Akademik kommunikasiya


Akademik nitq, kütlə qarşısında çıxışın ümumi qaydaları



Yüklə 16,45 Kb.
səhifə2/2
tarix06.01.2022
ölçüsü16,45 Kb.
#82623
1   2
Akademik kommunikasiya

Akademik nitq, kütlə qarşısında çıxışın ümumi qaydaları. Məlum olduğu kimi, insanların sosial və ictimai münasibətlərini tənzimləyən mühüm amillərdən biri nitqdir. Hər bir uğurlu professional fəaliyyət keyfiyyətli nitq kommunikasiyası sayəsində mövcud olur. Akademik nitq elmi dünyagörüşün, yaradıcı düşüncənin inkişafına kömək edən nitq bacarığıdır. Akademik nitq idrak yönümlülüyü, məlumat vermə qabiliyyəti, ümumilikdə yüksək məntiq mədəniyyəti ilə yanaşı, intellektual səviyyəsi və estetik dizaynı ilə seçilir.

Nitqlərdə hər şey mühümdür: məzmun, intonasiya, şərhin tərzi, jestlər, mimika. Yadda saxlamaq lazımdır ki, informasiyanın, təqribən, yarısı intonasiya vasitəsilə ötürülür. Müxtəlif şəkildə söylənən eyni söz və ifadələr tamamilə əks nəticələrə gətirib çıxara bilər. Kifayət qədər ucadan, aydın, ifadəli və anlaşıqlığı təmin etmək üçün sadə danışmaq lazımdır. Nitq monoton olmamalıdır, amma yuxugətirici «dalğalı» (yəni gah yüksək, gah yavaş səslə) da olmamalıdır. Çıxışın emosionallığı məzmuna uyğun olmalı və vəziyyəti nəzərə almalıdır. Nitqin ucadan səslənməsinə çalışaraq səs tellərini gərginləşdirmək lazım deyil, rezonatorlardan - səsi qüvvətləndirən orqanlardan - ağız boşluğu, burun boşluğu, alın pərləri, döş qəfəsindən istifadəni öyrənmək lazımdır. Çıxış prosesində nəfəsi tənzimləmək üçün düzgün nəfəsalmanı öyrənmək lazımdır. Hazırlıqsız adam nitq prosesində kəskin oksigen çatışmazlığından əzab çəkir; onun damarları şişir, üzü qızarır, tərləyir, nəfəsi və nəbzi sürətlənir. Bu hallardan qaçmaq üçün səsin və nəfəsin düzgün istifadəsi üzərində işləmək, lazımsız fasilələrə yol vermədən, hiss edilmədən səslər arasında nəfəs almağı öyrənmək lazımdır. Ən yüksək səmərəlilik şərhin sadəliyi ilə uzlaşdırılmış nitqin məntiqi perspektivini və aydınlığını təmin edən fikir və sözün ahəngdarlığı ilə əldə olunur. Şərh nə qədər quru və mücərrəd olursa, onun emosionallığı o qədər az və qavranılması o qədər zəif olur. Lakin emosionallıq yalnız xarici təzahürlərlə məhdudlaşmır, daxili güc və inam da mühüm məsələdir, onlar isə yalnız işgüzar zərurətdən doğan söz demək tələbatı ilə möhkəmləndirilə bilər. Nəsihət və öyüdlər yolverilməzdir, auditoriyaya yaltaqlanmaq da olmaz.

Danışan onun auditoriyasım təşkil edəcək adamları nəzərə almalıdır. Auditoriyadakılann təhsili, peşəsi, yaşı haqqında anlayışlar yalnız ilkin məlumatlardır. Onlar dinləyicini danışılanla maraqlanan həmsöhbətə çevirməyə kömək edər. İnsanlar danışıq zamanı onlara tərəfdaş kimi şəxsən müraciət edilməsini xoşlayırlar. Natiqin rahat duruşu, auditoriadakılann gözlərinə baxmaq bacanğı, intonasiyanın səmimiliyi, zarafatlar və bir çox başqa məsələlər rahatlıq və ahəngdarlıq duyğusu, dinləyicilərdə inam yarada bilər. Şübhəsiz, dinləyicilərin diqqəti bütün nitq boyu bizdə olmalıdır, lakin onu lap nitqin başlanğıcından qazanmalıyıq.

Çıxışın üzündən oxunması metodu da yadda saxlama metodu kimi qeyri-çevikdir, o da danışan və auditoriya arasında sədd yaradır. Üzündən oxuyarkən danışanın gözləri mətnə zilləndiyi üçün o öz dinləyicilərinə baxa bilmir, yalnız hərdən nəzər salır. Əgər o, üzündən oxumanın xüsusi vərdişlərinə malik deyilsə, canlı nitqi gözəlləşdirən səs imkanlarından, intonasiyanın zənginliklərindən də kifayət qədər istifadə edə bilməyəcək. Bəzi xüsusi vəziyyətlərdə qeydlərsiz keçinmək mümkün olmur, çünki sözlərin çox diqqətlə seçilməsi lazım gəlir. Məsələn, rəsmi müraciətlər, yaxud elmi məruzə belədir. Belə hallarda natiqə şərhdə canlılıq və müxtəlifliyi təmin etmək üçün əvvəlcədən oxu məşqi etmək tövsiyə olunur. Lakin mümkün qədər qeyri-effektiv və formal üsul kimi kağızdan oxumaqdan çəkinmək məsləhət görülür. Yaxşı natiqlərin çoxu improvizə metodundan istifadə edir. Qeyd etmək lazımdır ki, bu zaman nitq diqqətlə planlaşdırılır, lakin sözlər qəti əzbərlənmir. Əvəzində natiq plan-konspekti bir kənara qoyur və nitqin ucadan söylənilməsini məşq edərkən hər dəfə sözləri dəyişdirir. D. Karnegi də bir sıra məsləhətlər verir. Onlardan bəziləri işgüzar danışıqlar, söhbətlər və çıxışlar üçün aktualdır: İnamlı olun. D. Karnegi bu müddəanı psixoloq U.Ceymsə istinad edərək əsaslandırır: «Sanki hərəkət hissin ardınca gəlir, lakin əslində hərəkət və hiss uzlaşır: iradənin birbaşa nəzarətində olan hərəkəti idarə edərək, biz dolayısı ilə bu nəzarətə tabe olmayan hissi də idarə edə bilərib). Özünə inamlı olmaq çox mühümdür (bunun üçün böyük material ehtiyatına, yaxşı hazırlığa malik olmaq lazımdır), lakin özündən müştəbeh olmaq lazım deyil. Səliqəli və zərif görünməyə çalışın. Bu, özünəhörməti artırır, özünə inamı möhkəmləndirir və dinləyicilərdə hörmət yaradır. Gülümsəyin və müsbət reaksiya əldə etməyə çalışın. İşgüzar ünsiyyət üçün tövsiyə edilən ümumiləşdirilmiş planlardan ən çox aşağıdakı uyğundur:

• faktların şərhi (vəziyyətin qısaca işaqlandınlması);

• onlardan irəli gələn mülahizələrin, yaxud mahiyyət etibarilə konkret təkliflərin söylənməsi;



• əməkdaşlığa, yaxud fəaliyyətə dəvət.

Lakin əvvəlcə auditoriyanın diqqətini cəlb etmək və marağını oyatmaq zəruridir, nəticədə isə insanları hərəkətə təşviq edən motivləri açmaq mümkündür. Çıxışın başlanğıcı daha çətindir. Giriş qısa (bir və ya iki cümlə) olmalıdır. Girişi çox form al başlamayın və onu çox diqqətlə hazırladığınızı göstərməyin. Sərbəstlik, ahəngin təbiiliyi uğura aparır. Nitqin bitirilməsi - ən çox yadda qalan mühüm ünsürdür. Nitqi bitirərkən «mən nitqimi bitirirəm» - deməyin. Ancaq nitqi də natamam qoymayın. Çıxışın sonluğunun belə variantlarını təklif etmək mümkündür: fəaliyyətə çağırmaq, dinləyicilərə uyğun gələn xoş söz söyləmək, gülüş doğurmaq, müvafiq poetik misraları əzbər söyləmək, kulminasiya yaratmaq və s. Yaxşı başlanğıc və son hazırlayın və onlan birləşdrin. Söylənilən müddəaların qısa xülasəsini etmək mümkündür. Təkcə nə danışdığınız mühüm deyil, həm də necə danışdığınız mühümdür. Əgər dinləyicilərin başı üzərindən, yaxud da döşəməyə baxsanız, söhbət, yaxud çıxış «öldürülmüş» olacaq. Daha mühüm fikri vurğu ilə, səsin gücü ilə, sürətin, yaxud fasilələrin dəyişdirilməsi ilə qabartmaq tövsiyə olunur. Aydınlıq çox mühüm, amma çətindir; bunun üçün assosiasiya və müqayisələrdən istifadə edin. Əgər bütün dinləyicilər sizin ixtisasınızla bağlı deyilsə, xüsusi terminlərdən istifadə etməkdən çəkinin. Eksponatlardan, illüstrasiyalardan, obrazlı müqayisələrdən dinləyicilərin görmə qavramasını qüvvətləndirmək üçün istifadə edin, daha konkret və müəyyən olmağa çalışın. Mücərrəd mülahizə və hökmləri nümunələrlə müşayiət edin. Başlıca fikirləri təkrar etmək olar, lakin eyni ifadələri iki dəfə işlətmək lazım deyil. Eyni zamanda çox məsələlərə toxunmağa səy göstərməyin, xüsusilə əgər çıxışın həcmi kiçikdirsə, bu, yaxşı alınmaz.
Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə