90
GЮRDЦYЦ XEYİRXAH İШLЯRİN
KİЧİK SİYAHISI
Ağa Musa Nağıyev:
-
4 hamam sahibi olub;
-
35 yoxsul ailə başçının vəsiyyətinə əməl edib, onların dəfnini
Kərbəlada keçirib;
-
Fəhlələrinə öz hesabına toy edib, istehsalatda fərqlənən işçi-
lərinin təhsil haqqını ödəyib;
-
“Kaspi” qəzetinin nəşrinə xeyli vəsait xərcləyib;
- M.A.Əliyev küçəsi 246-da məscid tikdirib;
-
Kislovodskidə “Xram vozduxa” ona məxsus olub;
-
1879-1880-cı illərdə Qara şəhərdə “Kerosin istehsalı zavodu”-
nu tikdirib;
-
1879-cu ildə əmlakının dəyəri 30.000 manat təşkil edib;
-
1887-ci ildə kapitalın və istehsalın görkəmli konsentrasiyası
və sahibkarlığın aksioner firmasının ən çox yayıldığı bir şəraitdə
adını daşıdığı “Neft Firması” yaradıb və bu firma milli sahib-
karlıq müəssisələri arasında birinci olub;
-
1887-ci ildə Sabunçu, Ramana və Balaxanıda iri neft mədən-
lərindəki çənlərin sayı 65, buxar qazanları 91, buxar maşınları
35-ə çatmışdı. 512 fəhlə işləyən “Neft istehsalı” zavodu
8.060.027 pud neft istehsal edib. Ramanadakı buruqlarında 26
fəhlə, 6 qulluqçu çalışıb;
-
1890-cı ildə Ramanadakı neftlə zəngin olan 6 desyatin yeri,
daha sonra qonşu sahəni alaraq, şəxsi istehsalını açıb;
91
-
1890-cı ildə neftin ticarət dövriyyəsi 700.000 manat təşkil
edib;
-
1890-cı ildə əmlakının dövriyyəsi 1,3 mln. manat təşkil edib;
-
1891-1892-ci illərdə Qara şəhərdəki zavodunda 31 buxar ma-
şını, 12 dəmir yol rezervuarı olub. Zavodun istehsal etdiyi ağ
neftin (kerosin) miqdarı 2,3 mln. pud təşkil edib. Müxtəlif isti-
qamətlərə 15 mln. pud mazut və yüksək keyfiyyətli neft məh-
sullarını ixrac edib;
-
XIX əsrin axırlarında Balaxanı, Sabunçu, Əmircan və Ra-
manada yeni neft sahələrini icarəyə götürüb;
-
1900-cü ildə neftin istehsalı 7,5 mln. puda çatmışdı;
-
1900-cü ildə Ramana sahəsindəki buruqları 1,1 mln. pud.,
Sabunçuda 2 mln. pud neft fontan vurub;
-
1901-ci ildə əldə edilən neftin miqdarı Bakının neft paytaxtına
çevrilməsində böyük rol oynayıb;
-
1901-ci ildə Bakıya Şollar suyunun çəkilişində vəsaitin 75%-
ni ödəyib;
- 1901-ci ildə Sabunçu sahəsindəki buruqlarından 10 mln.
puddan artıq fontan vuran neft, bütövlükdə istehsalın 70%-ni
təşkil edib;
-
1901-ci ildə mədənlərində əldə edilən ağ neftin miqdarı 15
mln. pud təşkil edib;
-
1893-cü ildə I Gildiya tacir tituluna layiq görülüb;
-
1893-cü ildə Sorlivo şəhərində iki göyərtəli “Qara şəhər ” adı
ilə sifariş etdiyi barkas, başqa sahibkarların barkaslarından
həcmcə fərqlənərək, 38,7 mln. kuba bərabər olub;
-
Sabunçu, Suraxanı və Ramanadakı neft mədənlərində 65
buruğu, “Neftayırma” zavodu və “Mexaniki emalatxana”sı olub;
92
- Onun təşəbbüsü ilə keçirilən “Dilin bəlası” və “Qırt-qırt”
tamaşalarının ilk nümayişindən sonra Nəriman Nərimanova ba-
ğışladığı almaz qaşlı üzüyün və Ağası Zeynalova bağışladığı
qızıl qol saatının bütövlükdə dəyəri 200 rubl olub (Kor.1896.
nömrə 49);
-
1893-cü ildə “Neftçıxarma” firmasının gəliri nəzərdə tutul-
duğundan 10 mln. manatdan çox olub;
-
1893-1900-cü illərdə neftçıxarma sahələrini artırmaq məq-
sədilə neftlə zəngin torpaqlar alıb;
- 1891-ci ildə satış üçün bütün istiqamətlərdə 2.109.619 pud ağ
neft, 536 pud sürtkü yağı, 3.719.837 pud mazut (neft qalığı)
göndərmiş; bu kerosinin xaricə eksportu və satışı haqda bir sıra
razılaşmaların imzalanmasına böyük köməklik göstərmişdir;
- 1891-ci ildə “Qara şəhərə” Şollar suyu çəkdirib;
-
1890-1895-ci illərdə Ağa Musa Nağıyev Azərbaycanda, Ru-
siyada və xaricdə iri neft sahibkarı kimi başqalarından fərqlənib;
-
1891-ci ildə Ramanada bir buruqdan 31000 pud neft əldə edib;
-
1891-ci ildə neft sənayeçiləri Qurultay Şurasının Bakı “Ağ
Neft Zavodları” Cəmiyyətinin və Sərəncam Komitəsinin üzvü
olub;
-
1892-1897-ci illərdə onun qazma buruqlarının sayı 8-ə çatıb;
-
1898-ci ildə 5 şəxsi rezervuarı olub;
-
1898-ci ildə daşınan və daşınmaz əmlakının dəyəri 334.560
rubl təşkil edib (Muradəliyev səh.142);
-
1898-ci ildə Bakı Politexnikumunun tikintisinə 100.000 rubl
ianə verib (Kor 1898 nömrə 87);
- 1898-ci ildə dəmir yolu ilə Batuma 2.405.118, Rusiya və
Qafqaza 273.604; digər şəhərlərə 509, ümumi - 2.554.937,
Xəzər dəniz yolu ilə Həştərxana 1.258.55; Petrovski Xəzər dəniz
93
Kirxasına 52.503, İrana 24.738; cəmi 4.785.598 ton neft
göndərib;
- XIX əsrin axırlarında, XX əsrin əvvəllərində “Neftçıxarma”
firmasında istehsal olunan neftin miqdarı çox yüksək olub.
Burada 20 neft buruğu, 14 neft saxlayan anbarları olub;
- 1902-ci ildə Bakıda neft istehlakçılarının iştirakı ilə keçirilən
Tacirlərin müşavirəsində “Əl üsulunun domna ilə əvəz edilməsi”
ideyasını irəli sürüb (Rüstəmbəyov “Neft işi”1902 N1);
- Zavod yə Ticarət müəssisələrinin illik ticarət dövriyyəsi 1mln.,
təmiz gəlir isə 200.000 rubl təşkil edib;
- 1904-1913-cü illərdə Azərbaycanda ən iri neft sahibkarları
sırasına qatılır;
- 1904-cü ildə əldə etdiyi Qara Qızılın istehsalı 12,3 mln.puda
çatıb;
- 1905-ci ildə Tiflisdə yaradılacaq Mədrəsənin tikintisinə külli
miqdarda ianə verib (Kor.1905 N29);
- 1905-ci ildə buruqların sayı 83-ə, buxar qazanlarının 31-ə,
buxar maşınlarının sayı 35-ə çatıb. 6 qaz motoru olub;
- 1906-cı ildə Balıq sənayesinin inkişafında rolu böyük olub.
Balıq vətəgələri üzrə hərracda külli miqdarda kapital sərmayə
qoymaqla ən iri vətəgələri ələ keçirib. ”Kür - Balıq” sənayesində
çoxluq təşkil edən balıq vətəgələri ona məxsus olub;
- 1906-cı ildə 600 fəhlə çalışdığı zavodunda 3mln.741.000 pud
təmizlənmiş kerosin, 7 mln. 494.000 pud neft qalığı istehsal
edilib;
- 1906-cı ildə “Aksioner Cəmiyyəti”nin müəssisələrində 242
işçi qüvvəsi olub. 1915-ci ildə bu rəqəm 713-ə çatıb. 672 fəhlə-
nin və 41 qulluqçunun orta əmək haqqı 173.000 manat təşkil
edib. Müvəqqəti işə götürülənlərlə birlikdə isə ümumi əmək
haqqı 280.000 manatdan yüksək olub;
Dostları ilə paylaş: |