Ağdam rayonunun işğalı



Yüklə 126,3 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü126,3 Kb.
#67130

background image
Ağdam rayonunun işğalı  

1993 

 

Ərazisi: 1, 15 km

2

 

Əhalisi: 177,6000 nəfər 

İşğal tarixi: 23. 07.1993 

 

Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 20 il keçir. 

1993-  cü  il    23  iyul  tarixində  birinci  Qarabağ  müharibəsinin  ən  geniş 

miqyaslı  əməliyyatlarından  biri  baş  vermiş,  1993-  cü    ilin  iyun-iyul 

aylarında  Gəncə  və  Bakıda  baş  verən  hadisələr  ermənilərə  Qarabağ 

cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı vermişdir. 

Ağdam  üzərinə  edilən  birinci  hücum  nəticəsiz  qalmış,  ermənilər 

qüvvənin Ağdərə istiqamətində cəmləşdirmiş, iyun ayının 26- da Ağdərə 

düşmən əlinə keçmişdir.  

Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində 

əməliyyata  başlamışdır.  600  minlik  erməni  ordusuna  qarşı  əsasən 

könüllülərdən  ibarət  və  düşməndən  sayca  az  olan  Azərbaycanın  milli 

ordusu  durmuş,  42  gün  davam  edən  döyüş  Ağdamın  işğalı  ilə  sona 

çatmışdır.  Ərazisi  1094  kvadrat  kilometr  olan  Ağdamın  882  kvadrat 

kilometri, bir şəhər və 80 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min 

insan  məcburi  köçkün  həyatını  yaşayır.  Bunların  17  mini  yaşlı  nəslin 

nümayəndəsidir. 

 İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 

kolxozu,  12  sənaye,  74  məktəb,  271  mədəniyyət  evi,    67  idarə  və  99 

klub  düşmən əlinə keçmişdir.  



background image
Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid 

olmuşdur.  Ağdamdan  olan  məcburi  köçkünlər  Azərbaycanın  59 

rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. 

 Ərazisinin 70 faizini itirən Ağdamın iqtisadiyyatı 3 milyard manat 

vəsait itirmişdir.  40 min ha- dan çox əkin sahəsi olan və ölkənin ən iri 

aqrar  rayonlarından  sayılan  Ağdamda  indi  17  min  ha  sahədə  əkin 

aparılır. 

  

Ermənistan  Silahlı  Qüvvələri  tərəfindən  Azərbaycanın  Ağdam 



rayonunun  işğalı  nəticəsində  ölkəmizə  ümumilikdə  6  milyard  179 

milyon dollar məbləğində ziyan dəymişdir. 

 Hər bir azərbaycanlı, hər bir  ağdamlı əmindir ki, onun  müqəddəs 

ziyarətgahı, dəyişməz qibləgahı olan, bu gün azan səsəinə həsrət qalmış 

məscidimiz, 

musiqi 


səslərinə 

möhtac 


qalmış 

bərli-bərəkətli 

torpaqlarımız,  ata-  babalarımızın  uyuduqları  məzarıstanlıqlarımız 

tezliklə azad ediləcək.  



O gündə uzaqda deyil. 

Yüklə 126,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə