Abad” publik hüquqi ŞƏXSİNİn nizamnaməSİ baki 2016 Ümumi müddəalar



Yüklə 64,48 Kb.
tarix26.10.2017
ölçüsü64,48 Kb.
#6714


ABAD”
PUBLİK HÜQUQİ ŞƏXSİNİN NİZAMNAMƏSİ

BAKI 2016

  1. Ümumi müddəalar



    1. ABAD publik hüquqi şəxsi (bundan sonra – ABAD) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 23 sentyabr tarixli 1047 nömrəli Fərmanına əsasən yaradılmış fəaliyyət istiqamətlərinə uyğun olaraq ABAD mərkəzlərinin (bundan sonra – mərkəzlər) vahid şəkildə idarə edilməsi, mərkəzlərin fəaliyyətinin əlaqələndirilməsi, onların fəaliyyətinə nəzarətin edilməsi, Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün ailələrə dəstəyin göstərilməsi, müasir ailə bizneslərinin formalaşdırılması və kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin edilməsi və regionlarda sahibkarlığın inkişafı sahəsində sistemli tədbirlərin görülməsi, iqtisadi, sosial və regional siyasətin həyata keçirilməsi, şəffaflığını və çevikliyini təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) strukturuna daxil olmayan tabeliyindəki qurumdur.

    2. ABAD öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.

    3. ABAD bu Nizamnamə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün, həmin məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyəti ilə məşğul ola, təsərrüfat cəmiyyətləri və hüquqi şəxslər yarada və ya onlarda iştirak edə bilər.

    4. ABAD publik hüquqi şəxsdir və bu Nizamnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyət göstərir.

    5. ABAD öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

    6. ABAD müstəqil balansa, sərəncamında olan əmlakına, banklarda hesablara, habelə xəzinə hesablarına, üzərində öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara, loqotipə (emblemə) və blanklara malikdir.

    7. ABAD-ın hüquqi ünvanı: Bakı şəhəri, H.Əliyev küçəsi,36.

2. ABAD-ın fəaliyyət istiqamətləri

    1. ABAD ailə biznesi üzrə brendləşmə, müştəriyə və tələbata yönümlülük, keyfiyyət, vahid yanaşma, innovasiya prinsipləri və iqtisadi sahədə qabaqcıl digər beynəlxalq prinsip və standartlar nəzərə alınmaqla aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

      1. Azərbaycan Respublikasında ailə biznesinə dəstək siyasətinin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsinin təmin edilməsi;

      2. ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədi ilə fondun yaradılması;

      3. ABAD layihələri üçün ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların müəyyənləşdirilməsi, təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması;

      4. ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara biznes planların hazırlanması, marketinq, brendinq və dizayn, hüquqi yardım, maliyyə, kredit xidmətlərinin göstərilməsi;

      5. istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili;

      6. istehsal olunan məhsulun daşınmasının və satışının təşkili;

      7. istehsal avadanlıqlarından istifadə ilə bağlı təlimlərin keçirilməsi, həmin avadanlıqlara texniki dəstəyin təmin edilməsi, beynəlxalq təcrübə, kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl texnoloji yeniliklərlə bağlı məlumatlandırma;

      8. istehsalyönümlü sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı digər tədbirlərin təşkili;

      9. ailə bizneslərinə dəstək layihələrinin tənzimlənməsi ilə bağlı hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edilməsi;

      10. ailə bizneslərinin inkişaf etdirilməsində müasir texnologiya və innovasiyaların tətbiq edilməsi və informasiya sistemlərinin formalaşdırılması;

      11. ailə biznesinə dəstək çərçivəsində layihələrə davamlı və hərtərəfli nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, yoxlamalar aparılması və ya bu yoxlamaların keçirilməsinin üçüncü şəxslərə həvalə edilməsi, hesabatların alınması;

      12. regional inkişafda vətəndaş iştirakının təmin edilməsi, əhalinin məşğulluğunun artırılması istiqamətində əlavə imkanların yaradılması;

      13. mərkəzlərin vahid şəkildə idarə edilməsi, həmin mərkəzlərə müraciət edən ailələrin, kiçik və orta sahibkarların fəaliyyətinin əlaqələndirilməsi;

      14. fəaliyyət istiqamətinə uyğun olaraq qəbul edilən dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsində iştirak etmək.



  1. ABAD-ın hüquq və vəzifələri



    1. ABAD aşağıdakı vəzifələri yerinə yetirir:

      1. mərkəzlərin fəaliyyətinin təşkilini, onların vahid şəkildə idarə edilməsini, həmin mərkəzlərə müraciət edən subyektlərin fəaliyyətinin əlaqələndirilməsi təmin edir;

      2. ailə təsərrüfatlarının yaradılması ilə bağlı araşdırmalar, təhlillər aparır;

      3. mərkəzlərin fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi məqsədi ilə monitorinqlər aparır, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görür;

      4. ailə təsərrüfatlarının inkişafı istiqamətində tədbirlər planı hazırlayır, onun icrasını əlaqələndirir, müqavilələr bağlayır və icrasına nəzarət edir;

      5. ailə biznesinə dəstək göstərilməsi ilə bağlı dövlət proqramlarının layihəsini hazırlayır və onun icrasını təmin edir;

      6. Nizamnamənin 2.1.2-ci yarımbəndində müəyyən edilən fəaliyyət istiqamətinə əsasən ABAD fondu yaradır;

      7. məhsulların sertifikatlaşdırılmasının Dövlət Agentliyinin müəyyən etdiyi qaydada “bir pəncərə” prinsipi əsasında təşkili ilə bağlı tədbirləri həyata keçirir;

      8. mərkəzlərin fəaliyyəti ilə bağlı qaydalar müəyyən edir və bu qaydalara riayət olunmasına nəzarəti həyata keçirir;

      9. ailə təsərrüfatlarının inkişaf istiqamətləri üzrə təkliflər verir;

      10. investorların ailə təsərrüfatlarına dəstək layihələri ilə bağlı fəaliyyətini əlaqələndirir;

      11. öz fəaliyyəti çərçivəsində beynəlxalq əlaqələr yaradır və əməkdaşlıq edir, ABAD-ın fəaliyyəti ilə bağlı beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak edir, beynəlxalq konfransların, seminarların və digər beynəlxalq tədbirlərin keçirilməsini təşkil edir və onların işində iştirak edir;

      12. ailə təsərrüfatlarına dəstək çərçivəsində uyğun ailələri seçir, onların fəaliyyətini araşdırır, ölkə üzrə regionları təhlil edir, təsərrüfatların aidiyyəti maliyyə mənbələrindən maliyyələşdirilməsi üçün tədbirlər görür, məhsulun istehsalı, saxlanılması, qablaşdırılması, satışı və çatdırılması istiqamətində ailələrə dəstək göstərir, məsləhət xidmətləri həyata keçirir;

      13. fəaliyyəti ilə bağlı internet, o cümlədən digər informasiya ehtiyatlarıının yaradılmasını təmin edir;

      14. ailə təsərrüfatlarına dəstək layihələrinin təbliği, biznes sahələri və investisiyalar sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə tədbirlər görür;

      15. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər verir, tədbirlər görür;

      16. mərkəzlərdə fəaliyyət göstərən əməkdaşların etik davranış qaydalarına əməl edilməsinə nəzarəti həyata keçirir;

      17. mərkəzlərdə fəaliyyət göstərən əməkdaşların inkişaf etdirilməsi istiqamətində müxtəlif təlim və treninqlərin keçirilməsini təmin edir;

      18. mərkəzlərdə fəaliyyət göstərən işçilərin geyim formasını müəyyən edir;

      19. mərkəzlərin fəaliyyəti barədə kütləvi informasiya vasitələri, sosial şəbəkələr və digər üsullarla əhalinin məlumatlandırılmasını, təbliğat və təşviqatı təmin edir;

      20. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin cavablandırılmasını, vətəndaşların qəbulunu həyata keçirir və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;

      21. dövlət və kommersiya sirrinin qorunması üçün, habelə fəaliyyəti ilə bağlı digər təhlükəsizlik tədbirlərini görür;

      22. fəaliyyəti ilə bağlı arayış və hesabatlar hazırlayır və Dövlət Agentliyinə təqdim edir;

      23. normativ hüquqi aktlar və Dövlət Agentliyi tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirir.



    1. ABAD aşağıdakı hüquqları həyata keçirir:

      1. razılaşdırılması məqsədi ilə mərkəzlərdən daxil olan biznes layihələrini və digər materialları təhlil edərək onlara rəy vermək;

      2. layihələrin icrasını nəzarətdə saxlamaq və bilavasitə yerində baxış keçirmək;

      3. layihələrin maliyyələşdirilməsi ilə əlaqədar investisiyalar cəlb etmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq digər tədbirlər görmək;

      4. fəaliyyət istiqamətlərinə aid olan məsələlərin tədqiqi və həlli üçün elmi tədqiqat və təcrübi-mühəndis işlərinin görülməsi, texniki ekspertizaların aparılması və məsləhət xidmətlərinin göstərilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada elmi-tədqiqat və təhsil müəssisələrini, şirkətləri, müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək, onlarla müqavilələr bağlamaq, işçi qruplar, komissiyalar, elmi-texniki şura yaratmaq;

      5. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün müvafiq beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq təşkilatları ilə işgüzar əlaqələr yaratmaq;

      6. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

      7. fəaliyyətinə dair analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;

      8. fəaliyyət istiqamətləri üzrə təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumlar keçirmək, habelə xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

      9. fəaliyyət istiqamətləri üzrə müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək.

      10. həyata keçirilmiş layihələrin yekunlarına dair statistik təhlil aparmaq və nəticələrini Agentliyə təqdim etmək;

      11. göstərilən xidmətlərə görə ödəniş almaq;

      12. fəaliyyəti ilə bağlı müxtəlif metodik vəsaitlər, jurnal, bülleten hazırlamaq və bu materialları təqdim etmək və ya dərc etmək.



  1. ABAD-ın idarəetmə orqanları



    1. Ümumi yığıncaq

      1. ABAD-ın ali idarəetmə orqanı iştirakçılarının ümumi yığıncağıdır (bundan sonra- ümumi yığıncaq).

      2. Ümumi yığıncağın müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:

        1. nizamnamənin, ona dəyişikliklərin və strukturunun təsdiqi;

        2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

        3. inkişaf istiqamətlərinin və strategiyasının müəyyən edilməsi, illik maliyyə hesabatlarının və biznes planının təsdiqi;

        4. icra orqanının (təkbaşçı) yaradılması və rəhbərinin təyin edilməsi, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

        5. təsərrüfat cəmiyyətlərinin yaradılması, habelə idarə, filial, mərkəz və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

        6. xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi;

        7. publik hüquqi şəxsin fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən zəruri məlumatları almaq;

        8. ABAD Fond-un təyinatı üzrə istifadəsinə nəzarət etmək;

        9. ABAD ştat vahidlərini və işçilərin əmək haqqını müəyyən etmək;

        10. publik hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı təşəbbüs göstərmək.

      3. Azərbaycan Respublikası adından ABAD-ın təsisçisi və iştirakçısı kimi Dövlət Agentliyi çıxış edir və bu Nizamnamənin 4.1-ci bəndində müəyyənləşdirilmiş səlahiyyətləri bilavasitə yerinə yetirir.

      4. ABAD-ın illik fəaliyyətinin yekunlarına dair hesabat, o cümlədən maliyyə hesabatı, inkişaf perspektivləri, strategiya və biznes planları maliyyə ili başa çatdıqdan sonra iki aydan gec olmayaraq Dövlət Agentliyinə təqdim edilir.

    2. ABAD-ın icra orqanı

      1. ABAD-ın fəaliyyətinə cari rəhbərlik təkbaşçı icra orqanı olan direktor tərəfindən həyata keçirilir.

      2. Direktorun səlahiyyətlərinə aşağıdakılar aid edilir:

        1. ABAD-ın və mərkəzlərin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək;

        2. publik hüquqi şəxsin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək;

        3. Dövlət Agentliyi tərəfindən qəbul edilmiş hüquqi aktların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək;

        4. öz səlahiyyəti daxilində publik hüquqi şəxsin adından müqavilələr bağlamaq, etibarnamələr vermək, müvəkkil banklarda publik hüquqi şəxsin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı sərəncam vermək;

        5. publik hüquqi şəxsin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

        6. publik hüquqi şəxsin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək;

        7. öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirmək;

        8. publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək;

        9. ABAD-ın illik fəaliyyətinin yekunlarına dair hesabat, o cümlədən maliyyə hesabatı, inkişaf perspektivləri, strategiya və biznes planları maliyyə ili başa çatdıqdan sonra iki aydan gec olmayaraq Dövlət Agentliyinə təqdim etmək.

      3. ABAD Dövlət Agentliyi ilə razılaşdırılmaqla illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il əmlak mənafeləri ilə müstəqil peşəkar auditor cəlb edə bilər.




  1. Nizamnamə fondu, əmlakının formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları




    1. ABAD-ın nizamnamə fondu təsisçi tərəfindən verilən əmlak hesabına formalaşır və 1(bir) milyon manatdır.

    2. ABAD-ın əmlakı nizamnamə fondundan, ona təsisçi tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən və məhsulların satışından əldə edilən, kraudfandinq yolu ilə daxilolmalardan, ianələrdən, kredit agentlikləri və fondlar tərəfindən ayrılan vəsaitlər, qrantlardan, donorlar tərəfindən göstərilən maliyyə dəstəyi və bu Nizamnamə ilə müəyyən edilən məqsədlər ilə fəaliyyətə qoşulmaq istəyən büdcədənkənar fondların və digər təşkilatların hesabına formalaşır.

    3. Əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi Dövlət Agentliyinin bu Nizamnamə ilə müəyyən edilən səlahiyyətləri nəzərə alınmaqla ABAD tərəfindən həyata keçirilir.

    4. Dövlət Agentliyi yaratdığı publik hüquqi şəxsin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün publik hüquqi şəxsə verdiyi əmlakın dəyəri həddində risk daşıyır.

    5. ABAD Fondu bu Nizamnamənin 5.2-ci bəndində nəzərdə tutulan daxilolmalar (Nizamnamə fondu istisna olmaqla) və qanunla qadağan olunmamış digər maliyyə mənbələri hesabına formalaşır, fəaliyyət istiqamətləri üzrə investisiyaların qoyulması və ödənişlərin həyata keçirilməsi məqsədi ilə istifadə edilir.



  1. ABAD-ın fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması




    1. ABAD fəaliyyəti barədə məlumatların ictimaiyyətə çatdırılmasını Dövlət Agentliyinin müvafiq struktur bölməsi ilə razılaşdırmaqla mütəmadi qaydada həyata keçirir.

    2. ABAD-ın fəaliyyətinə cəlb edilən şəxslər ilə informasiya mübadiləsi məhsulların onlayn satışı üçün yaradılacaq elektron satış portalları, publik hüquqi şəxsin rəsmi internet saytı üzərindən aparıla bilər. Eyni zamanda Dövlət Agentliyinin strukturunda olan 108 Çağrı Mərkəzi vasitəsilə maarifləndirmə və məlumatlandırma işi aparıla bilər.



  1. ABAD-ın ləğvi və yenidən təşkili




    1. Hüquqi şəxsin ləğvi və yenidən təşkili Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər müvafiq qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.




Yüklə 64,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə