Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə7/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   2   3   4   5   6   7   8   9   10   ...   36

millətlərinin  yaratdığı  Prometey  təşkilatının  qurultayında  məruzə 

ilə  çıxış  etmiş, burada müstəmləkə  xalqlarının kültürləri  ilə bağlı 

maraqlı  mülahizələr irəli  sürmüşdür:  “Millətlərin oyanış,  yüksəliş 

və  düşüş  tarixləri  göstərir  ki,  milli  xüsusiyyətlərini  və  milli 

kültürlərini  qoruyub  yaşatmağa müvəffəq  olan hər millət,  gec-tez 

milli  bir  dövlət  qurmağa  namizəddir.  Milli  xüsusiyyətlərini  və 

milli  kültürlərini  itirmiş  olan  millətlər,  milli  mənliklərini  və  il­

ham  alacaq  milli  qaynaqlarım  da  itinnişlər  deməkdir.  Bu  kimi 

millətlərin gələcəyi yoxdur.  Onlara ölmüş nəzərilə baxmaq lazım­

dır” (129,  s.  572).

Buradan  da  aydın  olur ki,  M.B.Məmmədzadə  və  onun  mü­

hacir  yoldaşları  milli  kültürün  qorunmasına  xüsusi  əhəmiyyət 

verirdilər,  xalqın mənəvi  sərvətlərinin  onu  hər  zaman  yaşadacaq 

və  mübarizəyə  qaldıracaq  vacib  bir  vasitə  olmasına  inanırdılar. 

Sovet  sosialist  sisteminin  də  bu  həqiqəti  dərk  etdiyi  üçün 

xalqların  milli  sərvətlərini  unutdurmaq,  soy-kökündən  ayırmaq 

cəhdini  nəzərdə  tutan  müəllif  yazırdı:  “Fin  millətinə,  fmliyin 

oyanışında  böyük  rol  oynamış  “Kalevala”  kimi  dastani  əsərlər 

verən  Karelya  və  İngerya  və  onlarla  birlikdə  Komi  kimi  fin 

ölkələrində  ...  haqsızlıqlardan  başqa  məcburi  sürgünlər,  süm  ac­

lıqlar  və  rus  mühacirəti  yapmaq  surətilə  bu  millətləri  aradan 

qaldırmağa çalışırlar” (68,  s.  13).

Beləliklə,  M.B.Məmmədzadə  soy-kökü  etibarı  ilə  tinlərlə 

qardaş  olan,  lakin  sovet  əsarətində  yaşamağa  məcbur  olan  mil­

lətlərin qarşılaşdığı  haqsızlıqları  sadalamaqla yanaşı,  onların milli 

mədəniyyətlərindən  uzaqlaşdırılmasının  da  əleyhinə  qəti  mövqe­

yini  ifadə etmişdir.

M.B.Məmmədzadənin  Almaniyanın Münhen  şəhərində nəşr 

olunan “Qafqaziya” dərgisində  1952-ci  ildə (sayı  8,  s.  10-12)  nəşr 

etdirdiyi  “Dədə  Qorqud”  adlı  irihəcmli  məqaləsində  SSRİ-də 

qeyri-rus  millətlərinin  milli  kültürlərinin  məhvi  üçün  görülən 

tədbirlərlə bağlı  mülahizələri  öz  əksini  tapmışdır:  “SSRİ  Ədəbiy­

yat  Cəmiyyətinin  1947-ci  ilin  yayında keçirilən  XI  ümumi  yığın­

cağında  milli  bölmələrin  hesabatları  ilə  bağlı  müzakirələrdə

26

qeyri-rus millətlərin ədəbiyyat sahəsində “çox təhlükəli bir yolda” 



olduqları  bildirilmişdi.  Bu  yığıncaqda  Latviya,  Litva  və  Estoniya 

kimi  millətlər  “Qərbi  Avropa  mədəniyyəti  qarşısında  diz  çök­

məkdə”,  Ukrayna,  Şimali  Qafqaz,  Azərbaycan,  Türküstan  (Orta 

Asiya),  Gürcüstan  və  Ermənistan  isə  “milli  keçmişlərini  tərən­

nüm  etmək  və  romantikləşdirməkdə”  günahlandırılmışdı”  (130 

s.l 1).


Mirzə  Balanın  bu  cümlələrində  sovetlər  ölkəsində 

rus 


olmayan  millətlərə  qarşı  yürüdülən  siyasət  açıq-aşkar  təsvir  edil­

mişdir.  Lakin  məqalədə  SSRİ  adlanan  ölkədə  türkdilli  xalqlara 

münasibətin  digərlərinə  görə  daha  kəskin  olması  aydın  görün­

məkdədir:  “ 1948-ci  ilin  dekabr  ayında  toplanan  XII  ümumi 

yığıncaqda  çar  istilasına  qarşı  mübarizə  aparan  türküstanlı  xalq 

qəhrəmanlarını  tərənnüm  edən  bir  əsər  haqqında  bir  rus  kom­

munisti  belə  deyirdi:  “Sabiq  rus  imperatorluğunun  kənar  əyalət­

ləri  üçün  Rusiya  ilə  birləşmək  nə  deməkdir?  Bu  hadisə  milli 

fəlakətmi,  yoxsa  irəliyə  doğru  bir  addım  idimi?  Marksizm  elmi 

bu mənada doğrudur.  Bu məmləkətlərdən,  məsələn,  Qazaxıstan... 

əgər  Rusiya  ilə  birləşdirilməsəydi,  Çin,  yaxud  da  Kokand 

tərəfindən  parçalanıb  udulacaq,  nəticədə  ingilis  müstəmləkəçiləri 

üçün  yağlı  bir  tikəyə  çevriləcəkdi.  Belə  olduğu  təqdirdə,  yəni, 

daha  doğrusu,  bu  belə  də  qəbul  olunmalıdır,  bütün  dastan  və 

qəhrəmanlıq  hekayələrini,  bütün  folkloru  və  onun  qəhrəman­

larını,  eləcə  də  bütün  ədəbiyyatı  yalnız  bu  nöqteyi-nəzərdən 

mütaliə  etmək  lazımdır 

xalq  ədəbiyyatını  yerli  feodallara  qarşı 

mübarizədə  Rusiya  ilə  birləşmək  üçün  çarpışan  qəhrəmanlar  əks 

etdirməlidir” (130,  s. 1 1).

Beləliklə,  göründüyü  kimi,  sovet  təbliğatçıları  folklor 

qəhrəmanlarını  əsl  həqiqətdə  olduğu  kimi 

millətlərin  azadlığı, 

hürriyyəti  üçün  mübarizəyə  qalxaraq,  xalq  tərəfindən  əbədiləşdi­

rilməsi  kimi  deyil,  imperiyaya  lazım  olduğu  şəkildə  təbliğ 

edilməsini  tələb  edirdilər  ki,  nəticə  etibarı  ilə  bu  da  xalq  ədəbiy­

yatını  saxtalaşdırılmasına  gətirib  çıxarırdı.  Mirzə  Bala:  “Tür­

küstan  üçün  deyilmiş  olan  bu  sözlər,  bir  qayda  olaraq,  bütün

27



qeyri-rus  millətlərinə  şamil  edildi”  (130,  s .l2),  -   yazaraq, 

Azərbaycanın  da  milli  mənəvi  sərvətlərinin  qeyri-obyektiv  təbli­

ğinə qarşı  etiraz səsini  ucaltmışdır.

Xatırladaq  ki,  Azərbaycan  xalq  qəhrəmanı  Qaçaq  Nəbi 

məhz  bu  şəkildə,  imperiya  maraqlarına  uyğun  təbdiğ  edildi­

yindən,  sovet  tədqiqatçıları  onun  mübarizəsinin  rus  müstəmləkə­

çiliyinə  qarşı  deyil,  çar  hökumətinə  qarşı  olduğuna  inandırmağa 

cəhd edirdilər.  Mühacirətdəki  folklorşünaslar  “Qaçaq Nəbi” das­

tanında  mücadilənin  rus  çarlıq  rejiminə  qarşı  olmasına  xüsusi 

diqqət yetirmiş,  “bu  uzun  dastanın məzmun  yönündən əsasım rus 

imperializminə  qarşı  nücadilə  təşkil  edir  və  dəfələrlə  das­

tanda  “Nəbi  urusları  burda  qoymadı”  misrası  təkrarlanır”  (89, 

s.92),  yazaraq,  əsl  həqiqəti  aşkarlamağa  çalışmışdır.  Lakin  dasta­

nın  Azərbaycanda  nəşr  olunan  variantında  qazax  (kazak),  qobur- 

nat  (qubernator),  nəçənnik  (naçalnik),  pristav,  uryadnik,  konvoy 

və  s.  kimi  bilavasitə  çar  Rusiyası  ilə  əlaqədar  rütbə  bildirən  ter­

minlər  saxlanılsa  da,  rus  və  rusluqla  bağlı  kəlmələr  bütünlüklə 

redaktə  olunmuşdur  ki,  bu  da  Qaçaq  Nəbinin  apardığı 

mübarizənin təhrif olunmasına gətirib çıxarmışdır.

Bundan  başqa,  Bakıda  işıq  üzü  görən  “Azərbaycan  ədə­

biyyatının  yeni  dövrü”  adlı  monoqrafiyanın  müəllifinə  kəskin 

etiraz  kimi  1939-cu  ildə  İstanbulda  Səlim  Rəfiqiıı  “Professor  dr. 

Çobanzadəyə  cavab”  kitabı  nəşr  edilmişdir  ki,  burada  da  bütün 

mühacirlərin  siyasi  baxışları  ümumilikdə  təsvirini  tapmışdır.  İlk' 

növbədə  alman,  fransız,  ingilis,  ispan  və  digər  dünya  xalqlarının 

ədəbiyyatına  müxtəlif  dövrlərdə  olan  təsirlər  haqqında  təhlillər 

aparan m üəllif sözü  gedən  monoqrafiyada  əksini  tapan  bir müla­

hizəni qəzəblə rədd  etməkdədir:  “Türklərin yalnız əski  ədəbiyyatı 

sadəcə  İran  ədəbiyyatını  təqliddən  ibarət  qalmışdır”,  -   yazan 

müəllif  bunun  sübutunu  xalq  ədəbiyyatında  olduğunu  bildir­

məkdədir:  “Ötədən  bəri  zənginliyilə  məşhur  olan  Azərbaycan 

ədəbiyyatı  və  şeirləri  ilə  xalq  arasında tanınan  və  sevilən  ozanlar, 

hətta İran kültürü  ilə  çox  məşhur olan sahələrdə belə yerləşdikdən 

sonra ədəbi  ənənələrini  mühafizə etmişdirlər” (141,  s.  9).

28

S.Rəfiq  türkəsilli  hökmdarlara  rəğmən,  əcnəbi  dillərin  sa­



raylarda  hökmran  olduğu  zamanlarda  xalqın  dilinin  və  kültürü- 

nün  qorunmasında  folklorun  əvəzsiz  rolunu  yüksək  dəyərlən­

dirmiş,  “Kitabi-Dədə  Qorqud”  eposunu  xatırlatmışdır:  “Dədə 

Qorqud” hekayələrinin əldəki  nüsxəsi  lisan nöqtəsindən azəri  ləh­

cəsinin  əski  xüsusiyyətlərini  göstərir.  “Dədə  Qorqud”dakı 

etnik 


və  coğrafi  isimlər  də  tamamilə  azəri  sahəsinə  aiddir.  “Koroğlu”, 

“Şah İsmayıl”, “Aşıq Kərəm” kimi xalq dastan və hekayələri  yenə 

Azərbaycan  sahəsində  təşəkkül  etmişdir...  Əsasən  xalq  şairləri 

xalq arasında böyük rəğbət görmüşdürlər” (141,  s.  10).

Bundan başqa,  S.Rəfiq aşıq yaradıcılığının yazılı  ədəbiyyata 

da  böyük  təsirini  nəzərdə  tutaraq,  tutarlı  arqumentlərlə  fikrinin 

doğruluğunu  sübut  etməyə  çalışmışdır:  “İştə bu qüvvətli  kültürün 

islami  İran mədəniyyətinə qarşı  göstərdiyi  müqavimət nəticəsində 

yeni  təşəkkül  edən  ədəbiyyatda  -   ki,  siz  ona  “Əcəm  pozması” 

deyirsiniz,  xalq  ədəbiyyatının  təsiri  barizdir.  O  qədər  ki,  əcəm 

şeirini  təqlidən  yazanlar  da  xalq  ədəbiyyatı  təsirindən  qurtu- 

-  lamamış,  aşıqlar  kimi  heca  vəznilə  qoşmalar,  dastanlar  yazmış­

dırlar” (141,  s.  10).

Mühacirətdəki  bütün  ziyalılar  vətəndə  təzyiqlər  altında  baş 

verən təhriflərə qarşı  son çarəni yalnız və yalnız milli  istiqlala qo­

vuşmaqda  görərək,  hər  kəsi  bu  yolda  yürüməyə  səsləmişlər: 

“Millətimizi,  millətlərimizi  və  bu  millətlərin  dil  və  kültürlərini 

yalnız milli  istiqlal  qurtaracaqdır” (129,  s.  576).

Xatırladaq ki, 

“Modern Azərbaycan ədəbiyyatına toplu  bir 

baxış”  məqaləsində  Əhməd  Cəfəroğlu  xalqımızın  milli  kültü- 

rünün  inkişafında  mühacirətdə  yaşamağa  məruz  qalan  vətən  öv­

ladlarının  mühüm  rolu  olduqlarını  xüsusi  qeyd  etmişdir: 

“Azər­


baycan  ədəbiyyatı  yalnız  Maverayi  Qafqaz  Azərbaycanında  inki­

şaf  etməmişdir.  Siyasi  və  ideoloji  prinsiplər  üzündən  vətəni 

tərkilə  müxtəlif  Avropa  və  Şərq  ölkələrinə  yayılan  Azərbaycan 

mühacir  koloniyaları  da  azəri  türk  ədəbiyyatının  inkişafına 

xidmət etmişlər” (105,  s.48).

29



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə