www.azadliqciragi.org
6
ADAM SMİTİN BU GÜN ÜÇÜN ÖNƏMİ
Bir çoxlarına görə, xüsusilə onun ana vətəni ġotlandiyada, Adam Smit önəmli Ģəxsiyyətdir.
Edinburqda onun Ģərəfinə abidə ucaldılıb, banknotlara əksi həkk olunub və kollec və teatrlara adı
verilib. Hətta mən bunu da Qlazqou Universitetində Adam Smitin adını daĢıyan binadakı
ofisimdən (Q.Smit bu universitetin professorudur – Tərc.) yazıram. Amma kədərlidir ki, Smit
onun düĢündüyündən çox çox az tanınmıĢ və tədqiq olunmuĢdur. Smit ġotlandiyada, Britaniyada
və həqiqətən, Avropada da tanınan hərtərəfli biliyə malik mütəfəkkirlərdən biridir. Ümid bunadır
ki, Adam Smit “iqtisadiyyatın əlifbası” – dərsliyi bu geniĢ ictimai məlumatsızlığı düzəltməyə
müəyyən dərəcədə yol açacaq.
Mənim Adam Smitlə ilk tanıĢlığım məlumatlı yuxarı sinif iqtisadiyyat müəllimim vasitəsilə
yaranıb. O, dərsləri canlandırmaq üçün “Xalqların sərvəti”ndən misallar gətirirdi. ÇərĢənbə
axĢamı dördüncü dərs intellektual zövqlü söhbətlərlə qaynayırdı, sancaq düzəldənlər, yun palto
hazırlayan iĢçilər və qəssablar, pivəçilər və çörəkçilər... Mənim bəxtim gətirdi ki, bu böyük
Ģəxsin fəaliyyəti haqqında erkən təcrübə qazandım və hətta bəxtim daha artıq onda gətirdi ki,
Ģotland maarifçiliyi əsasında keçdiyim o dərsi sonrakı yüksək təhsilimin bir hissəsi kimi
götürmək imkanım yarandı.
Təəssüf ki, Smitin düĢüncələri haqqında mənim faydalandığım ilkin təcrübə bütünlükdə çox
azdır. Bu gün Smitin yaradıcılığı tələbə və qeyri-peĢəkarlar tərəfindən kifayət dərəcədə oxunmur.
Smit bizim məktəb və universitetlərdə yetərincə öyrənilməyib. Bu, böyük bir nöqsandır. Xüsusi
olaraq təəssüfləndiricidir ki, bir çox yüksək dərəcəsi olmayan iqtisadçı tələbələr öz sahələrinin
əsasını qoyan “ataları” haqqında yalnız səthi müqəddimələr verməklə kifayətlənmiĢlər. Bir çox iqti-
sadiyyat kursları mühazirələrində Smiti yalnız qısa təqdimatla, bir qayda olaraq sancaq düzəldənlər
misalı ilə, əmək bölgüsü məsələsində onun müəyyən etdiyi
qısa mücərrəd terminlərlə, yüksək
prinsiplərin müzakirəsinə keçmədən xatırlayır.
Smit aydın tərzdə yazdığına görə, onun yaradıcılığı 250 il əvvəl olduğu kimi oxunaqlıdır. Onun
yazıları ruhlandırıcı və maarifləndirici müĢahidələrin zəngin və mürəkkəb sistemindən ibarətdir. Smitin
yaradıcılığı mürəkkəb cəmiyyətlərin həqiqətən necə fəaliyyət göstərdiyini anlamağa yönəlib. Bu
ictimai elm xüsusi qarĢılıqlı münasibət və asılılığın önəmli reallığı haqda məlumatlılığın mərkəzində
dayanır. Bunların hər ikisi bizim bu gün yaĢadığımız dünyanın reallıqlarıdır.
QloballaĢan dünyada Smitin beynəlxalq və yerli ticarət elmi bizim bütün yaĢamımıza yön
verən qüvvələrin düz mərkəzindən keçir. O müxtəlif dövrlərdə yazmıĢ ola bilər, amma onun
merkantilizmin səhvləri haqqında diaqnozu və ixtiyari siyasi müdaxiləyə ümumi inamsızlığı,
xüsusilə bu gün, ticarətin güman edilən nəticələrinə müqavimət göstərənlər tərəfindən, onun
asanlıqla ələ keçirildiyi dünyada daha yerinə düĢür.
Smitin intellektual elm adamları arasında da yetərli rəqibləri vardır. Amma onların “eqoizm
peyğəmbəri” kimi qəbul etmədikləri Smit, onun yaradıcılığını oxuyan və anlayan hər hansı
Ģəxsin tanıdığı Smit deyil. “Əxlaqi duyğular nəzəriyyəsi” kitabı hissiyyatı insan fəaliyyətinin düz
mərkəzində yerləĢdirən əxlaq fəlsəfəsi haqqında dərin insan yaradıcılığıdır. Smit öz yetkinlik
yaĢının hər gününü insan fəaliyyətini öyrənməyə və aydınlaĢdırmağa sərf etmiĢdir. O,
mükəmməl əxlaq haqqında əlçatmaz ideyalar axtarmır. Əksinə, o öz vaxtını normal insanların
ictimai qarĢılıqlı münasibəti gerçəkdən necə həyata keçirdiyini və onların əxlaqi qərarları necə
qəbul etdiyini sınaqdan keçirməyə sərf edir.
Və ya bəzi dayaz tənqidçilər “Xalqların sərvəti”ndə ticarətin öyrənilməsi və “Əxlaqi
duyğular nəzəriyyəsi”ndə rəğbətin analiz olunması arasında ziddiyyət olduğunu irəli sürür. Hər
ikisi insan fəaliyyətinin qollarıdır və Smit eyni konseptual vəziyyəti hər ikisinin insan ictimai
həyatı ilə əlaqələrinin sınaqdan keçirilməsinə tətbiq edir.
Smitin yaradıcılığı insan ictimai həyatının empirik reallığını öyrənmək istəyinə əsaslanır.
Məsələn, artıq onun siyasi müdaxiləyə qarĢı arqumentləri ticari mübadilənin reallığının düzgün
analizlərinə əsaslanır. Bu da tez-tez nəzərdən qaçır ki, onun fərdlər arasında mübadilənin
səmərəli faydaları haqqında misalları çox zəngin deyil (o, buna çox da məhəl qoymur), əksinə,
www.azadliqciragi.org
7
çox zəifdir. Smit inanırdı ki, ticarət hər kəsə xeyir verir və xüsusilə də, cəmiyyətin lap aĢağı
təbəqəsində olanlara.
Adam Smitin yaradıcılığı azad cəmiyyətə dəstək vermək üçün fundamental prinsiplərin və gərəkli
institutların aydın analizlərini təqdim edir. Qanun norması və ədalət bütün bəĢəriyyətə xeyir verən təbii
azadlığın “sadə və açıq” sistemi üzrə çərçivə təmin edir. Ona baxmayaraq, Ģərik əxlaqi təcrübələrin
təkamülü insan cəmiyyətinin yaĢamına və onun davamlılığına yardım edir.
Bu, “görünməz əl” və ya daha ümumi düĢünülməmiĢ nəticələr vasitəsilə ictimai təkamül
ideyasıdır ki, müasir dünya üçün Smitin əsas irsini təĢkil edir.
Bir Ģəxsin təqdir olunması, çoxlu sayda mühüm insan nailiyyətlərinin olması deməkdir,
Smitin dostu Adam Ferqüsonun düĢündüyü kimi, insan fəaliyyətinin nəticələri insan planının
məhsulu deyil, bizim hamımız üçün hərtərəfli dərsdir. Bu o fikirdir ki, Smiti öz dərin
skeptisizmini “insanlar sistemi” istiqamətinə aparır ki, insanlığı alicənab sonluqlara nail olmaq
üçün təĢkil etsin.
Smit iĢgüzar, ehtiyatlı Ģəxsdir və onun düĢüncəsi asanlıqla siyasi ideologiyanın iddiasına
təslim olmur. Bu o demək deyil ki, Smitin radikal düĢüncə sahibi olduğunu düĢünməməliyik. Öz
zamanı üçün onun ideyaları inqilabi ideyalar idi. Bizim zamanımızda onun ideyaları gələcəyin
siyasi mənzərəsini göstərir ki, bu insanpərvər və liberal Ģəkildə ən yaxĢı formada xarakterizə
olunur. Onlar radikal olaraq qalır, çünki onlar bizim siyasi dərslər üçün həlledici fərziyyələr
təqdim edir.
Bəlkə də, bizim siyasətçilər Smitin yaradıcılığını oxumuĢ və anlamıĢ olsaydı, onun radikal
görünən dünyası sağlam düĢüncə, həqiqi faktlara əsaslanan təklif kimi qəbul olunardı.
ġübhə az ola bilər ki, elmi cəmiyyətdə Adam Smit adına təqaüd sağlam vəziyyətdədir. 2000-
2004-cü illər arasında dünyanın müxtəlif yerlərindən olan 14-dən artıq məzun tələbə Adam Smit
“PhD” (elmlər doktoru) elmi dərəcəsini bitirdi. Bu alimlər elm sahələrində fəaliyyət göstərən
Adam Smit təqaüdçülərini bir beynəlxalq cəmiyyətdə birləĢdirirlər. Beynəlxalq Adam Smit
Cəmiyyəti tərəfindən illik “Adam Smit icmalı”nın nəĢri Smitin yaradıcılığında elmi marağın
gücünə əlavə vəsiyyətnamədir.
Adam Smit təqaüdçülərindən baĢqa, Smitdən ilhamlanan sağlam cəmiyyət məktəbləri də var.
Onun fikirlərindən ruhlananların, o ideyaları öz yaradıcılıqları vasitəsilə geniĢləndirmək üçün
böyük imkanları vardır. Smitin “məĢhur müasir” elmi nəzəriyyəsinə maraq artır və onun əxlaqi-
sosial psixologiyası təkamül psixologiyası üzrə yeni yarımbölmələrdə tədqiqata yardım edir. Onun
dil və estetika nəzəriyyələri tədqiq ounmaqdadır və alimlər üçün səmərəli bilgilər verir. Dr.
Butlerin dərsliyi ustalıqla göstərir ki, Smit böyük elmi irs qoyub gedib. Amma həm də yarımçıq irs
qoyub gedib. Smitin fikirlərindəki fərziyyələrin tədqiqi bir ömür boyunca davam edə bilən zəngin
və həyəcanverici araĢdırma layihəsidir.
Adam Smit bizə misilsiz yazılı zəngin irs buraxıb. O, bu gün bizim yaĢadığımız dünyanın
formalaĢmasına kömək etmiĢ bir Ģəxsiyyətdir. O, həm də bizə həmin dünyanı anlamağa
intellektual vasitələr dəsti təqdim etmiĢ bir Ģəxsdir. Onun yaradıcılığı geniĢ surətdə oxunmalı və
düzgün anlaĢılmalıdır. Əgər bu baĢ versə, onun ideyalarının ilhamverici qüvvəsi öz dövrünün
maariflənməsinə yardım etdiyi kimi, bizim dünyamızın iĢıqlanmasına da kömək edər.
Qreq Smit