29
gözəldir. Bu, bizim Rəbbimiz, bizi əhatə edən canlı və cansız aləmləri:
Ayı, ulduzları, Günəşi, kainatı, 7 qat göyü, 7 qat Yeri, torpağı və insan-
ları yoxdan var edən Uca Allahdır. Bütün məxluqat hər an nəhayətsiz
müşkülləri ilə Allahın yardımına möhtacdır.Heç bir məxluqat öz eh-
tiyacını özü ödəyə bilməz və onu gözləyən təhlükələri öz gücü ilə
dəf edə bilməz. İnsan bu ülvi həqiqətə şahid olmağa mükəlləfdir. Bu
ülvi həqiqətə şahid olmayan həqiqi Tövhidi əldə edə bilməz. Allahın
əmrlərini təhlil edərkən onun bizim ibadətimizə ehtiyacının olmadığını,
fəqət bizim Ona ibadət etməyə möhtac olduğumuzu bilmək bizim üçün
çox önəmli və fəzilətdir.
Allahı tanımağın kamalı onu təsdiq etməkdir.Təsdiq etməyin kamalı
onu bir bilməkdir. O,yaradılmayıb var olandır. Hərəkətə və aləmə möh-
tac olmadan işlər görür, heç bir varlığa möhtac deyildir, birdir. O hər
şeyin gizli və aşkar tərəfini biləndir. Onun əmrinə qarşı heç kəs çıxa
bilməz.O nə doğdu, nə də doğuldu. O, sonsuz, bitməz qüdrət sahibidir.
O, hər şeyin hüdudunu və sonunu biləndir.
Qurani-Kərimdə 119 ayədə Allahın sifətləri vəsf edilmişdir.
əl-Ənam-103-Gözlər Allahı dərk etməz, Allah bütün gözləri dərk
edər. Allah lətifdir, gözlər onu dərk etməz. Allah bütün insanların
özlərindən, sözlərindən və əməllərindən xəbərdardır.
əl-Maidə-120-Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Al-
laha məxsusdur, Allah hər şeyə Qadirdir.
Loğman-22-23-Kim yaxşı əməl sahibi olub özünü səmimi qəlbdən
Allaha təslim edərsə, o artıq ən möhkəm bağdan, Qurandan, imandan
yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır.Buyuruq
Allahındır!Kim küfr edərsə,onun küfrü səni kədərləndirməsin. Onlar
Bizim hüzurumuza qayıdacaqlar. Biz də onlara (dünyada) nə etdiklərini
xəbər verəcəyik!
Loğman-26-27-Göylərdə və Yerdə nə varsa, Allahındır.Allah
bəndələrinin, o cümlədən müşriklərin ibadətinə möhtac deyildir və hər
cür şükrə, ərifə layiqdir! Onun bütün işləri bəyəniləndir. Əgər yerdəki
bütün ağaclar qələm, dərya isə mürəkkəb olsaydı və yeddi dərya belə ona
qoşulsaydı, yenə də Rəbbimin sözləri yazılıb tükənməzdi. Həqiqətən,
Allah yenilməz qüdrət və hikmət sahibidir!
əl-Ənam-73-O elə bir Allahdır ki, göyləri və yeri haqq, hikmətlə
yaratdı.O gün ki, Allah ona:“Ol!”,deyər, o da olar. Allahın sözü doğ-
rudur. Surun çalınacağı gün Padşahlıq Allah üçündür. Allah qeybdən
xəbərdardır. Hökm edən və hər şeydən xəbərdar Odur.
30
əl-Mumin-66-O diridir, ondan başqa ibadətə layiq məbud yoxdur.
Dininizi xalis edərək, onu çağırıb deyin ki, həmd bütün aləmlərin
pərvərdigarı Allah üçündür.
Hədis: Bir gün Məkkə müşriklərindən bir neçə nəfər Hz. Peyğəmbərin
yanına gəlib soruşdular:
- Allah haqqında bizə məlumat ver ki, görək, o, qızıldandır, gü müş-
dəndir, ağacdandır, ya dəmirdən?
Sonra İxlas surəsi nazil oldu.
1-Ya Peyğəmbər! De ki, Allah birdir, şəriki yoxdur!
2-Allah hər bir şeydən ehtiyacsızdır !
3-Doğmayıbdır! Ondan nə övlad, nə də qəm, şadlıq, gülmək, aclıq və
toxluq kimi şeylər baş verməyibdir və doğulmayıbdır! Heç bir şeydən
xaric olmayıbdır.
4-Allah üçün ona oxşayan bir şəxs və tay yoxdur ki,Allahı ona oxşa-
dıb insanlara tanıtsın.Yaxud doğmayıbdır ki, Allahlığı irs ilə başqasına
versin və doğulmayıbdır ki, Allahlığı irs ilə qazanmış olsun.Onun heç
bir tayı-bərabəri və bənzəri yoxdur. (”Zubdətul əhadis”Qummi)
ALLAH KAİNATI YARATDI
Bütün var olanları yalnız odur yaradan.
Pərdəli fələklərin pərdəsini açandır,
Pərdəli iş görənin sirrini saxlayandır.
Günəşin kəmərinə ləl ilə zinət verən,
Torpağa həyat donu, suya təravət verən.
Tapılarmı cahanda onunla bəhs eləyən?
Varmı ondan savayı “Bu mülk mənimdir!” deyən?
O vardı, hələ yoxkən yer, göy, ucalıq, alçaq,
Varlıq yoxa çıxsa da, o, daim var olacaq. (”Sirlər Xəzinəsi”)
əl-Ənbiya-31-Məgər müşriklər bilmədilərmi ki, göy və yer bağlı idi,
(nə yağış yağırdı, nə ot bitirdi) sonra onların hər ikisini açdıq (yağış
yağdı,ot bitdi). Bütün şeylərin diriliyini sudan əmələ gətirdik.
ər-Rəd-2-O elə bir Allahdır ki, göyləri gördüyünüz kimi sütunsuz ya-
ratdı. Sonra ərşə qələbə çaldı. Ərşdə qərar tutan və məlum bir müddətə
hərəkətdə olan Günəşi və Ayı özünə tabe etdi.Onların hər biri müəyyən
vaxta qədər, Qiyamətədək cari və hərəkətdə olarlar.
31
əl-Ənam-101-Allah göyləri və yeri yoxdan vücuda gətirəndir. Hər
bir şeyi Allah yaratmışdır.Allah hər şeyə Alimdir.
əl-Bəqərə-29-Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan,
sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib, nizama
salan Odur!O hər şeyi biləndir!
Açıqlama:-Allahın 14 əsr bundan əvvəl Qurani-Kərimdə verdiyi
bu məlumat müasir elmi kəşflərlə üst-üstə düşür.Bu gün astrofizika-
nın gəldiyi dəqiq nəticə, bütün kainatın maddə və zaman ölçüləri ilə
birlikdə sıfır anından, böyük bir partlayışla əmələ gəlməsini bildirir.
Böyük partlayışın orijinal adı”Binq Bənq” nəzəriyyəsi, bu gün kainatın
əmələ gəlməsi və başlanğıcı mövzusunda bütün elmi dairələr tərəfindən
ortaq şəkildə qəbul edilən elmi açıqlamadır.
Bu ayədə ərəb dilindəki”ratq”kəlməsi, Azərbaycanca”bir-birinə biti-
şik, ayrılmaz bir vəziyyətdə, bütünləşmiş” mənasına gəlir. Yəni, bu söz
vahid bir tam halında olan, bütöv-dairəvi iki maddəni ifadə etmək üçün
işlədilir.Yer kürəsinin dairəvi halda olması elm adamları tərəfindən yaxın
əsrlərdə müəyyən edilmişdir. Sonra gələn ərəb dilindəki,”fatq” feli,
Azərbaycanca ”açdıq-ayırdıq,”yəni bitişik vəziyyətdə olan bir nəsnənin
“yarıb, parçalayıb çölə çıxması” mənasına gəlir. Məsələn, toxumun
cücərərək torpaqdan çıxması da bu kəlmə ilə ifadə edilir. Ayədə göylərlə
yerin bir-biri ilə bitişik, yəni “ratq”vəziyyətində olmasından bəhs edi-
lir. Ayədə həmin kəlmədən dərhal sonra “fatq” feli bunların ayrılma-
sını bildirir. Yəni biri digərini yararaq göyə çıxır. Həqiqətən də,“Binq
Bənq”in ilkin görünüşünü düşündükdə kainatın bütün maddələrinin bir
nöqtədə toplandığını görürük.
Başqa bir ifadə ilə hər şey, hətta yaradılmamış olan göylər və yer də
bir nöqtənin içində,bir-biri ilə bitişik,ayrılmaz vəziyyətdə idilər. Bundan
sonra bir nöqtə şiddətli bir partlayışla yarılır və göylə yer bir-birindən
ayrılırlar. İçində olduğumuz yer kürəsi 300 milyard qalaktikadan yalnız
biridir. Kainatda təqribən 250 milyard ulduz vardır.Günəş bu ulduzlar-
dan biridir. Bu ulduzların hər birindəki tək bir toz dənəsi belə Allahın
hər an nəzarətindədir.Hər bir planetin, hər bir ulduzun,300 min qalakti-
kadan hər birinin hərəkəti,dönüş sürəti, istiliyi, soyuqluğu,uzaqlığı Al-
lah qatında hesablanmış və nəzarətdədir. Allah insanın xəbəri olmadan
yer üzündəki saysız yaranmışları hər an, hər saniyə görür.
Fələkləri Yerin başına fırlanan etmiş,
Fələklərin fırlanmalarını yer üçün etmiş. (”Xosrov və Şirin.”)
Dostları ilə paylaş: |