Açar sözlər: Milli Qəhrəmanlar, Vətən, şərəf, ləyaqət, gənclər, vətənpərvər. Ключевые слова



Yüklə 24,61 Kb.
səhifə1/2
tarix03.03.2022
ölçüsü24,61 Kb.
#84302
  1   2
məqalə-milli qəhrəmanlar


MİLLİ QƏHRƏMANLAR GƏNCLƏRDƏ ŞƏRƏF VƏ LƏYAQƏT HİSSLƏRİNİ FORMALAŞDIRMAĞIN MƏRKƏZİ KİMİ
.................

.....................

............................

Açar sözlər: Milli Qəhrəmanlar, Vətən, şərəf, ləyaqət, gənclər, vətənpərvər.

Ключевые слова: Национальные Герои, Родина, честь, достоинство, молодые люди, патриотический.

Keywords: National Heroes, Homeland, honor, dignity, young people, patriotic.
Gənclər hər bir cəmiyyətin, xalqın və ölkənin taleyində aparıcı – həlledici rol oynayır. Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu illər sosial-iqtisadi çətinliklər, müharibə şəraiti, müxtəlif qüvvələrin gənclərə təsir cəhdləri ilə müşayiət olundu. Ümummilli lider özünün aydın strategiyası ilə müstəqilliyin ilk illərində gənclərin enerji və imkanlarını, milli maraqların qorunmasına səfərbər etdi, onun vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratdı.

1996-cı il fevralın 2-də keçirilən Gənclərin I Forumunda ümummilli lider gənclərin qarşısında tarixi vəzifələr qoydu. Ulu öndər Heydər Əliyev Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırırdı. Bu, dahi şəxsiyyətin gəncliyin inkişafına xüsusi diqqətinin, tükənməz qayğısının göstəricisidir.

Hər bir ləyaqətli, əqidəli vətənpərvər gənc əməli fəaliyyəti ilə millətin adı və varlığı ilə fəxr edir. Çünki, milli mənlikdə milli ləyaqət, milli şərəf, milli qürur hissi daxil olur. Milli mənlik hər bir gəncin özünün milli mənsubiyyətini dərk etməsinə şərait yaradır. Milli mənliyi olan şəxs həyatın heç bir hadisəsinə qeydsiz qala bilməz [3, səh 9].

Təhsil müəssisələrinin ən vacib vəzifələrindən biri vətənpərvərlik hissinin nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Rəspublikamızın ümumitəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan fənlərin gənclərdə hərbi-vətənpərvərlik hisslərinin formalaşması üçün böyük imkanlar vardır. Keçmiş Sovetlər Birliyi dövründə dərsliklərdə və ədəbiyyatlarda vətənpərvəlik hissləri aşılayan məlumatlar verilmirdi. Bu şüurlu şəkildə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar. Lakin bu gün respublikamızın inkişafı ilk növbədə gələcək nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən asılıdır.

Gənclərin şərəf və ləyaqət hisslərini formalaşdırmasında Vətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımızın böyük təsiri var. Azərbaycanın tarixində saysız-hesabsız qəhrəmanlarımız var ki, onların döyüş yolu, şəhidlik məqamı gənclər üçün həyat məktəbidir. Ermənilərin Dağlıq Qarabağa hücumu nəticəsində yüzlərlə vətən övladı torpağımızın müdafiəsinə qalxdı [5, səh 93].

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vətənimizin müdafiəsi uğrunda qəhrəmanlıqlar göstərən döyüşçülərin müəyyən bir qisminə Milli Qəhrəman adı verildi. Azərbaycanda 218 nəfər bu şərəfli adı daşıyır. Qəhrəmanların valideynləri, həyat yoldaşları, övladları, yaxınları onların xatirəsini yaşadır. Milli Qəhrəmanlara və onların ailə üzvlərinə dövlətimiz qayğı göstərir. İnsanların bəziləri hesab edir ki, Milli Qəhrəmanlara və onların ailələrinə göstərilən diqqət-qayğı yüksək olmalıdır, yəni o səviyyədə olmalıdır ki, Qəhrəmanlarımız həm də gənclər üçün örnəyə çevrilə bilsin. Belə qayğı gənclər arasında həm də vətənpərvərlik tərbiyəsinin olunmasında böyük rol oynayır. Gənclərimizin çoxu Qəhrəmanların həyat yolunu özünə nümunə sayır. Milli Qəhrəmanlarımızın göstərdikləri qəhrəmanlıqlar, onlara göstərilən dövlət qayğısı orduya çağrılan gənclərin şüurunda silinməz iz buraxır. Gənclərin öyrənməli olduğu insanlar çoxdur, Milli Qəhrəmanlarda onlara nümunə olmalıdır [4, səh 113].

Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin rəhbərliyi dövründə də, hazırda da Milli Qəhrəman ailələri dövlətin himayəsindədir. Prezident İlham Əliyev Qarabağ şəhidlərinin xatirələrini əziz tutur, şəhid ailələrinin, Milli Qəhrəmanlarımızın problemlərini həll edir, sosial problemi ilə yaxından maraqlanır. Prezident İlham Əliyevin bu yöndə göstərdiyi qayğının əyani nümunələrindən biri Mübariz İbrahimova göstərdiyi cəsarətinə görə Milli Qəhrəman adının verilməsidir. Vətəniminiz ərazi bütövlüyü uğrunda canını qurban verən insanların ailəsinin dövlətin qanadları altında görən gənclərimizdə vətənpərvərlik tərbiyəsini daha da möhkəm edəcək. Mütəxəssislər bildirir ki, gənclərin milli-mənəvi dəyərlərə, xüsusən də şərəf və ləyaqət hisslərini formalaşdırmağında bunun rolu böyükdür. Hər bir Milli Qəhrəmanın, şəhidin vətənimizin müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıq salnaməsi gənclərin əbədi vətənpərvəlik məktəbi olmalıdır [1, səh 29].

Gənclər Vətənə, ata-anaya, doğma təbiətə, xalqa məhəbbət kimi keyfiyyət deformasiyasına məruz qalıblar. Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində öz üzərinə düşən Vətən borcunu layiqincə yerinə yetirməklə şərəf və ləyaqət simvoluna çevrilib. Vətən müharibəsi başlayanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncama əsasən qismən səfərbərliyin elan olunması ilə gənclərimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayon şöbələrinə müraciət edir, döyüşlərdə iştirak etmək istədiklərini bildirirdilər.



Ali Baş Komandanın əks-hücum əmri gənclər üçün sanki bir fürsət idi və onlar torpaqların işğaldan azad olunması uğrunda Vətən müharibəsinə qatıldılar. Bu cür gənclər könüllü olaraq cəbhəyə yazılan gündən əsl qəhrəmanlardır. Ölümün olduğunu bilərəkdən belə bir yola çıxmaq qəhrəmalıq deməkdir. Gənclərimiz bu yola çıxarkən şəhid olacaqlarını, sağ qalacaqlarını bilmirdilər, onların bildiyi tək bir şey var idi: Vətənin işğaldan azad olunması üçün döyüşə atılmaq lazımdır. Bu ruh yüksəkliyi ilə onlar döyüşə atıldılar. Döyüşə qorxmadan, çəkinmədən getdilər. Onlar bilirdilər ki, onların arxasında bütöv xalq, güclü dövlət, cəsarətli prezident var. Hər kəsin gözündə qisas, üzündə Vətəni qorumağın müqəddəs vəzifə olduğunu ifadə edən cizgilər olurdu. Son döyüşlər zamanı hər bir gəncin qəlbi Azərbaycan əsgəri ilə bir döyünürdü.

Şanlı ordumuzun əldə etdiyi qələbələr, qaytarılan torpaqlarda bərpa və abadlıq işlərinin aparılması da bu sahədə ən yaxşı nümunədir ki, gənclərə vətənpərvərlik hissələrini aşılayır. Hərbi hissələrdə keçirilən tədbirlər gənc nəslin vətənpərvərlik tərbiyəsinə, vətəni sevmək hisslərinin formalaşmasına təsir göstərir. Gənclərdə vətənpərvərlik ruhunu aşılamaq, onları Qəhrəmanların taleyi və əməlləri ilə tanış etmək lazımdır. İgidlik göstərmiş Milli Qəhrəmanlarımız hər bir Azəraycan gənci üçün nümunə olmalıdır. Milli Qəhrəmanlarımızı yad etmək bizim əsas vəzifələrimizdən biridir. Qəhrəmanlarımızın keçdiyi döyüş yolunu gənclərə, gələcək nəsillərə nümunə göstərmək, şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək hər birimizin müqəddəs borcudur. Bunun üçün Milli Qəhrəmanlarımızın geniş ictimaiyyətə tanıdılmasına ciddi ehtiyac var [2, səh 32].

Torpaq uğrunda canını qurban verən qəhrəmanlarımızın xatirəsi qəlbimizdə daim yaşayacaq, onların igidliyi daim Azəraycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır. Azadlıq uğrunda özünü qurban etmiş şəhidlərimizin qəhrəmanlığı daim qəlbimizdə yaşayacaqdır. Hamımızın ümumi vəzifəsi xalqımızda vətənpərvərlik, vətənə, millətə sədaqət, vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirəkdir. Vətəni müdafiə edən hər bir gənc, bizim üçün qiymətli və dəyərlidir. Xalqını sevən hər bir vətənpərvər gənc Azərbaycanın müstəqilliyinin daimi olması üçün çalışmalıdır.

Gənclərdə şərəf və ləyaqət hisslərini formalaşdırması yollarından biri də dövlətçilik, onun atributları, tarixi qəhrəmanlıq ənənələri, milli qəhrəman və əsgərlərin döyüş səhnələri və s. bəhs edən filmlərin nümayişidir. Respublikada belə mövzulara həsr olunmuş onlarla bədii, sənədli, kütləvi-elmi filmlər var ki, onlar da səhnəyə qoyulur. Ailə tərbiyəsinə, xalqımızın milli-mənəvi dəyərlərinə məhəbbət bu filmlərin bir çoxunun ssenarisini təşkil edir. Gənclərdə vətənpərvərlik hisslərini formalaşdırmasına kömək edən belə filmlərin nümayişi valideynlərin milli-mədəni səviyyəsini yüksəldir, onların pedaqoji maarifləndirilməsinə töhfə verir. Tədqiq olunan məsələ ilə əlaqədar olaraq “Dədə Qorqud”, “Nəsimi”, “Nizami”, “20 Yanvar”, “Xocalı soyqırımı”, “Ögey ana”, “Uzaq sahillərdə”, “Dağlarda döyüş”, “Xoca” və s. bu filmləri valideynlərin iştirakı ilə geniş müzakirəsinin aparılması çox faydalıdır [6, səh 122].

Biz şanlı tariximizlə, qəhrəmanlarımızla həmişə fəxr edirik. Babək, Cavanşir, Mehdi Hüseynzadə, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Həzi Aslanov və s. kimi cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq vətənini gəncləri göz bəbəyi kimi qorumağa hazır gənclər yetişdirir.

Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyev siyasətinin böyük uğuru, xalqımızın qürur mənbəyidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən Azərbaycan gəncliyi bundan sonra da Azərbaycan naminə böyük nailiyyətlərə imza atacaq!

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT



  1. Cəfərov H. Gənclərdə vətəndaşlıq və vətənpərvərlik hisslərinin formalaşdırılması // Mədəni-Maarif.- 2006.- №1.- 45

  2. Cəfərov H. Gənclərdə vətəndaşlıq və vətənpərvərlik hisslərinin formalaşdırılması // Mədəni-Maarif.- 2006.- №3.- 44s

  3. Dadaşov C. Yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsi // Mədəni Maarif.- 2006.- №8.- 20s

  4. Əsgərov V. Azəraycan Milli Qəhrəmanları. "Dərələyəz-M". 2010 - 288s

  5. Həsənli A. Şəhidliyin uca zirvəsində : sənədli roman. – Bakı : Nurlan - 2010, – 144 s.

  6. Süleymanov M. Milli Qəhrəmanlar.- B.: Azərnəşr. 1994.- 228s.



XÜLASƏ

Azərbaycan xalqı zaman-zaman məğlubedilməz, mübariz gənclər, qəhrəmanlar yetişdirib. İftixarla deyə bilərik ki, yurdumuzun məhz belə gənclərin vətənpərvərliyi sayəsində müstəqillik qazanıb, bütün dünyada tanınıb. Gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqına, elinə, obasına, ənənələrinə sədaqət ruhunda tərbiyəsi əhəmiyyətli məsələdir. Kiçik yaşlarda vətənpərvərlik hisslərinin formalaşdırılması isə qələbəyə aparan yolun başlanğıcıdır.

Yüklə 24,61 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə