqi  və  Əziz  Şərif  dururdu.  Cəlil 
Məmmədquluzadə Qarabağdakı işlərini hələ qurtarmadığı üçün 
Tiflisə gələ bilməsə də. məktub vasitəsilə əməl dostunun halın-
dan tez-tez xəbər tuturdu. 
Sabir xəstəxanada yatmalı oldu. O zaman “Molla Nəsrəddin 
i müvəqqəti redaktə edən M.Sidqi tez-tez şairə baş çəkir və onun 
yazdığı  “Dörd  dilli  qırmanc”,  “Vaqicyi-yubileykaranə”  va  s. 
satiraları gətirib jurnalda çap edirdi. Vəziyyətinin ağır olmasına 
baxmayaraq teatr tamaşalarına  baxan,  ictimai-milli  hadisələrlə 
yaxından  maraqlanan  və  onlara  fəal  münasibət  göstərən  Sabir 
dostu Qurbanəli Şərilovıın xahişi ilə onun oğlu Əzizin ilk qələm 
təcrübələrini də oxuyub təshih edirdi. 
Düşdüyü xəstəlikdən sağalmayacığmı yəqin edən Sabir ya-
xınlaşmaqda olan Novruz bayramı münasibətilə “Molla Nəsrəd- 
dm"ın növbəti nömrələrindən birini “yadigarlıq üçün” şe'rlə bu-
raxmağı təklif etdi. M.Sidqi təklifi bəyənən kimi Sabir isə baş-
layaraq  “Bayram  töhfəsi”,  “Ey  pulların  səfası  novruz"  və  s. 
əsərlərim yazdı. Lakin halının birdən-birə pisləşməsi xalq şairinə 
oz  arzusunu  həyata  keçirməyə  imkan  vermədi.  O,  martın  son 
aprelin ilk günlərində Şämaxıya qayıtdı. 
Həmin günlərdə “Molla Nəsrəddin”, “Kaspi”, “Nicat”, “Mə 
lıımat”  və  s.  mətbuat  orqanlarının  çağırışı  ilə  ölkənin  hər 
yerindən şairə ianələr göndərilməyə başladı. İanə göndərənlərin 
ad  və  familiyası  göndərdiyi  ianənin miqdarı  ilə birlikdə  hamın 
mətbuat orqanlarında dərc olunurdu
1

Sabir Şamaxıda bir az dirçələn kimi mayın axırlarında yeni- 
dən yenidən müalicə üçün Tiflisə getdi. Bu zaman C.Məmmədquluzadə ilə 
Həmidə  xanım  da  orada  idilər. 
Onlar  Sabirin 
bütün  müalicə
  xərc  və 
əziyyətlərin, oz öhdələrinə götürmüşdülər. Sabir məs- 
1
 - Bax: Abbas Zamanov. Sabir və müasirləri. Bakı, Gənclik. 1973, səh 28. 


98 
 
Lək  dostu  C.Məmmədquluzadə  ilə  onun  həyat  yoldaşı  Həmidə 
xanımın bu fədakarlığım Tiflisdən dostu Abbas Səhhətə yazdığı 
15 iyun tarixli məktubunda yüksək qiymətləndirmişdir. Bu faktlar 
C.Məmmədquluzadə ilə Sabirin dostluq tarixinin daha bır parlaq 
səhifəsini göstərmək baxımından da maraqlıdır. 
Bu dəfə Sabiri Kasparyans familiyalı bir həkim müalicə edir-
di.  Həm  can  ağrılarından  yaxa  qurtarmaq,  həm  də  Məmmədqu-
luzadələrə  artıq  əziyyət  verməmək  üçün  Sabir  özünü  gizlincə 
olaraq  başqa  bir  həkimə  də  göstərdi.  Qandəmirov  familyalı  bu 
həkimin  verdiyi  dərmanlar  şairin  halını  daha  da  xarablaşdırdı. 
Bütün  bunlar  haqqında  A.Səhhətə  göndərdiyi  27  iyun  tarixli 
məktubunda  mə'lumat  verən  Sabir  tezliklə  Tiflisdən  Şamaxıya 
gələcəyini  bildirirdi.  O,  belə  də  etdi.  Lakin  Şamaxıda  çox  da-
yanmayıb, iyulun ilk günlərində Bakıya getdi. Bu haqda “Mə lu- 
mat” qəzetində deyilirdi: 
  “...Möhtərəm  şairimiz  (Sabir  nəzərdə  tutulur—A.B.)  Şamaxıda 
qabil həkimlər bulamadığından baleti-zəifi tamam ile bərabər dübarə 
Bakıya övdet etməni (qayıtma, geri dönmə— A.B.) məsləhət gördügü 
üçün şeherimizə varid olubdur. 
Cərrahlar  məsləhət  görərlər  isə,  şairimiz  bu  günlərdə  (ope- 
ratsiya) emeliyyate-cerrahiyye etdirmək niyyətindədir. 
Şairimiz  “İslamiyye”  mehmanxanasında  18  nömrəli  mənzildə 
bulunur...”' 
Tiflisdə  tam  zəmanət  vermədikləri üçün  cərrahiyyə  əməliy-
yatına razı olmayan Sabir indi son ümidlə, həkimlərin məsləhəti 
olsa, buna da hazır idi. Lakin uzunmüddətli və ağır xəstəlik şairi 
tamamilə  üzdüyü  üçün  həkimlər  onun  üzərində  cərrahiyyə 
əməliyyatı aparmaqdan imtina etdilər. Bu haqda yenə  Məlu- 
1.  “Məlumat”  qəz.,  4  iyul  1911.  Qeyd:  Bu  materialı  mərhum  professor 
Abbas Zamanov üzə çıxarıb. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə