Alban tariXİ GƏncləRİn göZÜ İLƏ



Yüklə 142,4 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü142,4 Kb.
#18446


  ALBAN  TARİXİ 

   GƏNCLƏRİN GÖZÜ İLƏ 


ölkənin sərhədləri 

paytaxt 

şəhərlər 

Albaniya eramızın  V-VIII  

               əsrlərində

 



ALBAN TARİXİ  

GƏNCLƏRİN  GÖZÜ  İLƏ 

                BAKI 

– 2012

 



Layihə rəhbəri :     A.B. Cavadov 

Koordinatorlar :   R.R Quliyev 

                                Y.F.Cavadova 

Tərtibatçılar :   A.R. Bağırov  

                           E.İ. Tağızadə  

Dizayner:   E.Ş. Abdullayev 

Foto:   X.Ə. Xəlilov   

            R.E. Məmmədov 

Məsləhətçilər:   N.M. Muxtarov                       

                            Y.M. Nəsibli 

Redaktor:   R.B. Xəlilova 

 

 



  

  

 

 



 

   


 Bu kitab “Bakı Gənclər Klubu” İctimai  Birliyi tətəfindən 

Azərbaycan  Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi  

ilə  “Tariximizi öyrənək, irsimizi qoruyaq!” adlı layihəsi çərçivəsində  çap  

olunmuşdur.  

 

  Kitab yeniyetmələr, gənclər , ümumiyyətlə Qafqaz Albaniyasının  



tarixi,  mədəniyyəti  və  memarlıq  abidələri  ilə maraqlanan  hər kəs üçün  

nəzərdə tutulmuşdur.  




                               

Mündəricat 



Albaniya tarixinə qısa baxış......................................................................5 



Şəki – Kiş məbədi.........................................................................................8 

Şəki – Fazıl nekropolu...............................................................................10 

Şəki – Baş Küngüt məbədi.........................................................................12 

Şəki – Bideyiz məbədi................................................................................13 

Oğuz məbədi...............................................................................................15 

Oğuz –Calud məbədi.................................................................................17 

Oğuz – Muxas qülləsi................................................................................19 

Qədim Qəbələ - Kabalaka........................................................................20 

Qəbələ - Nic məbədi...................................................................................24 

Qax, Çinarlı – Sırt qalası.........................................................................26 

Qax – Qum məbədi....................................................................................27 

Qax, Ləkit – Yeddi Kilsə...........................................................................29 

Zaqatala məbədi........................................................................................33 

Balakən – Katex qülləsi............................................................................35 

Balakən – Talalar məbədi........................................................................36 

Balakən – Mahamalar qülləsi.................................................................38 


Qafqaz  Albaniyasının  tarixi  və  taleyi  ilə  hamıdan  çox   

azərbaycanlılar  məşğul  olmalıdırlar.  Bu  sahədə  onlar  dünya 

elmi  qarşısında  məsuliyyət  daşıyırlar,  dünya  elminə 

borcludurlar. 

 

                                                                                                     

Y.İ.Krupnov 




    Qafqaz  Albaniyası  (Aqvan,  Arran)  müasir  Aərbaycan  Respublikası,  Ermənistan,  Gürcüstan  və 

cənubi  Dağıstan  ərazilərini  əhatə  etmiş  qədim  Azərbaycan  dövlətidir.    Albaniya,    tarixi  

Azərbaycan    torpaqlarının  şimal  hissəsində  yaranmış  ilk  dövlət    qurumudur.  Qafqaz  Albaniyası  

təqribən  e.ə   IV-III əsrlərdə meydana gəlmiş və eramızın VIII əsrində ərəblər tərəfindən varlığına 

son qoyulmuşdur. 

    Qədim    Albaniya  etnik    tərkibinə    görə    kifayət  qədər    rəngarəng  olmuşdur.  Yunan 

coğrafiyaşünası Strabonun verdiyi məlumata görə, Albaniyada 26 dildə danışan tayfalar yaşamışdır. 

Qaynaqlarda Albaniyada yaşayan tayfaların sırasında  uti, qarqar, amazonka,  kaspi,  , sisak,  mard, 

amard,  ariak, anariak, leq, qel və digərlərinin  adı  çəkilir.  

    Bir sıra albanşunaslar Qafqaz  Albaniyasının ərazisinə indiki Azərbaycan, Ermənistan , Dağıstan 

və  Şərqi  Gürcüstanın  daxil  olduğunu  qeyd  edirlər.  Lakin,  ermənilər    Albaniyanın  yalnız  Kürdən 

şimaldakı  torpaqları  əhatə  etdiyini,  Kür  və  Araz  çayları  arasındakı  ərazinin  isə  “Böyük 

Ermənistamn”ın tərkibinə daxil  olduğunu iddia edirlər.  Onların iddialarına görə, bu ərazi yalnız 

387-ci  ildən  Albaniyanın  tərkibinə  qatılmışdır.  Ümumuiyyətlə  isə  ermənilər,  təmamiylə  əsassız 

olaraq,  Albaniyanı  “Şərqi Ermənistan” adlandırırlar. Əslində isə, hətta qədim erməni mənbələri 

belə (əlbəttə, obyektiv olanlar) onların bu iddialarını yalanlayır. Məsələn, “erməni tarixinin atası” 

sayılan Moisey Xorenli öz əsərində Albaniyanın cənub sərhədlərinin Araz çayı boyunca keçdiyini 

yazırdı. Digər qonşularımız – gürcü tarixçiləri də Qafqaz Albaniyasının torpaqlarına iddia edirlər. 

Gürcü  tarixçilərinin  iddialarına  görə,  solsahil  Albaniyasının  qərb  hissəsi  (müasir  Azərbaycan 

Respublikasının şimal-qərb bölgəsi) Gürcüstanın ərazisi olmuşdur.  Lakin bu iddialar da tamamiylə 

ə

sassızdır.  Belə  ki,  həm  antik,  həm  də  erməni  mənbələrində  Albaniyanın  qərb  sərhədinin 

Alazan(Qanıx)  çayından  keçdiyi  qeyd  olunur.  Albaniya  inzibati  cəhətdən  havarlara(vilayət)  və 

nahanqlara(əyalət)  bölünürdü.  Albaniyanın  vilayətlərinə  Kambisena,  Arsak,  Uti,  Balasakan  və 

Paytakaran(Kaspiana) aid idi.  




  

Albaniyanın  siyasi  tarixi.  Albaniaynın  bir  dövlət  kimi  Makedoniyalı  iskəndərin  imperiyası 

parçalandıqdan  sonra  yaransa  da,  hələ  Əhəməni  imperiyasının  tərkibində  olduğu  dövrdə  burada 

dövlətin ilkin rüşeymləri formalaşmaqda idi.  

    Albaniya  taxtında  bir  birini  üç  sülalə  -  Arranilər,  Arşakilər  və  Mehranilər  əvəz  etmişlər. 

Arranilər  sülaləsi    öz  ilk  nümayəndəsi  Arranın  adı  ilə  adlandırılmışdır.  Arranilər  yerli  sülalə 

olmuşlar. Moisey Kalankatlı özünün “Alban tarixi” əsərində Arranın  Sünik nəslinə aid olduğunu 

yazır. Arranilər sülaləsi haqqında tarixi ədəbiyyatdakı məlumatlar olduqca azdır.  

  E.ə  II-I  əsrlərdə  Parfiya  asılılığında  olan  bir  çox  dövlətlərdə  olduğu  kimi,  Albaniyada  da 

hakimiyyətə  Parfiya  Arşakilərinin  bir  qolu  olan  Alban  Arşakilər  sülaləsi  gəlir.  Alban  Arşakilər 

sülaləsinin  ilk  nümayəndəsinin  kim  olması  barədə  elmdə  müxtəlif  fikirlər  mövcuddur.  “Alban 

tarixi”ndə  verilən  siyahıda  bu  sülalənin  ilk  nümayəndəsi  kimi  I  Cəsur  Vaçaqan  qeyd  edilsə  də, 

bəzi tarixçilər bu sülalənin Sanatrukla başlandığını iddia edirlər. Albaniyada xristianlığın qəbul 

edilməsi  Urnayrın(313-371)  hakimiyyəti  illərinə  təsadüf  edir.  Belə  ki,  Albaniyada  xristianlıq 

rəsmən  313-cü  ildə  qəbul  olunmuşdur.    Alban  Arşakilər  sülaləsinin  ən  məhşur 

nümayəndələrindən  biri    III  Mömin  Vaçaqandır  (487-510).  Onun  hakimiyyəti  illərində 

Albaniyada  xristianlığın  çiçəklənmə dövrü  hesab  olunur. Belə ki,  III  Vaçaqanın hakimiyyəti 

illərində ölkədə xristan dinin mövqeləri möhkəmlənmiş, bəbəd və monastrların inşaası geniş vüsət 

almışdır.  Bununla  o,  ölkə  əhalisini  eyni  bir  dini  ideologiya  altında  birləşdirməyə,  xristianlığı  

Albaniyada vahid dinə çevirməyə çalışırdı. O, 488-ci ildə Aluen(Aquen) kilsə məclisini çağırdı. Bu 

məclisin  qəraları  ilə  Albaniyada  xristianlığın  mövqeləri  da  da  möhkəmləndi.  510-cu  ildə  III 

Mömin  Vaçaqanın  ölümü  ilə    Alban  Arşakilər  sülaləsinə  son  qoyuldu  və  Albaniyada 

hökmdarsızlıq  dövrü  başladı.  Bu  dövr  629-cu  ilə  kimi  davam  etdi.  630  cu  ildən  isə  Albaniyada 

Mehranilər sülaləsinin hakimiyyəti  başlanır.  




  

     Mehranilər sülaləsi  fars mənşəli  olsa da albanlaşmışdı.  Bu sülalənin ən məhşur nümayəndəsi 

isə Cavanşirdir. Cavanşir eyni zamanda həm xəzərlər, həm sasani feodalları, həm də ərəblərə qarşı 

uğurla mübarizə aparmaqla  Albaniyanın müstəqilliyini qismən də olsa saxlaya bildi. Lakin o, 681-

ci  ildə  sui-qəsd nəticəsində  öldürüldü  və  bundan sonnra  Albaniyanın  tənəzzülü  prosesi  başladı. 

Albaniyanın son knyazı isə Şeroyə olmuşdur(699-704). 704-cü ildə erməni katolikosu Yeliya ərəb 

xəlifəsi    Əbd  əl-Məlikə  məktub  yazaraq  albanların  xilafətə  xəyanət  etdiyini  və  Bizansa  meyl 

etdiyini  yazaraq  ondan  albanları  cəzalandırmaq  üçün  kömək  istədi.  (Ermənilər  və  albanlar 

xristianlığın diofizit, Bizans isə monofizit cərəyanına mənsub idi. Yeliya məktubunda Albanların 

monofizit  cərəyanına  meyl  etdiklərini  yazırdı  ki,  bu  da  Qafqazda  Bizansın  mövqelərinin 

möhkəmlənməsini istəməyən xilafətin maraqlarına zidd idi) Əbd əl-Məlik Yeliyanın istəyini qəbul 

edərək  onun  ixtiyarına  Albanları  cəzalandırmaq  üçün  qoşun  göndərdi.  Yeliya  bu  qoşunun 

müşayəti ilə Albaniyaya gəldi. Şeroyə və alban katolikosu Nerses Bakor lənətlənərək edam olundu. 

Bu hadisə həm də Qafqaz Albaniyasının sonu idi (705-ci il). 

   Albaniya dövlətinin süqutunda bu cür fəal iştirak edən ermənilər, əvəzində mükafat olaraq  ərəb 

xəlifəsindən  Alban  avtokefal  kilsəsi    üzərində  bütün  hüquqları  aldılar.  Bu  hadisə,  Azərbaycanın 

sonraki  tarixində baş verən bir çox tarixi faciələrə yol  açdı.  Ən əsası isə,  erməni din xadimləri 

demək olar ki, ilk vaxtlardan Alban mədəniyyətini erməniləşdirməyə başladılar. Alban ədəbiyyatı 

təhrif  olunmuş  formada  qədim  erməni  dilinə(qrabar)  tərcümə  olundu  və  orjinallar  məhv  edildi. 

Bütün  bunlar  müəəyən  mənada  ölkəmizin  bu  gün  üzləşdiyi  problemlərin  təməlini  qoydu  və 

bunları  nəzərə  alsaq,  müasir  Azərbaycan  gəncliyi  üçün  Alban  tarixini  öyrənməin    həyati 

ə

həmiyyətini anlamış olarıq. 




 

 

 Məbəd  I -V əsrlərə aiddir.  Rəvayətə görə, Isa Məsihin  



dostu Yakov Yeliseyi buraya - Uti vilayətinin Kiş 

kəndinə göndərir və o, burada kilsə inşa edir.  Bu kilsə  

Qafqazda  və bütün şərqdə ilk  kilsə  olur. Buna görə də 

Kiş kilsəsi  «Şərq Kilsələrinin Anası» adını  alır. 

Kilsənin xristianlıqdan daha əvvəlki dövrə aid olmasını 

məbəddəki  keçi məzarı  və xristianlıq üçün səciyyəvi 

olmayan dəfn üslubu sübut  edir. Burada həmçinin ay 

ilahəsi  Selenaya sitayiş  edilmişdir. 

2000-2001 -ci illərdə Kiş  kilsəsinin ərazisində arxeoloji 

qazıntılar aparılmışdır. Bu qazıntılar    məbəd tarixinin   

bütün mərhələlərini izləməyə imkan verir.  Aşağı 

qatların  arxeoloji tədqiqi onun  ilkin tikinti tarixini 

təyin etməyə imkan yaratmışdır.  Kiş məbədi sadə 

təkzallı bazilikadan günbəzli memarlığadək  5 tikinti 

mərhələsi keçmişdir. Abidə dövrümüzə yeniləşdirilmiş 

görkəmdə gəlib çatmışdır.  

 




    Burada Gis-Kümrük arxiyekiskopluğu, sonra isə 

Yelisey, Çuketi və Şəki yekiskopluqlarının mərkəzi 

yerləşmişdir.  Kişdəki məbəd 

nəinki QafqazAlbaniyasında (Azərbaycanda), eləcə də 

bütün Qafqazda təqribən iki min il bundan əvvəl 

xristianlığın başlandığını simvollaşdıran görkəmli 

tarixi abidədir. Yerli əhali  İslamı  qəbul etdikdən  

sonra da  məbəd öz müqəddəsliyini itirməmişdir. Bu 

günün özündə belə yerli hali məbədi müqəddəs  pir 

kimi  ziyarət  edir

 

Tikilinin yuxarı hissəsinin qapı və pəncərələri 



yenidən bərpa olunmuşdur.  Kilsə özündə ilkin və 

sonrakı tikililərin maraqlı detallarını saxlayır. 

Məbədin daxili cüt sütunla 2 hissəyə bölünür, şərq 

hissəsi qərb hissədən kiçikdir. Kilsə divarlarının 

çıxıntısı nalabənzər olub 2 dərin oyuğu var. Mehrab 

mərkəzdə yerləşib və düzbucaqlı formasındadır.  İki 

sütun və mehrabın çıxıntısı üzərində dayanan 

günbəz sonradan əlavə edilmişdir

 




1984-cü ilin mart ayında Fazıl kəndində tütün 

müəssisəsi tikilməsi üçün bünövrə qazılarkən 

qab-qacaq aşkarlanır. Bu zaman aşkarlanmış 

qəbirlərdən 104 əşya tapılır və məlum olur ki, 

burada nekrapol var. Nekropolda 18-ə yaxın  

məzar  var. Qazıntı zamanı aşkar olunmuş abidə 

təbii formada yerində saxlanılır. 

Burada tapılmış qəbirlərin bəzilərində 4 cür 

dəfn üsulu nəzərə çarpır. Balaca qəbirdəki 

öküz, at, keçi, qoyun, it, pişik və s. qalıqları 

mifoloji təsəvvürləri əks etdirir. Maraqlıdır ki, 

pişik qədim Misirdə də müqəddəs hesab 

edilirdi. Bizdə də pişik günəşin rəmzi sayılırdı.  

Bu labirintdə dünyada analoqu olmayan digər 

bir tapıntı da – 2 büt ( ata və ana ) var.  

 

10 



Buradakı kişi bütünün sinəsində it 

fiquru var. İt qədim ilahlardan sayılır. 

Bu e.ə. II minilliyin ortalarına aid edir. 

Onun izlərinə lap Erkən Tunc – Kür-

Araz mədəniyyəti dövrlərində rast 

gəlinir. Başqa bir abidədən- Alazan 

vadisi, Qax rayonu, Sarıca Minbərək 

kurqanlarının birindən  

( Astaran ) üstündə faşistlərin simvolu 

svastika olan qab tapılib .Svastika 

dünya modelidir, o, günəşi və taleyi 

simvolizə edir. Bu əşyalardan birinin    

(qara qabın ) üstündə  xaç  formalı işarə 

var. Son Tunc- ilk Dəmir dövrlərinə 

aid abidələrdə isə bu elemetlərə sıx –sıx 

rast gəlinir. 

11 



  

   Məbəd Şəki rayonunun Baş Küngüt kəndində, 

dağın ətəyində yerləşir. Bu məbəd tipik alban-

xristian memarlığı üslubunda yerli daşlardan inşa 

olunmuşdur. Məbədin yaxınlığında VI əsrə aid 

qala divarlarının qalıqları mövcuddur. Məbədin 

qala divarlarından kənarda inşa olunması bu 

məbədin yerində daha qədim ibadətgahın mövcüd 

olduğunu təstiqliyir.   

 Əks tədqirdə  məbəd qalanın içərisində inşa 

edilməli  idi. Məbədin ətrafinda qədim 

nekropol mövcuddur. Bu nekropolun hansı 

dövrə aid olduğu isə hələ ki, müəyyən 

olunmamışdır. Məbəd  zaman-zaman 

qızılaxtaranların marağını cəlb etmişdir, onlar 

tərəfindən yandırılmış, divarları və bünövrəsi 

qazılmışdır. Hazırda məbəd  qəzalı 

vəziyyətdədir. 

12 



     Şəki rayonunun Bideyiz kəndində 

yerləşən alban məbədidir.  Məbəd binası 

XII əsrə aid olunsa da, tədqiqatçılar  

abidənin əslində daha qədim olduğunu,XII 

ə

srdə isə yalnız bərpa olunduğunu qeyd 

edirlər. Buranın hələ xristianlıqdan əvvəl 

atəşpərəst ibadətgahı olduğu ehtimal edilir.  

Albaniyada xristianlığın qəbulundan sonra 

isə bura xristian məbədinə çevrilmişdir. 

Bideyiz  məbədinin inşasında  dağ 

daşlarından və əhəng məhlulundan istifadə  

edilmişdir. Həcmcə çox da böyük olmayan  

bu məbəd  tipik  alban - xristian memarlığı 

üslubunda inşa edilmişdir.   

13

 




 Məbədin XII əsrdə yenidən bərpa olunması 

onu göstərir ki, burada yerli əhali hələ XII 

ə

srdə - İslam intibahının Azərbaycanda və 

bütün şərqdə geniş vüsət  aldığı dövrə  öz dini 

etiqadlarını qoruyub saxlamışdır. Məbədin 

ə

trafında kiçik nekropol da mövcuddur.  

Burada, vaxtiylə, məbəddə   xidmət etmiş 

rahiblər və kilsə xadimləri dəfn olunmuş  

 Hal-hazırda məbəd  qəzalı vəziyyətdədir, 

divarların və tavanın böyük hissəsi 

uçulmuşdur.Bunun səbəbi təbii proseslərlə 

yanaşı həm də, qızılaxtaranların 

“fəaliyyəti”dir.  Qızılaxtaranlar  məbədin 

bünövrəsini qazmaqla yanaşı burada  yanğın  

da törətmişlər. Hazırda  məbəd dövlət 

qeydiyyatına alınmışdır. 

14 



Oğuz rayonu ərazisində  yerləşən qədim alban 

məbədidir.  Məbəd V-VI əsrlərə aid edilir.  Bu 

dövrdə Albaniyada III Mömin Vaçaqan(487-

510) hakimiyyətdə  olmuşdur. III Vaçaqan 

hakimiyyətə gəldikdən sonra ölkədə 

xristianlığın mövqelərini möhkəmləndirməyə  

başladı və taxta çıxdıqdan dərhal  sonra  

çağırdığı Aluen kilsə məclisində(487-488)  

Albaniyada xristianlığın inkişafına mane 

olan əngəlləri  aradan qaldırdı (məhz 

xristianlıq qarşısındakı xidmətlərinə görə III 

Vaçaqan “mömin” adını almışdır). Onun 

ə

mri ilə  ölkənin hər yerində ilin günlərinin 

sayı qədər  məbəd inşa olunmuşdur.  Oğuz 

məbədi də  məhz bu dövrdə inşa 

olunmuşdur.  

15 



Məbəd öz memarlıq üslubuna görə  onunla  

həmdövr olan  digər alban məbədləri ilə elə də 

kəskin rərqlərə malik deyil. Məbəd, əsasən, çay 

daşlarından inşa olunmuş , bununla yanaşı 

tikintidə əhəng daşı və bişmiş kərpicdən də 

istifadə olunmuşdur. Məbədin daxili divarları 

yonulmuş əhəng daşı ilə üzlənmiş, damı 

qırmızı kirəmitlə örtülmüşdür. 

Məbəd  ötən əsrdə  baxımsız qalmış  və çox 

güman ki, təsərrüfat  məqsədləri üçün 

istifadə  olunmuşdur.  Məbədin divarları  

içəridən adi qara  suvaqla suvanmışdır ki, bu 

da məbədin tarixi memarlıq üslubuna xələl  

gətirir. Memar dövlət tərəfindən  yerli 

ə

həmiyyətli abidə kimi qeydiyyata 

alınmışdır. 

16 



Oğuz  rayonunun Calud kndində 

yerləşən Alban məbədidir. Məbəd yerli 

ə

dhəmiyyətli memarlıq abidəsi  kimi 

qeydiyyata alınmışdır. Tədqiqatçılar 

tərəfindən V-VI əsrlərə  aid edilən məbəd  

Qafqaz Albaniyasında xristianlığın 

çiçəkləndiyi  dövrdə inşa olunmuşdur. 

 

  

  

Belə ki, Alban hökmdarı III Mömün Vaçaqanın 

(487-510)  hakimiyyətə gəlməsi ilə Albaniyada 

xristianlıq öz çiçəklənmə dövrünə qədəm 

qoymuşdur. Dinin sürətlə yayılması məbəd 

memarlığının da inkişafına səbəb olmuşdur.   

Məhz bu dövrə aid olan Calud məbədi özü ilə 

həmdövür olan Mingəçevir abidələrindən həcmcə 

kiçik olsa da, memerlıq üslubu baxımından daha 

mükəmməldir. 

17

 




Məbəd əhəng daşından inşa olunmuşdur, 

birneflidir. Qırmızı kirəmitlə örtülmüş  damı  

möhtəşəm daş sütunlar saxlamaqdadır. Məbədin 

ə

trafında indi tamamiylə uçub dağılmış digər 

tikililərin xarabalıqları da müşahidə olunmaqdadır 

1836- cı ildə Alban katolikosluğu ləğv 

olunduqdan sonra məbəd  ermənilərin   əlinə 

keçmiş  məbəd onların saxtalaşdırma siyasətinə 

məruz qalmışdır.

  

Belə ki, ermənilər  məbədə müxtəlif  erməni –

qriqoryan  elementləri əlavə etmiş  və məbədin 

divarlarındakı alban xaçlarını  erməni xaçları ilə  

ə

vəz etmişlər. Məbədin hazırki halı da  ürəkaçan 

deyil.  Qızılaxtaranlar  məbədin döşəməsisni 

qazaraq onu böyük dağıntılara məruz qoymuşlar. 

Hazırada  məbəd baxımsız  vəziyyətdədir. 

 

18 




 Oğuz rayonu Muxas kəndi yaxınlığında  

 yerləşən, ətrafı müşahidə etmək məqsədi ilə 

inşa olunmuş tikilidir. Muxas kəndindən   

 Daşağıl kəndinə gedən yoldan bir az aralıda, 

dağ yamacının üzərində yerləşir.   Qüllə 

müşahidə məqsədi ilə inşa olunsa da elə də 

hündür nöqtədə deyil.  

Qüllə bir tərəfdən düzbucaqlı ,digər tərəfdn isə 

yarımdairəvi formadadır. Qüllənin 

hündürlüyü 11 – 12 metrdir. Yalnız bir 

tərəfindəki divar hündürlüyündə qapı yeri var. 

IX əsrdə çay daşı və kirəcdən tikilən 3 

mərtəbəli Muxas qülləsindən müşahidə 

məqsədilə XIV əsrə qədər istifadə edilib. 

19 


19

 



Azərbaycanın ən qədim şəhər yerlərindən biri 

olan Kabalaka Qafqaz Albaniyasının 

paytaxtı olmuşdur. Şəhər xarabalığı  XIX 

ə

srdən həvəskar arxeoloqların diqqətini cəlb 

etsə də, burada ardıcıl arxeoloji tədqiqat  işləri 

1940-cı ildən başlamışdır. Qədim Kabalakanın 

xarabalığı Qəbələ rayonu Çuxur Qəbələ 

kəndindən 1 km şərqdə, Qaraçay ilə Çovurlu 

çayı arasında yerləşir.  

Şəhər xarabalığı Səlbir, Qala (Govurqala), 

Güllü qoruq (Çaqqallı talası), Kamaltəpə, 

Bayır şəhər və s. arxeoloji abidələr 

kompleksindən ibarətdir.  

Bu hissələrdən ən böyüyü (sahəsinə görə) 

vaxtiylə müdafiə məqsədi ilə qazılmış 

xəndəkdən cənubda yerləşən Səlbir hissəsidir. 

12 ha ərazini əhatə edən Səlbirdə qala 

divarları, demək olar ki, tamamiylə dağılmışdır.  

20 



Qala (Govurqala) hissəsi, əsasən, VI əsrdən 

başlayaraq XVII əsrə qədərki dövrü əhatə edən 

Orta əsr şəhəridir. Ərazisi, təqribən,13 ha-dır. 

Kamaltəpə  şəhərin  cənub darvazasının 

qarşısında yerləşən təbii  təpəlikdi.  Adını  

vaxtiylə bu təpədə təsərrüfat işləri ilə məşğul  

olan şəxsin adından almışdır. İslamın   

qəbulundan sonra  şəhərin cümə məscidi məhz   

bu təpənin üzərində yerləşmişdir. 

Arxeoloqlar Kamaltəpədə  bu məcidin qalıqlarını 

və müsəlman məzarlığı aşkar etmişlər.  

Bayır şəhər 1977-ci ildə Kamaltəpənin 

şimalında aşkar olunmuşdur.Bayır şəhər adını 

qala divarlarından  kənarda yerləşdiyi üçün 

almışdır. Elmdə Bayır  şəhər  haqqında ilk 

məlumat  rus arxeoloqu A.Yanovskiyə  

aiddir(XIX  əsr). Bayır şəhər qaladan kənarda 

yerləşsə də evlərin cərgə ilə və sıx tikilməsi 

buranın kənd yox, şəhər olduğunu göstərir. 

21 



dağıdılan yastı təpələrin birindən külli 

miqdarda kirəmit və sütun qalıqları aşkar 

olunması arxeoloqların diqqətini buraya 

çəkmişdir. Arxeoloji tədqiqatlar zamanı  

burada  sahəsi 587 m



olan iri bina, onun üst 

örtüyünü təşkil edən iri ölçülü kirəmitlər və 

s. maddi mədəniyyət nümunələri 

tədqiqatçılara buranın məbədlər sahəsi 

olduğunu deməyə əsas verir. 

Güllü Qoruq (Çaqqallı)  Qəbələ şəhər 

xarabalığından 3-4 km Şərqdə  yerləşir. 

İndi bu ərazi əkin sahəsidir. Əkin sahəsinə 

çevrilməzdən əvvəl isə burada qəbristanlıq, 

pir yeri və cır qızılgül kolları  olmuşdur. 

Məhz buna görə əhali buranı  Güllü Qoruq 

adlandırmışdır. 1959-cu ildə ərazidə 

təsərrüfat işləri aparılır və bu zaman  

22 



 Qəbələdə  aşkar olunmuş qəbir abidələri 

ə

halinin dini dünyagörüşünün və dəfn 

adətlərinin müxtəlifliyini  nümayiş etdirir. 

Burada torpaq, katakomba,  xristian və 

müsəlman qəbirləri aşkar olunmuşdur. Bu 

tapıntılar, eyni zamanda, əhalinin dini 

dünyagörüşünün inkişaf xronologiyasını da 

izləməyə imkan verir. 

  Həmçinin, burada  müxtəlif gil qablar, 

zinət əşyaları, Roma, Parfiya, Albaniya 

və digər ölkələrin pulları da tapılmışdır.   

Bu, qədim Qəbələnin beynəlxalq ticarətdə 

çox mühüm rol oynadığını və  o dövrün  ən  

inkişaf etmiş şəhərləri ilə   sıx iaqtisadi və 

ticari əlaqələrə malik olduğunu göstərir. 

23 



Cotaari məbədi. Bu məbəd Qəbələ rayonunun  

Nic  kəndində yerləşir. Nic kəndinin əhalisini 

udilər təşkil edir. Qədim alban tayfalarından 

utilərin varisləri hesab olunan udilər Qafqaz dil 

ailəsinin ləzgi qrupuna daxil olan dildə 

danışırlar. Albanlar   XIX əsrin I yarsina kimi 

öz kilsə quruluşlarını qoruyub saxlamışdılar.  

Alban kilsəsi 1836-cı ildə ləğv olunduqdan 

sonra udilərin bir hissəsi çar hökumətinin 

məqsədli siyasəti nəticəsində zorla  

qriqoryanlaşdırılsalar da, digər udilər  (o 

cümlədən    Niclilər) çətinliklə də olsa dinlərini 

və dillərini qoruya bilmişlər. Hal hazrda öz milli  

kimliklərini qoruyan niclilərin sayı on minə 

çatır. 

24

 




Ölçülərinə görə  o qədər də böyük olmayan  

Cotaari məbədi, 1723-cü ildə  düzbucaqlı 

planda  çay daşlarından tikilib. Lakin, 

tədqiqatçılar burada daha qədim dövrdə 

məbədin mövcud olduğunu və hazırki 

məbədin   də onun  bünövrəsi üzərində 

ucaldıldığını bildirirlər.  Kilisədə bir çox dilə 

tərcümə olunmuş İncil var.  

Məbəddə kiçik zəng qülləsi və həyətində xaç 

suyuna salmaq üçün hovuzda inşa edilmişdir.  

Cotaari məbədi hal hazırda fəaliyyət göstərən 

nadir alban-xristian məbədidir.  Müqəddəs  

Yelisey kilsəsi adlandırılan bu məbəddə  

alban-udi – xristian dini icması fəaliyyət 

göstərir.  Məbəd 2002-ci ildə restavrasiya  

olunub. 

25 



Qax rayonu çinarlı kəndində 

yerləşən orta əsrlər qalasıdır.Qala 4 

dairəvi bürc və tağ bənddən ibarət 

olmuşdur . Təbii təsirlər 

nəticəsində qalanın 3 bürcü uçmuş 

yalnız biri dövrümüzə qədər gəlib 

çatmışdır.  

 

 Qalanın yaxınlığında köhnə kənd 

qəbristanlığı yerləşir.Tikilinin inşasında 

bişmiş kərpicdən, çay dşlarından və 

ə

həng məhlulundan istifadə 

olunmuşdur. Hazırad Sırt qalası tarix-

memarlıq abidəsi kimi dövlət tərəfindən  

mühafizə olunur. 

26 



Məbəd Qax rayonda, Qum kəndinin 

mərkəzində, kiçik dağ çayının sahilində 

yerləşir. VI əsrə aid olduğu güman edilir. 

Tetrakonx formasında  tikilmiş bu bazilikanın 

uzunluğu 36,5 metr, eni 19,3 metrdir. 

Məbəd 3 tərəfdən eyvanla əhatələnib, 

içərisində 3 zal var. Məbədin  3 qapısı 

olmuşdur.Qapı üstləri yarımqövs  şəkilli 

tağlarla bəzədilmişdir.   

Qum məbədinin tikintisində əsasən yonulmuş 

çay daşından istifadə olunmuşdur. Son illər 

konservasiya edilmiş məbəd Alban abidələrinə aid 

edilir. Daxili həcmi dördbucaq formalı ibadət zalı 

(36,5x19,3 m) təşkil edir. İki cüt «T»-şəkilli 

sütünlar və bir cüt pilastrlar zalı üç nefə bölür. 

Mərkəzi nef təxminən üç dəfə başqalarından 

genişdir və o, nalşəkilli apsida ilə tamamlanır. 

 

27

 




Məbədə konstruktiv möhkəmlik vermək 

məqsədilə sütunlar, tağlar məbədin küncləri 

və bəzi memarlıq elementləri bişmiş  

kərpicdən inşa edilmişdir.V əsr alban 

memarlığının nadir incilərindən olan 

məbəddə aydın planlaşdırma və səliqəli 

konstruksiyalar diqqəti cəlb edir. Bu 

möhtəşəm məbəddən dövrümüzə yalnız onun 

ümumi həcmi və dam örüyünün bəzi hissələri 

gəlib çatmışdır. 

Sütunların ayırdığı mərkəz hissə daha 

hündür, sütunların yan tərəfindəki hissələr 

isə alçaqdır. Yan neflərin axırında isə kvadrat 

sövməələr var. Əsas binanın üç tərəfində  

qalereya olmuşdur. Divarlar göy və tünd yaşıl 

rəngə çalan çay daşlarından tikilib.  

 

 

28 



Qax rayonunun  Ləkit Kötüklü kəndi 

ə

razisində  yerləşən "Yeddi kilsə" adlı  

möhtəşəm alban monastır kompleksi  . Bu 

məbəd uzun müddət  aftokefal  alban  kilsəsi  

yepiskopluğunun mərkəzi olmuşdur. Məhz 

bununla əlaqədar olaraq  bu ərazilər  “Kax”- 

yəni, dini mərkəz adlandırılmışdır. 

  Bu məbədin tarixi  Xristianlığın  

Albaniyada yayıldığı ilkin dövrlərə gedib 

çıxır . Məbəd kompleksinin  III Mömin 

Vaçaqanın  hakimiyyəti  illərində (487-

510) inşa olunduğu güman olunur.  Bu 

dövrdə Qafqaz albaniyasında  xristianlığın 

inkişafı geniş  vüsət almışdır. 

29 



  

     


  

 “Yeddi kilsə” memarlıq kompleksi Qafqaz 

Albaniyası dövrünün abidələri içərisində öz 

orjinallığına  görə  fərqlənir.  Kompleksə 

ümumilikdə 9 abidə daxildir. Bunlardan 

yeddisi kilsə , rahiblərin və  qonaqların 

qalması üçün nəzərdə tutulmuş hücrələr, 

həmçinin zəng və keşikçi qüllələridir. 

 Kompleksə daxil olan baş kilsə böyük və 

üçnefli, digər kilsələr isə birneflidir. 

Kompeksə daxil olan bütün binalar bazailika 

formasında inşa olunmuşdur. Ərazidən 

tapılmış kirəmit parçaları  və  binaların 

salamat qalmış dam hissəsi  kilsələrin damını  

örtmək üçün qırmızı kirəmitdən istifadə 

edildiyini  göstərir. 

 

30 



Yaxınlıqdakı dağda  burada yaşayan 

rahiblərin təhlükəsizliyini təmin etmək 

məqsədi ilə inşa olunmuş qala divarlarının 

qalıqları  müşahidə olunur. Elm və təhsil 

mərkəzi olan, həmçinin öz təsərrüfatı olan 

monastırın çox geniş torpaq sahələri 

olmuşdur.  Yeddi kilsə monastrının 

məbədlərdən bir qədər aralıda yerləşən 

giriş darvazası da qalmaqdadır. 

Yerli əhali arasında  Yeddi Kilsə  monastır 

kompleksi ilə bağlı  bir sıra əfsanələr 

dolaşmaqdadır. Bu əfsanələrdən birinə görə 

bu məbəddə vaxtiylə Atillanın 4 nəvəsi  

Romalılardan gizlənmişdir ki, məbədin 

ə

trafındakı qala divarları da məhz onları 

qorumaq üçün inşa olunmuşdur. 

31 



 Əfsanənin digər versiyasında isə məbəd 

ə

razisində  Atillanın nəvələrinin dəfn 

olunduğu  və monastrın onların 

xatirələrini əbədiləşdirmək məqsədi ilə inşa 

olunduğu qeyd olunur. Lakin bu 

ə

fsanələrin həqiqət olduğunu təsdiqləyən 

heç bir yazılı mənbə yoxdur. 

 

 

 Qafqaz Albaniyasında xristianlığın 



yayıldığı ilkin dövrlərin abidəsi olan Yeddi 

Kilsə monastır kompleksi, həmçinin  bu cür 

müdafiə sisteminə malik yeganə alban 

məbədi olması  ilə də seçilir. Bundan başqa, 

məbəd  ölkəmizin şimal-qərb bölgəsində 

yerləşən ən böyük alban məbədi hesab 

olunur. 

32 



    Zaqatala  şəhərində yerləşən qədim 

Alban məbədidir. IV-V əsrlərə aid edilən 

məbəd  öz ölçülərinə  və memarlıq 

üslubuna  görə  həmdövr olduğu  

məbədlərdən  fərqlənir. Lakin, məbəddəki 

bir sıra elementlərin sonradan əlavə 

edilməsi məlumdur.    

Qırmızı  kərpicdən inşa olunmuş  məbədin  

geniş  sütunlu zalı  zəng  qülləsi ilə  

tamamlanır.   Məbədin inşasında şərq 

memarlığı  elementlərindən  geniş  istifadə 

olunmuşdur.  Məbədin  bayır 

divarlarındakı səkkizgüşəli xaçlar diqqəti 

daha  çox  cəlb edir. 

33 



 Alban katolikosluğu ləğv olunduqdan 

sonra (1836) digər  Alban  məbədləri  kimi  

Zaqatala  kilsəsinin də  taleyi ürəkaçan  

olmadı. Bu  məbəd  də  ermənilərin  

ixtiyarına  keçdi.  Sovet hakimiyyəti 

dövründə isə  məbədi vəziyyəti daha 

acınacaqlı  olmuşdur. 

Şəhərin yaşlı  sakinlərinin  məlumatına  

görə,  sovet  hakimiyyəti illərində ermənilər  

məbədi  yaşayış  binası  kimi  istifadə  

etmişlər. Məbəddə  bu faktın izləri  aydınca 

sezilir. Belə ki, məbədin divarları  boyanmış, 

zal üç  mərtəbəyə  ayrılmışdır.  Sonradan 

məbəddə yanğın baş  vermişdir. Hal-hazırda  

məbəd  baxımsız  vəziyyətdədir.    

34 



Qüllə Balakən rayonu Katex kəndində yerləşir. 

Ə

sası daha uzaq keçmişdə qoyulmasıa da 

ə

həmiyyətiniXVII əsrədək qorumuşdur.Ölkənin 

müdafiə sisteminə daxil olan qüllə  müşahidə  

funksiyasını  yerinə yetirmişdir. Qüllənin   

hündürlüyü 13-15 metrə çatır. Çay daşlarından 

inşa edilmiş qüllənin divarları  çöl tərəfdən 

suvanmışdır.  

 

Dörd mərtəbədən ibarət olan tikilidə qatlar 

taxta döşəmə tirləri ilə ayrılmışdır. Döşəmələr 

dağılsa da tirləri yerləşdirmək üçün nəzərdə 

tutulan oyuqlar  qalmaqdadır. Yuxari hissəsində 

və eyni zamanda bütün mərtəbələrdə əsgərlərin 

ə

trafı müşahidə edə bilməsi üçün  nəzərdə 

tutulmuş  yerlər düzəldilmişdir. Qüllənin 

divarları dövrümüzə demək olar ki, tam şəkildə 

gəlib çatmışdır. 

35 



Balakən rayonu ərazisində yerləşən  alban 

məbədlərinin sayına görə çox zəngindir.  

Strabon öz əsərində bu əraziləri “məbədlər 

diyarı” adlandırır.  Bu ərazidə yerləşən alban 

məbədlərindən biri də,  Balakən rayonunun 

Talalar  kəndi ərazisində yerləşir. Yerli əhali bu 

məbədi “Nur kilsəsi” adlandırır.   

Məbəd iki hissədən: giriş hissə və  ibadət  

zalından ibarətdir. Məbədin ümumi uzunluğu  

15m, giriş hissənin hündürlüyü isə 7,6 m-dir. 

Giriş hissəsi altıbucaqlı şəklindədir. İki nəhəng 

sütun üzərində inşa edilmiş bu hissə  ibadət 

zalının giriş qapısındakı tağa birləşdirilmişdir.  

Məbədin giriş hissəinin sonradan inşa edildiyi 

aydınca sezilir.  

36 



 Ümumiyyətlə, məbəd xristianlıqdan  

ə

vvəlki dövrə aiddir. Antik yunan 

coğrafiyaşunası Strabon yazır ki, bu 

ə

razilərdə daha çox ay  ilahəsi Selenaya  

sitayiş olunur.  Məbədin ətrafında tapılmış 

saxsı nümunələri üzərindəki ay və günəş 

təsvirləri vardır.  

Bu məbədin əvvəllər göy cisimlərinə 

tapınanların məbədi olduğunu sübut 

edir.Çox güman ki, giriş hissə də məbədə 

məhz xristianlığın qəbulundan sonra əlavə 

edilib və  eyni  zamanda zəng qülləsi 

funksiyasını da icra etmişdir. Məbədin 

hazırki vəziyyəti heç də ürəkaçan deyil. 

Məbəd yarıuçuq vəziyyətdədir. 

37 



 Qafqaz Albaniyası dövrünə aid  müşahidə qülləsidir. 

Abidə Qafqaz Albaniyasının süqutundan sonra da 

uzun müddət praktik məqsədlərlə istifadə 

olunmuşdur. Qüllənin hündür təpə üzərində və yol 

kənarında inşa edilməsi onun ölkənin  müdafiə 

sisteminə  daxil  olan müşahidə xarakterli bir tikili 

olduğunu sübut edir. 

Qüllənin Qara çayın sahilində yerləşməsi, onun 

həm də karvan yollarını müdafiə etmək funksiyasını 

daşıdığını göstərir Qüllənin orjinal şəkildə 

hündürlüyü 13-15 metr olmuşdur ki, buda uzaq 

məsafəni daha yaxş müşahidə etməyə imkan verir. 

Qüllə alban memarlıq üslubunu ozündə əks etdirir. 

Tikintisində çay dşlarından və əhəng məhlulundan 

istifadə edilmişdir. Qüllə uzun muddət diqqətdən 

kənarda qalmış və günümüzə sadəcə hündürlüyü 

2,5-3 m  olan qalıqları gəlib çatmışdır.  

 

  

38 




  “Bakı  Gənclər  Klubu”  İctimai  Birliyi  29  yanvar  1994-cü  ildə 

təsis olunmuş və həmin il mayın 4-də Ədliyyə Nazirliyi tərəfindən 

qeydiyyata  alınmışdır.  Birlik  Azərbaycan  Respublikasının  Gənclər 

Təşkilatlarının  Milli  Şurası  (ARGTMŞ)  və  “GUAM  Dövlətləri 

Gənclər Təşkilatlarının Forumu”nun təsisçisi və fəal üzvüdür. 

   Birliyin  məqsədi  yaradıcı  gənclər  arasında  əlaqələrin  inkişafına 

kömək  etməkdən  ibarətdir.  Birlik  məqsədlərinə  çatmaq  üçün  öz 

üzərinə  bir  sıra  vəzifələr  götürür:  gənclər  arasında  milli-mənəvi 

dəyərlərimizi  təbliğ  etmək;  vətənpərvərlik  ruhunun  yüksəltmək; 

gənclərin  elm  və  təhsilə  marağını  artırmaq;  Azərbaycan 

həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə gəncləri cəlb 

etmək  və  s.  Bu  məqsədi  əsas  götürərək  “Bakı  Gənclər  Klubu”  İB 

yarandığı gündən bir sıra layihələr  həyata keçirmişdir. 

   Bu  layihələrdən  biri  də,“Bakı  Gənclər  Klubu”İctimai  Birliyinin    

gəncləri  alban  tarixi  ilə  daha  yaxından  tanış  etmək  və  tarixi 

abidələrimizin  mühafizəsinə  diqqəti  artırmaq  məqsədiylə, 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi 

ilə    respublikamızın  şimal-qərb  regionunda  həyata  keçirdiyi  

“Tariximizi  öyrənək,  irsimizi  qoruyaq!”  adlı  layihəsidir.  Bu  layihə 

çərçivəsində,  bir  qrup  gənc  həmin  regionda  yerləşən,  Qafqaz 

Albaniyası dövrünə aid olan tarixi abidələrlə və Albaniyanın tarixi 

irsi ilə tanış olmuşlar. Layihə iştirakçıları öyrəndikləri məlumatları 

bu kitabça vasitəsi ilə, digər həmyaşıdları və Qafqaz Albaniyasının 

tarixi ilə maraqlanan hər kəslə bölüşmək  niyyətindədirlər. 

  

 

S. Rüstəm 7, AZ 1014 

 Tel:+994(12) 408 98 45 

   Fax:+994(12)441 16 27 

www.facebook.com/ 

“Bakı Gənclər Klubu”  

İctimai Birliyi 

e-mail: bgk-1994@bgk.az 

Yüklə 142,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə