23
çıxdıqca hər şeyi hikmət üzündən yaradan Allahın Qurani-Kərimdə
bu məsələlər haqqında qabaqcadan xəbərlər verdiyinin şahidi oluruq.
Məhz bu amillər qeyri-müsəlman alimlərini heyrətləndirir, onları İs-
lam həqiqətlərini dərk etməyə və bu dini qəbul etməyə təhrik edir. Bu-
nun nəticəsidir ki, artıq həqiqi İslam (mövhumat və xurafatdan uzaq)
qeyri-İslam dövlətlərində inkişaf edərək daha da vüsət tapmaqdadır.
Bu səbəbdən də müxtəlif ölkələrin alim və mütəxəssislərinin iştirakı
ilə”Quranda elmi nişanələr”və digər bu kimi mövzularda elmi konfrans-
lar keçirilir və bütün elmlərin mənbəyinin “Quran”da olması haqqında
müzakirələr aparılır. Bütün dünya, axirət və kainat elmləri haqqında
bilgilər verən Qurani-Kərim Allah tərəfindən dünya əhlinə bəxş edil-
miş böyük nemətdir.İslam dinini kamil din hesab etmiş məşhur alman
şairi Höte (1749-1832)yazırdı: “Əgər İslam Allahın iradəsinə təslim
olmaqdırsa, deməli, biz hamımız İslam əqidəsi ilə yaşayır və onunla
da fani dünyadan köçürük. İslam elə bir dindir ki, Muhəmməddən
əvvəlki Peyğəmbərlər də onun müjdəsini vermişlər.”
Bernard Şou (1856-1950) “Muhəmməd Allahın elçisi” əsərində
yazırdı:“Mən həmişə Muhəmmədin dininə, malik olduğu möcüzəli
həyat gücü və enerjiyə görə dərin ehtiram bəsləmişəm. Mənim
fikrimcə, İslam taleyin cürbəcür fitnələrini və sivilizasiya fərqlərini
dəf etmək yolunda uğur qazana bilən yeganə dindir. Mən qabaqca-
dan görürəm ki, avropalılar bir-birinin ardınca İslam dinini qəbul
edəcəklər”.
Başqa bir Avropa alimi, professor A.Elison istər öz dövrümüzdə,
istərsə də yaxın gələcəkdə bir çox elm adamlarını İslam dinini qəbul
edəcəyini bildirərək belə deyir:“Elm adamlarının apardıqları
tədqiqatlar nəticəsində İslam dininin həqiqətləri arasında tam uy-
ğunluğun olduğunu gec-tez biləcəklər.İslam dini xalq təbəqələrindən
əvvəl elm adamlarının dini olmuşdur”.
İnsanın fitrəti, qəlbi, vicdanı “Quran-Kərim”in həqiqətlərini
bilməyənədək dünyada həqiqi rahatlığa çıxa bilməyəcək. İnsanlar
ömürləri boyu,“Quran” həqiqətlərini tapana qədər daim axtarışda ola-
caqlar.
əl-Maidə-3 - Bu gün Mən sizin üçün dininizi kamil etdim, (cahiliyyət
qanunlarını məhv etməklə) nemətimi sizə tamam etdim. İslamı sizin
üçün din seçdim.Allah-taala İslam dinini meydana çıxarmış və ucalt-
mışdır. Yalnız Məndən qorxun və mənə ibadət edin. (Çünki mən sizi
zəfərə çatdırdım, İslam dinini bütün dinlər üzərində qalib etdim, dinini-
zin iman əsaslarını, şəriət əsaslarının hamısını sizə bildirdim.)
24
Yunus-105-Batildən haqqa tapınaraq üzünü İslam dininə çevir,
müşriklərdən olma.
Ali-İmran-19-Şübhəsiz, Allah yanında din İslam dinidir.Kitab əhli
o dinin haqq olduğunu bildikdən sonra, həsəd və təkəbbürlülükdən ixti-
lafa düşdülər. Allahın ayətlərinə kafir olanlar bilsinlər ki, Allah tezliklə
hesablara yetişəcəkdir.
AIi-İmran-85-İslamdan qeyri bir din seçən kəsdən heç bir əməl
qəbul olunmayacaq və axirətdə ziyan görənlərdən olacaqdır.
Ali-İmran-103-Hamınız Allahın ipindən,İslam dinindən yapışın və
bir-birinizdən ayrılmayın.Allahın sizə verdiyi nemətləri xatırlayın ki,siz
bir-biriniz ilə düşmən ikən Allah sizi İslam dini ilə birləşdirdi.
ər-Rum-43-44-Pak,düzgün dinə doğru gəl!Allahın əmrindən geriyə
dönmək mümkün olmayan günün gəlib çatmasından qabaq.O gün
insanlar iki dəstə olarlar. Kafir olanların küfrü öz ziyanlarına olar,
əməlisalehlər isə özləri üçün yaxşı mükafatlar hazırlayıblar.
Hədis:-Allahın Peyğəmbəri (s.ə.s.) buyurur:-Ey camaat! Həqiqətən
məndən sonra heç bir Peyğəmbər, sizdən sonra heç bir ümmət olma-
yacaq. Agah olun və öz Allahınıza ibadət edin. Beş vaxta namaz qılın,
Ramazan ayının orucunu tutun, Həccə gedin, mal-dövlətinizin zəkatını
səmimi qəlbdən verin və Allahın əmrlərinə itaət edin ki, Cənnətinə daxil
ola biləsiniz. (Hədisi Qüdsi)
ALLAH BÜTÜN İNSANLARI MÜSƏLMAN
YARATMIŞDIR
Açıqlama: Müsəlman-lüğətdə tək bir Allaha təslim olmuş, tabe ol-
muş mənasındadır. İslam dinindən olan insanları “müsəlman”, yəni,
Vahid olan Allaha ibadət edən adlandırırlar. Əslində, Qurani-Kərimə
müraciət etsək, görərik ki, Allah-taala tərəfindən dünyaya göndərilmiş
bütün Peyğəmbərlər özlərini müsəlman adlandırmışlar.
Bu ayələrdən göründüyü kimi Allah-taala bütün insanları müsəlman
olaraq yaratmışdır. Beləliklə, ümumi fikir budur ki, İslam yeganə Alla-
ha təslim olmaq, boyun əymək deməkdir.
Fussilət-33-Xalqı Allaha tərəf çağıran,yaxşı is görən və” Mən
Müsəlmanlardanam!” - deyən kimsədən daha gözəl danışan kim ola
bilər?!
əl-Bəqərə-127-128-İbrahim və İsmail Beytin bünövrəsini ucaldan
zaman dedilər: - Ey Rəbbimiz, bizdən bunu qəbul et! Həqiqətən, Sən
daima eşidən və bizim niyyətlərimizdən xəbərdarsan. Pərvərdigara,
25
bizim hər ikimizi müsəlman və sənin əmrinə itaətkar et!Bizim öv-
ladlarımızdan yalnız Sənə boyun əyən insanlar vücuda gətir, bizlərə
ibadətlərimizin yollarını göstər, tövbə etdikcə bizə rəhmətinlə bax.
Tövbəni çox qəbul edən və bağışlayan yalnız Sənsən!
əl-Bəqərə-131-132-Rəbbi İbrahimə: -Əmrimə təslim ol!-dedik-
də,İbrahim də:“Aləmlərin Rəbbinə təslim oldum, müsəlman oldum!”-
deyə cavab vermişdi. İbrahim və (sonra da) Yaqub müsəlman olmağı öz
oğlanlarına vəsiyyət ediblər. Onlardan hər biri öz övladlarına dedilər:-
Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün İslam dinini seçdi, siz də
ancaq müsəlman olaraq ölməlisiniz!
əl-Ənam-161-(Ya Rəsulum!)De ki:-Şübhəsiz,Rəbbim məni doğru
yola, həqiqi, düzgün dinə, batildən haqqa tapınan və müşriklərdən ol-
mayan İbrahimin dininə yönəltdi!
əl-Həcc-77-78-Allah sizin üçün İslam dinini seçdi,sizin üçün dində
çətinlik yeri qoymadı, əksinə, atanız İbrahim millətinin genişliyi kimi,
sizin dininizi genişləndirdi. Allah sizə İbrahimdən qabaq müsəlman adı
qoymuşdur. Bu Quranda siz müsəlman adlanırsınız ki, Peyğəmbər sizə
şahid olsun. Siz də keşmiş Peyğəmbərlərin ümmətinə (ya sizdən sonra
gələn ümmətlərə) şahid olarsınız ki, Peyğəmbər hökmləri çatdırmış-
dır. Namaz qılın, zəkat verin, Allahın dinindən yapışın! Sizin işinizə
yetişən, kömək göstərən Allahdır. O nə yaxşı ixtiyar sahibi, necə də
gözəl imdada yetəndir.
əl-Əraf-126-Musa və Harunun duası:-Ey Rəbbimiz,bizə bolluca
səbir əta et və bizi müsəlman olaraq öldür!
Yusif-101-Yusif söylədi:-Göyləri və yeri yaradan Allah!Sən dünya-
da da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman
olaraq əbədi dünyaya köçür və salehlərin yanına apar.
Ali-İmran-102-Ey möminlər! Haqq ilə Allahdan qorxun, müsəlman
olaraq ölməyə çalışın.
əl-Hicr-2-Kafirlərdən bir çoxları arzu edəcəklər, kaş ki, müsəlman
olardılar.
ÜSULİD-DİNİN 5-HÖKMÜ VARDIR
1-ci Tövhid-Allah təkdir
Gəlib hamıdan əvvəl, hər bir varlıqdan qabaq,
Yaşayanlar içində əbədi odur ancaq.
Ey hələ biz yox ikən var olan ülvi, uca!
Biz öləndən sonra da hey əbədi qalacaq. (“Sirlər Xəzinəsi”)
Dostları ilə paylaş: |