Abbas Mirzənin ordusu Gəncə yaxınlığında
məğlub olduqdan sonra
Yermolov Qarabağ haqqında belə yazır:
"Güman etmirəm ki, Abbas Mirzə Qarabağda bir daha vuruşmağa cəsarət
etsin; çünki mənim zənnimcə buranın əhalisi nəinki heç bir ərzaq verməz, hətta
onun pərakəndə qoşunlarını qırmağa çalışar, dəhşət bu qoşunlardakı
intizamsızlığı qat-qat artırır"
1
.
Abbas Mirzə bilirdi ki, əgər rus qoşunları onlara qarşı xalq müharibəsi
alovuna tutulmasalar, İran qoşunlarına nisbətən sayca az olmalarına
baxmayaraq,
yenə də onlara qalib gələcəklər. Abbas Mirzənin planı bundan ibarət idi ki, yerli
üsyanlar qaldırsın, rus qoşunlarının qüvvələrini xırdalayıb parçalasın və onları
hissə-hissə məhv etsin. Bu planı hər şeydən əvvəl ona görə həyata keçirmək
mümkün olmadı ki, Azərbaycan kəndlilərinin əsas kütləsi rus qoşunlarına qarşı
silah qaldırmaq istəmədi.
Mirzə Adıgözəl bəy öz əsərində rus ordusunda xidmət edən bəzi bəylərin
xəyanət etməsi faktlarını qeyd edir, həm də rus qoşunlarının düçar olduqları
böyük müvəffəqiyyətsizlik və məğlubiyyətləri bu faktlarla əlaqələndirir. 1826-cı
ilin yayında İran qoşunlarının böyük qüvvələri Qarabağa soxulduqdan sonra,
Gorasdan Şuşaya gedən 42-ci əgər alayının üç rotasının taleyi buna bir misaldır.
Bu dəstə kapitan Hacı Ağalar bəyin xəyanəti nəticəsində məhv edilmişdi. O,
Abbas Mirzənin tərəfinə keçmiş bəylərlə və kürd dəstəsi
ilə birlikdə geri çəkilən
rotaları təqib etmək və onları qırmaq işində İran qoşunlarına kömək etmişdi.
Əgər 1826-cı il müharibəsinin necə başlandığını və bu zaman İran sərhədində
ayrı-ayrı qarovul dəstələrinin dayandığını nəzərə alsaq, asanlıqla görmək olar ki,
yerli əhali qoşunlara qarşı silah qaldırıb onların yolunu kəssə idi, Yermolov
böyük məsafədə səpələnmiş hərbi qüvvələri Tiflisə tərəf çəkib toplaya bilməzdi.
Rus ordusunun zabiti kimi Mirzə Adıgözəl bəy rus qoşunlarının qüdrət və
qüvvətindən böyük bir fəxr ilə danışır. Demək lazımdır ki,
bu qiymət
əksəriyyətlə düzgündür; çünki İranla müharibədə rus soldatları həqiqətən səbat,
mərdlik, igidlik göstərir və ölümə həqarətlə baxırdılar. Onlar dəfələrlə özlərindən
sayca çox olan düşmənlə vuruşmalı olmuş və bununla belə parlaq qələbələrə nail
olmuşdular.
Mirzə Adıgözəl bəyin əsərini Qarabağın tarixini və ya 1805-1813 və 1826-
1828-ci illərin Rusiya-İran müharibələri tarixini öyrənmək üçün əsas olan bir
kitab kimi qiymətləndirmək olmaz. Bu kitabda hadisələr lazımınca tam təsvir
edilməmişdir, onların səbəbləri lazımınca
dolğun izah edilməmiş,
1 General Yermolovun 1826-cı il sentyabrın 17-də padşahın hüzuruna yazdığı raport (AKAK, c. VI, h. II, sənəd 686,
səh. 378).
30
həmçinin onların əhəmiyyəti qiymətləndirilməmişdir. Hələ yalnız bunu
göstərmək kifayət edər ki, İran ordusunun 1812-ci ilin payızında və 1813-cü ilin
əvvəlində düçar olduğu böyük hərbi məğlubiyyətlər haqqında, məsələn, Aslan
düzündə İran ordusunun məğlub olması
1
, həmçinin Lənkəranın rus qoşunları
tərəfindən mühasirə edilməsi və alınması
2
haqqında heç bir şey yazmır.
Mirzə Adıgözəl bəy Napoleon ordusunun Rusiyada məğlub olması
əhəmiyyətinin qiymətləndirilməsindən və bu faktın 1905-1913-cü illərin Rusiya-
İran müharibəsinə təsirindən də danışmır.
Müəllif Gülüstan və Türkmənçay sülh müahidənamələrinin
Azərbaycan
tarixindəki əhəmiyyəti haqqında da heç bir şey yazmır. Müəllifin diqqət
vermədiyi daha bir çox hadisələri və mühüm məsələləri də qeyd etmək olardı.
Beləliklə, hadisələri tamamilə dolğun işıqlandırmaq cəhətdən "Qarabağnamə" bu
və ya qeyri dövrün tarixini öyrənmək üçün vəsait ola bilməz. Həmçinin tamamilə
aydındır ki, bu əsərin müəllifi çox vaxt hadisələrin səbəbləri arasındakı rabitəni
izah etmir və onların əhəmiyyətini qiymətləndirmir.
Beləliklə, "Qarabağnamə"nin XVIII əsr hadisələrini təsvir edən hissəsi
hekayə xarakteri daşıyır; çünki müəllif onlar barəsindəki məlumatı əsas
etibarilə
qocaların danışıqlarından almışdır; müəllifin öz dövründə olan hadisələri təsvir
etdiyi hissədə isə (XIX əsrin tarixi) bu mənbə məhz həmin tarixin təsvir edildiyi
dövrdə tərtib edilmiş bir sənəd kimi qiymətli və doğrudur.
Mirzə Adıgözəl bəy özü "Qarabağnamə"ni yazmaq üçün istifadə etdiyi
mənbələr haqqında əsərinin girişində belə yazır: "Çünki mən
bundan əvvəl
keçmiş Gürcüstan sərdar və əmirlərinin hüzuranda xidmət etmişdim, bir-birindən
fərqli olan dilləri və müxtəlif ləhcələri bilirdim. Mən bu əhvalatın bir hissəsini
erməni, bir qismini də gürcü və müsəlmanların yaşlı adamlarından soruşub
öyrənmiş və çoxlu məlumat yığmışdım. Buna görə, o böyük cənabın
3
əmrinə
itaət edərək, işə başladım. Mirzə Hüseyn Məmmədağa
oğlu Salari təxəllüsdən
xahiş etdim ki, mənim söylədiklərimi dediyim kimi, gözəl bir ifadə ilə yazsın".
Qeyd etmək lazımdır ki, Mirzə Adıgözəl bəy istifadə etdiyi mənbələrin
hamısını göstərməmişdir. Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinin
1
General Rtişşevin həqiqi stats-sovetnik Malinskiyə 1812-ci il 26 oktyabr tarixində yazdığı 488 nömrəli əmr
(AKAK, c. V, sənəd 841, səh. 683). General Rtişşevin 1812-ci il 31 oktyabr tarixində padşahın hüzuruna yazdığı raportla
müqayisə edin (AKAK, c. V, sənəd 843, səh. 684).
2
Həqiqi stats-sovetnik Malinskinin 1813-cü il 26 yanvar tarixində general-mayor Portnyakinə yazdığı 61 nömrəli
təliqə (AKAK, c. V, sənəd 853, səh. 699). Bu xüsusda general Rtişşevin 1813-cü il 28 yanvar tarixində padşahın hüzuruna
yazdığı 31 nömrəli raporta da baxın (AKAK, c. I, sənəd 854, səh. 700)
3
Tiflis vitse-qubernatoru podpolkovnik Mixail Petroviç Kolyubakinin.
31